Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-82/2024 28.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızının cavabdehlər Cavabdeh2, X14, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi, bəyənmə, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızının cavabdehlər Cavabdeh2, X14, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(019)-25/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızı cavabdehlər Cavabdeh2, X14, Cavabdeh6 Asıman qızına, Cavabdeh1 Asıman qızına, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətinə Balakən rayonu Qazma kəndində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlərlə X15 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində cavabdehlərin adları (soyadı, adı və atasının adı) X10, X18, Cavabdeh6 Asiman qızı, Cavabdeh1 Asiman qızı, Cavabdeh4 Asiman oğlu və Cavabdeh3 Asiman qızı kimi göstərilmişdir. Lakin işdəki sənədlərə əsasən cavabdehlərin adlarının (soyad, ad və atasının adı) Cavabdeh2, X18, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 olması müəyyən edilmişdir. Ona görə də məhkəmə iddia ərizəsində cavabdehlərin adları (adı və ata adı) ilə bağlı bu halı texniki səhv sayıb, hazırki iş üzrə cavabdehlərin adlarını (soyad, ad və atasının adı) Cavabdeh2, X18, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 kimi qəbul edir. İddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Qazma kəndində yaşayır. Cavabdehlər həmkəndliləridir. X15 iddiaçının atasıdır. Cavabdeh2 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X25 verilmişdir. Cavabdeh2 çöl sahəsində yerləşən onlara verilmiş 1.35 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmişdir. 08 aprel 2002-ci ildə X9, Cavabdeh2, X13, Cavabdeh6, Cavabdeh1 və digər kənd sakinlərinin iştirakları ilə Balakən rayonu Qazma kənd İnzibati Ərazi Dairəsində akt tərtib edərək cavabdehlərə məxsus olan 1.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini atası X1 dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Cavabdeh2 və X18 qanuni nümayəndələri kimi Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 təmsil etmiş və onların adından da bu əqdin bağlanmasını həyata keçirmişlər. Torpağın müqabilində X15 cavabdehlərə o vaxtkı məzənnə ilə ******* (bir milyon) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra onlar torpaq sahəsini təhvil vermişlər. Onlar bildirmişlər ki, hazırda sənədləri qaydasında deyil, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. İddiaçının atası onlara inandığına görə razılaşmışdır. Bundan sonra iddiaçının atası və iddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışlar. Həmin torpaq sahəsinin alqısatqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. X15 22 noyabr 2008-ci ildə ölmüşdür. Bundan sonra iddiaçı dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, cavabdehlər notariat kontoruna gəlməyəcəklərini bildirmişlər. 2021ci ildə cavabdehlər iddiaçıya müraciət edərək, 1.35 ha torpaq sahəsini geri tələb etdiklərini bildirmişlər. Bundan sonra cavabdehlərlə aralarında mübahisə yaranmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlər söz vermişlər ki, həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini yaxın vaxtlarda notariat kontorunda təsdiq etdirəcəklər. Cavabdehlər tərəfindən 08 aprel 2002-ci ildə iddiaçının atasına satılan və vərəsəlik qaydasında iddiaçıya keçən 1.35 ha torpaq sahəsi tamamilə qanuni və əsaslı olaraq təyinatı üzrə istifadə olunmuş, əvvəl iddiaçının atası, sonra isə iddiaçı tərəfindən əkinçilik və maldarlıq üçün istifadə olunmuş, müvafiq qaydada torpaq vergisi ödənilmişdir. Lakin cavabdehlər tərəfindən Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin tələbləri pozularaq, üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, nəticədə iddiaçı tərəfin aldıqları torpaq sahəsinin rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Məhkəmənin müqaviləni etibarlı hesab etməyə qətnamə çıxarmaq hüququ vardır. Həmçinin mübahisəli torpaq sahəsinin alqı-satqısına dair əldə olunmuş razılıq qanuna zidd olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(019)-25/2023 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, X13, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətinə Balakən rayonu Qazma kəndində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh2, X18, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ilə X15 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2, X12, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 alınıb iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızına verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Birinci instansiya məhkəməsinin iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh2, X13, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 xüsusi mülkiyyətinə Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X25 verilmişdir. Cavabdeh2 çöl sahəsində yerləşən onlara verilmiş 1.35 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmişdir. 08 aprel 2002-ci ildə iddiaçının atası X9, Cavabdeh2, X13, Cavabdeh6, Cavabdeh1 Asiman qızının və digər kənd sakinlərinin iştirakları ilə Balakən rayonu Qazma kənd İnzibati Ərazi Dairəsində akt tərtib edərək cavabdehlərə məxsus olan 1.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini iddiaçının atası X1 dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Cavabdeh2 və X18 qanuni nümayəndələri kimi Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 təmsil etmiş və onların adından da bu əqdin bağlanmasını həyata keçirmişlər. Torpağın müqabilində X15 cavabdeh tərəfə o vaxtkı məzənnə ilə ******* (bir milyon) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra cavabdehlər torpaq sahəsini X11 təhvil vermiş, həmçinin hazırda sənədlərin qaydasında olmadığını, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklərini bildirmişlər. İddiaçının atası cavabdeh tərəfə inandığına görə razılaşmışdır. Bundan sonra iddiaçının atası və iddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışlar. Tərəflər həmin torpaq sahəsinin alqısatqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqısatqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. İddiaçının atası X15 22 noyabr 2008-ci ildə ölmüşdür. Bundan sonra mərhum X9 vərəsəsi olan iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızı dəfələrlə cavabdehlərə daşınmaz əmlakın-1.35 ha torpaq sahəsinin notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, onlar notariat kontoruna gəlməyəcəklərini bildirmişlər. 2021-ci ildə cavabdehlər iddiaçıya müraciət edərək, 1.35 ha torpaq sahəsini geri tələb etmişlər. Bundan sonra iddiaçı ilə cavabdehlər arasında mübahisə yaranmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlər həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini yaxın vaxtlarda notariat kontorunda təsdiq etdirəcəklərinə söz vermişlər. Cavabdehlər tərəfindən 08 aprel 2002-ci ildə iddiaçının atasına satılan və vərəsəlik qaydasında iddiaçıya keçən 1.35 ha torpaq sahəsi əvvəl iddiaçının atası, sonra isə iddiaçı tərəfindən tamamilə qanuni və əsaslı olaraq təyinatı üzrə əkinçilik və maldarlıq üçün istifadə olunmuş, müvafiq qaydada torpaq vergisi ödənilmişdir. Lakin cavabdehlər Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə iddiaçı tərəfin aldığı torpaq sahəsinin rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Mübahisəli torpaq sahəsinin alqı-satqısına dair əldə olunmuş razılıq qanuna zidd olmamışdır. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlər həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini yaxın vaxtlarda notariat kontorunda təsdiq etdirəcəkləri ilə bağlı razılaşmışlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2, X13, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətinə Balakən rayonu Qazma kəndində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 536 KOD 40103018 olan Dövlət Aktında 536 planşet nömrəsində göstərilmiş 1.35 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh2, X18, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ilə X15 arasında bağlanmış 08 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab edilməlidir. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızına verilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 12-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 152.2, 152.3, 152.4, 213.1, 214.2, 215.2, 222.2, 222.3, 324, 329.1, 331.1, 331.2, 334.1, 334.2, 351.2, 351.3, 560.1, 560.2, 560.3.4, 567, 646.1, 648.1, 648.2, 402.1, 1134.1, 1146, 1151, 1153, 1255, 1306, 404-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4, 97.5,13.7 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, ona və digər ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini onlar bir müddət əkibbecərmiş, daha sonra onlar Bakı şəhərinə köçdüyüklərindən torpaq sahəsini əmisi X6 istifadə üçün vermişlər. Əmisi öldükdən sonra onlar daimi Bakı şəhərində yaşadığından həmin torpaq sahəsindən istifadə etməmişlər, 2018-ci ildə onlar Bakıdan Balakənə köçmüşlər və həmin vaxtdan daimi Balakəndə yaşayır və torpaqdan istifadə etmişlər. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə izahatında həmin torpaq sahəsinin iddiaçının atası öldükdən sonra iddiaçının özünün istifadə etdiyini bildirmişdir. Lakin iddiaçı özü həmin torpaq sahəsinin yerini belə tanımır. Həmin torpaq sahəsindən heç vaxt istifadə etməmişdir. İddiaçın vəkili yalan ifadələr vermişdir. 2018-ci il tarixdə həmin torpaqdan istifadə edərkən, tanımadığı bir şəxs həmin torpaq sahəsini iddiaçının qardaşının arvadı Məlahət adlı şəxsin ona satdığını bildirmişdir, həmin şəxs ot presslərini oğurladığına görə onu Balakən Polis şöbəsinə şikayət etmişlər. Bu hallar özü sözügedən torpaq sahəsinin onların istifadə və sahibliyində olmasını sübut edir. İddiaçının vəkili və nümayəndəsi izahatında qeyd etmişdir ki, iddiaçı torpağın notarial alqı-satqısı barədə onlara dəfələrlə müraciət etmişdir. Bu tamamilə yalandır, iddiaçının saxtalaşdırılmış aktdan xəbəri belə olmamışdır. Onlar iddiaçını məhkəmə prosesi zamanı tanımışdır. Onlar iddiaçının atası X15 adlı şəxslə heç bir alqı-satqı etməmişlər və həmin şəxsdən pul vəsaiti qəbul etməmişlər. Ümumiyyətlə bu barədə xəbərləri belə olmamışdır. Məhkəməyə təqdim olunmuş akt tamamilə saxtakarlıqla yazılmışdır. O, Balakən Rayon Məhkəməsinə məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunması və Balakən rayon Qazma Bələdiyyəsinin 3-cü şəxs qismində prosesə cəlb olunması barədə yazılı vəsatət vermişdir. Lakin məhkəmə vəsatəti təmin etməmiş, Qazma Bələdiyyəsini işə cəlb etməmişdir. xx.xx.2002-ci il tarixli aktın Bələdiyyənin aktların qeydiyyatı kitabına işlənib-işlənmədiyi araşdırılmamışdır. Eyni zamanda aktdakı imzalardan göründüyü kimi Cavabdeh2 və Sarıyeva Surənin imzaları ilə onların qanuni nümayəndəsi kimi imza çəkdikləri şəxslərin imzaları tamamilə fərqlidir. Məhkəmə bu halı diqqətə almamış, imzaların həqiqiliyinin yoxlanılması üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini təmin etməmiş, ekspert vəsatətlərini cavablandırmamış, saxtalaşdırılmış aktı hüquqi sənəd kimi qəbul etmişdir. Aktda adı olan digər şəxs Abdullayev Mamed aktı imza etməkdən imtina etmişdir. X17 əlaqə saxladığda, Mamed həmin vaxt orada poçt müdiri işlədiyini, Oruc adlı şəxsin onun otağına gələrək akta imza çəkməyini xahiş etdiyini bildirmişdir. Lakin o, akt saxta olduğuna görə imza etməkdən imtina etdiyini bildirmişdir. İddiaçının atası X22 Bələdiyyəsində mühasib işləmişdir. Bələdiyyənin möhürü onun əlində olmuşdur. Bu fakt da aktın saxtakarlıqla yazıldığını sübut edir. Qətnamədə Cavabdeh2 və X13 qanuni nümayəndələri kimi Cavabdeh3 Cavabdeh4 və onun adından iştirak etmələri və aktı imzalamaları bildirilmişdir, əgər belə bir hal olmuşdursa belə həmin vaxt nümayəndəsi olduğu Cavabdeh6 20 yaşında olmuşdur. Belə olan halda məhkəmə nəticəyə gələrkən bu faktı nəzərə almamış, Cavabdeh6 özünün imza etməli olduğunu qətnamədə qeyd etməmişdir. Aktda cavabdehlər Cavabdeh2 adı, onun və digər cavabdehlərin ata adlarını səhv yazılmışdır. Əgər akt onların iştirakı ilə tərtib edilmişdirsə, ad Asiman yox Asman olaraq yazılmalı idi, bu hal da aktın kor-koranə yazılmasını təstiq edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən 8 aprel 2002-ci il tarixli akt onun və etibarnamə üzrə nümayəndəsi olduğu şəxslər Cavabdeh2, X14, Cavabdeh6 Asıman qızına, Cavabdeh4, Cavabdeh3 iştirakı və xəbəri olmadan bağlanmışdır. Həmin vaxt onlar ümumiyyətlə Balakən rayonunda olmamışdır. Əgər onlar həmin torpaq sahəsini X2, torpaq sahəsini 2019-cu ildən onlar istifadə etdikləri təqdirdə, 3 il sora yəni indi iddiaçı iddia qaldırmazdır. Ümumiyyətlə akt onların razılığı, iştirakları olmadan tərtib edilmiş və imzalar saxtalaşdırılmışdır. Qeyd olunanlara əsasən, Balakən Rayon Məhkəməsinin 2(019)- 25/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 2(019)-25/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı Müftəliyeva (Məmmədova) Solmaz Oruc qızı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilər. 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi: Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 01 noyabr 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinəəsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarı; İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyi uyğun qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 2(019)-25/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(019)-25/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə apellyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(019)-25/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh2, X13, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 xüsusi mülkiyyətinə Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X25 verilmişdir. Cavabdeh2 çöl sahəsində yerləşən onlara verilmiş 1.35 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmişdir. 08 aprel 2002-ci ildə iddiaçının atası X9, cavabdehlər Cavabdeh2, X13 iştirakları ilə Balakən rayonu Qazma kənd İnzibati Ərazi Dairəsində akt tərtib edərək cavabdehlərə məxsus olan 1.35 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini iddiaçının atası X1 dair AKT tərtib edilmiş və cavabdehlər həmin sənədə imza etmişlər. Cavabdeh2 və X18 qanuni nümayəndələri kimi Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 təmsil etmiş və onların adından da bu əqdin bağlanmasını həyata keçirmişlər. Torpağın müqabilində X15 cavabdeh tərəfə o vaxtkı məzənnə ilə ******* (bir milyon) manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra cavabdehlər torpaq sahəsini X11 təhvil vermiş, həmçinin hazırda sənədlərin qaydasında olmadığını, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklərini bildirmişlər. İddiaçının atası cavabdeh tərəfə inandığına görə razılaşmışdır. Bundan sonra iddiaçının atası və iddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışlar. İddiaçının atası X15 22 noyabr 2008-ci ildə ölmüşdür. 2021-ci ildə cavabdehlər iddiaçıya müraciət edərək, 1.35 ha torpaq sahəsini geri tələb etmişlər. Bundan sonra iddiaçı ilə cavabdehlər arasında mübahisə yaranmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən cavabdehlər həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini yaxın vaxtlarda notariat kontorunda təsdiq etdirəcəklərinə söz vermişlər. Cavabdehlər tərəfindən 08 aprel 2002-ci ildə iddiaçının atasına satılan 1.35 ha torpaq sahəsi əvvəl iddiaçının atası, sonra isə iddiaçı tərəfindən tamamilə qanuni və əsaslı olaraq təyinatı üzrə istifadə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. Kollegiya hesab edir ki, iddia tələbi əsaslı, apellyasiya şikayəti isə əsassızdır. Baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi cavabdehlərin ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Bundan əlavə, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi və onun nəticələri ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin digər normaları ilə də tənzimlənmişdir. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 03.03.23 tarxli qərarında aşağdakılar qeyd edilir; Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alan kollegiya hesab edir ki, apelyatorun özünün və ailə üzvlərinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmamaları, habelə sakini olduqları kənddə 20 ilə yaxın həmin sahəni başqasının istifadə etməsini görməmələrinin mümkünlüyü (inandırıcılığı) əsaslandırılmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli qərarında göstərmişdir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Nəzərə alınmalıdır ki, mübahisəli sahənin iddiaçının atasına satılmasından müqaviləni imzalamamış mülkiyyətçi(lər)in məlumatlı olduqları, özlərinin davranışları ilə əqdi bəyənmələri müəyyən edildiyindən, hazırkı iddianın irəli sürülməsinə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə baxımından hüquqi qiymət verilməlidir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan suiistifadə qadağası ilə məhdudlaşdırmışdır . Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir . Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kollegiyası şikayətin iddiaçının atası X15 adlı şəxslə heç bir alqı-satqı etməmələri və həmin şəxsdən pul vəsaiti qəbul etməmələri, ümumiyyətlə bu barədə xəbərlərinin olmamaları, Məhkəməyə təqdim olunmuş aktın tamamilə saxtakarlıqla yazılması barədə dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 536 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X23 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli qərarı ilə Balakən rayonu Qazma kəndi 1.80 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X7, X13, Cavabdeh6 Asiman qızının, Cavabdeh1 Asiman qızının, Cavabdeh4 Asiman oğlunun və Cavabdeh3 Asiman qızının xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 08 aprel 2002-ci il tarixli aktda Cavabdeh2 və digər cavabdehlərin təhkim olunmuş Balakən rayonu Qazma kəndi Gülsan çöl sahəsindəki 1.35 hektar torpaq sahəsini ******* (bir milyon) manata X4 qeyd edilmişdir. Həmin aktı Cavabdeh2 və X18 tərəfindən imzalamışlar. Məhkəmə kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərardadı ilə məhkəməxətşunaslıq ekspertiza təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 15 fevral 2024-cü il tarixli 3-16-16/2-4/72 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, mülki işin 1-ci cildinin 7-ci vərəqəsində olan 8 aprel 2002-ci il tarixli Aktın sonunda “1." rəqəminin qarşısındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Mülki işin 1-ci cildinin 7-ci vərəqəsində olan 8 aprel 2002-ci il tarixli Aktın sonunda “1." rəqəminin qarşısındakı imza X18 tərəfindən icra olunmuşdur. Göründüyü kimi ekspert rəyi ilə də təsdiq edilir ki, cavabdehlər Cavabdeh2 və X18 8 aprel 2002-ci il tarixli Aktına imza etmişlər. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Birinci instansiya məhkəməsi tərfindən Bələdiyyənin üçüncü şəxs kimi işə cəlb edilməməsi barədə şikayətin dəlilini də əsassız sayan kollegiya hesab edir ki, hazırkı iş üzrə bələdiyyənin üçüncü şəxs kimi işə cəlb edilməsinə lüzum yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi cavabdehlərin mülkiyyətində olmuş və cavabdehlər də 8 aprel 2002-ci il tarixli aktla 1.35 hektar torpaq sahəsini ******* (bir milyon) manata X3. Həmin akt Cavabdeh2 və X18 tərəfindən imzalanmışdır. Yəni bələdiyyənin üçüncü şəxs kimi işə cəlb edilməsi hazırkı mübahisənin həll edilməsində heç bir əhəmiyyəti olmayacaqdır. Ona görə də şikayət bu hissədə də əsassızdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(019)-25/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(019)-25/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 140 (bir yüz qırx) manatı cavabdehlərdən tutularaq büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X8, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-82/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-82/2024
28.03.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver