Məhkəmə qərarları › İş №2(107)-798/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-798/2025

18.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-798/2025 18.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdıran qapının sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Yoldan istifadəyə maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qapının sökülməsi” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 2(046)-29/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun torpaq sahəsinə gediş-gəlişini məhdudlaşdıran ikinci qeyri-qanuni qapı və divarların sökülməsinə, o cümlədən fərdi yaşayış evinin və torpaq sahəsinin invertarlaşmasına maneçilik törədən cavabdehin özbaşınalığı barədə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdıran ikinci qeyri-qanuni qapının sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvan 102 nömrəli idi) qeydiyyatdadır və qeydiyyatda olduğu mülkdə daimi yaşayır. X2 01.01 2004-cü il tarixində vəfat etmişdir. Atası vəfat edənə qədər onun adında olan mülkdə həyat yoldaşı və övladları ilə birgə yaşamaqla yanaşı, bu günədək yaşadığı fərdi yaşayış evin və torpaq sahəsinin bütün kommunal xərclərini ödəmişdir. Əlində sübut və dəlil kimi sənədlər mövcuddur. Ona görə də atasının yeganə vərəsəsi sayılır. Amma təssüflər olsun ki, bu haqda qanuni sənədləri mövcud olsa da, iddia ərizəsində cavabdehlik daşıyan ünvan 2 ünvanda qeydiyyatda olmayan Rusiya vətəndaşı Cavabdeh, qeyriqanuni olaraq yaşadığı fərdi yaşayış evinə və torpaq sahəsinə iddia edir. Halbuki mərhum qardaşının ölümündən sonra Rusiyadan azərbaycana gələn Cavabdeh yaşadığı fərdi yaşayış evin torpaq sahəsindən ona yer versə də bu adam fərdi yaşayış evin arxasında yerləşən torpaq sahəsinin yolunu bağlayıb. Belə ki, o qeyri-qanuni olaraq fərdi evin giriş qarısına yeni bir ikinci qapı yerləşdirməklə yolun kəsilməsinə şərait yaradıb. Bu isə ona məxsus olan torpaq sahəsinə gediş- gəlişinə mane olur. Vəziyyət o həddə çatıb ki, Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları yaşadığı fərdi yaşayış evi üzərində inventarlaşma işlərinin aparılması üçün baxış keçirmək istəsələr də Cavabdeh maneçilik törətməsinə rast gəlmişlər. Bu barədə DƏDRX 16 saylı Ucar Ərazi İdarəsinin bildiriş məktubunda göstərilib. Ona görə də cavabdehlik daşıyan Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrini kobudcasına pozmuşdur.

4. Cavabdeh iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, o, 2002-ci ildən ünvan 3 ünvanında yaşayır. Həyat yoldaşı X10 iddiaçının qardaşıdır. Uzun illər iki qardaş və onların ailəsi dam örtüyü bir olmaqla 2 ayrı evdə yaşamış və hər iki ailə tərəfindən eyni həyət qapısından istifadə edilmişdir. Əri, X10 xx.xx.2020-ci il tarixində vəfat etdikdən sonra İddiaçı ona və ailəsinə qarşı münasibəti dəyişmiş, özünü yaşadıqları fərdi yaşayış evinin və bağ sahəsinin yeganə mülkiyyətçisi kimi aparmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı ona və onun ailə üzvlərindən heç birinə məlumat vermədən ümumi istifadədə olan həyət qapısını sökmüş, həmin qapının yerini dəyişmiş, yalnız öz evinə girib-çıxmaq üçün istifadə olunacaq yerə qoymuşdur. Onun evinin girişi isə qapısız qalmışdır. Həyət qapısının İddiaçı tərəfindən özbaşına söküldüyünü nəzərə alaraq, xx.xx.2024-cü ilədək gözləmiş, öz evinin girişinə qapı qoymamış, həmin qapının İddiaçı tərəfindən qoyulacağını güman etmişdir. Lakin bu vaxta qədər iddiaçı tərəfindən heç bir iş görülməmiş, onun evinin qarşısına qapı qoyulmamış, onun evi demək olar ki, bayırda qalmışdır. Həyətinin qarşısına qapı quraşdıracağını dedikdə iddiaçı ona hədə-qorxu gəlmiş, qapının qoyulmamasını tələb etmiş, buna görə də həmin əraziyə AR DİN-in sahə müvəkkili çağırılmışdır. İddia ərizəsində qeyd edilən fərdi yaşayış evi və bağ sahəsi İddiaçı mülkiyyətində deyildir. Həmin əmlaklar iddiaçının X2nun mülkiyyətində olmuş, o öldükdən sonra onun mirası ilə bağlı vərəsəlik açılmamışdır. Qeyd edilən ev və bağ sahəsi əri X10 və İddiaçı sahibliyində olmuşdur. İddiaçı öz evindən sahiblik etdiyi bağ sahəsinə gedərkən uzun illər onun evinin qarşısından keçib getmiş, öz bağına girmək üçün evinin qarşısında kiçik əl qapısı da qoymuşdur. Onun və ailəsi tərəfindən ona heç bir maneə törədilməmişdir. İki ailənin istifadə etdiyi böyük qapı iddiaçı tərəfindən xəbərsiz olaraq söküldüyündən onun evinin küçə ilə birbaşa əlaqəsini kəsmək üçün evin qarşısına qapı qoymağına zərurət yaranmışdır. İddiaçı indi də onun evinin qarşısına qoyduğu əl qapısından istifadə edir, ona heç bir maneçilik törədilmir. Evinə getmək üçün hazırda qoyduğu əl qapısı sökülsə, habelə İddiaçı onun həyətindən istədiyi vaxt gediş-gəlişi üçün imkan yaradılsa, onun mülkiyyət hüququ pozulmuş olacaqdır. İddiaçının öz bağına getməsi üçün yeganə yol onun həyəti deyildir. Onun evinə yaxın çay ərazisindən də bağ sahəsinə gedib-gəlmək üçün yol vardır. Ona görə də hesab edir ki, iddiaçının iddiası tamamilə əsassızdır və iddia rədd edilməlidir.

Birinci instansiya məhkəməsində icraat

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməmiş və etiraz ərizəsinə göstərilənlərə əsasən izahat vermiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Göyçay Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 2(046)-29/2025 nömrəli qətnaməsi ilə (hakim Gülnaz Qurbanova) İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə gedişgəlişi məhdudlaşdıran ikinci qeyri-qanuni qapının sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, İddiaçı 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri alanaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh tərəfindən fərdi yaşayış evin giriş hissəsinə yeni ikinci qapının yerləşdirilməsi İddiaçı bağına gedən yolun kəsilməsinə səbəb olmuşdur. Cavabdeh iddiaya etiraz verdikdən sonra müəyyən olunmuşdur ki, hər iki tərəfin yaşadığı evin qarşısında quraşdırılmış ümumi qapı iddiaçı tərəfindən xəbərsiz olaraq sökülmüş və yeni qapı, yəni ancaq iddiaçının evinə gedən yolu bağlayan qapı quraşdırılmışdır. Bundan sonra cavabdeh evinin küçə ilə birbaşa əlaqəsini kəsmək üçün evin qarşısına qapı qoydurmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti – texniki ekspertizasının 13 dekabr 2024-cü il tarixli, 10/8222 saylı rəyinə əsasən baxış zamanı mütəxəssis tərəfindən İddiaçı məxsus olduğu bildirilən bağa alternativ gediş-gəliş yolunun mövcud olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

10. Məhkəmə baxışında araşdırılmış sübutları tədqiq edərək məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdeh tərəfindən qeyriqanuni olaraq fərdi evin giriş qarşısına yeni bir ikinci qapı yerləşdirməklə yolun kəsilməsinə şərait yaratmaqla, ona məxsus olan torpaq sahəsinə gediş- gəlişinə mane yaratdığını qeyd etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə İddiaçı məxsus olduğu bildirilən bağa alternativ gediş-gəliş yolunun mövcud olduğu göstərilmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

12. Bununla bağlı Məhkəmə vurğulamışdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Bununla əlaqədar məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.

13. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdıran ikinci qeyri-qanuni qapının sökülməsi tələbinə dair iddiası təmin edilməməlidir.

14. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməli, İddiaçı 50 manat ekspertiza tədqiqatının dəyəri alanaraq dövlət nəfinə keçirilməlidir.

15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 180.1, 180.2, 170.2, 171.1, 171.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006- cı il tarixli qərarı, Azərbaycan Respublikası MPMnin 14.2, 77, 101.3, 107, 119.1, 217.3, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

16. Məhkəmənin adı çəkilən qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

a)Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

18. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən istinad etdiyi yeganə sübut Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cüil tarixli rəyidir. Həmin rəyə nəzər saldıqda isə görünür ki, həmin rəy həqiqəti əks etdirməməklə formal olaraq tərtib edilmiş, heç bir araşdırma aparılmadan sadəcə mütəxəssis rəyini kopyalamaqla kifayətlənilmişdir. Həmçinin qeyd edir ki, AzərbaycanRespublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “DaşınmazƏmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cüil tarixli, 3-21-3-36/2-4051/2024 nömrəli mütəxəssis rəyi də saxta olmaqla həqiqəti əks etdirmir.Belə ki, həmin saxta mütəxəssis rəyində bağa alternativ gediş-gəliş yolunun mövcud olduğu qeyd edilsə də həmin rəyə əlavə edilmiş sxemdə həmin yolun haradan keçməsi, eni, uzunluğu, həmin yol olduğu qeyd edilən torpaq sahəsinin mülkiyyət növü – yəni şəxsi, bələdiyyə və ya dövlət mülkiyyətində olması, həmin torpaq sahəsinin mülkiyyətçisinin həmin ərazidən yol kimi istifadə edilməsinə razılığının olması, həmin torpaq sahəsinin müəlkiyyətçisinin mülkiyyət haqqında sənədinsə həmin torpaq sahəsinin təyinatı, yol olub- olmaması müəyyən edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, ona məxsus torpaq sahəsinə alternativ yol olsa belə heç kimə mübahisəli yolu bağlamaq hüququ vermir. Cavabdeh tərəfindən məhkəməyə ona məxsus torpaq sahəsinə qapı qoymaq və torpaq sahəsinə gediş gəliş yolunu kəsmək hüququnu verən heç bir sənəd təqdim edilməmişdir. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsədə Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və onun öz əmlakına öz istədiyim kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə gediş gəliş yolunun bağlanması onun mülkiyyət hüququnu kobud şəkildə pozur. İş baxan birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməməklə Azərbаycаn Respublikаsı Konstitusiyаsının 13-cü mаddəsinin İ bəndini və 29-cu maddəsini kobud şəkildə pozmuşdur.

19. Odur ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-29/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin olunmaması, Göyçay Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(046)- 29/2025 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)- 29/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 22.İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasına göndərdiyi ərizəsində məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etsə də, işdə iştirak edən digər şəxslər gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər.

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin; 18-ci maddəsinə görə, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edlir və ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatinin ödənilməsinə xidmət edən digər obyektlər altindakı torpaq sahələri yaşayiş məntəqələrinin torpaqlarinin tərkibinə daxildir. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

29. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-29/2025 saylı qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçının X2 01.01 2004-cü il tarixində vəfat etmişdir. Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə iddiaçının X2na 638.05 kv.m həyətyanı torpaq sahəsi ayrılmış və hal-hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən İddiaçı məxsus olan bağına gediş-gəliş üçün nəzərdə tutulmuş yolun üzərində qapı quraşdırılmışdır. Cavabdeh tərəfindən quraşdırılan mübahisəli qapı iddiaçının mərhum X2na Göyçay rayon X3 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı əsasında verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşir.

33. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmadığından, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan Göyçay Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 2(046)- 29/2025 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

34. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdıran ikinci qapının sökülməsi barədə iddia tələbinin rədd edilməsini iddiaçıya məxsus bağa alternativ gediş-gəliş yolunun mövcud olması ilə əsaslandırmışdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsinin apardığı əsaslandırmadan da göründüyü kimi məhkəmə gəldiyi nəticəni iddiaçıya məxsus bağa sahəsinə alternativ gediş-gəliş yolunun mövcud olması ilə əsaslandırsa da, iddiaçının da mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə hüququnun olması, yol kimi istifadə edilməsi nəzərdə tutulan və qapının quraşdırıldığı torpaq sahəsinə dair iddiaçının gözlənilən mülkiyyət hüququnun olması, cavabdehin qapını quraşdırdığı əraziyə hər hansı bir hüququnun olmasına dair heç bir sənədin təqdim edilməməsini nəzərə almamışdır.

36. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 13 dekabr 2024-cü il tarixli 10/8222 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli. 3-21-3-36/2-4051/2024 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən quraşdırıldığı bildirilən ikinci qapı yeləşən ərazi idarənin elektron baza məlumatlarına təqdim olunan “Göyçay rayonu Göyçay yaşayış məntəqəsinin ərazisində xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların planında JN-1239A nömrəli konturla üst-üstə düşür. Sözügedən kontur üzərində Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı əsasında X8 həyətyanı məqsədilə verilmiş 0.06 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********137 kadastr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

37. Həmçinin mülki işin materiallarında olan Göyçay Rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə vəfat etmiş X7 qanun üzrə vərəsəsi tanınmış, lakin Cavabdeh ilə aralarında miras qalmış əmlaka dair mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır.

38. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçının istifadəsində olan bağa gediş-gəliş üçün kənardan alternativ yol movcud olsada, qapının quraşdırıldığı torpaq sahəsinə dair iddiaçının gözlənilən mülkiyyət hüququ olduğundan və cavabdeh tərəfindən həmin ərazidə qapı quraşdırılmaqla iddiaçıya öz torpaq sahəsindən istifadə etməsinə maneçilik törətməsi, həmçinin həmin qapının mövcudluğu torpaq sahəsindən iddiaçının istifadə imkanlarını məhdudlaşdırması ilə nəticələnmişdir.

39. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının mərhum atasının mülkiyyətində olan və hazırda iddiaçının qanun üzrə vərəsə kimi həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ olduğu və həmin torpaq sahəsinin üzərində cavabdeh tərəfindən iddiaçının gediş-gəlişini məhdudlaşdıran qapının quraşdırılması müəyyən edildiyi halda birinci instansiya məhkəməsinin iddiaçıya məxsus olan bağa alternativ gediş-gəliş yolunun mövcud olmasına dair əsaslandırması və buna dair gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinin tələblərinə cavab vermir.

40. Halbuki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. 41.Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-29/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdıran ikinci qapının sökülməsi tələbinə dair iddiası təmin edilməli, İddiaçı istifadəsində olan torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdıran qapı Cavabdeh hesabına sökülərək götürülməlidir.

43. Həmçinin məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-29/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdıran ikinci qapının sökülməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh vəsaiti hesabına (Göyçay rayon X3 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə X8 verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin üzərində quraşdırılmış) İddiaçı məxsus bağa gediş-gəlişi məhdudlaşdıran qapı sökülsün. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar