Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-105/2022 02.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə İddiaçı Şahbuz Rayon Məhkəməsinin sədri X2 mülki işə onun sədrliyi ilə baxılmasına etirazına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh cehiz, qızıl-zinət və uşaqlara məxsus əşyaların alınaraq ona qaytarılması və yaxud dəyəri olan 29585 manat pulun, o cümlədən birgə nikah dövründə alınmış ev əşyalarının dəyəri olan 35550 manat pulun yarısın ın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı sədrlik edən X3 işə onun sədrliyi ilə baxılmasına özü-özünə etiraz etmiş, mülki iş Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2(108)-86/2022 nömrəli etiraza baxılmasına dair qərardadına əsasən baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı 08 iyul 2022-ci il tarixdə etiraz ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək işə sədrlik edən Şahbuz Rayon Məhkəməsinin sədri X2 işə onun sədrliyi ilə baxılmasına etiraz etmişdir. Mülki iş iddiaçının sədrlik edən hakimə etiraz ərizəsinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. İddiaçı etiraz ərizəsində hakimi n tərəfsiz və obyektiv olmayacağına kifayət qədər əsasın mövcud olduğunu, hakimin bilavasitə və ya dolayı yolla işə baxılmasında maraqlı olduğunu, bu səbəbdən də hazırda icraatda olan iddia tələbi ilə bağlı çıxarılacaq qərarın qanuni və ədalətli olmasının onda şübhə doğurduğunu bildirmiş, məhz buna görə də bu halların mövcudluğunu nəzərə alaraq işə hakim X6 oğlunun sədrliyi ilə baxılmasına etiraz etmişdir. Məhkəmə etirazın dəlillərini iş materialları ilə əlaqəli olaraq yoxlayıb belə hesab edir ki, etiraz əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 19-cu maddəsi hakim tərəfindən işə baxılması na yol verilməməsi və hakimə etiraz etmək üçün əsaslar müəyyən etməklə mülki işlər üzrə obyektiv, qanuni və əsaslı məhkəmə qərarlarının çıxarılması təminatı kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 7-ci bəndinə əsasən, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr qərəzsizliyin təmin olunmasına nail olmalıdırlar. Qərəzsizliyinə şübhə olan hər bir hakim işə baxan məhkəmə tərkibindən çıxarılmalıdır. Kollegiya qeyd edir ki, hakimin obyektivliyi onun öz vəzifələrini lazımi qaydada icra etməsi nin zəruri şərti sayılır. O, təkcə çıxarılan qərarın məzmununda deyil, həm də onun çıxarılmasını müşayiət edən bütün prosessual hərəkətlərdə təzahür edir. İddiaçının verdiyi etiraz ərizəsindən aydın olur ki, hakimin obyektivliyi və qərəzsizliyi onda şübhə yaratdığından o iş üzrə sədrlik edən hakimə etiraz etmişdir. Buna görə də, etiraz ərizəsində qeyd edilən hallar Şahbuz Rayon Məhkəməsinin sədri X6 oğlunun sədrliyi ilə həmin iş üzrə qəbul ediləcək qərarın obyektivliyinin və qərəzsizliyinin şübhə altına alınmasını istisna etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.1.7-ci maddəsinə əsasən onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxılmasına yol v erilmir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə İddiaçı Şahbuz Rayon Məhkəməsinin sədri X2 mülki işə onun sədrliyi ilə baxılmasına etirazı təmin edilməli və mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 23.2-ci maddəsinə uyğun olaraq baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19, 21-23-cü maddələrini rəhbər tutub kollegiya q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə İddiaçı Şahbuz Rayon Məhkəməsinin sədri X2 mülki işə onun sədrliyi ilə baxılmasına etirazı təmin edilsin. Mülki iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-105/2022
Ali Məhkəmə Qərardad — İş №2(108)-105/2022
02.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver