Məhkəmə qərarları › İş №2(107)-825/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-825/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-825/2021 13.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- kredit müqaviləsi, dəbbə pulu, likvid dəyər) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tаrixli, 2(014)-607/2020 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 27 fevral 2015-ci il tarixli 115.LN.2004.270215.00002 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 7783 manat əsas borc, 368,76 manat faiz borc, 1029,24 manat vaxtı keçmiş faiz borc, 12425,59 manat cərimə olmaqla, cəmi 21607,11 manat məbləğində borcun tutulması, ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Yevlax şəhəri, Q.Əşrəfbəy küç, ev 9, mənzil 16 tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, Cavabdeh2 məxsus Yevlax şəhəri, Q.Əşrəfbəy küç, ev 9, mənzil 16 saylı mənzilə tutma yönəldildikdə və satışından 1 (bir) ay sonra Cavabdeh2 Yevlax şəhəri, Q.Əşrəfbəy küç, ev 9, mənzil 16 istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılması və boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27.02.2015-ci il tarixli 115.LN.2004.270215.00002 saylı Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 36 ay müddətinə illik 6 % ödəmək şərti ilə 10 000 (on min) manat məbləğində kredit verilmişdir. 27.02.2015-ci il tarixli 115.LN.2004.270215.00002 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyanlar) arasında 27.02.2015-ci il tarixli 115.CL.270215.00002/b saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə Yevlax şəhəri, Q.Əşrəfbəyov küç, ev 9, mənzil 16-ya ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh1 27 fevral 2015-ci il tarixli, 115.LN.2004.270215.00002 saylı kredit müqaviləsi üzrə 20.10.2020-ci il tarixinə 7783 manat əsas, 368,76 manat faiz, 12425,59 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 1029,24 manat hesablanmış faiz borcu olmaqla, cəmi 21607,11 manat məbləğində kredit borcu müəyyən edilmişdir. Bu günədək Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən İddiaçı ASC-yə ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu vermişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tаrixli, 2(014)-607/2020 saylı qətnaməsi ilə (hakim F.Nəsibov) iddia qismən təmin edilmiş, Cavabdeh1 7783 manat əsas borc, 368,76 manat faiz borcu, 1029,24 manat vaxtı keçmiş faiz borcu, 778 manat cərimə borcu, cəmi 9959 manat (doqquz min doqquz yüz əlli doqquz manat) borc tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan, Yevlax şəhəri, Q.Əşrəfbəy küç, ev 9, mənzil 16-ya yönəldilməsi, Cavabdeh2 məxsus olan, Yevlax şəhəri, Q.Əşrəfbəy küç, ev 9, mənzil 16da yerləşən mənzilin ilkin satış qiymətinin 32000 (otuz iki min) manat olmaqla açıq hərrac yolu ilə satılması, satışdan əldə edilən pul vəsaitinin Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi qət edilmiş, eyni zamanda Cavabdeh2 məxsus olan, Yevlax şəhəri, Q.Əşrəfbəy küç, ev 9, mənzil 16-da yaşayan Cavabdeh2 ipoteka ilə yüklü edilən əmlak satıldıqdan sonra 1 (bir) ay ərzində evi könüllü tərk etmədiyi təqdirdə mənzildən çıxarılmaları, ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30,40 manat (otuz manat qırx qəpik) dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 27.02.2015-ci il tarixli 115.LN.2004.270215.00002 saylı Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 36 ay müddətinə illik 6 % ödəmək şərti ilə 10 000 (on min) manat məbləğində kredit verilmişdir. 27.02.2015-ci il tarixli 115.LN.2004.270215.00002 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyanlar) arasında 27.02.2015-ci il tarixli 115.CL.270215.00002/b saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə Yevlax şəhəri, Q.Əşrəfbəyov küç, ev 9, mənzil 16-ya ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh1 27 fevral 2015-ci il tarixli, 115.LN.2004.270215.00002 saylı kredit müqaviləsi üzrə 20.10.2020-ci il tarixinə 7783 manat əsas, 368,76 manat faiz, 12425,59 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 1029,24 manat hesablanmış faiz borcu olmaqla, cəmi 21607,11 manat məbləğində kredit borcu müəyyən edilmişdir. Bu günədək Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən İddiaçı ASC-yə ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu vermişdir. Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən Cavabdeh1 115.LN.2004.270215.00002 saylı kredit müqaviləsi fərmanın təsir dairəsinə düşmüş, kredit müqaviləsi üzrə borc vəsaitinin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanması təklif olunmuş və banka dəvət edilmişdir, Cavabdeh1 Banka müraciət etmədiyindən kredit müqaviləsi üzrə 7804,52 manat əsas borc məbləği restrukturizasiya olunmamışdır. İddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilmiş və həmin məbləğ azaldılmış, yəni 12425,59 manat cərimə 778 manat miqdarında müəyyənləşdirilmişdir. Qeyd olunanlara və göstərilən qanunların tələblərinə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 7783 manat əsas borc, 368,76 manat faiz borc, 1029,24 manat vaxtı keçmiş faiz borcu, 778 manat cərimə borcu, cəmi 9959 manat borc tutularaq İddiaçı ASC-yə verilməli, tələb xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Yevlax şəhəri, Q.Əşrəfbəy küç, ev 9, mənzil 16-ya yönəldilməli, həmin əmlak hərrac qaydasında satılmalı, ipoteka predmeti ipoteka müqaviləsi bağlanarkən ipoteka müqaviləsinə 1 saylı əlavəyə əsasən tərəflər arasında 32000 manat qiymətində dəyərləndirildiyindən, tərəflər ipoteka predmetinin dəyərləndirilməsi ilə əlaqədar hər hansı bir etirazlarını bildirmədiklərindən ipoteka predmetinin ilkin satış qiyməti 32000 manat məbləğində müəyyən edilməlidir, ipoteka predmeti olan ev açıq hərracda satıldıqdan bir ay sonra həmin mənzildə yaşayan Cavabdeh2 fərdi yaşayış evindən çıxarılmalı, əldə olunan vəsait ödənişə yönəldilməlidir, iddiaçının istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi mülkiyyətçi hüquqlarına aid olduğundan, həmçinin iddiaçı 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərc barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci, 298-ci, 317.1-ci, 414-416-cı, 319-cu, 385.1-ci, 442-ci, 443.1ci, 448.1-ci, 449-cu, 462.1-ci, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1.3-cü, 33-cü, 34.1-ci, 41-ci-cü, 59-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(014)-607/2020 nömrəli qətnaməsi qəbul edilərkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından məhkəmə qətnaməsi dəbbə puluna aid hissədə və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilməli, iddianın həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tаrixli, 2(014)-607/2020 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında üzrlü səbəb olmadan iştirak etməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, dəbbə puluna aid hissədə və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin dəbbə puluna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Bununla belə birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin 32000 manat olmaqla açıq hərracdan satılması hissəsində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin likvid dəyərini müəyyən etməli olduğu halda bunu etməmişdir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, 27.02.2015-ci il tarixli 115.LN.2004.270215.00002 saylı Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 36 ay müddətinə illik 6 % ödəmək şərti ilə 10 000 (on min) manat məbləğində kredit verilmişdir. 27.02.2015-ci il tarixli 115.LN.2004.270215.00002 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyanlar) arasında 27.02.2015-ci il tarixli 115.CL.270215.00002/b saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə İddiaçı ASC-yə Yevlax şəhəri, Q.Əşrəfbəyov küç, ev 9, mənzil 16-ya ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh1 27 fevral 2015-ci il tarixli, 115.LN.2004.270215.00002 saylı kredit müqaviləsi üzrə 20.10.2020-ci il tarixinə 12425,59 manat cərimə borcu müəyyən edilmişdir. Bu günədək Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və bu da öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295 və 319-cu maddələrinə əsasən İddiaçı ASC-yə ipoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququnu vermişdir. Eyni zamanda məhkəmə kollegiyasının qərardadı ilə qiymətləndirici dəvət edilmiş, “X1” MMC-nin 02 avqust 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, Yevlax şəhəri, Q.Əşrəfbəyov küç, ev 9, mənzil 16-nın hazırki dövrə olan likvid qiyməti 35000 AZN təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, cavabdehlər qəbul edilmiş qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətinin ilk dəlilində bildirmişdir ki, məhkəmə qanunsuz olaraq dəbbə pulunu azaltmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin dəbbə pulu məbləğinə dair gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksək olmaqla tərəflər arasında bağlanmış müqavilələrin 3.1-ci bəndinə əsasən coxdur. Yəni iddiaçının tələb etdiyi dəbbə pulunun miqdarı əsas borcun 10 faizindən də yüksəkdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılmışdır. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş həmin dəlil birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Apellyator digər dəlilində ipoteka predmetinin ilkin satış qiymətinin 32000 manat olması ilə razılaşmamış, hazırda həmin əmlakın bazar qiymətinin aşağı olmasını bildirmişdir. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Məhkəmə kollegiyasının qərardadı ilə qiymətləndirici dəvət edilmiş, “X1” MMCnin 02 avqust 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, Yevlax şəhəri, Q.Əşrəfbəyov küç, ev 9, mənzil 16-nın hazırki dövrə olan likvid qiyməti 35000 AZN təşkil etmişdir. Göründüyü kimi tam əksinə olaraq ipoteka predmetinin dəyəri müqavilədə qeyd ediləndən də yüksəkdir. Ona görə də şikayət həmin hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə İpoteka Predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Kollegiya belə nəticəyə gəlir ki, rəyin nəticəsi iddiaçının mənafeyinə uyğun olmadığından ipoteka predmeti hərraca çıxarılarkən likvid dəyər 32000 manat kimi götürülməlidir. Yəni hazırkı rəy iddiaçının ziyanına şərh edilə bilməz. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə təmin edilə bilməz və qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tаrixli, 2(014)-607/2020 saylı qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar