Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-854/2021 05.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-129/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi ilə bağlı müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının tanınması, mirasın bölünməsi, qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi, mərhum ata və anasından miras qalmış Zaqatala rayonu Sumaylı kəndində yerləşən ümumi sahəsi 100 kv.m. (yaşayış sahəsi 56 kv.m., köməkçi hissə 34 kv.m.) olan 1930cu ildə tikilmiş, 4 otaqlı, 0,10 ha həyətyanı torpaq sahəsinin üzərindəki evin, 0,36 ha və 0,093 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vərəsələr arasında bölünərək payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(033)-129/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi ilə bağlı müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının tanınması, mirasın bölünməsi, qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi və torpaq sahəsinin vərəsələr arasında bölünərək payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin “torpaq sahəsinin vərəsələr arasında bölünərək payın müəyyən edilməsi” hissəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(033)-129/2021 nömrəli qərardadının ləğv edib işə yenidən mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-129/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-129/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X1 Cavabdeh2 qarşı Zaqatala rayonunun Sumaylı kəndində yerləşən mərhum valideynlərindən miras qalmış 0,10 ha həyətyanı torpaq sahəsinin, 1930-cu ildə tikilmiş ümumi sahəsi 100 kv.metr, yaşayış sahəsi 56 kv.metr olan 4 otaqlı yaşayış evinin və 0,093 ha 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vərəsələr arasında bölünərək paylar müəyyən edilməsi barədə iddiaları təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 2(033)-768/2013 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməklə iddiaçılar İddiaçı və X1 Cavabdeh2 qarşı Zaqatala rayonunun Sumaylı kəndində yerləşən mərhum valideynlərindən miras qalmış 0,10 ha həyətyanı torpaq sahəsinin, 1930-cu ildə 100 kv.metr, yaşayış sahəsi 56 kv.metr olan 4 otaqlı yaşayış evinin və 0.093 ha 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vərəsələr arasında bölünərək payların müəyyən edilməsi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə xx xxxxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəyə minmişdir. Həmin məhkəmə qətnamələri ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı əvvəlki tələbi, həmçinin iddia ərizəsində və məhkəmə iclaslarında əsaslandığı hallar iddiaçının hazırki iddia tələbinin “mərhum ata və anasından miras qalmış Zaqatala rayonu Sumaylı kəndində yerləşən ümumi sahəsi 100 kv.m. (yaşayış sahəsi 56 kv.m., köməkçi hissə 34 kv.m.) olan 1930-cu ildə tikilmiş, 4 otaqlı, 0 , 10 ha həyətyanı torpaq sahəsinin üzərindəki evin, 0,36 ha və 0,093 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vərəsələr arasında bölünərək payın müəyyən edilməsi” hissəsi ilə eyni tərəf eyni predmet təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbindən görünür ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi ilə bağlı müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının tanınması, mirasın bölünməsi, qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi, mərhum ata və anasından miras qalmış Zaqatala rayonu Sumaylı kəndində yerləşən ümumi sahəsi 100 kv.m. (yaşayış sahəsi 56 kv.m., köməkçi hissə 34 kv.m.) olan 1930-cu ildə tikilmiş, 4 otaqlı, 0,10 ha həyətyanı torpaq sahəsinin üzərindəki evin, 0,36 ha və 0,093 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vərəsələr arasında bölünərək payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə “Zaqatala rayonunun Sumaylı kəndində yerləşən mərhum valideynlərindən miras qalmış 0,10 ha həyətyanı torpaq sahəsinin, 1930-cu ildə 100 kv.metr, yaşayış sahəsi 56 kv.metr olan 4 otaqlı yaşayış evinin və 0.093 ha 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vərəsələr arasında bölünərək payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçının əsaslandığı hallar üst-üstə düşür və hazırkı iddia tələbinin “mərhum ata və anasından miras qalmış Zaqatala rayonu Sumaylı kəndində yerləşən ümumi sahəsi 100 kv.m. (yaşayış sahəsi 56 kv.m., köməkçi hissə 34 kv.m.) olan 1930-cu ildə tikilmiş, 4 otaqlı, 0,10 ha həyətyanı torpaq sahəsinin üzərindəki evin, 0,36 ha və 0,093 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vərəsələr arasında bölünərək payın müəyyən edilməsi” hissəsi, bundan əvvəlki iddia tələbi ilə eynilik təşkil edir. Bu hal işdə olan sənədlərlə və qanuni qüvvəyə minmiş qətnamələri ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi ilə bağlı müddətin bərpa edilməsi və mirasın qəbul edilməsi faktının tanınması, mirasın bölünməsi, qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi və torpaq sahəsinin vərəsələr arasında bölünərək payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin “torpaq sahəsinin vərəsələr arasında bölünərək payın müəyyən edilməsi” hissəsi üzrə mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-129/2021 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-129/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-129/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbаycаn Respublikаsı Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsı vаsitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-854/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-854/2021
05.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver