Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-114/2023 09.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı “Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar xx.xx.2000-ci ildən tutduğu vəzifədən azad edilməsi barədə verdiyi xx.xx.2002-ci il tarixli əmrinin ləğv edilməsi və hazırkı dövrə qədər məhrum edildiyi vəzifə maaşı və hakim üçün nəzərdə tutulmuş güzəştlərə görə ödənişlərin ona ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin üzərinə qoyulması” tələbləri barədə iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1026/2023 n ömrəli, 11 iyul 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsasında işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (xx.xx.2023-cü il tarixdə daxil olmuşdur) Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar xx.xx.2000-ci ildən tutduğu vəzifədən azad edilməsi barədə verdiyi xx.xx.2002-ci il tarixli əmrinin ləğv edilməsi və hazırkı dövrə qədər məhrum edildiyi vəzifə maaşı və hakim üçün nəzərdə tutulmuş güzəştlərə görə ödənişlərin ona ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respub likası Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Naxçıvan Şəhər Məhkəməsinin (hakim Gülnar Səfərəliyeva) 2(078)-1026/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyinə qarşı qeyd olunan iddia tələbinə dair iddia ərizəsinin yolverilməz olduğundan məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsi, İddiaçı həmin tələbi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmə hüququnun (müvafiq qərardadı mübahisələndirmək hüququ) izah olunması, məhkəməyə göndərilmiş ərizə və ona əlavə edilən sənədlərin iddiaçıya qaytaılması və İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə X4 ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “İstər iddia tələbinin adından, istər mahiyyətindən, istər xarakterindən və subyekt tərkibindən hazırkı tələb ümumi məhkəmələrdə baxılmalı olan tələb deyildir və icraata qəbul edilməsi yolverilməz hesab edilməlidir... Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə inzibati mübahisədir və mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, həmin Məcəllənin 153.2.1-ci maddəsində "ərizəyə məhkəmə qaydasında baxılmalı dey ildirsə” ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür”. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət 19 iyul 2023-cü il tarixli qərardadla təmin olunmamış və iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Şikayətin dəlilləri İddiaçı 18 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuş şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1026/2023 saylı, 11 iyul 2023-cü il tarixli qərardadının ləğv edilib iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını, əks təq dirdə şikayətin baxılması üçün aidiyyəti üzrə apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılaraq göstərilmişdir ki, “Naxçıvan Şəhər Məhkəməsi xx.xx.2023-cü ildə (hakim Gülnar Səfərəliyeva) mənim Naxçıvan MR Ədliyyə Nazirliyinə qarşı “səlahiyyət müddətinin bitməsi ilə əlaqədar xx.xx.2000-ci ildən tutduğum vəzifədən azad edilməyim barədə Naxçıvan MR ədliyyə nazirinin verdiyi xx.xx.2002-ci il tarixli əmrin ləğv edilməsi və hazırkı dövrə qədər məhrum edildiyim vəzifə maaşı və hakim üçün nəzərdə tutlmuş güzəştlərə görə ödənişlərin mənə ödənilməsi öhdəliyinin Naxçıvan MR Ədliyyə Nazirliyinin üzərinə qoyulması” barədə iddia ərizəmin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad çıxarmışdır. Qərardad onunla əsaslabdırılıb ki, ərizəyə ümumi məhkəmələrdə deyil, ixtisaslaşdırılmış məhkəmələr tərəfindən, yəni inzibati məhkəmə tərəfindən baxılmalıdır. Hansı ki, Naxçıvan MR İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(122)-351/2023 saylı qərardadı ilə müəyyən olunub ki, “xx.xx.2011-ci ilədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Eyni zamanda Naxçıvan MR İnzibati Məhkəməsinin bəhs olunan qərarında hazırkı mübahisənin həllinin xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki-Prosessual Məcəllənin 24-1ci fəslində nəzərdə tutulduğu xatırlanır. Lakin çox-çox hörmətli hakim xanım X2 MR İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(122)-351/2023 saylı q ərardadını özünə məxsus tərzdə şərh etmişdir. Qərardadın 2-ci səhifəsinin birinci abzasında göstərilir ki, iddiaçının hazırkı tələbinə inzibati məhkəmədə hüquqi qiymət verilmişdir və mübahisənin ümumi məhkəməyə aid olması təklif edilməmişdir. Belə bir yanaşmanı iki konteksdən izah etmək mümkündür. Birinci ya bu hakim savadsızdır, ya da ki, feodal düşüncəli Vasif Talıbova sədaqətini bir daha nümayiş etdirir. Əlbəttə bu onun seçimidir. Uğurlar arzulayıram... İddia ərizəmə prosessual müddətin bərpa edilməsinə dair ərizə əlavə etmişdim. Hakim həmin ərizəyə baxmağı da zəruri hesab etməyib və bunu onunla əsaslandırıb ki, inzibati məhkəmə prosessual müddətin bərpasına qiymət verib. Maraqlıdır, inzibati məhkəməyə prosessual müddətin bərpasına dair ərizə verilmədiyi halda məhkəmə prosessual müddəti n bərpasına necə qiymət verə bilərdi!? Prosessual müddətin bərpasına dair ərizəyə baxmadan iddia ərizəsinin qəbulundan imtina olunması qanunsuzdur. Prosessual müddətin bərpasına dair ərizəyə mahiyyəti üzrə baxmadan geri qaytarılması qanunda nəzərdə tutulmayıb. Görünən odur ki, çox-çox hörmətli hakim xanım Gülnar Səfərəliyeva mənim bu mübahisə ilə əlaqədar ilkin olaraq inzibati məhkəməyə müraciət etməyimin fəlsəfəsini anlaya bilməmişdir. Təbiidir ki, inzibati məhkəməyə müraciət edəndə mübahisənin ümumi məhkəməyə aid olması məlum məsələ idi. Gələcəkdə Naxçıvan Şəhər Məhkəməsində bu qanunsuzluqla üzləşəcəyimi nəzərə alaraq məhz birinci dəfə inzibati məhkəməyə müraciət etdim ki, ümumi məhkəmədə süründürməçiliyə və məhkəməyə müraciət hüququnun məhdudlaşdırılmasına yol verilməsin. Lakin təqdir əlayiq haldır ki, Vasif Talıbovun xeyirduası ilə vəzifəyə təyin olunmuş hakimlər dövlətçiliyə deyil, inadla ağaları Vasif Talıbova xidmət etməyi üstün tuturlar. Qərardadın nəticə hissəsində mənə təklif edilir ki, inzibati məhkəməyə müraciət edim. Hansı ki, inzibati məhkəmə eyni predmetə dair iddia ərizəmi mümkünsüz hesab etmişdir. Ümumi məhkəmənin bu qərardadı qanunsuz olduğu qədər də məntiqsizdir və Mülki- Prosessual Məcəllənin 153.2.1-ci maddəsi düzgün tətbiq olunmayıb”. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi; Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269..., 397.2-ci... maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Maddə 153.2-153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə 153.3. Hakim ərizəni qəbu l etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə
365. Apelyasiya icraatına apelyasiya instansiyası məhkəməsində icraat fəslinin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 397.2. Apelyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır... Maddə 398.0-398.0.1. Apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını də yişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə
400. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikasının İzibati-Prosessual Məcəlləsi; Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması il ə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Apelyasiya məhkəməsinin hüquqi mövqeyi Ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə birlikdə araşdırıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxı lması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımd an ciddi əhəmiyyət kəsb edir. Məlumdur ki, mülki-prosessual qanunvericiliyə əsasən mülki işlər üzrə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən və işlərə baxılarkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə əməl olunmalıdır. Müvafiq məhkəmə aktı maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul olunduqda qanuni hesab edilir. Burada əsas məqam ondan ibarətdir ki, məhkəmə aktında məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxılan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qəbul olunan məhkəmə aktının prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən isə məhz iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması və işin baxılması zamanı, yəni müvafiq prosessual hərəkətlərin icra edildiyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. İddiaçı cavabdeh Naxçıvan MR Ədliyyə Nazirliyinə qarşı qeyd olunan iddia tələbi ilə 07 iyul 2023-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Ona görə də həmin iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması və mübahisənin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi hazırda qüvvədə olan prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla həll edilməlidir. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qəbul etdiyi “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələri n məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarın 2, 3.1 və 5.1-ci bəndlərində göstərilmişdir ki, “Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2-ci b.). Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (3.1-ci b.). İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsin dən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (5.1-ci b.). 01 yanvar 2011-ci il tarixdən qüvvəyə minmiş, hazırda qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsində isə konkret olaraq inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə... ərazi aidiyyəti üzrə müvafiq inzibati məhkəmələrdə baxılması təsbit olunmuşdur. Adıçəkilən 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MülkiProsessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır (16.3-cü b.). İddianın yolverilməzliyi dedikdə, iddia ərizəsinin mümkünlüyünü istisna edən elə halları n mövcud olması başa düşülür ki, həmin halların aradan qaldırılması mümkün olmur və buna görə də iddia ərizəsi üzrə məhkəmə icraatının başlanması və həyata keçirilməsi istisna edilir. Şərh olunanlardan göründüyü kimi iddiaçı hazırkı iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Şikayətin “İddia ərizəmə prosessual müddətin bərpa edilməsinə dair ərizə əlavə etmişdim. Hakim həmin ərizəyə baxmağı da zəruri hesab etməyib və bunu onunla əsaslandırıb ki, inzibati məhkəmə prosessual müddətin bərpasına qiymət verib. Maraqlıdır, inzibati məhkəməyə prosessual müddətin bərpasına dair ərizə verilmədiyi halda məhkəmə prosessual müddətin bərpasına necə qiymət verə bilərdi!? Prosessual müddətin bərpasına dair ərizəyə baxmadan iddia ərizəsinin qəbulundan imtina olunması qan unsuzdur. Prosessual müddətin bərpasına dair ərizəyə mahiyyəti üzrə baxmadan geri qaytarılması qanunda nəzərdə tutulmayıb” dəlillərinə münasibətdə kollegiya hesab edir ki, hakim (G.Səfərəliyeva) tərəfindən iş üzrə 11 iyul 2023-cü il tarixli qərardadda “prosessual müddətə də inzibati məhkəmə hüquqi qiymət vermişdir” hissəsində yanlışlığa yol verilsə də, bu həmin qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpası - hər hansı bir prosessual hüququn həyata keçirilməsi üçün qanunda müəyyən edilmiş müddət bitdikdən sonra həmin hüququn həyata keçirilməsi üçün konkret şəxsə imkan verilməsini ifadə edir. Mülki-Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir. Prosessual hərəkətlərin edilməli olduğu məhkəmə dedikdə isə müraciət etmiş şəxsin edilməsi üçün müddətin bərpasını xahiş etdiyi hərəkəti etməli olduğu məhkəmə orqanı başa düşülür. Ona görə də ərizənin hansı məhkəməyə verilməli olduğu, edilməsi üçün müddətin bərpası xahiş olunan prosessual hərəkətdən asılıdır. Hazırkı işdə isə məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq edilməsi üçün müddətin bərpası xahiş olunan prosessual hərəkətin, yəni qeyd olunan tələb üzrə mübahisəyə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi zəruridir. Başqa sözlə, məhkəmə aidiyyətindən asılı olaraq mübahisəyə hansı məhkəmədə baxılmalıdırsa, prosessual müddətin bərpası haqqında ərizəyə də prosessual hərəkətlərin edilməli olduğu həmin məhkəmədə baxılaraq təmin və ya imtina olunmalıdır. Məhkəmə kol legiyası iş üzrə yuxarıda qeyd olunanlara əsaslanmaqla şikayətin digər dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər subyektiv mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində qəbul edilən qərardadın əsaslılığı şikayətə müvafiq olaraq yoxlanılmış və həmin şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmiş və iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməkdə düzgün nət icəyə gəlmişdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 365, 397.2, 398.0-398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı şikayəti təmin edilməsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı “Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar xx.xx.2000-ci ildən tutduğu vəzifədən azad edilməsi barədə verdiyi xx.xx.2002-ci il tarixli əmrinin ləğv edilməsi və hazırkı dövrə qədər məhrum edildiyi vəzifə maaşı və hakim üçün nəzərdə tutulmuş güzəştlərə görə ödənişlərin ona ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin üzərinə qoyulması” tələbləri barədə iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1026/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qər ardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.