Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-122/2024 10.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), X3 və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 2(110)-135/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı MMC 18 dekabr 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 fevral 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1390 manat gecikdirilmiş borcun, 111.2 manat cərimənin və ödənilmiş 35.42 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 fevral 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı ümumi dəyəri 1690 manat olan “Dynamic” markalı su təmizləyici sistemini cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada - ödəniş cədvəlinə uyğun, “malın” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, borclu borclarını ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 1390 manat, cərimə üzrə 111.2 manat borcu vardır. Müqavilənin 2.4-cü bəndinə əsasən ödənişin gecikməsinə görə borclu hər gecikdirilən gün üçün penya ödəyəcəkdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 389.1, 427.3, 442, 448.1, 448.2, 462.1, 600.1 və 600.4-cü, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 119.1-ci maddələrinə istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şərur Rayon Məhkəməsinin (hakim Mehdi Əliyev) 2(110)-135/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 1390 manat gecikdirilmi ş borc və 50 manat cərimə olmaqla, cəmi 1440 manat borcun və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 33,98 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Məhkəmə... belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı və. s) sübuta yetirmişdir. Cavabdeh iddiaya etiraz təqdim etsə də, gətirdiyi dəlillərə dair müvafiq sübutla rı məhkəməyə təqdim etməmişdir”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 567, 385.1, 442, 433.3, 448.1 və 467.1-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 80, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh 24 may 2024-cü il tarixdə apelyasiya şikayəti verərək 2(110)-135/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmənin qətnaməsini əsassız və ədalətsiz qərar hesab edir. Belə ki, o, hazırda bəzi maddi çətinliklər səbəbindən ailəsini təmin etmək üçün işi ilə bağlı Bakı şəhəri, Xətai rayonu, Əhmədli, Xocalı küç, bina 9, mənzil 95-də kirayədə yaşayır. Maddi durumu yaxşı d eyil. Birinci Qarabağ müharibəsi veteranıdır. xx.xx.2020-ci ildə "Kazimoff Group” MMC-nin nümayəndələri öz istəkləri ilə qeydiyyat ünvanında göstərilən evinə gələrək, satışı ilə məşğul olduqlan su filtrini almağı ona təklif etmiş, şəxsi təşəbbüsləri ilə evindəki su xəttindən gələn suyu "yoxlayaraq" onun keyfiyyətsiz olduğunu, bu səbəbdən filtrdən fstifadə etməli olduqlarını bildirmişlər. Onlara inanaraq, təklif etdikləri fıltri almağa və su xəttinə qoşulmasına razı olmuş, firmanın məsul şəxslərinə bu su fıltrindən ilk dəfə istifadə edəcəklərini, əgər aparat tələblərini ödəməzsə, onlara dəstək ola biləcəklərini bildirmişlər. Onlara təklif olunan aparat 1690 AZN məbləğində olmuş, ilkin ödəniş olaraq 50 AZN və sonrakı 5 ayda hər ay 50 AZN ödəniş etmişdir. Bu aylarda aparatın düzgün işləmədiyi ni firmanın məsul şəxslərinə bildirmişdir. Filtrin sığorta tarixi satıldığı müddətdən fiziki şəxslər üçün, yəni cavabdeh üçün 5 ildir. Aparatın vaxtında düzəldilməsinə və ya yenisi ilə dəyişdirilməsinə dəstək olmadıqları üçün geri qaytarmaq istəyini bildirmiş, lakin iddiaçı tərəf buna məhəl qoymayaraq ödəniş tələb etdiklərində bu məbləği ödəyə bilməyəcəyini, aparatı qaytarmaq istəyini demişdir. Bütün müraciətlərinə baxmayaraq haqqında məhkəməyə şikayət etmişlər. "Kazimoff Group” MMC-nin nümayəndələri öz istəkləri ilə evinə gələrək ona su fıltri təklif ediblər, o, onları dəvət etməmişdir. Heç bir laboratoriya analizi aparmadan onlar onu inandırmağa çalışıblar ki, mənzilindəki su borusundan gələn su istifadəyə yararsızdır. Bu səbəbdən də o, su filtri almaq məcburiyyətindədir. Dediklərinə ina nmağa məcbur edilərək, istifadəyə yararsız məhsulu ona satıb, əvəzində onsuz da yetərli olmayan maliyyəsini onlara ödəməyə məcbur olmuşdur. Satdıqları su fıltrinin istifadəyə yararsız olduğu ortalığa çıxanda isə, dəfələrlə müraciət etməyinə baxmayaraq, "Zəmanət talonu" olduğu və şərtlərə əsasən 5 il ərzində texniki xidmət göstərilib problem aradan qaldırılmalı olduğu halda, firma həmin filtri nə təmir etməmiş, nə də yenisi ilə dəyişməmişdir. Beləliklə, keyfıyyətsiz, cavabdehə lazım olmayan mala görə onlara pul ödəməli olmuşdur. Bu gün nə malı dəyişirlər,nə qüsuru aradan qaldırırlar. Cavabdeh maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-İİ və 60-cı maddəsinin İ hissələrinə, Mülki Məcəllənin 21.1-21.3, 567, 581.1-581.4, 587 və 589-cu, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 12 və 15-ci, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi üzrə MülkiProsessual Məcəllənin 14.1 və 88-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli ərizəsində “səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə əlavə edilmiş sübut və dəlillərə nəzər yetirib, cavabdehin apelyasiya şikayətini rədd edərək, Şərur Rayon Məhkəməsinin 2(110)-135/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını” xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borc ludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Ma ddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətd ə yüksək dəbbə pulunu azalda bilər. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki-Prosessu al Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütən asib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0-384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şi kayətini isə təmin etmədən saxlaya bilər. Maddə 392.2 Apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan,... az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla,... Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra Dövlət rüsumu haqqında Qanun): Maddə 9.1 və 9.1.20. Məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları,... dövlət rüsumu ödəməkdən azad olunurlar. Apelyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsip inin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Hazırkı halda cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, biri nci instansiya məhkəməsinin qətnaməsini cavabdehə münasibətdə, apelyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından Cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri üzrə araşdıraraq bu qənaətə gəlir ki, həmin şikayətin dəlilləri qətnamənin cavabdehə münasibətdə ləğvinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisə 10 fevral 2020-ci il tarixli, 232/2020 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə satılmış 1690 manat məbləğində “Dunamic” markalı su təmizləyici sisteminin nisyə satışı üzrə xx.xx.2023-cü il tarixə 1390 manat ödənilməmiş əsas borc məbləği və 111.2 manat cərimə üzrə borc məbləği olmaqla, ümumilikdə 1501.2 manat borcun cavabdeh tərəfindən ödənilməməsi ilə bağlıdır. Qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi (əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi) üzrə öhdəlik münasibətləri yaranmışdır. Müqavilənin predmeti olan “Dunamic” markalı su təmizləyici sistemin iddiaçı tərəfindən 10 fevral 2020-ci il tarixdə tərtib olunmuş təhvil-təslim aktına əsasən c avabdehə verilməsi və sonuncu tərəfindən alınması, alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği mübahisələndirilmir, işin mübahisə olunmayan hallarıdır. Kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin “Apelyasiya şikayətinin formasını” tənzimləyən “Əlavə 2”-nin 6 və 7-ci hissələrində “Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” nəzərdə tutulmuş və qeyd edilmişdir ki, “Bu hissələrdə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah veri lməlidir”. Lakin apelyator tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsində Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-İİ və 60-cı maddəsinin İ hissələrinə, Mülki Məcəllənin 21.1-21.3, 567, 581.1-581.4, 587 və 589-cu, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 12 və 15-ci maddələrinə, prosessual hüquq normalarının düzgün tətbiq edilməməsində isə Mülki-Prosessual Məcəllənin 14.1 və 88-ci maddələrinə istinad olunsa da, düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair heç bir mövqeni ifadə edən izah verilməmişdir. Ona görə də kollegiya tərəfindən həmin dəlillərin hüquqi qiymətləndirilməsi aparılmır. Apelyasiya şikayətinin “satılan malın, yəni su təmizləyici sisteminin istifadəyə yararsız, keyfiyyətsiz (qüsurlu) olması ” dəlilləri ilə bağlı kollegiya bildirir ki, məhsulun (malın) keyfiyyəti dedikdə ictimai tələbatı ödəmək qabiliyyətinə malik məhsulun faydalı istehlak xassələrinin məcmusu başa düşülür. Malın keyfiyyəti elə olmalıdır ki, bunun nəticəsində həmin mal istifadə edildiyi məqsədlərə yarayan əşyaya çevrilə bilsin. Satıcı satdığı malı (əşyanı) lazımi keyfiyyətdə alıcıya verməlidir. Lazımi keyfiyyət odur ki, satılan əşya müqavilə şərtlərinə uyğun gəlsin. Keyfiyyət haqqında şərt alqı-satqı müqaviləsinin adi şərtlərinə daxil edilir. Həm də çox vaxt bu müqavilə şərtini tərəflərin özləri müəyyən edirlər. Məlumdur ki, malın keyfiyyəti daimi olaraq dəyişməz qalmır. Vaxt müddəti keçdikdə və mal istifadə olunduqda onun keyfiyyəti də dəyişir. Belə halda maldan normal istifadə edilməsini, normal istifadə ü çün malın yararlı olmasını şərtləndirən, onun təhlükəsizliyini təmin edən vaxt müddətinin müəyyən edilməsi mühüm əhəmiyyətə malik olur. Göstərilən bu məsələlər malın keyfiyyəti haqqında qarantiya, yararlılıq və xidməti müddət anlayışlarının vasitəsi ilə qaydaya salınır. Qarantiya müddəti satıcının verdiyi əşyanın keyfiyyətinə görə alıcının qarşısında cavab verməsi müddətidir. Qarantiya müddəti dedikdə elə bir vaxt müddəti başa düşülür ki, bu müddət ərzində satıcının alıcıya verdiyi əşya (mal) adətən istifadə edildiyi məqsədlər üçün yararlı olur. Bu müddət ərzində satıcı satılan əşyadan adətən təyinatına uyğun olaraq istifadə edilməsi barədə alıcıya təminat və zəmanət öhdəliyi verir. Əşya üçün qarantiya müddəti və ya yararlılıq müddəti müəyyənləşdirildiyi halda, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qeyd olunan müddətlər ərzində aşkara çıxardıqda irəli sürə bilər. Bu müddətlər keçəndən sonra alıcının pretenziya irəli sürmək hüququ itir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən isə görünür ki, alıcı malları qəbul edərkən təhvil aktını imzalamaqla, təhvil aldığı malların keyfiyyətli, bu müqavilənin şərtlərinə uyğun, yeni (əvvəllər istifadə olunmamış) və qablaşdırılmış formada olmasını, satıcı tərəfindən istismar təlimatı və ya texniki pasportunda göstərilmiş komplektlilikdə təhvil verildiyini təsdiq edir (müqavilənin 2.6-cı bəndi). Mal o zaman qüsurlu formada satılmış hesab olunur ki, alıcı malı qəbul edərkən onda qüsurlar aşkar etmiş və bu barədə satıcıya yazılı məlumat vermişdir. Belə bir məlumat olmadıqda qəbul edilmiş mal qüsurlu hesab ed ilmir (müqavilənin 5.5-ci bəndi). Cavabdeh apelyasiya şikayətində “aparatın düzgün işləmədiyini firmanın məsul şəxslərinə bildirməsini, filtrin sığorta tarixinin satıldığı müddətdən fiziki şəxslər üçün, yəni cavabdeh üçün 5 il olmasını, aparatın vaxtında düzəldilməsinə və ya yenisi ilə dəyişdirilməsinə dəstək olmadıqları üçün geri qaytarmaq istəyini bildirməsini, lakin iddiaçı tərəfin buna məhəl qoymayaraq ödəniş tələb etdiklərində bu məbləği ödəyə bilməyəcəyini, aparatı qaytarmaq istəyini deməsini” göstərib, yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad etsə də, onun tərəfindən öhdəliyin icra edilməməsinə səbəb olmuş hər hansı bir hal barədə iş materiallarında heç bir sübut müəyyən olunmamış, o, onun alqısatqı müqaviləsi üzrə məsuliyyət daşımasını istisna edən heç bir halı sübuta y etirməmişdir. Halbuki cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin apelyatorun “iddiaçının filtri nə təmir etməsi, nə də yenisi ilə dəyişməsi, həmşinin onun “zəmanət talonu”nun olması”” dəlilləri ilə bağlı bildirilir ki, iş materiallarına əlavə edilmiş “Zəmanət talonu”nda (İ cıld, iş v.26) göstərilir ki, filtrlərin dəyişilməsi zəmanətə daxil deyildir və alıcının hesabına edilir. Filtrləri n dəyişilməsi vaxtı və tələb olunan məbləğ aşağıdakı kimidir: 3 önləyici filtr (6 aydan bir) 60 manat, mineral filtr (12 aydan bir) 30 manat, kokos filtr (12 aydan bir) 30 manat, membran (2 ildən bir) 90 manat. Müqavilənin: 5.6-cı bəndinə əsasən, alıcı təyin edilmiş vaxt ərzində ödənişləri 5 gün ərzində həyata keçirməzsə (bu hal 3 dəfə təkrarlanarsa) satıcı tərəfindən verilmiş 5 il zəmanət etibarsız sayılır. 8.3-cü bəndinə görə isə bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr pretenziya qaydasında, əgər bu qaydada həll olunmazsa, Azərbaycan Respublikasının məhkəmələrində həll edilir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində qəbul edilən qətnamənin əsaslılığı apelyasiya şikayətinə müvafiq olaraq yoxlanılmış və cav abdeh tərəfindən qətnamənin əsassızlığına dair heç bir sübut təqdim edilməmişdir, ona görə də apelyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmiş və iddiaçının cavabdehə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. 2(110)-135/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnamə qanuni və əsaslıdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Vətən Müharibəsi X4 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş xx.xx.2028-ci il tarixədək etibarlı hesab edilən, 84565 nömrəli vəsiqənin surətindən məlum olur ki, cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Dövlət rüsumu haqqında Qanunun 9.1 və 9.1.20-ci maddələrinə görə isə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları,... dövlət rüsumu ödəməkdən azad olunurlar. Ona görə də həmin maddəyə əsasən apelyasiya şikayəti verilərkən cavabdeh tərəfindən "xxxx" ASC Baş Ofisi vasitəsilə 22 may 2024-cü il tarixli, 30091 nömrəli qəbzlə (əməliyyat İD: 483364978, terminal nömrəsi: K0100617, büdcə səviyyə kodu: 142213) ödənilmiş 16 manat dövlət rüsumu Cavabdeh qaytarılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 365, 382.1-382.2, 384.0384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 2(110)-135/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. "xxxx" ASC Baş Ofisi vasitəsilə 22 may 2024-cü il tarixli, 30091 nömrəli qəbzlə (əməliyyat İD: 483364978, terminal nömrəsi: K0100617, büdcə səviyyə kodu: 142213) ödənilmiş 16 (on altı) manat dövlət rüsumu Cavabdeh qaytarılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.