Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-857/2024 27.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X7 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli, 2(046)-1057/2024 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, mərhum xx.xx.1954-cü il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi hüquqi faktının müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-1057/2024 saylı, 1 may 2024-cü il tarixli qərardadı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Göyçay Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli, 2(046)-1057/2024 saylı qərardadından Ərizəçi tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 17 aprel 2009-cu ildə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. 2019-cu ildə X1 ciddi problemlərin yaranması ilə bağlı o, Bakı şəhərinə köçmüş və yaxın qohumu olan X11 Nəsimi rayonu, R.Behbudov küçəsi ev-16, m-5 evində yaşamaq qərarına gəlmişdir. Qeyd edir ki, onun danışmaq qabiliyyəti məhdud olduğundan köməyə ehtiyacı olan ərinə hər hansı bir yardım göstərə bilmirdi. Bu səbəbdən X16 qayğıya və köməyə ehtiyacı olan ərinə yardım göstərirdi. X6 orada yaşadığı vaxt, xx.xx.2023-cü il tarixdə, qəflətən halı pisləşərək təcili yardım çağırılsa da həkimlər gələnədək o dünyasını dəyişərək həmin tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. X3 Bak şəhəri, Nizami rayonu Keşlə qəbiristanlığında dəfn edilmişdir. X3 qeyd olunan tarixdə və yerdə vəfat etməsi Təcili və X9 Stansiyasının 3 sayılı təcil yardım briqadasının xəbərdarlıq vərəqəsi, Azərbaycan Respublikası Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı departamenti Mənzil-Kommunal Təsərrüfatı Birliy 67 saylı MKİS-in verdiyi №147 xx.xx.2023 arayış ilə sübut olunur. Qeyd olunan ölüm faktını qohumları və qonşuları da təsdiq edə bilərlər. Məmmədov İbrahim vəfatından sonra hüquq müəyyənedici sənəd hesab olunan ölüm haqqında şəhadətnamənin alınması məqsədilə Bağırov Rauf Bakı şəhər Nəsimi Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və şöbənin 3-16-5/8-15- 1494/23 saylı, xx.xx.2023-cü il tarixli cavabı ilə ölüm barədə tibbi şəhadətnamə olmadığından ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət edilməsi izah edilmişdir. Göyçay Rayon Məhkəməsinin qərardadını işdə prosessual hüquq normalarının pozulması və mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına görə əsassız hesab edir. Odur ki, Göyçay Rayon Məhkəməsinin № 2(046)-1057/2024 saylı, xx.xx.2024-cü il tarixli ölüm faktının müəyyən edilməsi tələbinə dair qərardadının ləğv edilməsini və Göyçay Rayon Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2(046)-1057/2024 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli, 2(046)-1057/2024 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli, 2(046)-1057/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, ərizəçi xx.xx.1954-cü il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsində göstərilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1.2-ci bəndinə isə izah edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Ərizəyə əlavə edilmiş “Bakı Baş Səhiyyə” X17 46 saylı Şəhər Poliklinikasının 20 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1954-cü il təvəllüdlü X2 rayonu, R.Beybudov küçəsi 16/5 ünvanında xx.xx.2023-cü il tarixdə 08:35 radələrində vəfat etmiş, mərhumun 46 nömrəli şəhər poliklinikasında son 5 ildə heç bir qeydiyyatı olmadığından ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 ölümünün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına laınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Təcili və X10 Stansiyasının ölüm haqqında xəbərdalıq vərəqəsindən görünür ki, xəstə X5 yanına xx.xx.2023-cü il tarixdə saat 08:35-də 3 saylı bölmənin təcili yardım briqadasının tərkibi gəlinmiş, ölümün ilkin səbəbi kimi həkimə qədər kişi meyidi aşkar edildiyi qeyd edilmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi öz ərizəsində müəyyən olunmasını xahiş etdiyi faktı təsdiq edən rəsmi sənədi əlavə etdiyindən həmin ərizəyə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üzrə xüsusi icraat qaydasında məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən xüsusatlara əsasən məhkəmə kollegiyası hesab qeyd ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə əri barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edildiyi üçün ərizəçi inzibati icraat qaydasında iddia qaldırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli, 2(046)-1057/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli, 2(046)-1057/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-857/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-857/2024
27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver