Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-118/2025 24.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X1 X4 hüquqi şəxsinə və X1 X4 hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi, əldən çıxmış fayda və zərərin ödənilməsi” tələbinə dair (Açar sözlər: nəqliyyat vasitəsinin qanunsuz sahiblikdən geri qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbi) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X1 X4 hüquqi şəxsinə və X1 X4 hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi, əldən çıxmış fayda və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, e-2(078)484/2025 nömrəli qərardadından İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət
1. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 vasitəsi ilə cavabdehlər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa rayon idarəsinə qarşı Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan KAMAZ-5511 yük ş/də SB92V-1 markalı, betonqarışdıran tipli, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndə qeyd olunmuş tipdə ona təhvil verilməsi, həmin nəqliyyat vasitəsini 2008-2025-ci illər ərzində qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi 125500 (yüz iyirmi beş min beş yüz manat) manat məbləğində zərərin, bu müddət ərzində nəqliyyat vasitəsinin istifadəsi nəticəsində dəyər itirməsinə görə 8000 (səkkiz min) manatın və ödənilmiş 423.50 manat dövlət rüsumunun, cəmi 133923.50 (yüz otuz üç min doqquz yüz iyirmi üç manat əlli qəpik) manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 məhkəməyə başqa cavabdehin cəlb olunması və iddia tələbinin həcminin artırılması barədə ərizələr göndərmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(078)-484/2025 nömrəli qərardadı ilə onun ərizələri nəzərə alınaraq Naxçıvan MR İqtisadiyyat Nazirliyi cavabdeh qismində mülki işə cəlb edilmiş, iddia tələbinə mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan KAMAZ-5511 yük ş/də SB92V-1 markalı, betonqarışdıran tipli, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa rayon idarəsi və Naxçıvan MR İqtisadiyyat Nazirliyinin qanuns uz sahibliyindən alınıb "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd olunmuş tipdə iddiaçıya təhvil verilməsi, həmin nəqliyyat vasitəsini 2008-2025-ci illər ərzində qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi 125.500 (yüz iyirmi beş min beş yüz manat) manat məbləğində zərərin, bu müddət ərzində nəqliyyat vasitəsinin istifadəsi nəticəsində dəyər itirməsinə görə 8000 (səkkiz min) manatın və ödənilmiş 423.50 manat dövlət rüsumunun, cəmi 133923.50 (yüz otuz üç min doqquz yüz iyirmi üç manat əlli qəpik) manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi həddində baxılmışdır.
3. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 məhkəməyə başqa cavabdehin cəlb olunması barədə ərizə təqdim etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(078)484/ 2025 nömrəli qərardadı ilə onun ərizəsi təmin olunaraq mülki iş üzrə X1 X4 hüquqi şəxsi və X1 X4 hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh qismində mülki işə cəlb edilmişdir.
4. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 11 may 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(078)-484/2025 nömrəli qərardadı ilə onun ərizəsi təmin olunaraq iddia tələbinə “İddiaçı cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X1 X4 Hüquqi şəxsə və X1 X4 Hüquqi şəxsin Culfa Yol Təmir Tikinti İstismar MMC-yə qarşı avtomobilin qanunsuz sahiblikdən alınıb ona verilməsi və əldən çıxmış zərər və pul tələbi” çərçivəsində baxılmışdır.
5. Naxçıvan Şəhər Məhkəməsinin 11 iyun 2025-ci il tar ixli, e-2(078)-484/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X1 X4 hüquqi şəxsinə və X1 X4 hüquqi şəxsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülkiyyət hüququ ilə ona məxsus olan avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi, əldən çıxmış fayda və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata işin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı həmin tələbi ilə bağlı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuş, İddiaçı tərəfindən 11 fevral 2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 423.50 (dörd yüz iyirmi üç manat əlli qəpik) manat dövlət rüsumu ona geri qaytarılmışdır.
6. Həmin qərardaddan iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 24 iyun 2025ci il tarixdə məhkəməyə şikayətlə müraciət edərək şikayətin təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-484/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
7. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 şikayətin əsası kimi iddiaçının iddia tələbinin “avtomobilə mülkiyyət hüququnun tanınmaqla həmin avtomobilin qaytarılması” olmadığını, belə olan halda isə məhkəmənin iddia tələbini təhrif etməsinin anlaşılmazlıq yaratdığını, iş materiallarından da məlum olduğu kimi iddiaçının cavabdehlərin qanunsuz sahibliyindən alınmasını tələb etdiyi avtomobilin iddiaçının xüsusi mülkiyyətində olduğunu, həmin avtomobilə iddiaçının mülkiyyət hüququnun tanınm asına ehtiyac da olmadığını, iddiaçının iddia tələbinin “mülkiyyət hüququ ilə ona məxsus olan avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi, əldən çıxmış fayda və zərərin ödənilməsi”ndən ibarət olduğunu, məhkəmənin guya iddia tələbinin “avtomobilə mülkiyyət hüququnun tanınmaqla həmin avtomobilin qaytarılması”ndan ibarət olmasına istinad edərək hazırkı iddiaya inzibati məhkəmə tərəfindən baxılmalı olmasına dair mövqeyinin qanunsuz olduğunu, məhkəmənin “iddiaçının tələb etdiyi KAMAZ-5511 yük ş/də S B92V-1 markalı, betonqarışdıran tipli, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Naxçıvan MR Nazirlər Kabinetinin 22 avqust 2008-ci il tarixli, 179 nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası X2 Şirkətinin balansına verilməsi, bu səbəbdən də həmin inzibat i akt-sərəncam mübahisələndirilməli olduğundan iddianın xarakterinə görə inzibati mübahisə olmasına dair mövqeyinin də tamamilə qanunsuz olduğunu, Nazirlər Kabinetinin Sərəncamında, eyni zamanda da Naxçıvan MR X2 Şirkətinin 25 avqust 2008-ci il tarixli, 49 nömrəli əmrində iddiaçıya məxsus **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı hər hansı bir müddəanın nəzərdə tutulmadığını, qeyd olunan sərəncamda 2 ədəd KAMAZ-5511 markalı hansısa avtomaşının Naxçıvan MR X2 Şirkətinin balansına verilməsinin göstərildiyini, Azərbaycanda isə KAMAZ-5511 markalı avtomobilin yalnız iddiaçıda olmadığı üçün həmin sərəncamın məhz iddiaçıya məxsus avtomobillə bağlı verilməsi qənaətinə məhkəmənin hansı əsaslarla gəldiyinin məlum olmadığını, “X5” AR Qanununun 27-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərb aycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alındıqlarını və onlara müəyyən edilmiş qaydada dövlət qeydiyyat nişanı verilməklə nəqliyyat vasitələrinin fərdiləşdirildiyini, sərəncamda avtomobilin dövlət qeydiyyat nişanı göstərilmədiyindən həmin sərəncamın hansı avtomobillə bağlı verildiyinin müəyyən etməyin mümkün olmadığını, digər tərəfdən iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan məlum olduğu kimi KAMAZ-5511 yük ş/də SB92V-1 markalı, betonqarışdıran tipli, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2006-cı il tarixindən bugünədək iddiaçının xüsusi mülkiyyəti ndə olduğunu, belə olan halda isə qeyd olunan avtomobillə bağlı ümumiyyətlə Naxçıvan MR Nazirlər Kabinetinin hər hansı bir sərəncam vermək səlahiyyətinin olmadığını, hər hansı bir sərəncamda verilmədiyini, sadəcə olaraq cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya etirazda qeyd olunan avtomobilin onlarda olduğunu etiraf etdiyini, lakin avtomobilin onların qanunsuz sahibliyində olmadığını əsaslandırmaq üçün Naxçıvan MR Nazirlər Kabinetinin konkret olaraq hansı avtomobilə aid olduğu məlum olmayan həmin Sərəncamına istinad etdiyini, əlavə olaraq məhkəmənin hazırda iddia etdiyi kimi Naxçıvan MR Nazirlər Kabinetinin həmin Sərəncamını inzibati qaydada mübahisələndirsələr belə həmin iddianın mümkünlük şərtlərinə cavab verməyəcəyini, Naxçıvan MR Nazirlər Kabinetinin həmin Sərəncamında avtomobilin dö vlət qeydiyyat nişanı göstərilmədiyi üçün sərəncamın məhz iddiaçıya məxsus **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid olduğunu müəyyən etməyin mümkün olmadığını, belə olan halda isə iddiaçının həmin sərəncamı mübahisələndirməklə bağlı subyektiv hüququnun yaranmadığını, məhkəmənin “Naxçıvan Ruxtar Respublikası Nazirlər Kabinetinin 22 avqust 2008-ci il tarixli, 179 nömrəli Sərəncamının inzibati qaydada mübahisələndirilməsi” ilə bağlı mövqeyinin də qanunsuz olduğunu, bunun hazırkı mübahisənin qanunvericiliyin tələbləri baxımından həlli yolu olmadığını, əksinə məhkəmənin hazırkı mövqeyinin lüzumsuz və əsassız məhkəmə mübahisələrinin yaranmasına və məhkəmələrin iş yükünün əsassız iddialarla artmasına xidmət etdiyini, qeyd olunan qanunvericilik normalarının, xüsusilə də AR Ali Məhkəməsi P lenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli qərarının yuxarıda istinad edilən bəndlərinin tələblərindən də məlum olduğu kimi inzibati məhkəmələr tərəfindən inzibati orqanın ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən irəli gələn mübahisələrə baxıldığını, lakin hazırkı halda iddiaçı ilə cavabdehlər arasında olan mübahisənin ümumi (publik) hüquq münasibətlərindən yox, xüsusi (mülki) hüquq münasibətlərindən, daha dəqiq cavabdehlərin iddiaçının mülkiyyətində olan əmlakı qanunsuz istifadələrinə götürməsi və mülki hüquq pozuntusundan (delikt) yaranan mübahisə olduğunu, tərəflər arasındakı münasibətlərdə inzibati orqanın qanunla ona həvalə edilmiş hər hansı bir inzibati funksiyasını yerinə yetirmədiyini, di gər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmədiyini, cavabdeh orqanların hazırkı mübahisə ilə bağlı iddiaçıya münasibətdə hər hansı bir inzibati icraat aparmadığını, hazırkı halda Ali Məhkəmənin qeyd olunan plenum qərarının 5.2-ci bəndində göstərildiyi kimi dövlət hakimiyyəti orqanının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyini, AR Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli qərarının 7.2-ci və 14-cü bəndlərində də təhqiqat, ibtidai istintaq, prokurorluq, məhkəmə orqanlarının, həmçinin də təbii inhisar subyektlərinin qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxıld ığının qeyd olunduğunu, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlərin inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmadığını, belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyarın güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulması olduğunu, maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyanın məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olduğunu, Ali Məhkəmənin göstərilən qərarda (xüsusilə də qərarın 7.2 və 14-cü bəndlərində) formalaşdırdığı hüquqi mövqenin analogiya üzrə hazırkı mübahisəyə də tətbiq etdikdə hazırkı iddia tələbinə ümumi məhkəmə tərəfindən baxılmalı o lduğunu, çünki iddiaçı və cavabdehlər arasındakı münasibətlərin xüsusi (mülki) hüquq sahəsinə aid olduğunu, tərəflər arasında yaranmış münasibətlərin mülki xarakterli olduğunu, bu səbəbdən də qeyd olunan iddia tələbi üzrə mübahisəyə ümumi məhkəmələr tərəfindən baxılmalı olduğunu göstərmişdir.
8. Naxçıvan Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(078)-484/2025 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
10. X1 X4 hüquqi şəxsinin nümayəndəsi X3 apellyasiya şikayətinə qarşı verdiyi etirazında KamAZ-5511 markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasit əsinin Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 179 nömrəli sərəncamı əsasında Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin balansından X1 Dövlət Agentliyinin balansına verildiyini, sərəncamda nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının ayrıca göstərilməməsi halının inzibati aktın hüquqi qüvvəsini zəiflətmədiyini, sərəncamın icrasına dair Agentliyin mühasibat və balans sənədlərində həmin dövrdə balanslarına məhz KamAZ-5511 markalı yük avtomobillərinin daxil edildiyinin açıq şəkildə əks olunduğunu, hal-hazırda Agentliyin tabeliyində olan qurumun balansında həmin avtomobillərdən ikisinin saxlanıldığını, bunun təqdim olunacaq arayışla təsdiq ediləcəyini, avtomobillərin konkret dövlət qeydiyyat nömrəsinin göstərilməməsinin onların hüquqi identifikasiyasını şübhə altına alm adığını, bu baxımdan, qarşı tərəfin bu əsasla avtomobilin "müəyyən edilmədiyi" iddiasının əsassız və sübutsuz olduğunu, bu sərəncamın hüquqi qüvvədə olan inzibati akt olmaqla, dövlət orqanları arasında əmlakın balansdan-balansa verilməsini nəzərdə tutduğunu, bu prosesdə fiziki şəxslə heç bir mülki hüquqi münasibətin formalaşmadığını, avtomobilin dövlət qurumundan digər bir dövlət qurumuna təhvil verildiyini, cavabdeh qurumun bu əmlakı heç bir fiziki şəxsdən almadığını, yalnız hüquqi sənədə əsasən istifadəsinə götürdüyünü, avtomobilin texniki pasportunun iddiaçının adına olması avtomatik olaraq onun üzərində faktiki mülkiyyət hüququ yaratmadığını, çünki həmin avtomobilin dövlət orqanı tərəfindən 17 il ərzində fasiləsiz və rəsmi qaydada istifadə olunduğunu, bu müddət ərzində avtomobilin saxl anması, istismarı, texniki baxışı, təmiri, ehtiyat hissələrinin alınması və digər xərclərin dövlət büdcəsindən qarşılandığını, avtomobilin yalnız dövlət məqsədləri üçün - o cümlədən, yol tikintisi, bərpası ve təmiri işlərində istifadə olunduğunu, iddiaçının bu müddət ərzində avtomobil üzərində nə hüquqi, nə də faktiki idarəetmə həyata keçirmədiyini, iddiaçının nə avtomobilin qaytarılması barədə dövlət qurumlarına müraciət etməsi, nə də ona məxsus olması barədə sübut təqdim etmədiyini, iddiaçının 17 il ərzində susqun davranış nümayiş etdirərək hüquqdan sui-istifadə halına yol verdiyini, Nazirlər Kabinetinin sərəncamında avtomobilin dövlət qeydiyyat nişanı qeyd olunmasa da, bunun inzibati aktın hüquqi mahiyyətinə təsir etmədiyini, inzibati aktların adətən ümumi formada tərtib olunduğunu, t əhvil verilən əmlakların siyahısının əmlak sənədləri ilə dəqiqləşdirildiyini, X1 Dövlət Agentliyinin balansında həmin ildə cəmi 2 (iki) ədəd KamAZ-5511 markalı avtomobilin olduğunu, onlardan birinin də mübahisə doğuran **-XV-*** nömrəli avtomobil olduğunu, Agentliyin istifadəsində olan avtomobilin Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq balansına verildiyindən onun üzərində faktiki sahiblik hüququnun qanunauyğun şəkildə formalaşdığını, bu baxımdan iddiaçının mülkiyyət hüququ ilə bağlı irəli sürdüyü tələblərin yalnız texniki pasport məlumatına əsaslandığını, lakin hüquqi təcrübədə və qanunvericilikdə sübut yükünün təkcə texniki sənədə deyil, faktiki istifadə və sahiblik praktikasına əsaslandığını, bu xüsusda avtomobilin dövlət ehtiyacları üçün uzunmüddətli və fasiləsiz istismarının da ha güclü hüquqi arqument olduğunu, qarşı tərəfin iddiasının bu əsaslarla zəif və hüquqi baxımdan əsassız olduğunu, AR İPM-in 2.2-ci maddəsinə əsasən, dövlət orqanlarının qəbul etdiyi fərdi inzibati aktlardan doğan mübahisələrin mülki qaydada yox, inzibati məhkəmədə həll olunmalı olduğunu, bu baxımdan işə mülki qaydada baxılmasının hüquqi cəhətdən düzgün olmadığını, avtomobilin dövlət mülkiyyətinə aid olması ilə bağlı heç bir mübahisənin Nazirlər Kabineti və ya digər müvafiq icra hakimiyyəti orqanı tərəfindən irəli sürülmədiyini, bunun da inzibati aktın qüvvədə olduğunu və icra olunduğunu göstərdiyini, iddiaçının bu inzibati aktı 17 il sonra mübahisələndirməyə çalışmasının hüququn məqsədindən sui-istifadə olduğunu, iddiaçının uzun müddət ərzində səssiz qalması, istifadə etmədiyi və nəzarət etmədiyi bir avtomobilə qarşı birdən-birə mülkiyyət iddiası qaldırmasının hüquqi baxımdan qeyri-ciddi və məqsədyönlü sayılmadığını, bununla yanaşı, iddiaçı tərəfindən tələb edilən 130.000 manatdan artıq kompensasiyanın da heç bir hüquqi və iqtisadi əsasla sübuta yetirilmədiyini, çünki avtomobilin dövlət istifadəsində olduğunu, bu müddət ərzində dövlət orqanına heç bir maddi fayda və gəlir gətirmədiyini, bu avtomobilin mənfəət məqsədilə yox, sırf xidmət və icra məqsədilə işlədildiyini, X1 Dövlət Agentliyinin sözügedən avtomobilə qarşı vicdanlı sahiblik etdiyini, agentliyin 2008-ci ildən etibarən avtomobili rəsmi dövlət sərəncamı əsasında balansına qəbul etdiyini, ona texniki xidmət göstərdiyini, dövlət məqsədləri üçün istifadə etdiyini, bu müddət ərzində onun qorunmasını təmin etdiyini, bu faktların Agentliyin vicdanlı sahibliyini sübut etdiyini, göstərərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(078)-484/2025 saylı qərardadının qüvvədə saxlanılmasını, qarşı tərəfin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
11. Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır.
12. Maddə 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyi
17. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştir akçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. (10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərar) İİİ. Məhkəmə kollegiyasının mövqeyi
18. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları və şikayətin dəlillərini hərtərəfli araşdıraraq qeyd edir ki, mübahisənin hansı məhkəmə tərəfindən həll olunmalı olduğunu müəyyən etmək üçün tərəflərin hüquqi statusu və onların arasındakı hüquq münasibətlərinin xüsusi (mülki) və ya ümumi (publik, inzibati) xarakterli olub-olmaması aydınlaşdırılmalıdır. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndində əks olunmuş əsas hüquqi meyardır.
19. Cari işdə iddiaçı fiziki şəxsdir v ə avtomobilin mülkiyyət sənədlərini təqdim etmişdir. Cavabdehlər isə dövlət orqanları və dövlətə məxsus publik hüquqi şəxslərdir, lakin bu mübahisəni avtomatik olaraq inzibati hüquq münasibətinə çevirmir.
20. Kollegiya qeyd edir ki, inzibati mübahisənin əsas göstəricisi, dövlət orqanının tərəf olduğu münasibətdə özünün hakimiyyət səlahiyyətlərindən çıxış edərək qarşı tərəfə qarşı inzibati akt qəbul etməsi, faktiki xarakterli hərəkət etməsi, yaxud inzibati icraat aparmasıdır.
21. Naxçıvan MR Nazirlər Kabinetinin 22 avqust 2008-ci il tarixli, 179 nömrəli sərəncamında konkret olaraq iddiaçının avtomobilinin dövlət qeydiyyat nişanı və ya şassi nömrəsi qeyd olunmamış, ümumi ifadələrlə “2 ədəd KAMAZ-5511” tipli avtomobildən bəhs edilmişdir. Bu isə həmin sərəncamın konkret olaraq iddiaçının avtom obilinə aid edilməsi üçün hüquqi və sübut əsası olmadığını göstərir.
22. Bundan başqa cavabdeh tərəflər avtomobilin onların sahibliyində olduğunu inkar etməmiş, lakin onun qanunsuz sahibliyində olmadığını qeyd etmişlər. Bu isə iddiaçının mülki hüququnun pozulmasına dair dəlil olaraq qiymətləndirilməli və mülki məhkəmə icraatı qaydasında araşdırılmalı olan məsələdir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının tələbi bu maddənin predmetinə uyğun olaraq vindikasiya iddiası xarakteri daşıyır.
24. Məhkəmə kollegiyası, eyni zamanda, Ali Məhkəmə Plenumunun göstərilən Qərarının 5.2 və 14-cü bəndlərini rəhbər tutaraq qeyd edir ki, inzibati orqanın ümumi hüquq sahəsində deyil, x üsusi hüquq münasibətində iştirakı halında mübahisə mülki məhkəmə tərəfindən həll olunmalıdır. Belə hallarda hakimiyyət səlahiyyətlərinin tətbiqi deyil, mülki hüquq pozuntusu (delikt və ya mülki məsuliyyət doğuran hallar) baş vermiş hesab olunur.
25. Bundan başqa nəqliyyat vasitəsi faktiki olaraq inzibati orqan olmayan X1 Dövlət Agentliyi PHŞ-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi "xxxx" MMC-nin sahibliyindədir. Cavabdeh qismində hüquqi varisin tanınması barədə X1 Dövlət Agentliyi PHŞ-nin nümayəndəsi vəsatət versə də məhkəmə həmin vəsatətə heç bir hüquqi qiymət verməmişdir.
26. Nəticə olaraq kollegiya qeyd edir ki, iddiaçının tələbi inzibati hüquq münasibətindən deyil, mülki hüquq pozuntusundan (qanunsuz sahiblik və ziyanın əvəzinin ödənilməsi) irəli gəlir. Həmçinin müba hisə tərəfləri bərabər hüquqlu subyektlər kimi çıxış edir, tərəflər arasında publik hüquq münasibəti yoxdur.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
28. Məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayətin dəlilləri əsaslı olduğundan iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 şikayəti təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, e-2(078)-484/2025 nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərardadı ləğv edilməli, iş mah iyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə qaytarılmalı, Naxçıvan Şəhər Məhkəməsi mübahisənin mülki hüquq münasibətindən irəli gəldiyini nəzərə alaraq, işə mülki məhkəmə icraatı qaydasında baxmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, e-2(078)-484/2025 nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Sənan Qarayev, Fərman Abbasov