Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-827/2024 20.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X3, X5 və X2 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, qərəzli hərəkətlərinə son qoyulması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı, X3, X5 və X2 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, qərəzli hərəkətlərinə son qoyulması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 1 aprel 2024-cü il tarixli, 2(033)-201/2024 saylı qətnaməsindən Cavabdeh4 verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə Zaqatala Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(033)-201/2024 nömrəli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı, X3, X5 və X2 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası İtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, qərəzli hərəkətlərinə son qoyulması, maddi və mənəvi zərərin ödənilməsi” dair iddia ərizəsi ilə müraciət edərək onların ümumi birgə paylı mülkiyyətində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları, torpaq sahəsinin iddiaçılara təhvil verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 (fındıq məhsulunun yığılması, çoxillik əkmələrin yararsız hala salınması, torpaq sahəsinə giriş-çıxış üçün yaradılan maneələr) qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 18816 (on səkkiz min səkkiz yüz on altı) manat maddi zərərin, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən 6184 (altı min bir yüz səksən dörd) manat maddi zərərin, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən 5000 (beş min) manat mənəvi zərərin, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışa əsasən iddiaçılar İddiaçı, X3, X5 və X2 ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,4832 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2023-cü il ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən yığılmış fındıq məhsuluna görə 2534,4 (iki min beş yüz otuz dörd manat qırх qəpik) manat pul vəsaiti sonunculardan müştərək qaydada alınaraq iddiaçılar İddiaçı, X3, X5 və X4 verilməsi, iddia tələbi qalan hissədə və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə münasibətdə təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun 45,34 (qırx beş manat, otuz dörd qəpik) manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 134,66 (bir yüz otuz dörd manat altmış altı qəpik) manatı isə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(033)-201/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı, X3, X5 və X2 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi, qərəzli hərəkətlərinə son qoyulması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qətnaməsindən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmışdır. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli apellyasiya şikayətini geri qaytarma barədə qərardad ləğv edilərək, mülki iş mahiyyəti üzrə baxılması üçün və qətnamənin qismən təmin olunan hissəsinin ləğv olunaraq tam rədd olunması üçün aidiyyatı üzrə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(033)-201/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(033)- 201/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(033)-201/2024 saylı qətnаməsi Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron Kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Bununla da qətnamə 19 aprel 2024-cü il il tarixdə nümayəndə və Vəkil rəsmi qaydada verilmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin qətnаmədən apellyasiya şikаyəti verə biləcəyi sоn tаrix 20 may 2024-cü il tarixi olmuş, lаkin apellyasiya şikаyəti qanunla müəyyən edilmiş müddət 2 gün ötürüldükdən sоnrа, yəni 22 may 2024-cü il tarixində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron Kabinet vasitəsi ilə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil şikayətində göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin qərardadıCavabdeh4, Cavabdeh1 və Cavabdeh2 29 aprel 2024-cü il tarixində göndərilmişdir və həmin cavabdehlərin apellyasiya şikayəti vermə müddəti 30 may 2024-cü il tarixində bitməlidir. Lakin Zaqatala Rayon Məhkəməsi qətnaməni 19 aprel 2024-cü il tarixində elektron məhkəmə sisteminə yerləşdirməsini əsas gətirməklə suni və açıq şəkildə cavabdehlərin bütün prosessual hüquqlarını pozmaqdadır. Əgər cavabdehlər başqa vəkil və ya nümayəndəyə səlahiyyətlər verərdilərsə onda məhkəmə 30 may 2024cü il tarixi gözləyəcəkdi. Cavabdehlərdən birinin yataq xəstəsi olması və Zaqatalla Rayon Məhkəməsnin hakimi V.Məmmədovun onlara qarşı belə qərəzli mövqe tutması qanunsuz və yolverilməz haldır. Kollegiya qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(033)-201/2024 saylı qətnаməsi çıxarılan vaxt Vəkil Cavabdeh4 nümayəndəsi və vəkili olmuş və qətnaməni cavabdehə çatdırmaq vəzifəsi olmuşdur. İş materiallarında qətnamənin cavabdehlərin özünə 29 aprel 2024-cü ildə çatdırılması ilə bağlı xəbərnamə mövcud olsa da, qətnamə 19 aprel 2024-cü ildə cavabdehin nümayəndəsi vəkilinə çatdırılmaqla cavabdehə rəsmi qaydada verilmiş hesab edildiyindən onun iş üzrə qətnamədən apellyasiya şikayəti vermə müddəti həmin tarixdən başlamış və 20 may 2024-cü ildə başa çatmışdır. Məhkəmə qətnaməsinin cavabdehə çatdırılması həmin vaxt onun nümayəndəsi və vəkili olan şəxsə çatdırılması ilə hesablanmalıdır. Məhkəmə aktından şikayət verilən vaxt cavabdehin başqa vəkillə müqavilə bağlamış olması, qətnamə çıxarılan vaxt onun nümayəndəsi olmuş vəkilin məhkəmə sənədini ona çatdırma vəzifəsini istisna etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya həmçinin qeyd edir ki, şikayətdə cavabdehlərdən birinin yataq xəstəsi olması qeyd edilsə də, hansı cavabdehin xəstə olması və həmin halın hansı dəlillə təsdiq edildiyi şikayətdən görünmür. O da nəzərə alınmalıdır ki, şikayətdə cavabdehlərdən bəhs edilsə də, şikayəti imzalayan Vəkil yalnız Cavabdeh4 nümayəndəsi və vəkili olmuşdur. Apellyasiya şikayəti də şikayəti verən şəxs olaraq Cavabdeh4 adından verilmişdir. İş materialalrında digər cavabdehlərin apellyasiya şikayəti aşkar edilmir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(033)-201/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(033)-201/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iş materialalrında Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-201/2024 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti də mövcud olmasına və məhkəmə tərəfindən geri qaytarılmamasına baxmayaraq. Həmin apellyasiya şiakyəti baxılması üçün apellyasiya məhkəməsinə göndərilməmişdir. Ona görə də, iş materialları Zaqatala Rayon Məhkəməsinə qaytarıldıqdan sonra həmin məhkəmə tərəfindən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(033)-201/2024 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin uyğunluğuna baxılmaqla müvafiq prosessual hərəkətlər edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(033)-201/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-827/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-827/2024
20.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver