Məhkəmə qərarları › İş №2(107)-849/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-849/2024

27.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-849/2024 27.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı miras əmlakda payın tanınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasda payın müəyyən edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X17 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X18 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı miras əmlakda payın tanınması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(046)-160/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X8 miras qalmış, Göyçay rayonunun Cəyirli kəndində yerləşən, ailə üzvləri ilə ümumi birgə mülkiyyətlərində olan 0,21 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinin, yəni 0,042 ha torpaq sahəsində tam miras payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1970-ci il tarixdə X21 ilə X5 29 sentyabr 1961 -ci il tarixdə bağlanmış nikahından doğulmuşdur. X2 16 sentyabr 1996-cı il tarixdə, atası X21 08 aprel 1999-cu il tarixdə vəfat etmişlər. Atası anasının vəfatından sonra X26 ilə 02 fevral 1999-cu il tarixdə nikah qeyd etdirməklə evlənmişdir. Mərhum atası X21 vəfat edərkən onunla və ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan Göyçay rayonunun Cəyirli kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsi, 0,7051 ha və 0,1049 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Mərhum atasının vəfatından sonra qalan mirası faktiki qəbul edib idarə etmişdir. Hazırda da miras əmlak onun istifadəsində və sahibliyindədir. Mərhum atası X10 ondan başqa vərəsələri arvadı X26, 01 may 1963-cü ildə doğulmuş Cavabdeh, 06 dekabr 1965-ci ildə doğulmuş X13, 26 noyabr 1965-ci ildə doğulmuş X22r. X3 01 dekabr 1961-ci ildə, X29 22 noyabr 1972-ci ildə vəfat etmişlər. Qanun üzrə birinci növbə vərəsələr X26, X30 və X6 Göyçay rayon Notariat Ofisinə mirası qəbul etməmələri haqqında ərizə versələr də, cavabdeh miras əmlakı faktiki və ya rəsmi qəbul etmədiyi halda mirasın bölüşdürülməsi ilə bağlı onunla mübahisə yaratmış və mərhum atası ilə onun və ailənin ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 4 il əvvəl zəbt edərək istifadə etməyə başlamışdır. Cavabdehlə ixtilaf səbəbindən miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ala bilməmiş və Göyçay rayon Notariat Ofisi məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən qəbul etmiş, izahat verərək göstərmişdir ki, Göyçay rayonun Cəyirli kəndində yerləşən, ümumi birgə mülkiyyətdə olan 0,21 ha həyətyanı torpaq sahəsinin mərhum X14 məxsus hissəsi iddiaçı ilə cavabdeh arasında bərabər bölünməlidir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər məhkəməyə ərizə ilə müraciət edərək miras əmlakdan pay tələb etmədiyni bildirmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246- cı maddəsi qüvvədən düşmüşdür. Həmin qərarda həmçinin məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyi qeyd edilmişdir. Cavabdeh atası X10 dəfn və müalicə xərclərini çəkmişdir. Məhkəmədən X14 məxsus torpaq sahəsinin ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X26, X13, X30 və Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmişlər. X26, X13 və X30 məhkəməyə teleqram göndərərək, hər biri İddiaçı iddia tələbi ilə razı olduqlarını, X4 1999-cu ildə baş vermiş ölümündən sonra miras torpaq sahəsinin Zahidin istifadəsində olduğunu, cavabdehin hələ atasının sağlığında ayrı təsərrüfatda yaşadığını və atasının ölümündən sonra da öz evində yaşadığını, mirasdan pay tələb etmədiklərini və işə onarın iştirakı olmadan baxılmasını xahiş etmişlər. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X26, X13, X30 və Göyçay rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

6. Göyçay Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(046)-160/2024 nömrəli qətnaməsi ilə (hakim G.Qurbanova) iddia tələbinin təmin edilməsi, X8 miras qalmış Göyçay rayonu, Cəyirli kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı tam miras payının müəyyən edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, miras əmlaka X10 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış Göyçay rayonun Cəyirli kəndində yerləşən 0,042 ha torpaq sahəsi daxildir. Miras qoyanın adına öldüyü məqamadək digər əmlakın (və ya əmlakların) olması müəyyən edilməmişdir.

8. Məhkəmə həmçinin müəyyən etmişdir ki, miras xx.xx.1999-cu ildə açıldıqdan sonra miras qoyanın 4 qanun üzrə vərəsəsi olmuşdur: arvadı - X26, qızı - X13, oğlanları - Cavabdeh və X30. X26, X13 və X30 mirası qəbul etməkdən imtina etmişdirlər. Digər vərəsə Cavabdeh miras əmlakdan payı qanun üzrə vərəsələr üçün müəyyən edilmiş qaydalara riayət etməklə qəbul etməsini təsdiq edən sübut təqdim etməmişdir. Birinci instansiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə qeyd etmişdir ki,mirasın qəbul edildiyini vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi və ya əmlaka sahiblik etməsi və ya əmlakı idarə eməyə faktiki başlaması hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə tədqiq edilmiş sübutlardan Cavabdeh tərəfindən nə qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verilməsi, nə əmlaka sahiblik edilməsi, nədə ki, əmlakı idarə eməyə faktiki başlanılması hərəkətlərinin edilməsi müəyyən olunmamışdır. Əksinə olaraq İddiaçı miras açıldıqdan sonra həmin miras əmlaka faktiki sahiblik etmiş, atasına məxsus torpaq sahəsinin vergilərini hal-hazıradək ödəyərək miras əmlakı faktiki idarə etmiş, bununla da mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir.

11. Məhkəmə, cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahatla bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2023-cü il tarixli qərar qəbul etsə də, həmin qərarda 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğu yoxlanılmışdır.

12. Buna görə də məhkəmə hazırki iddia tələbi ilə bağlı miras qoyan X10 08 aprel 1999-cu ildə vəfat etməsini nəzərə alaraq mübahisəli hüquq münasibətinin həmin vaxt, yəni 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan maddi hüquq normalarınin tədbiq edilməsini qanuna müvafiq hesab etmişdir.

13. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, Cavabdeh miras əmlak olan Göyçay rayonun Cəyirli kəndində yerləşən mərhum X14 məxsus 0.042 ha torpaq sahəsini qanunla müəyyən edilmiş müddətlər daxilində qəbul etmədiyindən onun, habelə digər vərəsələr X26, X13, X19 payları mirası faktiki qəbul etmiş İddiaçı payına əlavə edilməli, X8 miras qalmış Göyçay rayonu, Cəyirli kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı tam miras payı müəyyən edilməli, qətnamə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsaslı hesab edilməli edilməli, bununla da iddia təmin olunmalıdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 530, 532, 552, 556, 563-cü maddələrinə, “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda göstərilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(046)-160/2024 saylı qətnaməsini əsassız və qanunsuz hesab edir.

17. Göyçay rayonun Cəyirli kəndində yerləşən 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı, X23, X15, X24 və X10 ümumi birgə mülkiyyətindədir. Bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Çıxarışlarda adı qeyd olunan X21 onun və İddiaçı atasıdır. X43 xx.xx.1999-cu ildə rəhmətə getmişdir. Yuxarıda qeyd olunan çıxarış üzrə ümumi birgə mülkiyyət üzrə atasına münasibətdə torpaq sahəsi mərhum atasından miras qalmışdır. Bundan sonra, yəni 1999-cu ildən bəri o, atasından miras qalmış torpaq sahəsini faktiki olaraq qəbul edib istifadə etmişdir. Lakin, iddiaçı atalarının vəfatından sonra miras qalmış əmlaka faktiki sahiblik etməmişdir. Belə ki, İddiaçı atası rəhmətə gedəndə belə atasının yanında olmamışdır. Atası hələ ölməmişdən əvvəl onun bütün müalicəsini o, etdirmişdir, atası rəhmətə gedəndən sonra isə onun dəfn xərclərini o, çəkmişdir. Lakin, işə baxan Göyçay Rayon Məhkəməsi bu halları nəzərə almamışdır. Bundan başqa Göyçay Rayon Məhkəməsi 08 aprel 2024-cü il tarixli qətnaməsində miras açıldıqdan sonra İddiaçı miras əmlaka faktiki sahiblik etdiyini qeyd etsə də, iş materiallarında bunu təsdiq edən heç bir sübut yoxdur. Onu da qeyd edir ki, torpaq sahəsinin vergilərini ödəmək miras əmlakı idarə etmək və ya miras əmlakı qəbul etmək deyil. Lakin, buna baxmayaraq Göyçay Rayon Məhkəməsi miras qalmış əmlakdan yalnız iddiaçının payını müəyyən etməkdə səhv nəticəyə gəlmişdir. Çünki, Göyçay rayonun Cəyirli kəndində yerləşən və mərhum Arif Adgözəlovdan miras qalmış əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilməsinə dair heç bir sübut yoxdur. Eyni zamanda da işə baxan Göyçay Rayon Məhkəməsi bu hala heç bir hüquqi mövqeyini bildirməmiş, yalnız torpaq sahəsinin vergilərinin ödənilməsini əsas göstərərək, iddiaçının mirası qəbul etdiyi qənaətinə gəlmişdir. Halbu ki, mirasın qəbulu Qanunvericilikdə konkret olaraq göstərilmişdir.

18. Belə olan halda Göyçay Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qətnaməsi ləğv olunmalı və miras əmlakdan onun payı da müəyyən olunmalıdır.

19. Bununla bağlı bildirir ki, atası rəhmətə gedəndən sonra iddiaçının miras əmlakı fakiki qəbul edib ona sahiblik etməsi sübutlarla öz təsdiqini tapmır. Çünki, iddiaçı atası rəhmətə gedəndən sonra miras qalmış əmlakda yaşamamış, əmlakı faktiki olaraq qəbul etməmişdir. İddiaçı tərəfindən formal olaraq torpaq vergisi, işıq və qaz pulunun ödənilməsi isə miras əmlakın qəbulu kimi qiymətləndirilə bilməz.

20. İddiaçı hazırki mülki iş üzrə iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə 30 oktyabr 2023-cü il tarixdə müraciət etmişdir. İş üzrə icraat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu tərəfindən qəbul ediləcək qəraradək dayandırılmışdır. Hesab edir ki, hazırki iş məhkəmənin icraatında olduğuna görə, həmin işə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı şamil olunmalı idi. Lakin, işə baxan Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarını lazımi qaydada nəzərə almamış və hazırki işə tətbiq etməmişdir.

21. Məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməmiş, işi tam və hərtərəfli araşdırmamış və bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etmişdir.

22. Göyçay Rayon Məhkəməsi 08 aprel 2024-cü il tarixli qətnaməsində iddiaçı tərəfindən torpaq vergisinin ödənilməsini əsas gətirərək, iddiaçının miras əmlakı qəbul etdiyi qənaətinə gəlmişdir. Halbu ki, Məhkəmə ilk növbədə mirasın iddiaçı tərəfindən qəbul edilməsini təsdiq edən mötəbər sübutlara əsaslanmalıydı. Hazırki işdə isə belə sübutlar mövcud deyildir. Çünki, iddiaçı mərhum atasından miras qalmış əmlakda yaşamamışdır. Atası rəhmətə gedəndə belə iddiaçı atasının payına düşən torpaq sahəsində olmamışdır. Ümumiyyətlə işə baxan Göyçay Rayon Məhkəməsi iddiaçının neçənçi ildən mübahisəli əmlakda yaşadığını müəyyən etməmişdir. Halbu ki, o, bir övlad kimi atasını dəfn etdikdən sonra, ondan miras qalmış əmlakı faktiki idarə etmiş, onu idarə etmişdir. Digər tərəfdən isə torpaq vergisi, işıq və qaz pulunun ödənilməsi isə miras əmlakın qəbulu kimi qiymətləndirilə bilməz. Lakin, işə baxan Göyçay Rayon Məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün halları aydınlaşdırmamışdır.

23. Odur ki, Göyçay Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(046)- 160/2024 saylı qətnaməsini ləğv edib, mərhum atası X8 miras qalmış əmlakdan onun payının da müəyyən olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətinə yazılı etiraz verərək apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün şikayətin təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyanın iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyanın iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26, X13, X30, X23, X15, X24 və Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

29. Azərbaycan SSR-in Mülki Məcəlləsinin (11 sentyabr 1964-cü ildə qəbul edilmiş); 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 563-cü maddəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyator Göyçay Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(046)- 160/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 25 avqust 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göyçay rayonu Cəyirli kəndində yerləşən 0.21 ha torpaq sahəsi İddiaçı, X11, X7, X12 və X1nun ümumi birgə mülkiyyətindədir. X1 08 aprel 1999-cu il tarixdə vəfat etmişdir. Miras əmlaka daşınmaz əmlakın dövlət reyestrindən 25 avqust 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göyçay rayonu Cəyirli kəndində yerləşən, ümumibirgə mülkiyyətdə olan 0.21 ha torpaq sahəsinin mərhum X14 aid 0,042 ha hissəsi daxildir. Miras açıldıqdan sonra miras qoyanın arvadı X26, qızı X13, oğlanları Cavabdeh, İddiaçı və X16 ibarət vərəsələri qalmışdır. İddiaçı atasından qalmış mirasın onun tərəfindən faktiki qəbul edildiyinə istinad edərək Göyçay rayonunun Cəyirli kəndində yerləşən, ailə üzvləri ilə ümumi birgə mülkiyyətlərində olan 0,21 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsi, yəni 0,042 ha torpaq sahəsində tam miras payının müəyyən edilməsini xahiş etmiş, cavabdeh tərəfindən isə iddia tələbi qismən qəbul edilmiş, atasından qalmış mirasda onun da ½ hissə payının müəyyən edilməli olduğunu göstərmişdir.

37. İşin hallarından görünür ki, mirasdan imtina etməmiş tərəflər mübahisə üzrə qarşılıqlı kompromisə gəlməmişlər.

38. “G. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır.

40. Belə ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin 1999-cu ildən bəri onun atasından miras qalmış torpaq sahəsini faktiki olaraq qəbul edib istifadə etməsi, iddiaçının atalarının vəfatından sonra miras qalmış əmlaka faktiki sahiblik etməməsi, miras əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilməsinə dair heç bir sübutun olmaması, iddiaçının atası rəhmətə gedəndən sonra miras qalmış əmlakda yaşamaması, işə baxan məhkəmənin iddiaçının neçənçi ildən mübahisəli əmlakda yaşadığını müəyyən etməməsinə dair dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Göyçay rayon İHB-nın Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 avqust 2023-cü il tarixli arayışından görünür ki, X21 1961-ci il tarixdən öldüyü günədək, yəni xx.xx.1999-cu il tarixədək Göyçay rayon Cəyirli kəndində qeydiyyatda olmuş və yaşamışdır. X4 ölümündən sonra miras qoyanın öhdəsində həyat yoldaşı X26 (ayrı təsərrüfatda yaşayır), oğlu X27 (vəfat etmiş, həmin təsərrüfatda yaşayıb), oğlu Cavabdeh (ayrı təsərrüfatda yaşayır), qızı X13 (ayrı təsərrüfatda yaşayır), oğlu X30 (ayrı təsərrüfatda yaşayır), oğlu İddiaçı (həmin təsərrüfatda yaşayır), oğlu X29 (vəfat etmiş, həmin təsərrüfatda yaşayıb) adlı vərəsələri vardır.

41. İşdə olan Göyçay rayon Cəyirli Bələdiyyəsinin 27 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, X14 məxsus torpaq sahəsinin və özünə məxsus evin əmlak vergiləri atası vəfat edəndən sonra İddiaçı tərəfindən bələdiyyə büdcəsinə ödənilmişdir.

42. İş materiallarına əlavə edilən sənədlərdən göründüyü kimi məhz mirasqoyanın vəfatından sonra İddiaçı həmin təsərrüfatda yaşamaqla, təsərrüfatı idarə etməklə, təsərrüfatın vergilərini ödəməklə mirasa faktiki sahiblik etmiş, miras əmlakı idarə etmişdir.

43. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin torpaq sahəsinin vergilərini ödəməyin miras əmlakı idarə etmək və ya miras əmlakı qəbul etmək olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi bu halı ayrılıqda deyil, digər sübutlarla yanaşı qiymətləndirmiş və doğru mövqedən çıxış etmişdir.

44. Kollegiya apellyasiya şikayətinin atasından miras qalmış torpaq sahəsini faktiki olaraq onun qəbul edib istifadə etməsinə, atası rəhmətə gedəndən sonra isə onun dəfn xərclərini onun çəkməsinə dair dəlili ilə bağlı əlavə olaraq qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi apellyator atasının vəfatından sonra ayrı təsərrüfatda yaşamışdır. Onun tərəfindən atasından qalmış mirasın faktiki olaraq qəbul edilməsi, mirasın idarə edilməsi, mirasa faktik sahiblik edilməsinə dair heç bir sübut təqdim edilməmişdir.

45. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

46. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırki iş məhkəmənin icraatında olduğuna görə, həmin işə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarının şamil edilməli olmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarından göründüyü kimi Həmin Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Yəni adıçəkilən qərar 2000-ci ilin 1 sentyabrından qüvvədə olan Mülki Məcəllənin müvafiq normaları ilə bağlı qəbul edilməklə, həmin dövrədək qüvvədə olan Mülki Məcəllənin müvafiq normalarına şamil edilməmişdir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır.

50. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər.

51. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(046)- 160/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(046)-160/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar