Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-121/2021 16.06.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı tikiliyə birgə mülkiyyət hüququnun tanınması və birgə mülkiyyətə ½ payın müəyyən olunması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(079)-53/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 28 dekabr 2019-cu ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə mülkiyyətlərində olan Babək rayonu Zeynəddin kəndində 0,1 ha torpaq sahəsi üzərində birgə nikah dövründə tikilmiş (özbaşına) tikiliyə birgə mülkiyyət hüququnun tanınması və həmin tikiliyə ½ pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(079)-53/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Babək rayonu Zeynəddin kəndində yerləşən 0,1 ha torpaq sahəsi üzərində inşa edilmiş bir mərtəbədən ibarət (salondan, 3 yaşayış otağından, mətbəxdən, birgə sanitariya qovşağından (hamam və ayaqyolu) və bir hissəli mansard təyinatlı tikililərdən ibarət) fərdi yaşayış evinə Cavabdeh və İdd iaçı birgə nikah dövründə əldə edilmiş mülkiyyəti sayılmaqla, paylar bərabər qaydada müəyyən olunmuş və ½ hissə Cavabdeh mülkiyyətində saxlanılmaqla, ½ hissə İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmənin qətnaməsi ilə razılaşmayan Cavabdeh 16 iyul 2020-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(079)-53/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı (hazırda qızlıq familiyasını götürərək Həmzəyeva olub) Cavabdeh qarşı tikiliyə birgə mülkiyyət hüququnun tanınması və birgə mülkiyyətə payın müəyyən olunması tələbinə dair iddia qaldırmışdır. Baxmayaraq ki, əmlak bölgüsü tələbi ilə Babək Rayon Məhkəməsində işə ötən il baxılmış, 08 may 2019-cu il tarixli, 2(079)-86/2019 saylı qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəf bu məsələ ilə əlaqədar Naxçıvan MR Ali Məhkəməsinə şikayət vermişdir. Mülki kollegiyanın 04 aprel 2019-cu il tarixli iclasında işə baxılmış, 2(108)-73/2019 saylı qərarla evin bölünməsi barədə tələbləri rədd edilmiş və qərardan da şikayətin verilə bilməməsi barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq həmin tələblə bağlı mülki işə yenidən Babək Rayon Məhkəməsində baxılaraq iddianın təmini ilə bağlı qətnamə qəbul edilmişdir. Qətnamənin qanunsuz və ədalətsiz olduğunu hesab edərək apellyasiya şikayətini qeyd olunanlarla əsaslandırır. Məhkəmə qətnamə çıxararkən iddiaçının izahatına əsaslanaraq göstərir ki, torpaq sahəsini Cavabdeh ilə birlikdə birgə nikah dövründə əldə etdiklərini və həmin torpaq üzərində birgə nikah dövründə yaşayış evi tikdiklərini, torpaq sahəsinə paylı mülkiyyət hüququnun tanındığından torpaq üzərində tikilən yaşayış evinə də mülkiyyət hüququnun tanınaraq, həmin tikiliyə ½ pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, məhkəmə iddiaçının verdiyi izahatı əsas götürsə də, cavabdehin və onun nümayəndəsinin verdiyi izahata, təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməmiş, şahidlərin çağırılması ilə əlaqədar verilən vəsatəti qəbul etməmiş, şahidləri dinləməmiş və nəticədə cavabdehin hüququnun pozulması ilə nəticələnən ədalətsiz qərar qəbul etmişdir. Belə ki, bütün məhkəmə iclaslar ında istər cavabdeh, istərsə də onun nümayəndəsi mübahisə predmeti olan torpaq sahəsinin birgə nikah dövründə alınmasına baxmayaraq onların (yəni keçmiş ər-arvadın) gəlirləri hesabına deyil, cavabdehin atasının gəlirləri və fiziki əməyi hesabına qazanılmasını bilidiriblər. Bu faktı təsdiq edən kifayət qədər hallar mövcud olduğundan iddia predmeti olan torpaq sahəsi və onun üzərində tikilmiş evə çəkilmiş xərclərdə də iddiaçının heç bir iştirakı olmadığı birmənalı şəkildə müəyyən olunur. Bu faktı təsdiq edən sənədlər qarşılıqlı iddia ərizəsi şəklində Babək Rayon Məhkəməsinə göndərilib. İddia təmin edilməsə də, cari ilin 22 yanvar tarixində 2(079)-53/2020 saylı işə alınmışdır. Maraqlıdır ki, işə baxan hakim Ailə - nikah Məcəlləsinin 32-ci maddəsinə istinad etdiyi halda (ər-arvadın ümumi birgə mülkiyyətinə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar... və s daxildir) həmin maddənin tələblərinə əməl etməmişdir. Məhkəmə prosesində torpaq sahəsinin də cavabdehin atasının vəsaiti hesabına alındığını, onun üzərində inşa edilmiş olan və hazırda ata və anasının yaşadığı həmin evin də onun atasının xərci və zəhməti hesabına başa gəldiyini bildirərək tutarlı faktlarla bunlar bəyan edilsə də, iddiaçı tərəf bunun əksini sübut edəcək bir tək də dəlil-sübut ortaya qoymamışdır. Halbuki, qanunvericiliyə görə iddiaçı tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Təəssüf ki, məhkəmə “ədalət məhkəməsi” adına böyük xələl gətirərək deyilən faktlara ciddi yanaşmamış, yalnız iddiaçının formal mülahizələrinə və kiminsə xahiş inə əsasən qərar vermişdir. Əlavə olaraq qeyd edir ki, onun nümayəndəsi olan atası məhkəmə iclaslarında iştirak edərkən həm nəvələri, yəni onun iki övladının xatirinə, həm də insanlıq naminə dəyərindən artıq- 15 000 (on beş min) manat kompensasiya təklif etsə də, məhkəmənin ona ünvanlandığı məntiqsiz və prosesə aid olmayan suallar verməsindən, vəkilinin məhkəmədəki qalib simalı sərbəst davranışından, iddiaçının, məhkəmənin də ona dəstək olduğunu hiss edərək, daha yüksək məbləğ tələb edib – çiy kərpicdən tikilmiş bir mərtəbəli kənd evi üçün – 40 000 (qırx min) manat. Halbuki, əsl həqiqətdə ailəsinin dağılmasına səbəb olduğu üçün nə insanı, nə mənəvi, nə qanuni baxımdan onun nəsə tələb etmə haqqı yoxdur. Bütün bunlar onu göstərir ki, iddiaçı ona verilmiş hüquqlardan sui-istifadə edir ki, bu da qanuna görə yolverilməzdir. Beləliklə, məhkəmə işə toplanmış sübutları, işin hallarını lazımınca araşdırmamış, göstərilən faktlara düzgün hüquqi qiymət verməmiş, nəticədə cavabdehin hüquqlarının tamamilə pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Ümidvardır ki, mülki kollegiya işə ədalətlə baxaraq obyektiv qərar qəbul edəcəkdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2020-ci il tarixli, 2 (108)-152/2020 nömrəli qətnaməsi ilə Babək Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(079)-53/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Babək Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(079)-53/2020 nömrəli qətnaməsinin qət etdi hissəsindən “mü lkiyyətinə verilsin” sözlərinin xaric edilməsi və həmin sözlərin yerinə “payı müəyyən edilsin” sözlərinin əlavə olunmaqla Babək Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(079)-53/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2020-ci il tarixli, 2 (108)-152/2020 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh və onun vəkili Ağayev Arif Qurban oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2020-ci il tarixli, 2 (108)-152/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respubli kası Ali Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(102)-2715/2021 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-152/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsinə qərar verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(102)-2715/2021 nömrəli qərarında tikilinin inşa edildiyi torpaq sahəsi kimin mülkiyyətindədirsə özbaşına inşa edilmiş tikiliyə o şəxsin mülkiyyət hüququnun tanına bilməsini, mübahisəli evin inşa edildiyi torpaq sahəsinin iddiaçının və onun keçmiş ərinin paylı mülkiyyətində olduğu üçün belə bir idd ia tələbi ilə məhkəməyə müraciət olunmasının Mülki Məcəllənin 180.3-cü maddəsinin tələbinə uyğun olmasını, lakin işə baxan məhkəmə instansiyalarının, bu xarakterli iddia tələbi üzrə əsas cavabdehin yalnız müvafiq icra hakimiyyəti orqanı ola bilməsini nəzərə almamalarını, çünki tələbin təmin olunduğu təqdirdə yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərəfə onun evə mülkiyyət hüququnu bildirən hüquqmüəyyənedici sənədin verilə bilməsini, müvafiq icra hakimiyyəti orqanının cavabdeh kimi işə cəlb edilməməsinin mübahisənin qanunun tələbinə uyğun həlli imkanını istisna etdiyindən iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrinin qanuni sayıla bilməməsini, apellyasiya instansiyası məhkəməsinin mübahisəli əmlaka tərəflərin pay hüququnu müəyyən edərkən onun daşınmaz əmlak olmaqla mülkiyyət hüquq unun subyekti olmamasını, Ailə Məcəlləsinin 32-ci maddəsinin isə yalnız tərəflərin mülkiyyəti olan əmlakın onlar arasında bölünməsi və ya ondan payın ayrılması imkanını müəyyən etməsini nəzərə almamasını qeyd etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasındakı izahatında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatlarında İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şi kayətinin təmin edilməməklə Babək Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(079)-53/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişlər. Məhkəmə baxışı iclasındakı izahatında Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işl ər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə materiallardan məlum olur ki, birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ müəyyən edilməmiş və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti cavabdeh qismində mülki işə cəlb edilməmiş həmin ev nikah dövründə əldə edilmiş mülkiyyət sayılmaqla paylar bərabər qaydada müəyyən olunmaqla ½ hissə İddiaçı mülkiyyətinə verilmişdir. Qeyd olunan maddənin məzmunundan da məlum olduğu kimi əgər iddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmaması məhkəmə baxışı gedişində məlum olursa birinci instansiya məhkəməsi ərizəni baxılmam ış saxlamaqla qərardad çıxarmalıdır. Lakin Babək Rayon Məhkəməsi tərəfindən qeyd olunan maddənin tələbinə əməl olunmamışdır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Kollegiya yekun olaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı tikiliyə birgə mülkiyyət hüququnun tanınması və birgə mülkiyyətə ½ payın müəyyən olunması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(079)-53/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(079)-53/2020 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı tikiliyə birgə mülkiyyət hüququnun tanınması və birgə mülkiyyətə ½ payın müəyyən olunmasına dair ərizəsi baxılmamış saxlanılmalı, İddiaçı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalı, İddiaçı tərəfindən iddia ərizəsi verilərkən 18 dekabr 2019-cu il tarixdə “xxxx” ASC-nin Naxçıvan filialına TT**********42710 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu, cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilərkən 14 iyul 2020-ci il tarixdə “xxxx” ASC-nin Naxçıvan filialına 54323 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərar verdi: İddiaçı Cavabdeh qarşı tikiliyə birgə mülkiyyət hüququnun tanınması və birgə mülkiyyətə ½ payın müəyyən olunması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(079)-53/2020 nömrəli qətnaməsi ndən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(079)-53/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı tikiliyə birgə mülkiyyət hüququnun tanınması və birgə mülkiyyətə ½ payın müəyyən olunmasına dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilmək hüququnun olması izah edilsin. İddiaçı tərəfindən iddia ərizəsi verilərkən 18 dekabr 2019-cu il tarixdə “xxxx” ASCnin Naxçıvan filialına TT**********42710 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu, cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilərkən 14 iyul 2020-ci il tarixdə “xxxx” ASC-nin Naxçıvan filialına 54323 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılsın. Bu qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-121/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-121/2021
16.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver