Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-951/2020 13.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili Nümayəndə, tərcüməçi X1 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-3/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu İvanovka kəndində yerləşən xx xxxxxx 2013cü il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi üzrə mülkiyyətində olan 0,19 hektar torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin sərhədinə bağlanmış məftilin cavabdehin hesabına sökülməsi, torpaq sahəsindən istifadə etməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonun İvanovka kəndində yerləşən xx xxxxxx 2011-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi üzrə mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsinə cavabdeh tərəfindən özbaşına çəkilmiş məftil hasarın sökülməsi, ona məxsus həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, mülkiyyət hüququna olan müdaxilələrə son qoyulması və pozulmuş hüququnun bərpası üçün çəkdiyi 1030 manat 40 qəpik xərcin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(037)-439 nömrəli qərardadına əsasən 2(037)-439 saylı və 2(037)-442 mülki işlər bir icraatda birləşdirilərək işə 2(037)-439 nömrəsi verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-3/2020 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə Cavabdeh tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, onun İsmayıllı rayonun İvanovka kəndində mülkiyyətində 0,15 hektar həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və digər yardımçı tikililərdən ibarət mülkiyyəti vardır. Qonşuluqda İddiaçı məxsus ev və həyətyanı torpaq sahəsi yerləşir. Cavabdeh onun həyətyanı torpaq sahəmin bir hissəsini, təxminən 18 metr uzunluğunda, 2 metrdən çox enində zəbt edərək məftil hasara almış, beş ədəd ağacını kəsmiş, bir qoz ağacının məhsulunu yığmışdır. İddiaçıla problemi öz aralarında həll etməyə cəhd etsə də ona məxsus təxminən 0,03 hektar sahəni boşaltmaq istəmir. Bundan əlavə iş üzrə verilmiş ekspert rəyi də həqiqəti əks etdirmir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-3/2020 saylıqətnaməsi ləğv olunmalı, özü tərəfindən verilmiş iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Nümayəndə apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-3/2020 saylıqətnaməsi qismən yəni, Cavabdeh iddia tələbinin təmin edilməməsi hissəsində ləğv olunmalı, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməli, İddiaçı zəbt etdiyi Cavabdeh mülkiyyətində və faktiki istifadəsində olan mübahisəli torpaq sahəsinin 0.0238 ha hissəsində çıxarılmalı, həmin hissəyə çəkilmiş dəmir tordan ibarət hasar sökülməli, digər maneələr aradan qaldırılmalı, Cavabdeh iddia tələbi qalan hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh iddiasının rədd edilməsi hissəsinə münasibətdəgəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İsmayıllı rayonun İvanovka kəndində İddiaçı adına 0,19 hektar torpaq sahəsi və üzərində fərdi yaşayış evinə dair, Cavabdeh Pyotroviçin adına 0,15 hektar torpaq sahəsi və üzərində fərdi yaşayış evinə dair mülkiyyət sənədləri verilmişdir. İddiaçı Cavabdeh mülkiyyətində və faktiki istifadəsində olan mübahisəli torpaq sahəsinin 0.0238 ha hissəsini zəbt etmişdir. Sonradan qeyd edilən torpaq sahələri ilə bağlı tərəflər arasında mübahisə yaranmış və məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.5-ci maddəsinə əsasən apelyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçı və cavabdehin mülkiyyətində olan qonşu torpaq sahələrinin sərhəddində yerləşən və uzun müddət Cavabdeh mülkiyyətində və faktiki istifadəsində olmuş və İddiaçı tərəfindən ikinci məftil hasar çəkilərək istifadə edilən mübahisəli sahə 0.0238 ha təşkil edir və bu sahə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən hazırlanmış hüquq subyekti Cavabdeh məxsus MA ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən hazırlanmış hüquq subyekti Cavabdeh məxsus inventar nömrəsi 407-9018/1070 olan **********61-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundakı plana əsasən Cavabdeh mülkiyyətinə aiddir. Bundan əlavə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, iki qonşu arasında olan sərhəd qırx ildən artıq mövcud olmuşdur. İddiaçı sonradan sərhədi dəyişdirmişdir. Onun məftillə çəkdiyi yeni sərhəd Cavabdeh Pyotroviçin həyətyanı torpaq sahəsinə düşür. Birinci instansiya məhkəməsində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, hər iki tərəflə qonşudur. Əvvəllər qonşular arasında olan sərhəd pozulmuşdur. Hazırda İddiaçı dəmir tor vasitəsilə təzə çəkdiyi sərhəd Cavabdeh Pyotroviçin həyətyanı torpaq sahəsinin ərazisinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qalan hissədə əsaslı deyildir. Belə ki, Cavabdeh İddiaçı təqsiri səbəbindən 1030 manat xərcə düşdüyünü qeyd etsə də, bunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Qeyd edilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-3/2020 saylı qətnaməsi qismən yəni, Cavabdeh iddia tələbinin təmin edilməməsi hissəsində ləğv olunmalı, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməli, İddiaçı zəbt etdiyi Cavabdeh mülkiyyətində və faktiki istifadəsində olan mübahisəli torpaq sahəsinin 0.0238 ha hissəsindən çıxarılmalı, həmin hissəyə çəkilmiş dəmir torlu hasar sökülməli, maneələr aradan qaldırılmalı, Cavabdeh iddia tələbi qalan hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh iddiasının rədd edilməsi hissəsinə münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-3/2020 saylı qətnaməsi qismən yəni, Cavabdeh iddia tələbinin təmin edilməməsi hissəsində ləğv olunmalı, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməli, İddiaçı zəbt etdiyi Cavabdeh mülkiyyətində və faktiki istifadəsində olan mübahisəli torpaq sahəsinin 0.0238 ha hissəsindən çıxarılmalı, həmin hissəyə çəkilmiş dəmir torlu hasar sökülməli, maneələr aradan qaldırılmalı, Cavabdeh iddia tələbi qalan hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(037)-3/2020 saylı qətnaməsi qismən yəni, Cavabdeh iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. İddiaçı zəbt etdiyi Cavabdeh mülkiyyətində və faktiki istifadəsində olan mübahisəli torpaq sahəsinin 0.0238 ha hissəsindən çıxarılsın. Həmin hissəyə çəkilmiş dəmir torlu hasar sökülsün. Maneələr aradan qaldırılsın. Cavabdeh iddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manatın 150 manatıİddiaçı, 150 manatı isəCavabdeh tutularaq Kod 201025, VÖEN **********, SWİFT KOD AllBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, hesab AZ53AllB******************** hesаbınа ödənilsin. Qətnamə qalan hissədə yəni, İddiaçı Cavabdeh qarşı İsmayıllı rayonu İvanovka kəndində yerləşən xx xxxxxx 2013-cü il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi üzrə mülkiyyətində olan 0,19 hektar torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin sərhədinə bağlanmış məftilin cavabdehin hesabına sökülməsi, torpaq sahəsindən istifadə etməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsinə dair iddia tələbinin rədd edilməsi, Pozulmuş hüququnun bərpası üçün çəkdiyi 1030 manat 40 qəpik xərcin İddiaçı alınaraq Cavabdeh verilməsinə dair iddia tələbinin rədd edilməsi, İddiaçı 25 (iyirmi beş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi və Cavabdeh 25 (iyirmi beş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-951/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-951/2020
13.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver