Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-799/2022 01.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh1 qarşı torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, əhəmiyyətsiz əqd, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(075)-287/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X5 və X2 ünvan 1i ərazisindən 11,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən onların adına bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-185 KOD 40402037 saylı dövlət aktı verilmişdir. Torpaq sahəsi mülkiyyətlərinə verildikdən sonra iddiaçılar bir müddət həmin torpaq sahəsindən istifadə etsələr də sonradan İddiaçı1 tərəfindən həmin 11,67 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün üçüncü şəxs X10 verilmişdir. Şifahi razılaşmaya əsasən İddiaçı1 tələb etdiyi məqamda X13 torpaq sahəsini geri qaytarmalı olmuşdur. X13 da İddiaçı1 aralarında olan müqavilənin rəsmiləşdirməsini təklif etmiş, bu səbəbli hazırda mübahisələndirilən 26 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. İddiaçı1 heç bir etibarnamə olmadan digər mülkiyyətçilərin də əvəzindən alqı-satqı müqaviləsini imzalamışdır. Həmçinin iddiaçıların övladları X9 2001-ci ildə vəfat etməsinə baxmayaraq alqı-satqı müqaviləsində X3 da adı satıcı kimi qeyd edilməklə həmin müqavilə onun əvəzindən nümayəndəsi kimi İddiaçı1 tərəfindən imzalanmışdır. Yəni notarius tərəfindən İddiaçı1 oğlunun əvəzindən müqaviləyə imza etməsi tələb olunmuşdur. Alqı-satqı müqaviləsi imzalanan zaman notarius və üçüncü şəxs X13 həmin müqavilənin formal bir sənəd olduğunu, torpaq sahəsi geri qaytarılan zaman ləğv olunacağını bilmişlər. 2021-ci ilin ikinci yarısında İddiaçı1 X10 müraciət edərək torpaq sahəsinin geri qaytarılmasını təklif etsə də X13 bundan imtina etmişdir. Bu səbəbdən də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(075)-287/2022 saylı qətnaməsi ilə (hakim E.Mehdiyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh1 qarşı ünvan 1i ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmiş, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X5 və X2 ünvan 1i ərazisindən 11,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən onların adına bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-185 KOD 40402037 saylı dövlət aktı verilmişdir. İddiaçı1 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 reyestr nömrəli alqı-satqı müqaviləsini heç bir etibarnamə olmadan digər mülkiyyətçilərin, hətta vəfat etmiş şəxsin də əvəzindən imzalayaraq özgəninkiləşdirmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçılar özlərinə və övladlarına məxsus olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı müqavilənin digər mülkiyyətçilər adından yalnız İddiaçı1 tərəfindən imzalandığını, digər mülkiyyətçilər tərəfindən ona bununla bağlı heç bir etibarnamənin verilmədiyini, hətta mülkiyyətçilərdən olan X9 22 fevral 2001-ci il tarixdə vəfat etdiyi halda onun da nümayəndəsi qismində alqı-satqı müqaviləsindəki imzanın İddiaçı1 tərəfindən icra edildiyini, alqı-satqı müqaviləsinin orada alıcı qismində qeyd edilmiş Cavabdeh1 tərəfindən deyil, üçüncü şəxs X13 tərəfindən imzalandığını, beləliklə də alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib edilməsinə istinad edərək hazırki tələblə məhkəməyə müraciət etmişlər. İddiaçı1 digər mülkiyyətçilərin adından heç bir etibarnamə olmadan, həmçinin 22 fevral 2001-ci il tarixdə vəfat etmiş X3 adından satıcıların nümayəndəsi qismində alqısatqı müqaviləsini imzalamaqla, faktiki olaraq 7200 manata satılmış torpaq sahəsinin dəyəri barədə müqavilənin məzmununda onun satış qiymətinin 5000 manat təşkil etməsi barədə yanlış məlumatlar daxil edilməklə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər pozulmuşdur. Lakin, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki tələbləri ilə bağlı məhkəməyə müraciət etmələri üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşlər. İddia müddətindən fərqli olaraq kəsici müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İddiaçı1 özü tərəfindən müqavilə imzalanmaqla, imzalandığı 26 dekabr 2014-cü il tarixdəcə həmin müqaviləni digər İddiaçı2 və övladı X2 təqdim və məzmunu barədə məlumat verməklə iddiaçıların, mübahisələndirdikləri 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsindən onun imzalandığı 26 dekabr 2014-cü il tarixdəcə məlumatları olmuş, lakin bundan sonra bir il ərzində deyil, həmin tarixdən 7 ilə yaxın bir müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələri üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilən bir illik kəsici müddəti ötürmüşlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh1 qarşı ünvan 1i ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 324.1, 324.2, 324.4, 329.2, 389.1, 389.2, 567-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmə işin hallarını araşdırarkən həqiqətə qismən nail olmuş, alqı-satqının etibarsızlığını müddət ötürülməsi ilə əlaqələndirmişdir. Halbuki məhkəmə qətnaməsində İddiaçı2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 imzalarının olmamasını onların mübahisələndirilən alqı-satqı aktından xəbərləri olmaması kimi yox, xəbərləri vardır kimi qiymətləndirmiş, bununla da səhvə yol vermişdir. İddiaçı1 müqavilə imzaladıqdan sonra evə gəlib müqavilə şərtlərini bütün müddəaları ilə İddiaçı2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izah etməsi iş materiallarında mövcud deyildir. Məhkəmə ancaq İddiaçı1 ifadəsinə əsaslanaraq belə qənaətə gəlmişdir, lakin bu məqam da şübhəli olduğundan hazırki iş üzrə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Bundan əlavə İddiaçı2 və X6 onlara məxsus torpaq sahəsinin satılmasından mübahisə məhkəməyə verilərkən xəbərləri olmuşdur, onlar ailələrinin mülkiyyətində olan JN-185 KOD 40402037 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsinin icarədə olduğunu, onlara məxsus olduğunu daim İddiaçı1 eşitmişlər və buna etirazları olmamışdır. Halbuki məhkəmə qətnaməsində bütün bu söylənənlər yanlış yorumlanmış, onlar tərəfindən söylənməyən fikirlər məhkəmə qətnaməsinə salınaraq sanki 7 il əvvəlki alqı-satqıdan onların xəbərləri varmış və onlar bu alqı-satqıya razıymış kimi qiymətləndirilmişdir. Bu hal da məhkəmə tərəfindən səhv yorumlanaraq qanunsuz qətnamə qəbul edilmişdir. Bundan başqa İddiaçı1 JN-185 KOD 40402037 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktı ilə həmin torpaq sahəsinin yalnız özünə aid hissəsinin satılması barədə sərəncam verə bilərdi, İddiaçı2 və X1 adından torpaq sahəsinin onlara məxsus hissəsinin satılması absurddur və qanunsuzdur. Məhkəmə bu halı öz qətnaməsində göstərsə də, yalan və aldadıcı ifadələrlə cavabdehlərin xeyrinə qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də Şəki rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(075)- 287/2022 saylı qətnaməsi ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 etirazı onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ancaq İddiaçı1 ifadəsinə əsaslanaraq belə qənaətə gəlmişdir, lakin bu məqam da şübhəli olduğundan hazırki is üzrə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. İddiaçı1, İddiaçı2 rəsmi həyat yoldaşı və iş üzrə müstəqil tələb irəli sürməyən ücüncü şəxs X1 doğma atasıdır və onlar bir evdə yaşayırlar. İddiaçı1 birinci instansiya məhkəməsində ifadə verərək qeyd etmişdir ki, 2014-cü ildə məhz alqı-satqı müqaviləsi barədə evdə həyat yoldaşı İddiaçı2 və qızı X2 məlumat vermişdir. Bundan başqa hazırki iddia ilə əlaqəli birinci instansiya məhkəməsinin heç bir prosesində nə İddiaçı2, nə də X6 iştirak etməmiş və İddiaçı1 verdiyi izahatı təkzib etməmişlər. Halbuki, iddia ərizəsinə İddiaçı2 da imza atmışdır və ən azı birinci instansiya məhkəməsində keçirilən məhkəmə prosesinə gəlməli və indiki apellyasiya şikayətində yazdığı fikrini bildirməli idi. Hazırki mülki işə, Şəki Rayon Sarıca kənd sakinləri X7 və X4 əlavə olunmuş şahid ifadələrinin (ərizələrinin) əlavə olunması və onların xx.xx.2022-ci il, saat ll:00-yə təyin edilmiş məhkəmə prosesində canlı dindirilməsi zəruriyyəti yaranmışdır. Belə ki, sözügedən bu şahidlərin birinci instansiya məhkəməsinə gəlib canlı ifadə verməkləri üçün birinci instansiya məhkəməsində hakimə şifahi vəsatət vermişdir. Hətta onların şəxsiyyət vəsiqələrinin surətləri tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Lakin, işə baxan məhkəmə İddiaçı1 birinci instansiya məhkəməsində alqı-satqı müqaviləsi barədə evdə həyat yoldaşı İddiaçı2 və qızı X2 məlumat verməsi ifadəsini əsas gətirərək ehtiyac olmadığını bildirmiş və vəsatətini təmin etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin rədd edilməsi və Şəki Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(075)-287/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək bildirdi ki, birinci instansiya məhkəməsi mübahisə üzrə tam və ətraflı araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, ona Şəki rayon Aqrar islahat Komissiyasının qərarı ilə 11,67 ha torpaq sahəsi verilmişdir. Həmin torpağı o uzun müddət münasibəti olan Saleh Hüseynova 7200 manat pul müqabilində müvəqqəti istifadəyə vermişdir. Aralarında razılaşma olub ki, həmin pulu qaytaranda o da öz növbəsində torpağı ona qaytaracaq. Onun alqı-satqı müqaviləsindən xəbəri olmayıb. Notariusa alqı-satqı üçün yox icarə müqaviləsi üçün imza etməyə getmişdir. O, razılaşmaları barədə müqavilə bağlananadək, evdə həyat yoldaşına və qızına məlumat vermişdir. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini Şəki rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(075)-287/2022 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli torpaq sahəsini iddiaçı hər hektarına 600 manat olmaqla, cəmi 7200 manata alqı-satqı müqviləsi ilə satmışdır. Alqı-satqı müqaviləsini də iddiaçı şəxsən notariusa gedərək, ailə üzvülərinin razılığı ilə imzalamışdır. Onlar torpağı icarayə götürməmişdilər. Ona görə də Şəki rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(075)-287/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən kollegiya tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş X11 apellyasiya şikayətinə etiraz edərək, iddiaçını tanımadığını və həmin torpaq sahəsini 46800 manata Cavabdeh1 alqı-satqı müqaviləsi ilə almışdır. Apellyasiya şikayətinin təmin edilməməsini, Şəki rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(075)-287/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır (bu qərarın 27-ci bəndi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(075)-287/2022 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini tam həcmdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq rədd etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(075)-287/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 digər mülkiyyətçilərin adından heç bir etibarnamə olmadan, həmçinin 22 fevral 2001-ci il tarixdə vəfat etmiş X3 adından satıcıların nümayəndəsi qismində alqı-satqı müqaviləsini imzalamaqla, faktiki olaraq 7200 manata satılmış torpaq sahəsinin dəyəri barədə müqavilənin məzmununda onun satış qiymətinin 5000 manat təşkil etməsi barədə yanlış məlumatlar daxil edilməklə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər pozulmuşdur. Lakin, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki tələbləri ilə bağlı məhkəməyə müraciət etmələri üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşlər. İddia müddətindən fərqli olaraq kəsici müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələri üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilən bir illik kəsici müddəti ötürmüşlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X5 və X2 ünvan 1i ərazisindən 11,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən onların adına bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-185 KOD 40402037 saylı dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmışdır. Mübahisəli birgə mülkiyyətdə olan torpaq sahəsini digər mülkiyyətçilər adından yalnız İddiaçı1 tərəfindən imzalanmışdır. Digər mülkiyyətçi İddiaçı2 tərəfindən ona bununla bağlı heç bir etibarnamə verilməmişdir. Eyni zamanda mülkiyyətçilərdən olan X9 22 fevral 2001-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi alqı-satqı müqaviləsi imzalanarkən iddiaçının ailə üzvlərinə məxsus torpaq sahəsi onların iradəsi ziddinə satılmışdır. Mülki Məcəlləni 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Ailə Məcəlləsi: 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Kollegiya diqqətə çatdırmağı lazım bilir ki, hesab etsək ki, İddiaçı1 ilə İddiaçı2 birgə nikahdan olan övladları X9 22 fevral 2001-ci il tarixdə öldüyünə görə İddiaçı1 ilə İddiaçı2 onun vərəsələri hesab olunur, digər mülkiyyətçi olan qızları X6 1991-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmışdır. İddiaçı1 mübahisələndirilən müqaviləni imzalayarkən İddiaçı2 ilə X1 razılığını almamış, onların qanunla qorunan mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Əqdlərin etibarsız sayılması barədə qərar çıxarılarkən məhkəmə, əqdin etibarsızlığına dəlalət edən hüquqi faktları və qanunda nəzərdə tutulmuş hüquqi əsası (normanı) konkret olaraq bildirməlidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı maddi hüquq norması kimi Mülki Məcəllənin 337.3-cü maddəsinin tələblərinin nəzərdən keçirilməsini məqsədə uyğun hesab edir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu səbəblə də müqaviləyə istinad olunaraq hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, məhkəmə icraatının ilk vəzifəsi və aydınlıq gətirməsi lazım gələn xüsusat həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsidir. Çünki iddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması, birbaşa həmin müqavilə üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə haqq (hüquq) və öhdəliyin yaranmadığını göstərir. Alacaq haqqı (tələb hüququ) yaranmadığı təqdirdə isə, aydın məsələdir ki, onun pozulmasından da söhbət gedə bilməz. Buna görə də müqaviləyə istinad edilərək irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır. Əhəmiyyətsiz əqdin haqq və öhdəlik əmələ gətirmək keyfiyyəti və xüsusiyyəti olmadığına görə, yalnız əqdin tərəfləri deyil, istənilən maraqlı şəxs əqdin əhəmiyyətsizliyinə, istinad edə bilər. Əqdin puç, yəni əhəmiyyətsiz olub-olmadığı barəsində mübahisə yaranarsa bu mübahisənin aradan qaldırılması üçün məhkəmədə etibarsızlıq halının təsbiti üçün iddia qaldırıla bilər. Belə bir iddianın qaldırılması hər hansı bir müddətlə məhdudlaşmır. İstənilən bir iddia icraatında tərəflərin irəli sürübsürməməyindən asılı olmayaraq işin hallarından əhəmiyyətsizlik halının mövcudluğu anlaşılarsa məhkəmə mütləq bunu nəzərə alaraq qərar verməlidir: Göründüyü kimi birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilən bir illik kəsici müddəti tətbiq etməklə səhvə yol vermişdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Kollegiyanın qənaətinə görə tərəflərin bağlamış olduğu müqavilə yuxarıda qeyd edilən şərtə cavab vermir (yəni bağlanmış əqd qanuni olmamış, qanunvericiliyin tələblərinə uyğun gəlməmişdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur. “Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətlərini müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.” Göründüyü kimi əhəmiyyətsiz əqd arzu olunan hüquqi nəticəni əmələ gətirmək qabiliyyəti, olmayan bir əqd olduğuna görə, əqdin əhəmiyyətsizliyi halı müddətdən asılı olmayaraq həmişə irəli sürülə bilər. Çünki zamanın keçməsi əqdin qanuna zidd bir şəkildə bağlanmış olması faktını aradan qaldırmır. Bundan başqa kollegiya Mülki Məcəllənin 337.5-ci maddəsinə diqqət yetirərək qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kollegiya hesab edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsini hazırkı mübahisəyə tətbiq edilməsi yolverilməzdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi artıq üçüncü şəxsə satılmışdır. Alınanları eyni ilə qaytarmaq mümkün olmadığından tərəflər bununla bağlı ümumi qaydada məhkəməyə müraciət edə bilərlər. Bundan başqa məhkəmə kollegiyası Cavabdeh1 etirazına münasibət bildirərək qeyd edir ki, etiraz əsassızdır. İddiaçı2, və X1 məhkəmə iclasında iştirak edib-etməməsi onların prosessual hüququdur. İddiaçının məhkəmə iclasına məcburi qaydada gətirilməsi Mülki Prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də etiraz bu hissədə əsassızdır. Etirazın digər dəlilində bildirilir ki, hazırki mülki işə, Şəki Rayon Sarıca kənd sakinləri X7 və X4 əlavə olunmuş şahid ifadələri (ərizələri) əlavə olunması və onların xx.xx.2022ci il, saat ll:00-yə təyin edilmiş məhkəmə prosesində canlı dindirilməsi zəruriyyəti yaranmışdır. Bu şahidlərin birinci instansiya məhkəməsinə gəlib canlı ifadə verməkləri üçün birinci instansiya məhkəməsində hakimə şifahi vəsatət vermiş, lakin vəsatət təmin etməmişdir. Kollegiya hesab edir ki, etirazın bu dəlili də əsassızdır. Belə ki, şahidlərin məhkəmə iclasında iştirakını təmin etmək bilavasitə tərəflərin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı; ...çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. ...hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi qanunverici sübutların təqdim edilməsini bilavasitə tərəflərin üzərinə qoymuşdur. Ona görə də adı çəkilən şahidlərin məhkəmə iclasına dəvət edilməməsi barədə etirazın dəlilləri əsassızdır. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(075)- 287/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh1 qarşı ünvan 1i ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbinə dair iddiası təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(075)-287/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh1 qarşı ünvan 1i ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Tərəflərə alqı-satqı müqaviləsinin etibarsızlığının nəticələrinə dair ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-799/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-799/2022
01.09.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver