Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-813/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-28/2020 saylı qətnaməsindən İddiaçı QSC və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 26L000003525 saylı kredit xətti müqaviləsinə, xx.xx.2014-cü il tarixli 26R000005538 saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 038R********** saylı kredit razılaşması üzrə 7613 ABŞ dolları 31 sent əsas, 3159 ABŞ dolları 03 sent faiz borcu və 5437 ABŞ dolları 12 sent cərimə olmaqla, cəmi 16209 ABŞ dolları 46 sent borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin ünvan 1 dalan 2 ünvanında istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması və 16209 ABŞ dolları 46 sent borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracda əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi qaydada tutulması, ünvan 1 dalan 2 ünvanında istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-28/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 26L000003525 saylı kredit xətti müqaviləsinə, xx.xx.2014-cü il tarixli 26R000005538 saylı kredit razılaşmasına xitam verilməsi, xx.xx.2014-cü il tarixli 26R000005538 saylı kredit razılaşması üzrə 7613 ( yeddi min altı yüz on üç) ABŞ dolları 31 (otuz bir) sent əsas, 3159 (üç min bir yüz əlli doqquz) ABŞ dolları 03 (üç) sent faiz, 500 (beş yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 11272 ( on bir min iki yüz yetmiş iki) ABŞ dolları 34 (otuz dörd) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı Cavabdeh1 tutulub İddiaçı QSC-yə ödənilməsi, tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2 dalan 2 ünvanında istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 50000 (əlli min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, əldə edilən vəsaitdən 11272 (on bir min iki yüz yetmiş iki) ABŞ dolları 34 (otuz dörd) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı, məhkəməyə müraciət etmək üçün xərcin cavabdehə aid hissəsi 25 (iyirmi beş) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı İddiaçı QSCyə ödənilməsi, satıldıqdan 1 ay ərzində Cavabdeh1 məxsus ünvan 2 dalan 2 ünvanında istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin boşaldılması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı İddiaçı QSC-yə aid edilməsi, 25 (iyirmi beş) manatı Cavabdeh1 tutulub İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi və iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı münasibətdə və qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı QSC-nin nümayəndəsi X3 apelyasiya şikayəti vermişdir. Cаvаbdeh tərəfindən verilmiş apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tərəfində əsas və faiz borcu şişirdilmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh1 məxsus ünvan 2 dalan 2 ünvanında istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvivid dəyərini 50000 (əlli min) mаnаt məbləğində müəyyən edərkən düzgün olmayan qənaətə gəlmişdir. İpoteka predmeti yenidən qiymətləndirilməlidir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X3 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-28/2020 saylı qətnаməsi dəyişdirilməli, Cavabdeh1 məxsus ünvan 3 dalan 2 ünvanında istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvivid dəyəri 32000 (otuz iki) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 26L000003525 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 aymüddətə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmçinin İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 26R000005538 saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 aylıq 2 % hesablanmaqla 36 aylıq müddətə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2015-ci il tarixli 26R000005538SA saylı sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli 26R000005538SB saylı sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli 26R000005538SC saylı sazişə əsasən kredit alan kreditin qalığını və ona hesablanmış faizləri sazişə əlavə olunan ödəniş planına uyğun ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2, Cavabdeh3 borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüşlər. Həmçinin Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair ödəniş planı ilə tanış olmuş və razılığını bildirmişdir. Həmçinin Cavabdeh1 kredit razılaşması üzrə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında xx.xx.2018-ci il tarixə 7613 ABŞ dolları 31 sent əsas, 3159 ABŞ dolları 03 sent faiz borcu və 5437 ABŞ dolları 12 sent cərimə olmaqla, cəmi 16209 ABŞ dolları 46 sent borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1-ci, 739.1-ci, 445.2.1ci, 449.1-ci, 472.1-ci, 465-ci, maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9cu, 36.1, 36.2, 36.3, 36.4, 59.3, 59.4-cü, 39.3.3-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 319.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh1 məxsus ünvan 2 dalan 2 ünvanında istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin dəyərini 50000 (əlli min) mаnаt məbləğində müəyyən edərkən düzgün olmayan qənaətə gəlmişdir. Tərəflər arasında bağlanan xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetinin ilkin dəyəri 16470 manat 30 qəpik məbləğində müəyyyən edilmişdir.“xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən Cavabdeh1 məxsus ünvan 2 dalan 2 ünvanında istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixinə bazar qiyməti 50000 manat təşkil edir. İş materiallarında olan “X2” MMC-nin xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 2 dalan 2 ünvanında istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvidit dəyəri 32000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki,50000 manat həddindən artıq yüksək məbləğdir. Belə ki, Tərəflər arasında bağlanan xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin ilkin dəyəri 16470 manat 30 qəpik məbləğində müəyyyən edilmişdir. Yəni 50000 manat məbləğ ilkin dəyərdən təqribən 3 dəfə çoxdur. Ona görə də kollegiya hesab edir ki, ipoteka predmetinin likvidit dəyərinin 32000 manat müəyyən edilməsi daha ağlabatan və daha ədalətli olardı. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh iddiaçı tərəfindən əsas və faiz borcunun şişirdildiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-28/2020 saylı qətnаməsi dəyişdirilməli, Cavabdeh1 məxsus ünvan 3 dalan 2 ünvanında istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvivid dəyəri 32000 (otuz iki) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-28/2020 saylı qətnаməsi dəyişdirilməli, Cavabdeh1 məxsus ünvan 3 dalan 2 ünvanında istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvivid dəyəri 32000 (otuz iki) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-28/2020 saylı qətnаməsi dəyişdirilsin. Cavabdeh1 məxsus ünvan 3 dalan 2 ünvanında istifadədə olan 0.0323 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvivid dəyəri 32000 (otuz iki) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-813/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-813/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver