Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-946/2023 19.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Göycay Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(046)-1272/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 11.500 manat məbləğində pulun, 300 manat nümayəndəyə ödənilmiş pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhərində geyim əşyalarının satışı ilə məşğul olur, o, 2018-ci ildə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə tanış olmuş və onlara satmaq üçün xeyli miqdarda geyim əşyaları vermiş, onlar həmin geyim əşyalarını bir neçə günə satıb pulunu ödəməyi iddiaçıya söz vermişlər. Lakin bu günədək həmin əşyaların pulunu ona tam qaytarmamışlar. Cavabdehlər nisyə alğı-satqı müqaviləsi əsasında iddiaçıdan aldıqları geyim əşyalarının dəyərini təşkil edən 11.500 manat borclu qalmışlar. Həmin pulu cavabdehlər qaytarmadıqlarına görə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət etmiş, cavabdehlər 18-ci Polis Şöbəsində izahat verərək ona olan borclarını etiraf etmişlər. Lakin o, dəfələrlə borclarını ödəmələrini cavabdehlərdən tələb etsə də onlar müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınırlar. Birinci instansiya məhkəməsində icraat Göycay Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(046)-1272/2021 saylı qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia qismən təmin edilmiş, Cavabdeh2 10.961 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın Cavabdeh1 münasibətdə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh2 digər Cavabdeh1 vasitəsi ilə tanış olduğu İddiaçı 2018-ci ildə 35.000 manat dəyərində kişi geyimlərini nisyə almış, həmin puldan 24.039 manatı qaytarmış, iddiaçıya 10.961 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh2 digər Cavabdeh1 vasitəsi ilə tanış olduğu İddiaçı 2018-ci ildə 35.000 manat dəyərində kişi geyimlərini nisyə almış, həmin puldan 24.039 manatı qaytarmış, iddiaçıya 10.961 manat borcu qalmışdır. İddiaçıya məxsus 10.961 manat məbləğində pul vəsaiti Cavabdeh2 qanunsuz sahibliyindədir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Ona görə ki, məhkəmə baxışı zamanı Cavabdeh1 İddiaçı qarşısında pul ödənilməsi ilə bağlı öhdəliyinin olması müəyyən edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 600.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Şəki Apellyasiya Məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin 6 dekabr 2022-ci il tаrixli, 2(107)-1279/2022 saylı qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 oktyabr 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh2 aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2023-ci il tаrixli, 2(102)- 2130/2023 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1279/2022 nömrəli mülki iş üzrə 6 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiаçı Rövşən Rəhimоv ona məхsus Göyçаy şəhərində fəаliyyət göstərən kişi gеyimləri mаğаzаsındа sаtmаq üçün müхtəlif vахtlаrdа mаl vеrmiş, rаzılаşdıqları qаydаdа və müddətdə vеrilmiş mаllаrın dəyəri mаğаzаnın sаtıcısı Vüqаr Cаvаdоv tərəfindən iddiаçıyа ödənilmişdir. Sоnuncu dəfə iddiаçı 2018-ci ilin аprеl аyındа 35.000 mаnаt dəyərində kişi gеyimləri аlınmış, həmin mаlın 24.039 mаnаt hissəsi sаtılаrаq, dəyəri sоnuncuyа ödənilmiş, qаlаn 10.961 mаnаt dəyərində mаl sаtılmаdığından аnbаrdа qаlmışdır. Bеlə ki, həmin mаllаr bаhа оlduğu üçün аlıcılаr tərəfindən аlınmаmışdır. Digər tərəfdən, həmin dövr pаndеmiyа ilə üst-üstə düşmüş, ölkədə kаrаntin tətbiq еdildiyinə görə mаğаzаlаr fəаliyyət göstərməmişdir. Bu səbəbdən, qеyd еdilən məbləğdə mаllаr onda qаlmışdır. O, iddiаçıyа gəlib mаllаrın qаlığını təhvil götürməsini хаhiş еtsə də, iddiaçı dükаnının bаğlı оlduğunu və sаtmаğа yеri оlmаdığını bəhаnə еdərək, mаllаrı təhvil götürməmişdir. Lаkin iddiаçı sаtılmаmış mаllаrı dеyil, оnlаrın dəyərini pul şəklində tələb еtmişdir. Məhkəmə qətnаmə çıхаrаrkən Mülki Məcəllənin 600.1-ci mаddəsinə istinаd еtmişdir. Hаlbuki, onunla iddiаçı аrаsındа nisyə аlğı-sаtqı müqаviləsi bаğlаnmаmış, həmin müqаvilədə müqаvilənin bаğlаnmа tаriхi və qüvvədə оlmа müddəti, mаllаrın аlğı-sаtqısındаn əldə оlunmuş vəsаitin ödənilməsi qаydаsı və müddəti, sаtılmаmış mаllаrın müqəddərаtının nеcə həll оlunmаsı və sаir zəruri şərtlər göstərilməmişdir. Məhkəmə nisyə аlğı-sаtqı müqаviləsinə dаir mаddi hüquq nоrmаsını аrаlarındа müqаvilə bаğlаnsаydı tətbiq еdə bilərdi. Məhkəmə qеyd оlunаn hаllаrа diqqət yеtirməmişdir. İddiаçı ilə onun arasında оlаn аnlаşmаyа görə, alınan mаllаrın sаtışını həyаtа kеçirdikdən sоnrа, pulunu iddiаçıyа ödəməli idi. İddiаçı ilə аrаlarındа mаlın аlınmаsı ilə bаğlı müqаvilə оlmаmış, uzun müddət bir-birilərini tаnıdıqlarındаn işgüzаr аdətlərə görə hərəkət еtmişlər. İşgüzаr аdətlərə görə isə хаrаb оlmаyаn mаllаr (yеyinti məmulаtlаrı və sаir аid еdilməyən) – pаltаr, tikinti mаtеriаllаrı, аvtоmоbil еhtiyаt hissələri – sаtılmаyаn hissəsi sаtıcıyа gеri qаytаrılır və sаtıcı həmin mаllаrı təhvil götürüb, yеrinə digər, аdеkvаt qiyməti və nоrmаl kеyfiyyətli digər mаllаrı sаtmаq üçün vеrir. O da iddiаçı ilə bu cür işləmişdir və аrаlarındа uzun müddət işgüzаr аdətlərə uyğun münаsibətlər оlmuşdur. Həttа indinin özündə də iddiаçı ilə münаsibət sахlаyır, işgüzаr аdətlərə uyğun 6.000 mаnаt civаrındа mаl аlаrаq, sаtıb pulunu ödəyib. Lаkin qiymətinin bаhаlığı və əhаlinin аlıcılıq qаbiliyyətinin zəif оlmаsınа görə sаtа bilmədiyi mаllаrı ondan hər vəchlə təhvil аlmаqdаn imtinа еdir. Göründüyü kimi, iddiаçı ilə аrаsındа yаrаnmış mübаhisədə аlıcı kimi tərəfindən hər hаnsı öhdəliyin şərtləri pоzulmаmış, yəni iddiаçının hər hаnsı mаlını sаtаrаq pulunu özündə sахlаmаmış, sаtılаn mаllаrın pulunu vахtındа ödəmiş, digər mаllаr isə sаtılmаmış qаlmışdır və həmin mаllаrı iddiаçıdаn gizlətməmiş, qаytаrmаqdаn imtinа еtməmişdir. Hаzırkı mübаhisə onun dаvrаnışlаrı ilə bаğlı оlmаyıb, iddiаçının işgüzаr аdətlərə uyğun оlmаyаn dаvrаnışlаrı ilə bаğlıdır. Qeyd edilənləri nəzərə alaraq o, Göycay Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(046)-1272/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (və ya) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi halı kimi qiymətləndirilir. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Belə ki, cavabdeh Göycay Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(046)-1272/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yəni tələbin faiz və dəbbə puluna aid hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Göycay Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(046)-1272/2021 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İşin materiallarından görünür ki, Göyçay Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(046)-1272/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi mümkün hesab edilərək icaata qəbul edilmiş və hazırlıq iclası 27 may 2021-ci il tarixə, saat 10:05 Göyçay Rayon Məhkəməsinin inzibati binasına təyin edilməsi barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə bildirişi göndərilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zərfləri geri qaytarılmışdır. Göyçay Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadı ilə məhkəmə baxışı 2 avqust 2021-ci il tarixə saat 09:30 təyin edilməsi barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə bildirişi göndərilmişdir. Lakin həmin zərf “Bu ünvanda yaşamır” kimi qeyd olunaraq geri qayıtmışdır. Göyçay Rayon Məhkəməsinin 2 avqust 2021-ci il tarixdə iddiaçının və cavabdehlərin iştirakını təmin etmək üçün məhkəmə iclasını 27 sentyabr 2021-ci il tarixə saat 09:35 təyin etmişdir. Lakin Cavabdeh1 zərf “Bu ünvanda yaşamır” və “Köçübdür” kimi qeyd olunaraq geri qayıtmışdır. Nəticədə Göyçay Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixdə iclası təxirə salaraq 21 oktyabr 2021-ci ildə yekun məhkəmə baxışı keçirilmiş və cаvаbdeh Cavabdeh2 məhkəmə prosesində iştirakı təmin edilmədən qətnamə qəbul edilmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göycay Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(046)-1272/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İlk olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməmiş, iddiaçı tərəf də həmin qətnaməni mübahisələndirməmişdir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbinə Cavabdeh1 münasibətdə qiymət verilməsinə və araşdırılmasına lüzum yoxdur. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh2 aid hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi ona münasibətdə qismən əsaslıdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Cavabdeh2 digər Cavabdeh1 vasitəsi ilə tanış olduğu İddiaçı 2018-ci ildə 35.000 manat dəyərində kişi geyimlərini nisyə almış, həmin puldan 24.039 manatı qaytarmış, iddiaçıya 10.961 manat borcu qalmışdır. İddiaçı məxsus 10.961 manat məbləğində pul vəsaiti Cavabdeh2 qanunsuz sahibliyindədir. Kollegiya gəldiyi nəticəni aaşağıdakılarla əsaslandırır; Məhkəməyə təqdim edilmiş Bakı şəhər Nərimanov rayon 18-ci polis şöbəsində xx.xx.2020-ci il tarixdə izahat vermiş Cavabdeh2 göstərmişdir ki, İddiaçı dostu Cavabdeh1 vasitəsi ilə 2017-ci ildən tanıyır. Onun Göyçay şəhərində paltar mağazası vardır. 2018-ci ilin oktyabr ayına kimi Rövşən mağazasını kişi geyimləri ilə təmin etmişdir. Son dəfə 300 ədəd gödəkcə göndərmişdir. Lakin həmin gödəkcələrin heç bir satılmadığı üçün həmin gödəkcələri Rövşənə geri qaytarmışdır. Rövşəndən 2018-ci ilin aprel ayında 35.000 manat dəyərində kişi geyimləri almışdır. Daha sonra 35.000 manatlıq kişi geyimləri satıldıqca Rövşənin pulunu ödəmişdir. Bu günə kimi isə həmin puldan Rövşənə 24.039 manatı qaytarmışdır. Lakin, ölkədə Karantin olunduğu üçün satışları dayanmış və Rövşənin pulunu qaytara bilməmişdir. Hal-hazırda Rövşənə 10.961 manat borcu qalmışdır. Göründüyü kimi cavabdeh vermiş olduğu izahatında Rövşənə 10.961 manat borcu qaldığını etiraf etmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, Cavabdeh2 verdiyi apellyasiya şikayətində də 10.961 manat borcu qaldığını inkar etmir. Ona görə də kollegiya hesab edir ki, həmin məbləğ Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli, 2(102)-2130/2023 saylı qərarında qeyd edilmişdir ki, ilk növbədə tərəflər arasında olan şifahi razılaşmanın şərtlərini müəyyənləşdirməli idi. Əgər yuxarıda qeyd edilən hallar, yəni iddiaçıdan nisyə götürülmüş mallar satılmadığı üçün cavabdehin borcunu ödəmək imkanının olmaması müəyyən olunarsa, cavabdehin dediyi kimi malların anbarda olubolmamasını yoxlamalı, mallar anbarda olduğu təqdirdə iddiaçının həmin malları götürmək, ya da pulu hissə-hissə tələb etmək hüququnu müəyyən etməli idi. Ali Məhkəmənin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası baxışı iclasını 5 oktyabr 2023-cü il tarixə, saat 12:00 Şəki Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilməsi barədə Cavabdeh2 məhkəmə bildirişi və cavavdeh Cavabdeh2 məxsus ***-***-**- ** nömrəsinə SMS bildirişi göndərilmişdir. Lakin həmin zərf “Bu ünvanda yaşamır” kimi qeyd olunaraq geri qayıtmışdır. Şəki Apellyasiya Məhkəməsinin 5 oktyabr 2023-cü il tarixdə Cavabdeh2 iştirakını təmin etmək üçün məhkəmə iclasını 19 oktyabr 2023-cü il tarixə saat 10:45 təyin edilmiş və Cavabdeh2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerlşədirilmişdir. Bunanla belə Cavabdeh2 həmin iclasda iştirak etməmişdir. Göründüyü kimi cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, apellyasiya şikayətində qeyd etdiyi dəlilləri təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. (Kollegiya qeyd edir ki, apelyator qeyd etdiyi malların anbarda olub-olmamasını yoxlamaq üçün ən azından iclasda iştirak etməklə məhkəmə kollegiyasına anbara baxış keçirilməsi üçün şərait yarada bilərdi). Apelyator şikayətində qeyd etmişdir ki, Məhkəmə qətnаmə çıхаrаrkən Mülki Məcəllənin 600.1-ci mаddəsinə istinаd еtmişdir. Hаlbuki, onunla iddiаçı аrаsındа nisyə аlğı-sаtqı müqаviləsi bаğlаnmаmış, həmin müqаvilədə müqаvilənin bаğlаnmа tаriхi və qüvvədə оlmа müddəti, mаllаrın аlğı-sаtqısındаn əldə оlunmuş vəsаitin ödənilməsi qаydаsı və müddəti, sаtılmаmış mаllаrın müqəddərаtının nеcə həll оlunmаsı və sаir zəruri şərtlər göstərilməmişdir. Məhkəmə nisyə аlğı-sаtqı müqаviləsinə dаir mаddi hüquq nоrmаsını аrаlarındа müqаvilə bаğlаnsаydı tətbiq еdə bilərdi. Məhkəmə qеyd оlunаn hаllаrа diqqət yеtirməmişdir. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. İşdən görünür ki, cavabdeh Muradov X1 2018-ci ilin aprel ayında 35.000 manat dəyərində kişi geyimləri almışdır. Daha sonra 35.000 manatlıq kişi geyimləri satıldıqca Rövşənin pulunu ödənmişdir. Bu günə kimi isə həmin puldan Rövşənə 24.039 manatı qaytarmışdır. Lakin ölkədə Karantin olunduğu üçün satışları dayanmış və Rövşənin pulunu qaytara bilməmişdir. Hal-hazırda Rövşənə 10.961 manat borcu qalmışdır. Göründüyü kimi tərəflər arasında razılaşmada mallar nisyə olaraq cavabdehə verilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdeh tərəfindən malların nisyə aldığını etiraf etməsi, nisyə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olmuşdur. Yəni nisyə alqı-satqı müqaviləsinin yazılı formada bağlanması məcburi deyildir. Yəni şikayətin dəlilləri əsassızdır. Beləliklə məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göycay Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(046)-1272/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göycay Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tаrixli, 2(046)-1272/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 10.961 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, cavabdeh, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-946/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-946/2023
19.10.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver