Məhkəmə qərarları › İş №2(107)-919/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-919/2025

13.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-919/2025 13.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Paylı mülkiyyətdə olan əmlakın hərracda satılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)-314/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında olan paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri, X2 küçəsi, ev 13 ünvanında yerləşən fərdi yaşayış evi onun və cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında paylı mülkiyyət olaraq bərabər şəkildə bölünmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin **********75- 10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən, 0,06 ha torpaq sahəsi üzərində olan 225,04 kv.m sahəli yaşayış evi, yaşayış evi (148/288 hissə); torpaq sahəsi (40/252 hissə) payla İddiaçı, yaşayış evi (35/288 hissə); torpaq sahəsi (62/252 hissə) payla Cavabdeh2, yaşayış evi (105/288 hissə); torpaq sahəsi (150/252 hissə) payla Cavabdeh1 məxsusdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 102/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 Məhəməd oğluna qarşı ümumi paylı mülkiyyətdə olan evin və torpaq sahəsinin naturada bölgü tələbinə dair iddiası təmin olunmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-84/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Cavabdehlərlə heç bir razılığa gəlməmişlər.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək, iddia tələbi ilə razı olduğunu, əmlakın hərracdan satılaraq paylara mütənasib surətdə bölüşdürülməsinə etiraz etmədiyini bildirmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə izahat verərək, iddia tələbi ilə razı olduğunu, əmlakın hərracdan satılaraq paylara mütənasib surətdə bölüşdürülməsinə etiraz etmədiyini, düzgün surətdə bölüşdürülmə aparılmasını xahiş etmişdir.

6. Mingəçevir Şəhər Məhkəməsinin (hakim G.Quliyeva) xx.xx.2025-ci il tarixli 2(051)-314/2025 nömrəli qətnaməsi ilə, iddia tələbinin təmin edilməsi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tərəflər arasında qapalı hərracda, mümkün olmadıqda açıq hərracda satılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satışından əldə olunan pul vəsaitinin həmin fərdi yaşayış evinin mülkiyyətçiləri arasında yaşayış evi (148/288 hissə); torpaq sahəsi (40/252 hissə) payla İddiaçı, yaşayış evi (35/288 hissə); torpaq sahəsi (62/252 hissə) payla Cavabdeh2, yaşayış evi (105/288 hissə); torpaq sahəsi (150/252 hissə) payla Cavabdeh1 məxsus olması nəzərə alınaraq bölüşdürülməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 131000 (bir yüz otuz bir min) manat müəyyən edilməsi, fərdi yaşayış evi satıldıqdan sonra pul məbləğinin paylara uyğun bölüşdürülərkən torpaq sahəsinin 82000 (səksən iki min) manat, torpaq sahəsi üzərindəki yaşayış evinin 49000 (qırx doqquz min) manat olmasının nəzərə alınması qət edilmişdir.

7. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl cavabdehlərlə paylı mülkiyyətlərində olan əmlakın naturada bölünməsi, bu mümkün olmadığından isə sonradan öz payının dəyərinin cavabdehlər tərəfindən ona ödənilməsi yolu ilə həll edilməsinə üçün iddia qaldırmış, lakin iddiası təmin edilməmişdir. Hazırda iddiaçı tərəflərin ümumi paylı mülkiyyətində olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb edir. Cavabdehlər iddia tələbi ilə razıdır. İş üzrə müvafiq ekspert rəyi alınmış və ümumi paylı mülkiyyətdə olan əmlakın bazar və likvid dəyəri müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilir ki, mübahisəli daşınmaz əmlaka dair, tərəflərin torpaq sahəsinə ayrı, üzərindəki yaşayış evinə ayrıca payları müəyyənləşdirilmişdir. Daşınmaz əmlaka payların bu qaydada müəyyənləşdirilməsini iş üzrə tərəflər mübahisələndirməmişlər. Müəyyən edilmiş paylara görə torpağın ayrı, üzərindəki yaşayış evinin ayrı və ümumilikdə daşınmaz əmlakın qiymətinə dair qiymətləndirici tərəfindən məhkəməyə rəy daxil olmuşdur.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl cavabdehlərlə paylı mülkiyyətlərində olan əmlakın bölünməsi, bu mümkün olmadığından isə sonradan öz payının dəyərinin cavabdehlər tərəfindən ona ödənilməsi yolu ilə həll edilməsinə dair iddiası təmin edilmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddiası təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tərəflər arasında qapalı hərracda, mümkün olmadıqda açıq hərracda satılmalı, satışdan əldə edilən pul vəsaiti həmin mülkiyyətə yaşayış evi (148/288 hissə); torpaq sahəsi (40/252 hissə) payla İddiaçı, yaşayış evi (35/288 hissə); torpaq sahəsi (62/252 hissə) payla Cavabdeh2, yaşayış evi (105/288 hissə); torpaq sahəsi (150/252 hissə) payla Cavabdeh1 məxsus olması nəzərə alınaraq bölüşdürülməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 131000 manat müəyyən edilməlidir. Fərdi yaşayış evi satıldıqdan sonra pul məbləği paylara uyğun bölüşdürülərkən torpaq sahəsinin 82000 manat, torpaq sahəsi üzərindəki yaşayış evinin 49000 manat olması nəzərə alınmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi bu mövqe ilə razı deyildir. Heç bir vaxt o, torpağın ayrı fərdi yaşayış evinin ayrıca qiymətləndirməsi ilə razı olmamışdır. Digər tərəfdən verilmiş rəy «Daşınmaz Əmlakın Dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olmamışdır. Məhkəmənin qəbul etdiyi qətnamə isə məhz həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı olsada məhkəmə bu halları nəzərə almamışdır.

12. Göründüyü kimi məhkəmə naturada bölünməmiş əmlaka münasibətdə torpağa yarı dəyər, binaya ayrı dəyər müəyyən etməkdə haqlı olmamışdır. Digər tərəfdən həmin ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportu mövcud olsada iş materiallarına bu sənəd olmadan ekspert rəy təqdim etmişdir.

13. Halbu ki, fərdi yaşayış evinə mülkiyyət hüquqları 2022-ci ildə qeydə alınarkən vahid daşınmaz əmlak prinsipi əsasında qiymətləndirilmişdir. Həmin vaxtda mütəxəssis evə qiymət qoyarkən «Qiymətləndirmə fəliyyəti haqqında» Azərbaycan Respublikası qanuna istinad etmişdir. Bu səbəbdən də həmin əmlaka vahid daşınmaz əmlak kimi 82000 (səksən iki min) manat qiymət qoyulmuşdur.

14. Mingəçevir şəhəri Tağıyev küçəsində torpaq sahəsinin sotu bu gün 20000 (iyirmi min) manatdan az deyildir. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi isə artıq yaşayış üçün yararlığını itirdiyindən həmin evin dəyəri 10000 manatdan artıq deyildir. Bu evin texniki pasportunda da öz əksini tapmışdır. Qətnamə üzrə belə müəyyən olunur ki, torpağa münasibətdə İddiaçı əmlakının dəyəri 13015 manat, yaşayış evinə münasibətdə 25180 manat təşkil edir. Yəni 0.588 ha torpaq sahəsindən 93 kv.metr sahəyə malik İddiaçı fərdi yaşayış evi 115 kv.metr olsada fərdi yaşayış evi 2 mərtəbəli olduğundan hər bir halda 93 kv.metr torpaq sahəsi üzərindədir. Belə olduğu halda məhkəmənin əmlakı torpağa ayrı, fərdi yaşayış evinə münasibətdə ayrı ayrı hərraca çıxartması əsassız olmuşdur.

15. O, Cavabdeh1 torpaq sahəsi 350 kv.metr olsada, yəni həyətin yarıdan çoxu ona məxsus olsada torpağın dəyəri 49200 manat, yaşayış evinin 92 kv.metrlik sahəsi ona məxsus olmaqla, dəyəri 17864 manat qiymətləndirməklə sonda əmlakda onun payı 67.064 manat müəyyən edilmiş, əmlakda payı cüzi olan İddiaçı əmlakın dəyəri 38195 manat qiymətləndirilmişdir ki, bu da əmlakın hərracdan satılması zamanı onun hüquqlarının pozulması ilə nəticələnmişdir.

16. Torpaq sahəsində yerləşən hətta inventar dəyəri olmayan əmlakın məhkəmə tərəfindən 49000 manat qiymətləndirilməsi isə əsassızdır. Belə ki, fərdi yaşayış evinin texniki pasportundan görünür ki, 2 mərtəbəli yaşayış evi 1990-cı ildə inşa olunmuş və yararsız olduğundan inventar dəyəri müəyyən edilməmişdir. Məhkəmə isə torpağa bağlı olan, onlan ayrılması mümkün olmayan tikinti üçün ayrı, torpaq sahəsi üçün ayrı dəyər müəyyən etməkdə haqlı olmamışdır.

17. Məhkəmə nəzərə almamışdır ki, qiymətləndirici fərdi yaşayış evinə qiymət müəyyən edərkən evin texniki gösğəricilərini özündə əkes etdirən texniki pasporta əsaslanmamışdır. Belə olduğu halda verilmiş rəy mötəbər hesab oluna bilməz və qanunun tələbləri pozulmaqla verildiyindən məhkəmə həmin sübuta çəkişmə prinsipinə əsasən tədqiq etmədən qiymət verməsi əsassız olmuşdur.

18. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-314/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)-314/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh2, həmçinin onun nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli qərardadının 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Apellyator şikayətində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-314/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

31. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 08 iyul 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi (148/288 hissə); torpaq sahəsi (40/252 hissə) payla İddiaçı, yaşayış evi (35/288 hissə); torpaq sahəsi (62/252 hissə) payla Cavabdeh2, yaşayış evi (105/288 hissə); torpaq sahəsi (150/252 hissə) payla Cavabdeh1 paylı mülkiyyətlərindədir. Tərəflər arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin naturada bölünməsi ilə bağlı razılıq əldə edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-102/2023 nömrəli qətnaməsi ilə də iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı birgə mülkiyyətdə olan evin və torpaq sahəsinin naturada bölgü tələbinə dair iddiası təmin edilməmişdir. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-84/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası da təmin edilməmişdir. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

33. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin tikinti üçün ayrı, torpaq sahəsi üçün ayrı dəyər müəyyən etməkdə haqlı olmamasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 08 iyul 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 148/288 hissə, torpaq sahəsi 40/252 hissə payla İddiaçı, yaşayış evi 35/288 hissə, torpaq sahəsi 62/252 hissə payla Cavabdeh2, yaşayış evi 105/288 hissə, torpaq sahəsi 150/252 hissə payla Cavabdeh1 paylı mülkiyyətlərindədir. Beləliklə paylı mülkiyyətdə olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzrə tərəflərin payları eynilik təşkil etmirlər. Bu səbəbdən də birinci instansiya məhkəməsi qiymətləndiricinin rəyinə uyğun olaraq ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üçün ayrı-ayrı dəyərlər müəyyən etməkdə doğru mövqedən çıxış etmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin əmlakı torpağa ayrı, fərdi yaşayış evinə münasibətdə ayrı ayrı hərraca çıxartmasının əsassız olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi fərdi yaşayış evi satıldıqdan sonra pul məbləği paylara uyğun bölüşdürülərkən torpaq sahəsinin 82000 (səksən iki min) manat, torpaq sahəsi üzərindəki yaşayış evinin 49000 (qırx doqquz min) manat olmasının nəzərə alınmalı olması qənaətinə gəlsə də, birinci instansiya məhkəməsinin qətnaməsində evin və torpağın ayrı-ayrı hərraclarda satılmalı olması ilə bağlı bir fikir ifadə edilməmişdir.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin fərdi yaşayış evinin texniki pasportundan 2 mərtəbəli yaşayış evinin 1990-cı ildə inşa olunmasının görünməsi, yararsız olduğundan inventar dəyərinin müəyyən edilməməsi, fərdi yaşayış evinin artıq yaşayış üçün yararlığını itirdiyindən həmin evin dəyərinin 10000 manatdan artıq olmaması, bunun evin texniki pasportunda da öz əksini tapmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayətinə əlavə etdiyi texniki pasportda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dəyərinin 10000 manatdan artıq olmaması, həmin fərdi yaşayış evinin yararsız olması, yaşayış üçün yararlılığını itirməsinə dair heç bir qeydiyyat aparılmamışdır. Əksinə Cavabdeh1 apellyasiya şikayətinə əlavə etdiyi texniki pasportda 1990-cı ildə inşa edilmiş fərdi yaşayış evinin aşınmaya məruz qalması barədə hər hansı bir qeydiyyat mövcud deyildir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Mingəçevir şəhəri Tağıyev küçəsində torpaq sahəsinin sotunun bu gün 20000 (iyirmi min) manatdan az olmaması, torpaq sahəsində yerləşən hətta inventar dəyəri olmayan əmlakın məhkəmə tərəfindən 49000 manat qiymətləndirilməsinin əsassız olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport texniki bir sənəd olmaqla həmin sənəddə fərdi yaşayış evinin inventar dəyərinin qeyd edilməməsi əmlakın öz dəyərini tamamilə itirməsini ehtiva etmir. Həmçinin apellyasiya şikayətinin dəlilləri diqqətə alınmaqla məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə mübahisəli əmlakın qiymətləndirilməsinin müstəqil qiymətləndiriciyə həvalə edilməsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələblərinin apellyasiya şikayəti verən cavabdehin diqqətinə çatdırılmasına baxmayaraq, Cavabdeh1 tədqiqatın aparılması üçün qiymətləndiriciyə xidmət haqqının ödənilməsini təmin etməmiş, mübahisəli ərazidəki torpaq sahəsinin sotunun 20000 manat civarında olmasına dair də məhkəməyə mötəbər sübut da təqdim etməmişdir.

37. Kollegiya qeyd edir ki, Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin verilmiş rəyin «Daşınmaz Əmlakın Dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olmaması, rəyin qanunun tələbləri pozulmaqla verilməsi, rəyin mötəbər hesab oluna bilməməsi, məhkəmənin həmin sübuta çəkişmə prinsipinə əsasən tədqiq etmədən qiymət verməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından rəyin «Daşınmaz Əmlakın Dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olmaması, rəyin qanunun tələblərinin pozulmaqla verilməsi, beləliklə rəyə mötəbər sübut qismində istinad edilməsini istisna edəcək hallar müəyyən edilməmişdir. Həmçinin işdə olan birinci instansiya məhkəməsinin 10 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasına dair protokoldan görünür ki, işdə olan yazılı sübutlar tədqiq edilmişdir. Hansı ki, həmin məhkəmə iclasında Cavabdeh1 da şəxsən iştirak etmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 2022-ci ildə həmin əmlaka vahid daşınmaz əmlak kimi 82000 (səksən iki min) manat qiymət qoyulması, həmin ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportu mövcud olsada iş materiallarına bu sənəd olmadan ekspert rəyinin təqdim edilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 02-59/25 nömrəli rəyindən göründüyü kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 0,06 ha torpaq sahəsi ilə birlikdə hazırki vaxta bazar dəyəri 131000 manat təşkil edir. Yəni birinci instansiya məhkəməsinin dəvət etdiyi qiymətləndirici mübahisəli daşınmaz əmlaka daha yüksək qiymət müəyyən etmişdir. Həmçinin həmin rəydən müəyyən edildiyi kimi qiymətləndirici mübahisəli daşınmaz əmlakın hüquqmüəyyənedici sənədində qeyd edilmiş 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 225.04 kv.m fərdi yaşayış evi üzrə vizual baxış keçirtməklə tədqiqat aparmış və əsaslandırılmış bir rəy təqdim etmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2025ci il tarixli qərardadının icrası üzrə alınmış "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 02- 59/25 nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, Cavabdeh1 bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, mütəxəssisin rəyi yazılı sübutlardan biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, birinci instansiya məhkəməsinin qərardadının icrası üzrə alınmış həmin mütəxəssis rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

42. Kollegiya əlavə olaraq qeyd edir ki, müstəqil qiymətləndirici tərəfindən mübahisəli əmlakın tədqiqatı onun hüquqmüəyyənedici sənədində müəyyən edilmiş ölçüləri diqqətə alınmaqla, vizual şəkildə və real bazar qiymətləri ilə müqayisəsi üzrə aparıldığından onun texniki pasportu olmadan rəyin təqdim edilməsi rəyin mötəbərliliyini istisna edən hal kimi dəyərləndirilə bilməz.

43. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır. Qətnamənin Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)-314/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)-314/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar