Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-109/2021 24.06.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 01 aprel 2021ci il tarixli, 2(079)-102/2021 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 26 yanvar 2021-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində o lan Babək rayon, Şəkərabad kəndində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 azyaşlı qızı X2 məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(079)-102/2021 nömrəli qətnaməsi ilə (sədrlik edən X4) iddia təmin edilmiş, MH seriyalı, ******* nömrəli, 02 oktyabr 2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Əliyeva Məlahət Əhməd qızına məxsus olan və Babək rayonu, Şəkərabad kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh2, Cavabdeh1 və X2 məcburi qaydada çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası A li Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək məhkəmə kollegiyasından apellyasiya şikayətində göstərdiklərini bir daha araşdırmaqla onların haqlı olduğu qənaətinə gələcəyinə inanaraq Babək Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(079)- 102/2021 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi, ayrıca hasara alınmış torpaq sahəsi onun (Cavabdeh2) Babək rayon, Gülşənabad kəndində yerləşən torpaq sahəsinin satılaraq əldə olunan pul vəsaiti hesabına atası X3 tərəfindən Babək rayon Şəkərabad kənd sakini, öz evi də onlarla qonşuluqda yerləşən X1 alınmışdır. Torpaq sahəsi alınandan sonra orada onun (Cavabdeh2) üçün fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. Evin tikilməsi, dam örtüyünün vurulması, təmiri atası və qardaşları İbrahimov Sərxan və İbrahimov Məmməd tərəfindən yerinə yetirilmişdir. O (Cavabdeh2) uşaqlıqdan 2-ci qrup ömürlük əlildir, qızının atası öldüyündən dövlətdən müavinət alır, özü həmişə işləyib. Bütün aldığı pulları yığaraq evinin tikilməsinə işlədib. Atası, qardaşları maddi kömək göstəriblər. Həyətində su quyusu qazılıb, bacısı ilə arasında hasar çəkilib. Fərdi yaşayış evi hazır olandan sonra evə işıq, qaz, su xətləri çəkilmiş, onların istifadəsinə görə onunla (Cavabdeh2) müqavilələr bağlanmış, sayğaclar qoyulmuşdur. İstifadə olunan qaz, işıq, su məsrəflərinə görə xərclər onun (Cavabdeh2) adına onlar tərəfindən ödənilir. Torpağın alınması, evin tikilməs i, təmir olunaraq yaşayış üçün yararlı hala gətirilməsi, hasarının çəkilməsi, darvaza qapısının qoyulması, su quyusunun qazılması, nasos qoyulması, abadlaşdırılması üçün çəkilən bütün xərclər atası, qardaşları və onun (Cavabdeh2) tərəfindən edilmişdir. Ev yaşayış üçün hazır olandan İddiaçı dediyi kimi atası işdən sonra kəndə gedib-gəlməməsi üçün onun evində yaşamağa qoyması kimi deyil, onun evdə körpə qızı ilə tək qalmamağı üçün elə əvvəldən onun (Cavabdeh2) yanında qalıb. Atası demək olar ki, 5 il onunla (Cavabdeh2) tikdiyi evdə yaşayıb və heç zaman bacısı İddiaçı tərəfindən evin onun olması barədə söhbət olmayıb. Daha sonra o (Cavabdeh2) ailə qurduğundan atası kəndlərinə qayıtdı, evdə isə o (Cavabdeh2), qızı və yoldaşı yaşamaqda davam ediblər. İddiaçı göstərdiyi kimi Cavabdeh1 onun ailə qurandan 4-5 ay sonra münasibətlərinin korlandığını, onların iddiaçıya evində yaşamağa rahatlıq vermədiklərini qeyd etsə də göstərilənlər həqiqətə uyğun deyildir. İddiaçı ilə münasibətlərinin korlanmasına səbəb onun evinə tanımadıqları şəxslərin gəlmələri və onların iddiaçının həyətində nalayiq ifadələri hündürdən işlətmələri, bu səbəbdən də həyətlərinə polis işçilərinin gəlmələri, lakin onların da burada sakitliyin yaradılmasına maraqlı olmadıqlarının aşkar olunması idi. Tikib yaşadıqları fərdi yaşayış evini adlarına sənədləşdirmək istədilər. Lakin onun (Cavabdeh2) aldığı torpaq sahəsi 150 m2 təşkil etdiyindən daşınmaz əmlakın nümayəndəsi evin sənədləşdirməsinin mümkün olmadığını bildirdi. Sonra onlara məlum oldu ki, torpağın 150 m2-nin dəyəri olan 2000 manatı satıcı Məhəmmədə onlar tərəf indən ödənilməsinə baxmayaraq bütün torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Sonra isə İddiaçı öz məkirli fikirlərini həyata keçirmək üçün guya üzdə onlarla münasibətlərinin normallaşdığını göstərərək onlardan 470 manat pul da alıb evlərinə ayrıca sənəd alıb verəcəyinə söz versə də, onları aldadaraq evləri öz adına sənədləşdirib sənəd almışdır. Sonra isə məhkəməyə müraciət edərək onları- 3 nəfərdən ibarət ailəni evlərindən çıxarır. Bütün ailə üzvləri- atası, anası, qardaşları, Məlahətin uşaqları, evdə işləyən hər kəs, torpağı satan bilirlər ki, bu ev cavabdehindir (Cavabdeh2). Lakin bacısı İddiaçı onun etibarından sui-istifadə edərək və aldatma yolu ilə bütün xərcini çəkərək aldığı torpaq sahəsinin və üzərində inşa etdikləri yaşayış evini, əlavə tikililəri ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Onun barəsində cinayət işinin başlanılması zəruri olduğu halda hələ iddiasının təmin olunması barədə qətnamə qəbul olunur. İddiaçı isə cavabdehə şərt qoyur ki, əri ilə boşansın (bu da cavabdeh üçün iddiaçının növbəti pis əməlidir) onu evdən çıxarmasın. Onlar da məhkəmədə torpaq sahəsinin kimdən və neçə manata alındığını, sonra aldıqları torpaq sahəsində yaşayış evi tikdikləri evin dam örtüyünü vurduqlarını, təmir etdirdiklərini, su quyusu qazdırdıqlarını, hasar çəkdiklərini bildirmişlər. İnşaat materialları alıb gətiriblər, bəzilərini söküntüdən gətiriblər. Evə işıq, qaz, su, xətləri çəkilib, bağlanan müqavilələr onun (Cavabdeh2) adına bağlanıb, istifadə olunan bütün məsrəflər onun adına ödənilib. Bunları təsdiq edəcək şahidləri var. Lakin İddiaçı dediklərini təsdi q edəcək bir şahidi, sübutu yoxdur. Ancaq onun atasının, anasının, qardaşlarının etibarından istifadə edərək, hamını aldadaraq onun (Cavabdeh2) pulu ilə sənəd alaraq 2-ci qrup əlil olan bacısının min bir əziyyətlə tikib başa çatdırdığı evindən məcburi qaydada çıxardır. Lakin məhkəmə bu halları araşdırmadan, yalnız İddiaçı adına əmlakın qeydiyyata (Daşınmaz Əmlakın həmin evlərlə bağlı mübahisənin olmasını bilməsinə baxmayaraq) alındığını əsas götürərək iddianın təmin olunması barədə qətnamə qəbul edərək 2-ci qrup əlili, azyaşlı qızı və ailə başçısı olan əri evdən çıxardır. Əgər vaxtında Daşınmaz Əmlak onların qarşılarında süni əngəl yaratmasaydı, onların evlərini qeydiyyata alsaydı bu gün onlar bu əzabı çəkməzdilər. Onlara deyirdilər ki, bu torpaqlarında iki evə ayrı-ayrılıqda sənəd vermək olmaz. Bu gün həmin ərazidə həmin ölçüdə torpaq sahəsinin alınmasına, evin tikilib hazır olmasına, onun həyətinə bənzər şəraitin yaradılmasına 30-40 min manat pul lazım olar. Ona doğma bacısı da olsa İddiaçı tərəfindən bu məbləğdə maddi ziyan vurulur, heç kim ondan bunu soruşmaq belə istəməyərək onun əməli bəyənilir, ona haqq qazandırılır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmayıb, bacısının əsl məqsədini – onun əmlakını nə yolla olursa-olsun əlindən almaqda ona yardımçı olub gələcəkdə bu halların daha da geniş vüsət almasına şərait yaradılıb. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kollegiyadakı izahatlarında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verib apellyasiya ş ikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Babək Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(079)-102/2021 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını kollegiyadan xahiş etdilər. İddiaçı kollegiyadakı izahatında apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini və Babək Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(079)-102/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bu nunla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə araşdırılmış materiallarını, apellyasiya şikayətinin təmin edilməklə Babək Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(079)- 102/2021 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunması barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, apellyasiya şikayətinin təmin edilməməklə Babək Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(079)- 102/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə İddiaçı izahatlarını dinləyib, apellyаsiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya şikayətinin təmin olunmaması və Babək Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(079)-102/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Belə ki, kollegiya qanunvericiliyin sadalanan tələblərinə müvafiq olaraq apellyasiya şikayətinin mübahisəli fərdi yaşayış evinin yerləşdiyi, ayrıca hasara alınmış torpaq sahəsinin Cavabdeh2 Babək rayon, Gülşənabad kəndində yerləşən torpaq sahəsinin satılaraq əldə olunan pul vəsaiti hesabına ata sı X3 tərəfindən Babək rayon Şəkərabad kənd sakini, öz evi də onlarla qonşuluqda yerləşən X1 alındığı, torpaq sahəsi alınandan sonra orada onun (Cavabdeh2) üçün fərdi yaşayış evinin tikintisinə başlanıldığı, evin tikilməsi, dam örtüyünün vurulması, təmirinin atası və qardaşları İbrahimov Sərxan və İbrahimov Məmməd tərəfindən yerinə yetirilməsi, özünün uşaqlıqdan 2-ci qrup ömürlük əlil olması, qızının atası öldüyündən dövlətdən müavinət alması, özünün həmişə işləməsi, bütün aldığı pulları yığaraq evinin tikilməsinə işlətməsi, atası, qardaşlarının maddi kömək göstərməsi, həyətində su quyusunun qazılması, bacısı ilə arasında hasar çəkilməsi, fərdi yaşayış evinin hazır olandan sonra evə işıq, qaz,su xətləri çəkildiyi, onların istifadəsinə görə Cavabdeh2 ilə müqavilələr bağlandığı, sayğaclar qoyulduğu, istifadə olunan qaz, işıq, su məsrəflərinə görə xərclərin Cavabdeh2 adına onlar tərəfindən ödənildiyi, torpağın alınması, evin tikilməsi, təmir olunaraq yaşayış üçün yararlı hala gətirilməsi, hasarının çəkilməsi, darvaza qapısının qoyulması, su quyusunun qazılması, nasos qoyulması, abadlaşdırılması üçün çəkilən bütün xərclərin atası, qardaşları və onun (Cavabdeh2) tərəfindən edildiyi, evin yaşayış üçün hazır olandan İddiaçı dediyi kimi atasının işdən sonra kəndə gedib-gəlməməsi üçün onun evində yaşamağa qoyması kimi deyil, onun (Cavabdeh2) evdə körpə qızı ilə tək qalmamağı üçün elə əvvəldən onun (Cavabdeh2) yanımda qaldığı, atasının demək olar ki, 5 il onunla (Cavabdeh2) tikdiyi evdə yaşadığı və heç zaman bacısı İddiaçı tərəfindən evin onun olması barədə söhbəti olmadığı, daha sonra Cavabdeh2 ailə qurduğundan atasının kəndlərinə qayıtdığı, evdə isə o (Cavabdeh2), qızı və yoldaşı yaşamaqda davam etdiyi, onlar da məhkəmədə torpaq sahəsinin kimdən və neçə manata alındıqlarını, sonra aldıqları torpaq sahəsində yaşayış evi tikdikləri, evin dam örtüyünü vurduqları, təmir etdirdikləri, su quyusu qazdırdıqlarını, hasar çəkdiklərini bildirdikləri, inşaat materiallarını alıb gətirdikləri, bəzilərini söküntüdən gətirdikləri, evə işıq, qaz, su, xətləri çəkildiyi, bağlanan müqavilələr onun adına bağlandığı, istifadə olunan bütün məsrəflərin onun (Cavabdeh2) adına ödənildiyi, bunları təsdiq edəcək şahidlərinin olduğu, lakin İddiaçı dediklərini təsdiq edəcək bir şahidi, sübutu olmadığı, ancaq iddiaçının atasının, anasının, qardaşlarının etibarından istifadə edərək hamını aldad araq onun (Cavabdeh2) pulu ilə sənəd alaraq 2-ci qrup əlil olan bacısını min bir əziyyətlə tikib başa çatdırdığı evindən məcburi qaydada çıxardığı, lakin məhkəmənin bu halları araşdırmadan, yalnız İddiaçı adına əmlakın qeydiyyata alındığını əsas götürərək iddianın təmin olunması barədə qətnamə qəbul edərək 2-ci qrup əlili, azyaşlı qızı və ailə başçısı olan əri evdən çıxarması dəlillərini müzakirə edərək əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş MH seriyalı, ******* nömrəli, 02 oktyabr 2018- ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Şəkərabad kəndində yerləşən 0.343 hektar torpaq sahəsi və onun üzərində olan 133.45 kvadrat metr fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbayc an Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi). Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sen tyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi İstifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam v erə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Cavabdehlər apellyasiya şikayətində göstərilən torpaq sahəsinin bir hissəsini özləri almaları və orada tikilən 2 otaq, salon, hamam, tualet və mətbəxdən ibarət tikililərin özlərinə aid olmasını bildirdiklərindən həmin əsaslara hüquqi münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası öz əksini tapmışdır. Həmin maddəyə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bundan əlavə bu norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 16.6-cı maddəsində öz əksini tapıb. Qanunvericiliyin yuxarıda sadalalan müvafiq tələblərinin məzmunundan da göründüyü kimi daşınmaz əmlakın reyestrinin qeyri-dəqiq olmasını sübut etmə yükü bunu iddia edən tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəf müvafiq daşınmaz əmlakın reyestrinin qeyri-dəqiq olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosess ual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəf İddiaçı məxsus olan torpaq sahəsi və fərdi yaşayış evindən istifadə etməsinin hüquqi əs asının olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş və məhkəmədə verdiyi izahatlarından onların torpaq sahəsi və fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı iddiaçı ilə arasında yazılı razılaşmanın olmaması müəyyən edilmişdir. Həmçinin kollegiya qeyd edir ki, iş materiallarında olan (iş vərəqə 51) Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin “31” mart 2021-ci tarixli, 04/216 nömrəli məktubundan Babək rayonu, Şəkərabad kəndində yerləşən daşınmaz əmlakın və həmin əmlaka dair hüquqların yüklü olmaması müəyyən edilir. Kollegiya apellyasiya şikayətinin cavabdehin tikib yaşadıqları fərdi yaşayış evini adlarına sənədləşdirmək istədikləri, lakin onun aldığı torpaq sahəsinin 150 m2 təşkil etdiyindən daşın maz əmlakın nümayəndəsi evin sənədləşdirməsinin mümkün olmadığını bildirdiyi, sonra torpağın 150 m2-nin dəyəri olan 2000 manatı satıcı Məhəmmədə onlar tərəfindən ödənilməsinə baxmayaraq bütün torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinin məlum olduğu, sonra isə İddiaçı öz məkirli fikirlərini həyata keçirmək üçün guya üzdə onlarla münasibətlərinin normallaşdığını göstərərək onlardan 470 manat pul da alıb evlərinə ayrıca sənəd alıb verəcəyinə söz versə də, onları aldadaraq evləri öz adına sənədləşdirib sənəd aldığı, bütün ailə üzvlərinin- atası, anası, qardaşları, Məlahətin uşaqları, evdə işləyən hər kəsin, torpağı satanların bu evin onun olmasını bildiyi, lakin bacısı İddiaçı onun etibarından sui-stifadə edərək və aldatma yolu ilə bütün xərcini çəkərək aldığı torpaq sahəsinin və üzə rində inşa etdikləri yaşayış evini, əlavə tikililəri ələ keçirməklə dələduzluq cinayətini törətdiyi, onun barəsində cinayət işinin başlanılması zəruri olduğu halda hələ iddiasının təmin olunması barədə qətnamə qəbul olunması, əgər vaxtında Daşınmaz Əmlakın onların qarşılarında süni əngəl yaratmasaydı, onların evlərini qeydiyyata alsaydı bu gün onların bu əzabı çəkməyəcəkləri, onlara bu torpaqlarında iki evə ayrı-ayrılıqda sənəd verməyin mümkün olmadığı dəlillərini müzakirə edərək qeyd edir ki, müvafiq dəlillər mahiyyəti üzrə icraatda olan mübahisənin iddia predmetinə aid deyil və müvafiq əsasla da kollegiya tərəfindən onlara münasibət bildirilmir. Belə ki, kollegiyanın icraatında baxılmaqda olan tələb İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən məcburi qaydada çı xarılma tələbi üzrə verilmiş apellyasiya şikayətidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə kollegiya iş materiallarını işin həqiqi halları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir, həmçinin mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kollegiya mülki işin apellyasiya qaydasınd a baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin icraatda olan mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşmaqla onun gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və C avabdeh2 qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(079)-102/2021 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(079)-102/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402, 403.1 və 404.1.1, 405.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 01 aprel 2021ci il tarixli, 2(079)-102/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(079)-102/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-109/2021
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-109/2021
24.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver