Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-107/2023 04.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3, cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 2(110)-182/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə icla sında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər- X5 və Cavabdeh2 02 mart 2021-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 9099.87 manat əsas, 1013.47 manat faiz borcu olmaqla, ümumilikdə 10113.34 manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 120.34 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Naxçıvan filialı tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 02 mart 2021-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 13000 manat məbləğində istehlak krediti ver ilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 02 mart 2021-ci il tarixli, İK 1002708/21760 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 iddiaçı tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən Cavabdeh1lə dəfələrlə telefonla əlaqə saxlanılmış, cavabdehlərə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər - tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri, kredit borcu na dair maliyyə arayışı, kredit ödənişləri cədvəli və kassa məxaric orderidir. Kredit müqaviləsinin; 6.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 2.10-cu bəndinə görə gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. 8.2-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Zaminlik müqaviləsinin; 1-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablan mış fazilərin kreditora tam ödənilməsini öhdəsinə götürür. 3.1-ci bəndinə görə zamin borcalanın kreditor qarşısında kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 21.2, 385.1, 442, 443, 445.1, 449.4 və 472.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessua l Məcəllə) 4cü maddələrinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şərur Rayon Məhkəməsinin (hakim Seymur Qarayev) 2(110)-182/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 02 mart 2021-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən 9099.87 manat əsas, 1013.47 manat faiz borcu, cəmi 10113.34 manat borc və 120.34 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 10233.68 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “ Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyi və “Zamin” də kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün zaminlik müqaviləsi ilə “Bank” qarşısında borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürdüyündən, “Bank” borcun alınması ilə bağlı “Borcalan”a və “Zamin”ə qarşı birgə borclular kimi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 739.1, 739.2, 741, 385.1, 386.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 470.1, 470.2 və 472.1-ci, Mülki-Prosesual Məcəllənin 119.1 və 222.2-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh1 apelyasiya şikayəti verərək 2(110)-182 /2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnamənin ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “iddiaçı tərəfindən müqavilənin müddəti başa çatmamış məhkəmədə iddia qaldırılmış, onun icranı üzrlü səbəbdən gecikdirməyi nəzərə alınmamış və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticə etibarı ilə hesab edir və inanır ki, işə apelyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Qeyd edir ki, 30 ildir müəllim kimi fəaliyyət göstərir. Bir müəllim kimi öz işi ilə qürur duyur. Dövlətinə və onun qanunlarına böyük hörməti var. Lakin bugünkü gün əmək haqqının 207 manat təşkil etməsi ona kredit borcunu ödəməkdə çətinli k törədir. Borcunun müəyyən hissəsini ödəmişdir, qalan hissəsini də imkanı olduqca ödəyəcəkdir”. Cavabdeh maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki Məcəllənin 425.1, 425.2, 445.1 və 445.5-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi Məhkəmə baxışı iclasında; Cavabdeh1 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, apelyasiya şikayətini müdafiə edir. O, 2021-ci ilin mart ayında "xxxx" ASC-dən 13000 manat kredit götürmüşdür. Şərur Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qətnaməsi çıxdıqdan sonra onun telefonuna 19 aprel tarixdən başlayaraq "xxxx" ASC tərəfindən xəbərda redici SMS bildirişləri gəlməyə başlamış və hər dəfə SMS bildirişlərində fərqli məbləğlər göstərilmişdir. Onun bildiyi qədər əgər işlə bağlı məhkəmə qətnaməsi çıxarılarsa, götürdüyün kredit məbləğinin üzərinə əlavə ödənişlər dayanadırılır. O bununla bağlı "xxxx"a müraciət etmiş və ona deyilmişdir ki, “sən qətnamədə göstərilən pulu ödə, biz o hissəni siləcəyik”. O, götürdüyü kreditə görə “Naxçıvançank”ın ondan tələb etdiyi məbləği qəbul edir, lakin imkanı çatmadığı üçün ödəyə bilmir. Bu günə qədər borclarını normal ödəmiş, bankla danışıb demişdir ki, götürdüyü kredit məbləğini yavaş-yavaş ödəyəcəkdir. Axırıncı dəfə iş yerindən bütün tutqular çıxıldıqdan sonra 900 manat əmək haqqı, sonra isə 1200 manat məzuniyyət pulu almış, lakin iddiaçıya olan kredit borcuna görə heç bir ödəniş etməmişdir. Apelyasiya şikayətinin təmin edilməsini və Şərur Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını xahiş edir. Cavabdeh2 göstərdi ki, o, Cavabdeh1 müəllim yoldaşı olaraq, ona "xxxx"dan kredit götürüb ev düzəltməyi üçün 2021-ci ilin mart ayında zamin durmuş və 13000 manat "xxxx"dan kredit götürmüşlər. İlk başda cavabdehlə birlikdə kreditin aylıq ödənişinin 471 manatını birlikdə ödəmişlər, lakin sonradan Cavabdeh1 aylıq kredit ödənişini ödəməməyə başlamışdır. Cavabdeh1 həm usta, həm də müəllim işləyir, yəni kredit ödənişini ödəmək qabiliyyətindədir. Sonradan öyrənmişdir ki, Cavabdeh1 7-8 aydır ki, krediti ödəmir. Buna görə 2022-ci ilin mart ayında onlara məktublar gəlməyə başlamış, sonra onlar bankın işçisi Orxanla danışmışlar ki, aylıq ödənişi bir az aşağı salsın ki, Cavabdeh1 krediti ödəyə bilsin. "xxxx"ın işçisi Orxan də onlara demişdir ki, “1500 manat pul ödənişi edin, aylıq məbləği 332 manata salaq”. Hətta həmin ödənişi o özü tapıb gətirib ödəmişdir ki, aylıq ödəniş aşağı düşsün və Cavabdeh1 bunu ödəməyə gücü satsın, lakin bundan sonra Cavabdeh1 yenə də kredit ödənişini ödəməməyə başlamışdır. O sonradan öyrənmişdir ki, Cavabdeh1 Kapital Bankdan da 7200 manat kredit götürmüşdür və həmin kredit məbləği cavabdehin maaşından hər ay çıxılır. Cavabdeh1 əsas borclu olaraq krediti ödəmədiyinə görə bu məsələ onun ailəsində narazılığa səbəb olmuş və dəfələrlə yoldaşı ilə aralarında söz-söhbət yaranmışdır. Cavabdeh1 hazırda maaşı 1157 manat təşkil edir. Sonradan öyrəndiyinə görə Cavabdeh1 bir ayın içərisində banklardan götürdüyü 20200 manat pulu pis məqsə dlər üçün istifadə etmiş, ancaq ona demişdir ki, “mən həmin pulu götürüb ev düzəldəcəyəm”. Cavabdeh1 bir müəllim yoldaşı olaraq onun inamından sui-istifadə etmişdir. Apelyasiya şikayətinin təmin olunmamasını xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, o, apelyasiya şikayətini qəbul etmir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və onun sistemdə 390 gecikmə günü qeydə alınmışdır. Cavabdehin bugünə olan borcu 11041 manat təşkil edir. Şərur Rayon Məhkəməsinin qətnaməsi üzrə cavabdehdən ümumilikdə 10113.34 manat kredit borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 120.34 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət o lunmuşdur. Onlar sadəcə qətnamədə göstərilən məbləği cavabdehlərdən tələb edirlər, bundan sonra hesablanmış faizləri tələb etmirlər. O, "xxxx"ın nümayəndəsi olaraq dəfələrlə Cavabdeh1lə əlaqə saxlayıb demişdir ki, “siz qətnamədə göstərilən məbləği banka ödəyəcəksiniz, ondan sonra hesablanmış faizləri ödəməyəcəksiniz”, bu məsələ ilə bağlı o, cavabdehə dəfələrlə izahlar da vermişdir. Apelyasiya şikayətinin təmin olunmamasını, Şərur Rayon Məhkəməsinin 2(110)182/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 385.1. Öhdəli yə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdar da olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə
743. Əgər borcalanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borcverən borcun dərhal qaytarılmasını tələb edə bilər... Mülki Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkə mə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 392.2 Apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud q ətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə
393. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Apelyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamən in mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Hazırkı halda Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 münasibətdə, apelyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından Cavabdeh1 apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarında tövsiyə edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri, iddiaçının nümayəndəsi və cavabdehlərin izahatları üzrə araşdıraraq bu qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin Cavabdeh1 münasibətdə ləğvinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə 02 mart 2021-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 3 6 ay müddətinə iddiaçının Naxçıvan filialı tərəfindən Cavabdeh1 verilmiş 13000 manat məbləğində istehlak krediti üzrə xx.xx.2023-cü il tarixə ödənilməyən 9099.87 manat əsas və 1013.47 manat faiz borcu olmaqla, ümumilikdə 10113.34 manat kredit borcunun Cavabdeh1 tərəfindən ödənilməməsi ilə bağlıdır. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 02 mart 2021-ci il tarixli, İK 1002708/21760 saylı zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. Kredit məbləği olan 13000 manatın iddiaçının Naxçıvan filialı tərəfindən Cavabdeh1 verilməsi və sonuncu tərəfindən alınması, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh1 tərəfindən iddia çıya ödənilməli olan borc məbləğinin qalığının 10113.34 manat olması mübahisələndirilmir, işin mübahisə olunmayan hallarıdır. Apelyasiya şikayətinin “iddiaçı tərəfindən müqavilənin müddəti başa çatmamış məhkəmədə iddia qaldırılmışdır” dəlili ilə əlaqədar kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.2-ci bəndinin məzmunundan aydın görünür ki, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə; borcalanın əmlak vəziyyəti pisləşdikdə, bu isə müqavilə üzrə pul öhdəliklərinin icra edilməsi tələbi üçün təhlükə yaratdıqda; borcalan müqavilənin 4.4-cü bəndində nəzərdə tutulmuş vəzifələrini icra etmədikdə və ya lazımınca icra edə bilmədikdə (ödəniş qraflkinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyala keçirmək; müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək) bank müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Əgər borcalanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borcverən borcun dərhal qaytarılmasını tələb edə bilər. (Mülki Məcəllənin 743-cü maddəsi) Məlumdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əs as vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borcalan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə haqlıdır. Apelyasiya şikayətinin “Cavabdeh1 icranı üzrlü səbəbdən gecikdirməyi nəzərə alınmamışdır, bugünkü gün əmək haqqının 207 manat təşkil etməsi ona kredit borcunu ödəməkdə çətinlik törədir, borcunun müəyyən hissəsini ödəmişdir, qalan hissəsini də imkanı olduqca ödəyəcəkdir” dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 özü müqavilə azadlığı və iradə sərbəstliyi əsasında iddiaçı ilə kredi t müqaviləsi bağlayaraq 36 ay müddətinə, 13000 manat kredit almış və müəyyən olunan ödəniş cədvəlinə müvafiq olaraq həm əsas borcu, həm də kreditdən istifadəyə görə illik 17% haqqı ödəmək öhdəliyini üzərinə götürmüş, Cavabdeh1 müraciətinə görə 24 may 2022-ci il tarixdə iddiaçı və cavabdehlər arasında RK2405/19 nömrəli kredit borcunun restrukturizasiyası müqaviləsi bağlanmış, lakin Cavabdeh1 öhdəliyini lazımınca icra etməmişdir. İddiaçı isə cavabdehlərdən öhdəliyin icrasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh1 apelyasiya şikayətinə əlavə etdiyi, Naxçıvan MR Təhsil Nazirliyi Şərur Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 699 nömrəli, 03 oktyabr 2022-ci il tarixli arayışda “Cavabdeh1 Şərur rayon Gümüşlü kənd tam orta məktəbində müəllim işləməsi, bütün növ tutqular və vergilər tutulduqdan so nra onun orta aylıq əmək haqqı məbləğinin 207,71 manat olması”nın göstərilməsinin hazırkı vəziyyətdə həqiqəti əks etdirmədiyi, Cavabdeh1 aylıq qazancının həmin arayışda qeyd olunan məbləğdən artıq olması cavabdehlərin izahatları ilə təsdiq olunmuşdur. Belə ki, Cavabdeh1 izahatında “Axırıncı dəfə iş yerindən bütün tutqular çıxıldıqdan sonra 900 manat əmək haqqı, sonra isə 1200 manat məzuniyyət pulu aldığını, lakin iddiaçıya olan kredit borcuna görə heç bir ödəniş etmədiyini”, Cavabdeh2 isə izahatında “Cavabdeh1 hazırda maaşının 1157 manat təşkil etməsini” göstərmişlər. Cavabdeh1 apelyasiya şikayətində Mülki Məcəllənin 445.5-ci maddəsinə (əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu gecikdirmə sayılmır) istinad etsə də, onun tərəfindən öhdəliyin i cra edilməməsinə səbəb olmuş hər hansı bir hal barədə iş materiallarında heç bir sübut müəyyən olunmamış, o, onun Mülki Məcəllənin 448.4-cü maddəsinin tələblərinə müvafiq olaraq kredit müqaviləsi üzrə məsuliyyət daşımasını istisna edən heç bir halı sübuta yetirməmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində qəbul edilən qətnamənin əsaslılığı apelyasiya şikayətinə müvafiq olaraq yoxlanılmış və Cavabdeh1 tərəfindən qətnamənin əsassızlığına dair heç bir sübut təqdim edilməmişdir, ona görə də apelyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normaları na riayət etmiş və iddiaçının cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. 2(110)-182/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnamə qanuni, əsaslı və ədalətlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0-384.0.1, 392, 393, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 2(110)-182/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respub likası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla nəzərdə tutulan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.