Məhkəmə qərarları › İş №2(107)-978/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-978/2020

11.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-978/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-192/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 ədəd stol və 2 ədəd stul, stenka mebel, 2 ədəd uşaq çarpayısı, pərdə, 2 ədəd xalça, 3 ədəd adyal, 3 ədəd süfrə, 1 ədəd lüstür, 1 ədəd divar saatı, divan-kreslo çexol dəsti, 72 personluq nahar servisi, 1 ədəd qazan, 2 ədəd ləyən, 1 ədəd böyük çaydan, 4 ədəd kiçik çaynik, 3 ədəd kabab şişi, 2 ədəd xrustal olmayan meyvə qabı, 1 ədəd plasmas meyvə qabı, 1 çay dəsti, 1 ədəd çay qaşığı, 12 ədəd xörək qaşığı, 3 ədəd çəngəl, 6 ədəd orta boşqab, 4 ədəd kiçik boşqab, 2 ədəd xrustal olmayan güldan, DVD maqnitofon, 4 ədəd padnos onların ümumi birgə mülkiyyətində olan Göyçay rayonu Potu kəndindəki 0,24 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-192/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş,Cavabdeh məxsus olan 1 ədəd stol və 2 ədəd stul, stenka mebel, 2 ədəd uşaq çarpayısı, pərdə, 2 ədəd xalça, 3 ədəd adyal, 3 ədəd süfrə, 1 ədəd lüstür, 1 ədəd divar saatı, divan-kreslo çexol dəsti, 72 personluq nahar servisi, 1 ədəd qazan, 2 ədəd ləyən, 1 ədəd böyük çaydan, 4 ədəd kiçik çaynik, 3 ədəd kabab şişi, 2 ədəd xrustal olmayan meyvə qabı, 1 ədəd plasmas meyvə qabı, 1 çay dəsti, 1 ədəd çay qaşığı, 12 ədəd xörək qaşığı, 3 ədəd çəngəl, 6 ədəd orta boşqab, 4 ədəd kiçik boşqab, 2 ədəd xrustal olmayan güldan, DVD maqnitofon, 4 ədəd padnos iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Göyçay rayonu Potu kəndindəki 0,24 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və iş üzrə ödənilmiş ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçılara ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə Cavabdeh tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçılar məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-192/2020 saylı qətnaməsi ləğv edilməli və iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əşyaların çıxarılması tələbinə dair iş üzrə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia qaldıraraq ona məxsus əşyaların cavabdelərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1 ədəd stol və 2 ədəd stul, stenka mebel, 2 ədəd uşaq çarpayısı, pərdə, 2 ədəd xalça, 3 ədəd adyal, 3 ədəd süfrə, 1 ədəd lüstür, 1 ədəd divar saatı, divan-kreslo çexol dəsti, 72 personluq nahar servisi, 1 ədəd qazan, 2 ədəd ləyən, 1 ədəd böyük çaydan, 4 ədəd kiçik çaynik, 3 ədəd kabab şişi, 2 ədəd xrustal olmayan meyvə qabı, 1 ədəd plasmas meyvə qabı, 1 çay dəsti, 1 ədəd çay qaşığı, 12 ədəd xörək qaşığı, 3 ədəd çəngəl, 6 ədəd orta boşqab, 4 ədəd kiçik boşqab, 2 ədəd xrustal olmayan güldan, DVD maqnitofon, 4 ədəd padnosun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Göründüyü kimi həmin əşyaların cavabdehlərdən alınaraq iddiaçı Cavabdeh verilməsinin qət edilməsi dolayısıyla həmin əşyaların İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Göyçay rayonu Potu kəndindəki 0,24 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmasını ehtiva edir. Kollegiya qeyd etməyi lazım bilir ki, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi icraya yönəldilməli və müvafiq icra qurumu tərəfindən zəruri icra tədbirləri görülməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilməlidir ki, iddiaçılar Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin icra edilməsi üçün Göyçay rayon İcra və Probasiya Şöbəsinə müraciət etməli, sözügedən orqan onun müraciətini təmin etməkdən imtina etdiyi halda icra məmurunun hərəkət və ya hərəkətsizliyindən icra sənədini vermiş məhkəməyə şikayət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apelyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apelyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən əsaslı olduğundan təmin edilməli, iddiaçının iddia ərizəsi məhkəmədə baxılmalı olmadığından Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tаrixli, 2(046)-192/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 391, 400 və 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-192/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əşyaların çıxarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilsin ki, iddiaçılar Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin icra edilməsi üçün Göyçay rayon İcra və Probasiya Şöbəsinə müraciət etməli, sözügedən orqan onun müraciətini təmin etməkdən imtina etdiyi halda icra məmurunun hərəkət və ya hərəkətsizliyindən icra sənədini vermiş məhkəməyə şikayət etmək hüquqları vardır. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn surəti rəsmi qaydada alındığı vaxtdan, qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edildiyi vaxtdan 10 gün müddətində Şəki Apelyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsı vаsitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Mülki Kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar