Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-120/2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) 11.08.2025 Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(078)-681/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İddiaçı ilə cavabdeh 24 sentyabr 2018-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində rəsmi nika h qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə nikah akt qeydləri kitabında 382 nömrə ilə qeydiyyat aparılmışdır. Tərəflərin birgə nikahlarından övladları 30 aprel 2012-ci il təvəllüdlü X3 və 17 sentyabr 2013-cü il təvəllüdlü X5 doğulmuşdur. İİ. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 aprel 2012-ci il təvəllüdlü X3 və 17 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağın saxlanılması üçün sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat olmaqla, ümumilikdə 492 (dörd yüz doxsan iki) manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tar ixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan uşaqları-30 aprel 2012-ci il təvəllüdlü X3 və 17 sentyabr 2013-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cavabdeh 2024-cü ilin may ayından etibarən Bakı şəhərinə işləmək üçün getmiş, lakin həmin vaxtdan ailəsi ilə maraqlanmamışdır. Hazırda uşaqları ilə birlikdə anasının evində yaşayır. Heç yerdə işləmir. Uşaqlarının ehtiyacını qarşılamaq onun üçün çox çətindir. Uşaqları məktəblidir. Onların gündəlik məktəb xərclərini qarşılamaq üçün maddi vəsaitə ehtiyacı var. Cavabdeh isə ata kimi öz vəzifələrini icra etmir. Ümumiyyətlə uşaqlarla maraqlanmır. Halbuki Bakı şəhərində mebel sexində işləyir, 1200 (bir min iki yüz) manat əmək haqqı alır. Buna görə də, cavabdehdən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 246 (iki yüz qırx altı) manat olmaqla, ümumilikdə 492 (dörd yüz doxsan iki) manat alimentin tutularaq ona ödənilməsini istəyir.
3. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər 24 sentyabr 2018-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə nikah akt qeydləri kitabında 382 nömrə ilə qeyd aparılmışdır. Tərəflərin birgə nikahlarından övladları 30 aprel 2012-ci il təvəllüdlü X3 və 17 sentyabr 2013-cü il təvəllüdlü X5 var.
4. Naxçıvan Şəhər Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(078)-681/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 11 aprel 2025-ci il tarixdən hesablanmağa başlayaraq, 30 aprel 2012-ci il təvəllüdlü X3 və 17 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxl anılmaları üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalmış hissədə rədd olunması, qətnamənin dərhal icra olunması, Cavabdeh 58.40 (əlli səkkiz manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən olunmasını, 30 aprel 2012-ci il təvəllüdlü X3 və 17 sentyabr 2013-cü il təvəllüdlü X4 halhazırda anaları İddiaçı himayəsində olmasını, uşaqların xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlar ını, iddiaçının heç bir yerdə işləməməsini nəzərə alaraq, cavabdehdən hər ay sabit məbləğdə bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, iki uşaq üçün ümumilikdə 320 (üç yüz iyirmi) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab etmək olar.
6. Məhkəmə həmçinin gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci, 110.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli, 15 nömrəli Qərarının 8.4-1-ci bəndlərinə isti nad etmişdir. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 10 iyun 2025ci il tarixli, 2(078)-681/2025 nömrəli qətnaməsinin dəyişdirilərək, ona iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində müəyyən edilməklə, (yəni sabit 200 (iki yüz) manat olmaqla) cəmi 400 (dörd yüz) manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh bir ata kimi uşaqlarının qayğısına qalmır və onlarla maraqlanmır. Valideynlərin uşaqlarını saxlamağa borclu olduğunu və onun da bu səbəbdən alimentin məhkəmə qay dasında tutulması üçün iddia tələbi ilə müraciət etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(078)-681/2025 nömrəli qətnaməsində cavabdehə “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinin tələbini pozaraq ona 2 (iki) uşağın saxlanılması üçün minimum dolanaq xərclərindən daha az miqdarda aliment qət etdiyini, birinci instansiya məhkəməsinin işə baxıb nəticəyə gələrkən öz qətnaməsində iş üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırılmadığını, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsinin dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah veri lməli olduğunu, məhkəmənin 10 iyun 2025-ci il tarixli, 2(078)-681/2025 nömrəli qətnaməsi ilə Cavabdeh 30 aprel 2012-ci il təvəllüdlü X3 və 17 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 2 (iki) uşağın saxlanılması üçün hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində (yəni hər uşağa sabit 160) manat olmaqla cəmi sabit 320 (üç yüz iyirmi) manat miqdarında aliment qət etməklə bir ana kimi onun və uşaqlarının ailə və maddi vəziyyətini nəzərə almadığını bildirmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Naxçıvan Şəhər Məhkəməsinin 10 i yun 2025-ci il tarixli, 2(078)-681/2025 nömrəli qətnaməsinin dəyişdirilərək, ona 2 (iki) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində müəyyən edilməklə, (yəni sabit 200 (iki yüz) manat olmaqla) cəmi 400 (dörd yüz) manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Konstitusiyası
12. Maddə
17. Uşaq ların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. b) Azərbaycan Respublikası Ailə Məcəlləsi
13. Maddə 22.2. Ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasını və bu vəsaitin miqdarını müəyyən edən saziş təqdim etməzlərsə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.
14. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdir.
15. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. Ma ddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. Maddə 100.2. Aliment məhkəməyə müraciət etdiyi vaxtdan tutulur. c) “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
20. Maddə
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum do lanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. d) “Uşaq hüquqları haqqında” BMT Konvensiyası
21. Maddə 27 (2-ci hssə). Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. e) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi
22. Uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəy ən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. (Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı) f) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi
23. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyi l, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndi)
24. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məb ləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli 15 nömrəli qərarı ilə 28 mart 2016-cı il tarixli Qərara əlavə edilmiş 8.4-1-ci yarımbənd). g) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayı r.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. V. Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin pred meti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Vİ. Məhkəmə kollegiyasının qiymətləndirməsi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın rədd edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə mübahisənin faktiki halları, tərəflərin maddi vəziyyəti, uşaqların maraqları və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda, kollegiya qeyd edir ki, aliment məs ələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalı, bu zаmаn tərəflərin mənаfeləri аrаsındа ədаlətli tаrаzlıq prinsipinə riаyət оlunmаlıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, eyni zamanda qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.
34. Qeyd edil ənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqlаrın mənafeyi nəzərə alınaraq uşaqlаrın saxlanması üçün bir uşağa görə 160 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.
35. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayə tində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarın”a dəyişikliklər edilmişdir. Həmin Qərarın 1.2.1-ci bəndi ilə 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin x eyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Göründüyü kimi, sabit pul məbləğində alimentin məbləği uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləğinə əsaslanmır. Alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Hazırki halda da, birinci instansiya məhkəməsi alimentin miqdarını ölkə üzrə müəyyən olunmuş 2025-ci il üçün minimum əmək haqqının 0.4 misli həddində müəyyən etmişdir. İddiaçının apellyasiya şikayətinin uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləğinə əsaslanan dəlilləri əsassızdır. Göründüyü kimi Naxçıvan Şəhər Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(078)681/2025 nömrəli qətnaməsi ilə hər iki tərəfin mənafeyi nəzərə alınmış və məhkəmə məhz mübahisənin diqqətəlayiq hallarını nəzərə almaqla iddia tələbini tam deyil, qismən təmin etməklə ədalətli nəticəyə gəlmişdir.
36. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(078)-681/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şika