Məhkəmə qərarları › İş №2(107)-842/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-842/2020

04.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-842/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, üçüncü şəxslər X11, X12 və «xxxxxxx» MMC-nin nümayəndəsi X8 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-35/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin adına Şəki rayonu X7 xx xxxx 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu torpaq şöbəsi tərəfindən verilmiş JN:0014; kod: 40402017 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ayrılmış Şəki rayonu Qaratorpaq kəndində yerləşən 18 ha torpaq sahəsinin 5 ha hissəsi ilə bağlı xx xxxxxx 2006cı il tarixli, 4Ə-İ/11 qeydiyyat nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, «xxxxxxx» MMC-nin adına RX seriyalı, ******* saylı, xx xxxxxx 2017-ci il tarixli çıxarışın verilməsi üçün əsas olmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, onun və ailə üzvlərinin adına Şəki rayonu X7 xx xxxx 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu torpaq şöbəsi tərəfindən verilmiş JN:0014; kod: 40402017 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ayrılmış Şəki rayonu Qaratorpaq kəndində yerləşən 18 ha torpaq sahəsinin 5 ha hissəsi ilə bağlı xx xxxxxx 2006-cı il tarixli, 4Ə-İ/11 qeydiyyat nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş hüquqmüəyyənedici sənədin ləğv edilməsi, Cavabdeh4 ilə X13 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında X4 adına verilmiş çıxarışın ləğv edilməsi, X13 ilə «xxxxxxxxx» MMC arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında «xxxxxxxxx» MMC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, «xxxxxxxxxxxx» MMC-nin müstəqil auditoru tərəfindən verilmiş audit rəyinin etibarsız hesab edilməsi və «xxxxxxx» MMC-nin adına verilmiş RX seriyalı, ******* nömrəli, **********16 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, «xxxxxxx» MMC və Cavabdeh4 cavabdeh, X9, X12, Məhərrəmova Gözəl Abbas qızı, Məhərrəmova (Abbasova) Gülzadə Zakir qızı, Məhərrəmova (Hüseynova) Vüsalə Zakir qızı, X13 və «xxxxxxxxx» MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-35/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki,17.012006-cı il tarixli alqısatqı müqaviləsində qeyd edilir ki, İddiaçı Məhmməd oğlu və Məhərrəmova Gözəl Abbas qızı Şəki rayon Torpaq Şöbəsinin xx xxx 1999-cu il tarixli 8930 saylı dövlət aktına əsasən onlara məxsus olan Şəki rayonu Qaratorpaq qəsəbəsi ərazisində cizgidə göstərilən sərhəd daxilində 18 ha torpaq sahəsinin 5 ha hissəsini vətəndaş Cavabdeh4 satdı. Əvvəla sözügedən 18 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətinə xx xxx 1999-cu il tarixli (JN-173; kod: 40402017) dövlət aktına əsasən deyil, Şəki rayonu X7 1998-ci il 11 iyul tarixli 54 nömrəli qərarına əsasən JN 0014, kod:40402017 nömrəli dövlət aktına əsasən verilmişdir. Belə olan halda alqı-satqı müqaviləsinin qanuniliyindən söhbət gedə bilməz. Göründüyü kimi o JN 0014, kod: 40402017 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmiş 18 ha torpaq sahəsinin mülkiyyətçisidir və belə olan halda hazırkı iddia tələbi AR MM-nin 384.0.4-cü maddəsinə əsasən iddia müddəti şamil edilməyən hallara aiddir. Ona görə də iş üzrə apelyasiya şikayətinin təmin edilməsini və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-35/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, üçüncü şəxslər X11, X12 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-35/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən «xxxxxxx» MMC-nin nümayəndəsi X15 şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq DƏDRX-nin 12 saylı X21 nümayəndəsi, Şəki rayon 2 saylı Notariat Kontorunun nümayəndəsi və digər üçüncü şəxslər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-35/2020 saylı qətnаməsidəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki,Şəki rayonu X7 xx xxxx 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu Qaratorpaq qəsəbə sakinləri İddiaçı, Məhərrəmova Gözəl Abbas qızı, X9, X3, X5 və X2 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 18 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-0014 nömrəli (kod 40402017) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı tərtib edilmişdir. Mülkiyyətçilərdən İddiaçı və Məhərrəmova Gözəl Abbas qızı xx xxxxxx 2006-cı il tarixdə onlara məxsus 18 ha torpaq sahəsindən 5 hektarını Cavabdeh4 satmışlar. Torpaq sahəsinin bir hissəsi özgəninkiləşdirildiyindən yerdə qalan torpaq sahəsinə Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəki rayonu Notariat Kontorunun xx xxxxxx 2006-cı il tarixli, 4Ə-İ/11 saylı alqı-satqı müqaviləsi ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Şəki rayonu Qaratorpaq qəsəbə sakinləri İddiaçı, Məhərrəmova Gözəl Abbas qızı, X9, X3, X5 və X2 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 13 hektar torpaq sahəsi verilmişdir. xx xxxx 2011-ci il tarixdə Cavabdeh4 ona məxsus 41 ha torpaq sahəsini X1. Şəki rayonu Qaratorpaq kəndində yerləşən 5 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra X13 ona məxsus 5 ha torpaq sahəsini «xxxxxxxxx» MMC-yə satmışdır. Şəki rayonu Qaratorpaq kəndində yerləşən 5 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə «xxxxxxxxx» MMC-nin qeydiyyata alınmışdır. Bundan sonra «xxxxxxxxxxxx» MMC-nin müstəqil auditoru tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli audit rəyi ilə Şəki rayonu Qaratorpaq kəndində yerləşən 5 ha torpaq sahəsi 9000 manat dəyərində qiymətləndirilmiş, «xxxxxxxxx» MMC tərəfindən Cavabdeh3 MMC-nin nizamnamə kapitalına əmlak şəklində yatırılmışdır. Şəki rayonu Qaratorpaq kəndində yerləşən 5 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 MMC-nin adına qeydiyyata alınmışdır. İddiaçıonun və ailə üzvlərinin adına Şəki rayonu X7 xx xxxx 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu torpaq şöbəsi tərəfindən verilmiş JN:0014; kod: 40402017 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ayrılmış Şəki rayonu Qaratorpaq kəndində yerləşən 18 ha torpaq sahəsinin 5 ha hissəsi ilə bağlı xx xxxxxx 2006-cı il tarixli, 4Ə-İ/11 qeydiyyat nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş hüquqmüəyyənedici sənədin ləğv edilməsi, Cavabdeh4 ilə X13 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında X4 adına verilmiş çıxarışın ləğv edilməsi, X13 ilə «xxxxxxxxx» MMC arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında «xxxxxxxxx» MMC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, «xxxxxxxxxxxx» MMC-nin müstəqil auditoru tərəfindən verilmiş audit rəyinin etibarsız hesab edilməsi və «xxxxxxx» MMC-nin adına verilmiş RX seriyalı, ******* nömrəli, **********16 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətləri əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçı müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi (xx xxxx 2006-cı il) və ya bilməli olduğu gündən (xx xxxxxx 2006-cı il) bir illik iddia müddətini ötürməklə on üç il sonra, yəni 2019cu ilin iyunun 4-də vermişdir. Belə ki, tərəflər arasında hadisənin baş verməsi ilə bağlı müddət xx xxxx 2006-cı il il tarixdən hesablanmaqla xx xxxx 2007-ci il tarixdə bitmişdir. Hətta ümumi iddia müddəti belə xx xxxx 2017-ci il tarixdə bitmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisə tərəfinin iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə verdiyi ərizə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. İddiaçı qanunla iddia müddətinin üzürlü səbəbdən ötürülməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Bütün bunlara baxmayaraq iddia ərizəsi ilə bildiyi və bilməli olduğu son müddət kimi xx xxxx 2007-ci il tarixədək deyil, xx xxxx 2019-cu il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Bundan əlavə iddiaçı iddia müddətinin tətbiq edilməli olmadığını də, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçı hal-hazırda torpaq sahəsinin mülkiyyətçisi olmadığından, hazırkı iddia tələbi iddia müddəti şamil edilməyən hallara aid deyildir.Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri iş materialları ilə təkzib edildiyindən təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-35/2020 saylı qətnаməsidəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-35/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar