Məhkəmə qərarları › İş №2(107)-808/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-808/2023

24.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-808/2023 24.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı paylı mülkiyyətdə olan evdən və torpaq sahəsindən payların müəyyən edilməsi, evin və torpaq sahəsinin paylara uyğun naturada ayrılaraq onlara verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı paylı mülkiyyətdə olan evdən və torpaq sahəsindən payların müəyyən edilməsi, evin və torpaq sahəsinin paylara uyğun naturada ayrılaraq onlara verilməsi tələbinə dair mülki iş üzrə ekspertiza təyin edilməsi və iş üzrə icraatın dayandırılması barədə Şəki Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(075)-15/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Çeşməli kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan evdən və 0,06 ha torpaq sahəsindən 2/3 hissə onların payının naturada ayrılaraq onlara verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək evin 2/3 hissəsinin, torpaq sahəsinin isə 2/15 hissəsinin naturada ayrılaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(075)-15/2023 nömrəli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və mülki işin icraatının ekspert rəyi alınana kimi dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə Cavabdeh şikаyət vermişdir. Şəki Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(075)-15/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(075)- 15/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Şəki Rayon Məhkəməsnin 18 may 2023cü il tarixli 2(075)-15/2023 nömrəli qərardadının ekspertiza təyin edilməsi ilə bağlı hissəsindən qanunla şikayət hüququ nəzərdə tutulmamışdır. Bu səbəblə də, ekspertiza təyin olunmasının səbəblərinə aid hissədə kollegiya araşdırma aparmır. Hazırki qərardadın icraatın dayandırıklması ilə bağlı hissəsindən şikayət hüququ nəzərdə tutulduğundan həmin hissədə araşdırma aparan kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 255.0.5-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə iş üzrə icraatı dayandıra bilər. Göründüyü kimi, ekspertiza təyin olunduqda icraatın dayandırılması məhkəmənin dispozitiv səlahiyyətinə buraxılmışdır. Hazırki iş üzrə də məhkəmə əlavə ekspertiza keçirilməsini qərara almış və Mülki Prosessuаl Məcəllənin ona verdiyi səlahiyyətlərdən istifadə edərək ekspert rəyi alınanadək işin icraatının dayandırılmasını qərara almışdır. Azərbaycan Respublikası MPM-nın 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 102.2-ci mаddəsinə əsаsən məhkəmə, Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə işin icraatını dayandırır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(075)-15/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsnin 18 may 2023-cü il tarixli 2(075)-15/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(075)-15/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar