Məhkəmə qərarları › İş №2(107)-798/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-798/2021

29.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-798/2021 29.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçı X1 vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan evin, evin köməkçi sahələrinin və torpaq sahəsinin paylara uyğun naturada real bölünməsi, bölgü mümkün olmadıqda isə qiymətləndirilib paya uyğun dəyərinin tutulması” tələbinə dair iddiası üzrə çıxarılmış iş üzrə icraatın dayandırılması haqqında Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-123/2021 nömrəli qərardadından iddiaçı X3 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin, evin köməkçi sahələrinin, həmçinin evə əlavə edilmiş 37,9 kvadrat metr yaşayış sahəsinin, 110 kvadrat metr köməkçi sahənin, 19 kvadrat metr açıq eyvanın və torpaq sahələrinin paylara uyğun 1/2 hissə olmaqla bərabər bölünməsi, bölgü mümkün olmadıqda 1/2 hissənin dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-123/2021 nömrəli (E.Mehdiyev) qərardadına əsasən Şəki İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı çıxarışların ləğv edilməsinə dair 2-1(116)-583/2021 nömrəli inzibati iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəsini alanadək Şəki Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan evin, evin köməkçi sahələrinin və torpaq sahəsinin paylara uyğun naturada real bölünməsi, bölgü mümkün olmadıqda isə qiymətləndirilib paya uyğun dəyərinin tutulmasına dair 2 (075)- 123/2021 nömrəli mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı X3 şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-123/2021 nömrəli qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan evin, evin köməkçi sahələrinin və torpaq sahəsinin paylara uyğun naturada real bölünməsi, bölgü mümkün olmadıqda isə qiymətləndirilib paya uyğun dəyərinin tutulması” tələbinə dair iddiası üzrə çıxarılmış iş üzrə icraatın dayandırılması haqqında Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-123/2021 nömrəli qərardadından iddiaçı X1 verdiyi şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 vəkili Vəkil şikayəti müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 şikayətə etiraz edərək bildirdi ki, cavabdeh xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi ilə bağlı X7 iddia qaldırmışdır. Ona görə də şikayətin təmin olunmamasını kollegiyadan xahiş edir. Məhkəmə kollegiyası şikayət ərizələrini işdə olan sənədlərlə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Məhkəmə Elektron Sistemində axtarış aparılarkən Cavabdeh həmin iddia ərizəsinin Şəki İnzibati Məhkəməsində 2-1(116)- 583/2021 nömrə ilə qeydiyyata alındığı müəyyən edilmişdir. Göründüyü kimi həmin iş üzrə çıxarılacaq qərarın hazırki işin nəticələrinə təsir edəcəyini nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək hesab etmişdir ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı çıxarışların ləğv edilməsinə dair 2-1(116)-583/2021 nömrəli inzibati iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəsini alanadək Şəki Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan evin, evin köməkçi sahələrinin və torpaq sahəsinin paylara uyğun naturada real bölünməsi, bölgü mümkün olmadıqda isə qiymətləndirilib paya uyğun dəyərinin tutulmasına dair 2 (075)- 123/2021 nömrəli mülki iş üzrə icraat dayandırılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraat dayandırılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, şikayətin dəlilləri icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)- 123/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(075)-123/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar