Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-106/2025 02.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçılar Nümayəndə, Babayeva (Bədəlova) Gülnar Cavanşir qızının və İddiaçı3 cavabdeh X5 qarşı “Fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması və fərdi yaşayış evinə məcburi köçürülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətçi tərəfindən yaşayış və istifadə hüququnun tanınması, yaşayış evinə məcburi köçürülmə) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Məmmədov Qərib Rəşid oğlunun katibliyi, cavabdeh X3 iştirakı ilə, İddiaçılar Nümayəndə, Babayeva (Bədəlova) Gülnar Cavanşir qızının və İddiaçı3 cavabdeh X5 qarşı “fərdi yaşay ış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması və fərdi yaşayış evinə məcburi köçürülməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(078)-101/2025 nömrəli qətnaməsindən iddiaçı və digər iddiaçılar - Nümayəndə və İddiaçı3 nümayəndəsi Babayeva (Bədəlova) Gülnar Cavanşir qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. X1 həyat yoldaşı X16, oğlu X12 və oğlu cavabdeh X2 ibarət vərəsələri, mərhum X7 isə həyat yoldaşı Nümayəndə, oğlu İddiaçı3 və qızı X4 ibarət vərəsələri olmuşdur. ünvan 1 ünvanında 0.0524 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93.03 kv.m olan fərdi yaşayış evinin Naxçıvan Muxtar R espublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı ilə 21/24 hissəsi Cavabdeh, 1/24 hissəsi İddiaçı2, 1/24 hissəsi İddiaçı3 və 1/24 hissəsi Nümayəndə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İİ. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar Nümayəndə, Babayeva (Bədəlova) Gülnar Cavanşir qızı və İddiaçı3 cavabdehə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı Nümayəndə paylı mülkiyyətdə olan ünvan 2 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 93.03 kv.m olan fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması və fərdi yaşayış evinə məcburi qaydada köçürülməsi, iddiaçı Babayeva (Bədəlov a) Gülnar Cavanşir qızının paylı mülkiyyətdə olan ünvan 2 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 93.03 kv.m olan fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması və fərdi yaşayış evinə məcburi qaydada köçürülməsi, İddiaçı3 paylı mülkiyyətində olan ünvan 2 ünvanında 0.0524 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 93.03 kv.m olan fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması və fərdi yaşayış evinə məcburi qaydada köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı fərdi yaşayış evi ilə bağlı (mübahisə predmeti ilə bağlı) artıq 6 ildən çoxdur ki, hüquqi müstəvidə (məhkəmə müstəvisində) mübahisə davam edir və son nəticədə Naxçıvan Şəhər Məhkəməsi nin xx.xx.2023-cü il tarixli, 2(078)-1/2023 saylı qətnaməsi ilə bu mübahisənin bir hissəsinə hüquqi qiymət verilmişdir (qətnamə iddia ərizəsinə əlavə olunur). Belə ki, həmin qətnamə ilə mübahisə predmeti olan miras əmlak - ünvan 3 ünvanında yerləşən miras əmlak iki hissəyə ayrılmış, yəni qeyd edilən miras əmlak mərhumlar - X14 və X13 birgə nikah dövründə qazanılmış əmlakı hesab edilməklə hər birinə ½ pay müəyyən olunmuşdur. Yəni buradan da aydın olur ki, yuxarıda qeyd olunan qətnamə ilə qeyd edilən miras əmlaka məhkəmə "geriyə dönüş edərək" mərhumların bu əmlakda bərabər paylarının olduğunu müəyyən etmiş və hər bir paya (miras əmlaka) vərəsəlik hüquq münasibətləri baxımından ayrı-ayrı hüquqi qiymət verilməli olduğunu açıq-aşkar bəyan etmişdir. Qeyd edilən qətnamədə ünvan 3 ünvanında yerləş ən miras əmlaka "birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə mərhumların payları müəyyən edilmiş, eyni zamanda X8 qalan (1/2 hissəyə münasibətdə) vərəsəlik münasibətlərinə hüquqi qiymət verilmişdir. Hazırkı iddiaçıların həmin qətnamə ilə, həmçinin cavabdehin də həmin qətnamə ilə miras əmlakda payları müəyyən edilmişdir. Əsas hüquq olan mülkiyyət hüququndan əlavə onların (nümayəndəsi olduğu şəxs də daxil olmaqla) həmin fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququ da vardır. Belə ki, Nümayəndə həmin evə 2000-ci ildən əvvəl gəlin köçmüş və həmin vaxt fərdi yaşayış evi mərhum qayınata X11 adına idi. Qanunverciliyin tələbinə görə də həmin tarixdən əvvəl köçürülmə özü-özlüyündə yaşayış və istifadə hüququnun yaranması üçün kifayət edirdi. Bunun üçün istifadə hüqu quna dair müqavilə bağlanılmasına ehtiyac yox idi (bununla bağlı AR Konstitusiya Məhkəməsinin müvafiq plenum qərarı da mövcuddur). Eyni zamanda İddiaçı3 və Bədəlova (Babayeva) Gülnar Cavanşir qızı da həmin fərdi yaşayış evində yaşamış, orada boya-başa çatmış və ailə üzvü olaraq da atasından sonra miras əmlaka sahiblik etməklə qəbul etmiş, həmçinin ailə üzvü olaraq atalarına münasibətdə yaşayış və istifadə hüquqları yaranmışdır. Məhz buna görə də asılı hüquq olan yaşayış və istifadə hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət edirlər. Hal-hazırda həmin fərdi yaşayış evindən və miras əmlaka daxil olan torpaq sahəsindən hazırkı iş üzrə cavabdeh istifadə edir və sahiblik edir. O iddiaçıların miras əmlak kimi qəbul etdikləri əmlakdan istifadə etməyə və sahiblik etməyə çox ciddi maneələr y aradır. Halbuki miras əmlakın əsas kütləsi miras qoyan Bədəlova Güllünün adında qalmış və həmin hissənin hüquqi talehinə aydınlıq gətirilməmişdir.
4. Naxçıvan Şəhər Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(078)-101/2025 nömrəli qətnaməsi ilə (hakim G.Səfərəliyeva) iddia rədd edilmişdir.
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(078)-101/2025 nömrəli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(078)-101/2025 nömrəli qətnaməsində buraxılan yanlışlıq düzəldilərək iddia rədd edilərək iddiaçılar Nümayəndə, X6 və İddiaçı3 cavabdeh X5 qarşı fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması və mənzildən məcburi qaydada çıxarılma tələbinə dair iddiası əsassız olduğundan rədd edilmiş və ödənilən dövlət rüsumu iddiaçıya aid edilməsi kimi düzəldilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı, 152.1-152.4-cü, 228.1, 228.2, 255.8-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci mad dələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı-nümayəndə Babayeva (Bədəlova) X10 Şəhər Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(078)-101/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin olunması (hər üç iddiaçıya münasibətdə) barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı-nümayəndə Babayeva (Bədəlova) Gülnar Cavanşir qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi qətnamədə “yaşayış və istifadə hüququ”-nun mülkiyyətçi olmayan şəxslərin mülkiyyətçi olan şəxslərdən tələb edə bilməsini qeyd etmişdir. Bu müddəa ilə qəti şəkildə razılaşmaq olmaz. Belə ki, mülkiyyət hüququ anlayışı AR Mülki Məcəlləsində ətraflı şəkildə qeyd olunmuş və onun anlayışı qeyd edilmişdir. Belə ki, mülkiyyət hüququ özündə 3 elementi ehtiva edir: sahiblik, istifadə və sərəncam. Bu 3 elementin özünün hər birində də bir sərəncam vermə vardır və hər bir elementdə bu “sərəncam” özünü göstərir. Yaşayış və istifadə hüququ əmlak hüquqları sırasına daxil olan asılı hüquqlar sırasına daxildir. Hazırkı işdə olan iddiaçılar da qeyd edilən fərdi yaşayış evinə paylı mülkiyyətçi olsalar da, həm də həmin fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüquqları da vardır. Belə ki, bununla bağlı AR Konstitusiya Məhkəməsinin plenum qərarı da vardır. Həmin qərara görə orderli mənzillərdə orderdə adları olan hər bir şəxs mülkiyyətçi hesab olunur. Həmçinin həmin orderli evd ə adları qeyd olunan şəxslərin mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüquqları vardır ki, onlar öz paylarını özgəninkiləşdirsələr belə, yaşayış və istifadə hüquqları saxlanılır. Yəni müqayisə edilən zaman həmin hüquqi prinsipi bu mübahisəyə də aid etmək olar. Belə ki, iddiaçılar mübahisə predmeti olan fərdi yaşayış evində paylı mülkiyyətçi olsalar da, bu şəxslərin həmin fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququnun olmaması anlamına gəlmir. Yəni məhkəmənin bu mövqeyi ilə qəti şəkildə razılaşmırlar və apellyasiya instansiya məhkəməsi tərəfindən buna hüquqi qiymət verilməsini xahiş edirlər. İkinci bir məsələ məhkəmə öz qətnaməsində “subyektiv hüquq” məsələsinə toxunmuş və iddiaçıların yuxarıda istinad olunan məsələyə münasibətdə belə bir hüquqlarının olmamas ı qənaətinə gəlmişdir. Ümumiyyətlə məhkəmə sadəcə bir məsələ ilə iddianın rədd olunması qənaətinə gəlmişdir. Belə ki, yaşayış və istifadə hüququ mülkiyyətçi olmayan şəxslər tərəfindən mülkiyyətçi olan şəxslərdən tələb edilə bilər. Bu mövqe ilə razılaşmırlar. Ümumi olaraq belə bir qadağanedici norma yoxdur və hüquq nəzəriyyəsinə görə də paylı mülkiyyətçi də digər mülkiyyətçidən bunu tələb də bilər. Yəni hazırkı mülki işdə iddiaçılar qeyd edilən fərdi yaşayış evində paylı mülkiyyətçi olsalar da, onların (hər üçünün) həmin fərdi yaşayış evinin ümumi hissəsindən yaşayış və istifadə hüquqları vardır. Yəni iddiaçılar öz paylarından əlavə ümumi olaraq fərdi yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüquqlarını tələb edirlər (hansı ki, iddia ərizəsində də müəyyən hüquq normalarına isti nad olunaraq bu hüquqlarının olduğu əsaslandırılmışdır) b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 izahatında apellyasiya şikayətini qəbul etməyərək hazırda mübahisəli əmlakın 21/24 hissəsinin ona məxsus olduğunu, bu barədə reyestrdən çıxarış əldə etdiyini və məhkəməyə təqdim etdiyini, iddiaçıların isə birlikdə həmin əmlakda yalnız 3/24 hissədə pay hüququ olduğunu, iddiaçıların hazırda mübahisə predmeti olan əmlakda mülkiyyətçi olduqlarını, bunu qəbul etdiyini, ancaq həmin əmlakda şərait olmadığından birgə yaşayışın mümkün olmadığını, əmlakın naturada bölgüsünün aparılmadığını, hazırda mübahisəli əmlakda o öz ailə üzvləri ilə birlikd ə yaşadığını, əvvəllər iddiaçı tərəfə mübahisəni barışıq yolu ilə həll etməyi çox təklif etdiyini, ancaq iddiaçıların onun bu təklifini qəbul etmədiklərini, hazırda da əmlakın ümumi dəyərinin yarısını pul şəklində ondan tələb etdiklərini, hazırkı vəziyyətdə iddiaçı tərəflə hər hansı formada razılığa gəlməyin mümkün olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
11. Suallara cavabında X9 iddiaçı Nümayəndə qardaşı ilə ailə qurandan onların evində qeydiyyatda olduğunu, Elmiranın bu gün də evdən qeydiyyatdan çıxmadığını, onun mülkiyyətçi kimi bu gün də evə gəlib-getdiyini, qardaşının sağlığında Elmira ilə aralarında problem olduğunu, ancaq evin gəlini kimi Elmiranın tərəfini tutduqlarını, qardaşı öldükdən sonra isə şəxsən özü Elmiray a evdən ona çatacaq paydan artığını təklif etdiyini, evdə yaşamasını, onun bütün kommunal xərclərini belə özünün qarşılayacağını bildirdiyini, ancaq Elmiranın onun bu təklifini qəbul etmədiyini, sonradan isə əmlakın ümumi dəyərinin yarısını ondan tələb etməyə başladığını, anasından qalan mirası da qəbul etdiyini, Gülnar və Anarın qardaşının övladları olduğunu, Anarın 2008-ci ildə anası ilə aralarında olan problemə görə evdən çıxıb getdiyini və hazırda Bakı şəhərində yaşadığını, Gülnarın 2017-ci ildə nikah bağlayaraq ailəsi ilə birlikdə yaşadığını, Elmiranın isə arada evə gəlib-getdiyini, evin 3 otaq 1 salondan ibarət olduğunu, hazırda mübahisəli əmlakda o, arvadı və 3 övladı yaşadığını, ailəsinin böyüklüyünə və evin yerləşmə formasına görə iddiaçılarla birlikdə yaşamağın sadəcə olaraq mümk ün olmadığını, Naxçıvan Şəhər Məhkəməsində işə baxılan zaman yenə də iddiaçıların vəkilinə iddiaçılara mülkiyyətçi kimi evdən çatan payın müqabilində kompensasiya verməyi təklif etdiyini, ancaq iddiaçı tərəfin bu dəfə də onun təklifini qəbul etmədiyini bildirmişdir.
12. İddiaçılar Nümayəndə, Babayeva (Bədəlova) Gülnar Cavanşir qızı və İddiaçı3 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsində iddiaçıların vəkili olmuş Vəkil tərəfindən kollegiyaya vəsatət daxil olmuş, vəsatətdə üzrlü səbəbdən iştirak etməyəcəkləri qeyd edilsə də, üzrlü səbəbin nədən ibarət olması barədə məlumat vəsatətə əlavə edilməmiş, həmçinin vəsatətə apellyasiya instansiyası məhkəməsində səlahiyyətli olmasına dair vəkil orderini əlavə etməmişdir. Buna g örə məhkəmə iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
14. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
15. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
16. Maddə 215.2. Payl ı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
17. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
18. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya təna sübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
19. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasın ın tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. b) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi
20. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. (Azərbaycan Respublikası Konstisuiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarı) c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən a sılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. V. Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı apellyasiya şikayətində iddiaçı Ba bayeva (Bədəlova) X10 Şəhər Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(078)-101/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin olunması (hər üç iddiaçıya münasibətdə) barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə apellyasiya şikayəti həddində yoxlanılır. Vİ. Məhkəmə kollegiyasının mövqeyi
27. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi mövqeləri rəhbər tutaraq, apellyasiya şikayətində və məhkəmə iclasında irəli sürülmüş dəlilləri hərtərəfli və ətraflı araşdıraraq apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır:
28. Mülkiyyət hüququ subyektə ona məxsus əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnu təmin edir və bu hüquq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ isə, həmin əmlak üzərində sahiblik hüququnun həyata keçirilməsi ilə birbaşa əlaqəlidir.
29. Paylı mülkiyyət münasibətlərində əşyanın istifadəsi bütün mülkiyyətçilərin razılığı əsasında həyata keçirilir, razılıq əldə olunmadıqda isə məhkəmə qaydasında müəyyən olunur. Paylı mülkiyyət sahibi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsini tələb edə bilər. Əgər bu mümkün deyilsə, payına düşən əşyaya sahiblik edən digər mülkiyy ətçilərdən əvəz tələb etmək hüququ vardır. (Mülki Məcəllənin 215.1 və 215.2-ci maddələri).
30. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ ilə istifadə hüququ arasında rəqabət mövcud olduqda, daha üstün hüquq forması kimi mülkiyyət hüququ üstünlük təşkil edir və mülkiyyət hüququnun mövcud olduğu hallarda əlavə olaraq istifadə hüququnun tanınması və həmin hüquqa əsasən köçürülmə tələbi hüquqi baxımdan məntiqsizdir. Əks yanaşma mirası faktiki qəbul etmiş birinci növbə vərəsələrin eyni tələblə bir-birinə qarşı iddia qaldırmasına əsas vermiş olardı ki, bu da mülki qanunvericiliyin bu hüquq institutları ilə bağlı güddüyü məqsədlərə xidmət etməzdi. Buna görə iddiaçılar öz hüquqlarını məhz paylı mülkiyyətçilərin hüquqlarına aid normalara uyğun həyata keçirməlidir.
31. Məhkəmə kollegiyası v urğulayır ki, əmlakın naturada bölünməsi mümkün olmadıqda, iddiaçılar qanunla müəyyən edilmiş qaydada paylarının dəyərinin ödənilməsini tələb edə bilərlər. Mülkiyyət hüququndan yaranan müdafiə üsullarının mövcudluğu şəraitində əlavə yaşayış və istifadə hüququnun tanınması tələbinin irəli sürülməsi hüquqi cəhətdən düzgün yanaşma deyildir və məhkəmənin vəzifəsi qanunun mövcud tələblərinə uyğun qərar qəbul etməkdən ibarətdir.
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi, mülkiyyətçi olmayan şəxslərin mülkiyyətçi ilə ailə münasibətləri çərçivəsində yaranan istifadə hüququnu nəzərdə tutur. Hazırkı işdə isə iddiaçılar həmin əmlakda artıq mülkiyyət hüququna sahibdirlər və mülkiyyət hüququndan doğan müdafiə üsullarından istifadə etməl idirlər. Bu səbəbdən, iddiaçıların həmin evdən istifadə hüququnun tanınması və mənzilə köçürülməsinə dair tələbləri hüquqi baxımdan əsassız hesab edilməlidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar əmlak üzərində artıq mülkiyyət hüququna malik olduqlarından, yaşayış və istifadə hüququnun əlavə olaraq tanınması hüquqi baxımdan əsassızdır. Çünki istifadə hüququ özü mülkiyyət hüququnun ayrılmaz tərkib hissəsidir və mülkiyyətçinin bu hüquqları ayrıca tələb etməsinə əsas yoxdur. Buna görə də iddiaçılar paylarının naturada ayrılması və ya dəyərinin ödənilməsi kimi mülkiyyət hüququndan irəli gələn hüquqi müdafiə vasitələrindən istifadə etməlidirlər.
34. Mənzilə məcburi köçürmə tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin mülkiyyət payları əhəmiyyətli şəkildə fərqlən ir (mülkiyyətçi 21/24, iddiaçılar isə 3/24 paya sahibdirlər). Belə olan halda, payların nisbəti, faktiki yaşayış şəraiti və istifadə imkanları nəzərə alınmaqla, iddiaçıların həmin evə məcburi qaydada köçürülməsi də hüquqi baxımdan əsaslı hesab edilmir. İddiaçılar bu halda paylarının naturada ayrılması, bu mümkün olmadıqda mülkiyyət hüququna əsaslanan digər müdafiə vasitələrindən (məsələn, payın dəyərinin ödənilməsi tələbi) istifadə edə bilərlər.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələri ni rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(078)-101/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Vüqar Quliyev, Zamiq Əliyev