Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-974/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2021- ci il tarixli 2(051)-81/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2021- ci il tarixli 2(051)-81/2021 nömrəli qətnaməsi ilə (hakim Məhburə Kərimova) iddianın qismən təmin edilməsi, İddiaçı Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilinə köçürülməsi, mənzilə giriş qapısının (çöl qapısının) açarlarının iddiaçıya verilməsi, iddianın Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin və Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 5 №-li evin 13 №-li mənzilin naturada bölünməsi tələbinə dair hissədə təmin olunmaması, iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat iddiaçı X1 alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh onun məhrum əri Şahabüddün Mustafayevin qardaşıdır. Əri və onun valideynləri vəfat etdikdən sonra Cavabdehlə aralarında miras əmlak bölgüsünə dair mübahisə yaranmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Mingəçevir şəhəri Nizami Gəncəvi küçəsi 5 №-li evin 13 №-li mənzilin və Aydın Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin ½ hissəsinə onun, ½ hissəsinə cavabdehin miras payı müəyyənləşdirilmişdir. O, mülkiyyət hüquqlarını qeydə aldırıb Çıxarış almışdır. O, ayrı-ayrı ünvanlarda yerləşən iki otaqlı mənzillərdəki paylarının bərabərləşdirilməsi məqsədilə ümumi razılığa gəlməyi təklif etsə də cavabdeh heç cür razılaşmamışdır. Hazırda Cavabdeh yaşadığı Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin ½ hissəsi də ona məxsusdur, o həmin mənzil payından istifadə etmək istəyir. Həmin mənzilə köçürülməsi və mənzilin çöl qapısının açarlarının ona verilməsi hüququ vardır. Ona görə də Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilinin 1 otağına onun köçürülməsi, mənzilin çöl qapısının açarlarının ona verilməsi, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin və Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 5 №-li evin 13 №-li mənzilin naturada bölünməsi barədə qətnamə çıxarılması xahiş olunur. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki,onun valideynlərindən miras qalmış mənzillərə İddiaçı payının müəyyən edilməsi barədə məhkəmə qərarları ilə razı deyil, onları ədalətsiz hesab edir. Onun mərhum qardaşının arvadı olmuş iddiaçı tək yaşayır, uşaqları olmamışdır. Onun isə ailəsi və uşaqları vardır. Mübahisələndirilən mənzillərdən başqa digər yaşayış sahəsi yoxdur. İddianın təmin olunmamasımı xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini birinci instansiya məhkəməsində verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsi Mülki Prosessual qanunvericiliyin tələblərinə əməl etmədən qanunsuz qətnamə qəbul etmişdir. Məhz bu səbəblərə görə də, Mingəçevir şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, (2(051)- 81/2021 saylı) qətnaməsinin ləğv edilməsi üçün əsaslar vardır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, (2(051)- 81/2021 saylı ) qətnaməsinin ləğv edilərək, işə mahiyyəti üzrə baxmaqla yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(051)-81/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(051)-81/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilinə X2 1/2 hissə, İddiaçı 1/2 hissədə pay olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 5 №-li evin 13 №li mənzilinə X2 1/2 hissə, İddiaçı 1/2 hissədə pay olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizasının 10/3003 №li 22 dekabr 2020-ci il tarixli rəyində göstərilir ki, Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 5 №-li evin 13 №li mənzilinin və A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilinin hər birinin ikidə bir hissədə olmaqla paylara uyğun naturada təcrid şəkildə bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.2 bəndinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Azərbaycan Respubliası Mülki Məcəlləsinin 152-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin ikidə bir hissəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçıya mülkiyyət payı olan mənzilə köçüb yaşamağa , mənzildən istifadə etməyə maneə yaradır. Bununla da iddiaçının mülkiyyətçi kimi hüquqları pozulur. Ona görə də məhkəmə hesab edir ki, iddia A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilinə köçürülmə, mənzilə giriş qapısının (çöl qapısının) açarlarının verilməsi tələbinə dair hissədə təmin olunmalıdır. İddiaçı, həmçinin, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin və Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 5 №-li evin 13 №-li mənzilin naturada bölünməsini tələb edir. İş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizasının rəyindən görünür ki, mənzillərin paylara müvafiq olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən mənzillərin paylara uyğun naturada bölünməsi texnki cəhətdən mümkün olmadığına görə iddia həmin hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından qətnamənin mübahisələndirilən hissəsində məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qətnamənin mübahisələndirilən hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin mübahisələndirilən hissəsində ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən qətnamənin mübahisələndirilən hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2021- ci il tarixli 2(051)-81/2021 nömrəli qətnaməsi qətnamənin mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(051)-81/2021 nömrəli qətnaməsi qətnamənin mübahisələndirilən hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-974/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-974/2021
19.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver