Məhkəmə qərarları › İş №2(107)-792/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-792/2024

24.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-792/2024 24.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: qızıl-zinət əşyaları, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(039)-163/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı özünə, bacısına və bacısı qızına məxsus qızıl-zinət əşyalarını Cavabdeh girov qoyaraq sonuncudan faizə 14.000 manat borc pul aldığını və götürdüyü pulun 10.000 manatını qaytardığını, 4000 manatını isə qaytara bilmədiyini bildirərək, qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qiyməti 1300 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 11 qram olan 1 ədəd bilərziyin naturada özünün yaxud da dəyərinin; qiyməti 900 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 7 qram olan 1 ədəd üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 600 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 5 qram olan 1 ədəd üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 1000 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 8 qram olan 1 ədəd sırğanın naturada özünün yaxud da dəyərinin; qiyməti 6000 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 50 qram olan 1 ədəd Mafios sepin naturada özünün yaxud da dəyərinin; qiyməti 600 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 5 qram olan üzərində klon olan 1 ədəd böoyunbağının naturada özünün yaxud da dəyərinin; qiyməti 600 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 5 qram olan üzərində klon olan 1 ədəd boyunbağının naturada özünün yaxud da dəyərinin; qiyməti 400 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 4 qram olan 1 ədəd üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 2000 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 17 qram olan komplekt dəstin naturada özünün yaxud da dəyərinin; qiyməti 700 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 7 qram olan qolbağın naturada özünün yaxud da dəyərinin; qiyməti 3000 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 25 qram olan Mafios qolbağın naturada özünün yaxud da dəyərinin; qiyməti 600 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 5 qram olan üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 860 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 10 qram olan 1 ədəd Mafioz formalı qızıl qolbağın naturada özünün yaxud da dəyərinin; qiyməti 1176 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 12 qram olan 1 ədəd sadə qızıl sırğanın naturada özünün yaxud da dəyərinin; qiyməti 1274 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 13 qram olan 1 ədəd sadə qızıl boyunbağının naturada özünün yaxud da dəyərinin; qiyməti 588 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 6 qram olan 1 ədəd sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 490 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 5 qram olan 1 ədəd sadə qızıl qolbağın naturada özünün yaxud da dəyərinin; qiyməti 160 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 2 qram olan 1 ədəd sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 160 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 2 qram olan 1 ədəd sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 720 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 6 qram olan 1 ədəd brilyant qaşlarla bəzədilmiş qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 392 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 4 qram olan sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 490 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 5 qram olan 1 ədəd sadə qızıl qolbağın naturada özünün yaxud da dəyərinin; qiyməti 110 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 1 qram olan 1 ədəd uşaq üçün sadə qızıl qolbağın naturada özünün yaxud da dəyərinin; qiyməti 160 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 2 qram olan 1 ədəd uşaq üçün sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 430 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 5 qram olan 1 ədəd sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 490 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 5 qram olan yaşıl qaşlı üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 392 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 4 qram olan 1 ədəd işıqfor formasında qızıl sırğaının naturada özünün yaxud da dəyərinin; qiyməti 210 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 2 qram olan kişi üçün qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 160 manat olan, Rusiya istahsallı 583 əyyarlı, qızıl çəkisi 2 qram olan 1 ədəd kişi üçün sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 490 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 5 qram olan 1 ədəd barmaqcıl, qaşsız qızıl üzüyün naturada özünün yaxud da dəyərinin; qiyməti 490 manat olan, Türkiyə istahsallı 585 əyyarlı, qızıl çəkisi 5 qram olan 1 ədəd sadə qızıl üzüyün naturada özünün yaxud da dəyərinin, o cümlədən 170.83 manat dövlət rüsumunun, həmçinin qiymətləndirmə ilə bağlı ödədiyi 120 manat məbləğin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, iddia ərizəsində göstərilən qızılların bir hissəsi bacısı qızı Məryəmə məxsus olmuş bir hissəsi isə onun özünə. Məryəmdən qızılları alıb üstünə də öz qızıllarını qoyub Ləmana vermişdir. Müqabilində Cavabdeh faizə pul götürmüşdür. Sonradan pulun üstünü ödəyə bilmədiyi üçün aralarında mübahisə oldu. Qızılların Ləmanda olmasına dair yeganə sübutu prokurorluqda aparılan araşdırma materiallarıdır. Həmin materiallarda Ləmanla telefon yazışması var və qızılların Ləmanda olması həmin yazışmada öz əksini tapmışdır. Qızılların Ləmanda olmasına dair başqa sübutu yoxdur.

4. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə olmuş və tərəflər Yevlax rayon Prokururluğuna müraciət etmişlər. İddiaçı özünə məxsus qızıl-zinət əşyalarını cavabdehə verdiyini bildirərək, qızılzinət əşyası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, qızılların cavabdehə verilməsinin Yevlax rayon Prokururluğunda arapılmış araşdırma materiallarında olmasını bildirmiş, lakin həmin araşdırma materiallarında iddiaçı tərəfindən cavabdehə qızılları girov qoyularaq faizə pul götürülməsinə dair hər hansı sübut yoxdur.

8. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı qızılların bir hissəsinin (iddia ərizəsində göstərilən ilk on üç adda qızıllar) bacısı qızı Məryəm Məmmədovaya məxsus olmasını, Məryəm Məmmədovadan alaraq cavabdehə verdiyini bildirsə də, Məryəm Məmmədova həmin qızılları Atabəy Mustafayevə verdiyini bildirərək, Atabəy Mustafayevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia təmin edilmiş, lakin qanuni qüvvəsini almamışdır. (qətnamədən apelyasiya şikayəti verilmişdir).

9. Yevlax Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(039)-163/2024 nömrəli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 12 oktyabr 2023-cü il tarixli mədaxil qəbzi 11 oktyabr 2023-cü il tarixli kassa mədaxil orderi "xxxx" MMC-nin 11 oktybar 2023-cü il tarixli ƏQ-279/2023 saylı rəyi Yevlax rayon Prokuruluğunun 216c-21 saylı material Yevlax Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(039)-2007/2023 saylı qətnaməsi

12. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, iddia ərizəsinin predmetini təşkil edən qızıl zinət əşyalarını Cavabdeh girov qoyaraq ondan faizi ilə pul götürmüş, eyni zamanda ailə üzvlərinə məxsus pul kartını girov qoymuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən, dəfələrlə məhkəməyə bildirmişdir ki, qızılların Cavabdeh girov qoyulması ilə pul kartının ona verilməsi (borc məbləğinin bankomatdan çıxarılması ilə bağlı) ilə bağlı tarixlər bir – birini tamamlayır. Daha sonra, Cavabdeh tərəfindən qızıllar qaytarılmadığı üçün bacısı Almazla birlikdə onun evinə getməyi və aralarında olan ciddi qarşıdurmanın polis araşdırmasına səbəb olması ilə nəticələnən münasibətləri məhkəmənin diqqətinə çatdırmışdır. O və bacısı qızı Məryəmin qızılları onun tərəfindən Cavabdeh girov qoyaraq pul götürmüşdür. Əgər onların aralarında qeyd edilən qaydada sövdələşmə yox idisə, hansı səbəbdən aralarında ciddi qalmaqal və dava – dalaş olmuşdur. Yevlax Rayon Prokurorluğunda, Yevlax Rayon Polis Şöbəsində dava – dalaşın əsas səbəbi kimi məhz bu halın olması öz təsdiqini tapmışdır.

14. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(039)- 163/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək qətnamə ilə razı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. İddiaçı Yevlax Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(039)-163/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iddiaçı müxtəlif vaxtlarda müxtəlif adda və qiymətdə qızıl-zinət əşyalarını cavabdehə verməklə ondan faizə pul götürdüyünü bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı faizə pul götürülməsi qarşılığında qızılların cavabdehə verilməsinin Yevlax rayon Prokururluğunda aparılmış araşdırma materiallarında olmasını bildirsə də, həmin araşdırma materiallarında iddiaçı tərəfindən cavabdehə qızılları girov qoyularaq faizə pul götürülməsinə dair hər hansı sübut mövcud deyildir. Kollegiya əlavə olaraq qeyd edir ki, Yevlax rayon Prokuruluğunun 216c-21 saylı materialında yer alan və iş materiallarına əlavə edilmiş Cavabdeh izahatından görünür ki, sonuncu 2015-ci ildə İddiaçı 4000 manat dəyərində qızıl aldığını və pulunu həmin vaxt ödədiyini bildirmişdir. İddiaçı isə məhkəmə iclaslarında verdiyi izahatlarda, cavabdehə qızıl-zinət əşyaları girov qoymaqla ondan borc pul götürdüyünü və 4000 manat ona borcunun qaldığını bildirmişdir. Kollegiya qeyd edir ki, həmin 4000 manatlıq qızın hazırda tələb olunan qızılların tərkib hissəsi olduğu hesab edilsə belə, hazırki iddiaçının Cavabdeh 4000 manat borcu olduğunu deməsi cavabdehin Prokurorluğa verdiyi həmin izahatla üst-üstə düşür.

24. Kollegiya, həmçinin, onu da qeyd edir ki, hazırki iddia ilə tələb olunan qızıllardan 13 adda 17.700 manat dəyərində qızıllar iddiaçının bacısı qızı Məryəm Məmmədova tərəfindən Atabəy Mustafayevdən tələb edilmiş və həmin iddia tələbi ilə bağlı məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin işlə bağlı yekun məhkəmə qərarı qanuni qüvvəsini almasa da, hazırki iddia ilə tələb olunan qızılların başqası tərəfindən ona məxsus olduğu və tamamilə başqa şəxsə verildiyinin iddia edilməsi hazırki tələbin əsassızlığı qənətinə gəlmək üçün yetərlidir.

25. İddiaçının apellyasiya şikayətində göstərdiyi pul kartını iddiaçıya verməsi ilə bağlı kollegiya qeyd edir ki, Yevlax rayon Prokuruluğunun 216c-21 saylı materialında yer alan Cavabdeh izahatından görünür ki, iddiaçı cavabdehdən 3000 manat məbləğində borc pul almış və həmin pulun ödənilməsi üçün pul kartını cavabdehə vermişdir. Sonda iddiaçı pul kartını bağlatdırmış və cavabdehə 160 manat borcu qalmışdır. Lakin hazırki işdə cavabdehin iddiaçıya qarşı pul tələbi mövcud olmadığından bu barədə araşdırma aparılmamışdır.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(039)-163/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(039)-163/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar