Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-123/2024 02.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X2 və X1 ibarət tərkibdə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 06 iyun 2024-cü il tarixli, e-2(079)-420/2024 nömrəli qərardadından iddiaçı təşkilatın nümayəndəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “05” iyun 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli DKM/020N05A01805622 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 408 5,16 (dörd min səksən beş manat on altı qəpik) manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 735,25 (yeddi yüz otuz beş manat iyirmi beş qəpik) manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 211,60 (iki yüz on bir manat altmış qəpik) manat məbləğində penya, cəmi 5032,01 (beş min otuz iki manat bir qəpik) manat məbləğində pul vəsaiti və qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasını, iddia ərizəsinin verilməsinə görə 70,32 (yetmiş manat otuz iki qəpik) manat məbləğində dövlət r üsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Babək Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 06 iyun 2024cü il tarixli, e-2(079)-420/2024 nömrəli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı hökumət ödəniş portalı vasitəsi ilə 04 iyun 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 70.32 (yetmiş manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. Qərardaddan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 12 iyun 2024-cü il tarixdə şikayət verilmişdir. Babə k Rayon Məhkəməsinin qərardaddan verilən şikayətə baxılması haqqında 12 iyun 2024-cü il tarixli, e-2(079)-420/2024 nömrəli qərardadı ilə Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin “iddia ərizəsinin geri qaytarılması” barədə 06 iyun 2024-cü il tarixli, e2(079)-420/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə verdiyi şikayətin əsaslı hesab edilməməsi qərara alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi şikayətində məhkəmənin tərəflərindən təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla kobud prosessual pozuntuya yol verdiklərini hesab etmiş, bu sənədləri geri qaytararkən mövqeyini onunla əsaslandırmışdır ki, “Qanunvericilik iddiaçının öz tələbinin əsas ı kimi sübut hesab etdiyi, cavabdehə göndərilməli olan yazılı sübutlarının dairəsinin dəqiq müəyyən edilməsi üçün iddia ərizəsinə əlavə edilən sənədlərin dairəsi ilə, sübutların siyahısını fərqləndirir. Çünki iddia ərizəsinə əlavə edilən hər bir sənəd nəticə etibarı ilə iddiaçının öz tələbinin əsaslandıran halın təsdiqi ilə bağlı sübut olmaya bilər (Məsələn: müvafiq prosessual hərəkətin yerinə yetirilməsini təsdiq edən sənəd (dövlət rüsumunun ödənilməsi barədə qəbz, iş yerinə dair arayış, etibarnamə və s.)). Əks hal qarşı tərəfə göndərilməli olan sənədlərin dairəsinin müəyyən edilməsində çətinlik yarada bilər”. Bundan əlavə məhkəmə qeyd edir ki, “Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində …. idd ianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.” Lakin məhkəmə işə baxarkən formal xarakterli mülahizələrə əsaslanaraq iddia ərizəs i və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Belə ki, bankın hazırki tələbi kredit müqaviləsi üzrə borc məbləğinin borcalandan tutulması ilə bağlıdır. Bu növ iddia tələbləri üzrə isə iddiaçının tələblərinin əsasını təşkil edən sübutlara, bir qayda olaraq kredit, zaminlik müqavilələri, borc arayışı (maliyyə arayışı) və s. sənədlər aid edilir. Həmin sənədlər də bank tərəfindən öz növbəsində hazırki iddia ərizəsinə müvafiq qaydada əlavə edilmişdir. Hesab etmişlər ki, həmin sənədlərin məhkəmənin qərardadda qeyd etdiyi kimi “tələblərin əsasını təşkil edən halları təsdiq edən sübutların siyahısı” adlı başlıq altında deyil, “iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısı” adlı başlıq altında qeyd edilməsi kimi formal məsələ iddia ərizəsinin geri qaytarılması üçün əsas təşkil edə bilməz. Bundan başqa məhkəmə qərardadda onu da qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1, 150.1 və 150.1.3-cü maddələrinin mahiyyətindən aydın olur ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır və iddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir.” Bundan başqa qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə qeyd edir ki, “elektron qaydada iddia ərizəsini Nümayəndə ona X5 tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli, BOE4.6.2024-003 nömrəli etibarnamə əsasında imzalamışdı. Etib arnamədə isə sonuncu qeyd edilən şəxsin baş icraçı direktor olması qeyd edilsə də, həm Nümayəndə əsas iş yerinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti olması, həm də X3 vəzifəsini təsdiq edən, yəni hüquqi şəxsin adından belə etibarnamə vermək səlahiyyətini təsdiq edən təsis sənədi, nizamnamə, hüquqi şəxsin qeydiyyatına dair çıxarış, xidməti vəzifəsini bildirən hər hansı digər sənəd iddia ərizəsinə - "Elektron Məhkəmə" informasiya sisteminə əlavə edilməmişdi. Halbuki, yuxarıda qeyd edilən prosessual norma ilə müəyyən edilir ki, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur.” Bununla bağlı isə bildiririk ki, “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılark ən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli, 3 №-li Qərarının 9-cu bəndində göstərildiyi kimi iddia ərizələrinin qaytarılması və onu qəbul etməkdən imtina edilməsi Azərbaycan Respublikası MPM-nin 152-153-cü maddələrində nəzərdə tutulmuş hallarda mümkündür. Ərizənin digər əsaslarla qaytarılması və qəbulundan imtina edilməsi yolverilməzdir. MPM-nin 152-ci maddəsinin məzmunundan göründüyü kimi, hüquqi şəxslərin dövlət reyestrindən müvafiq çıxarışın və hüquqi şəxsin nizamnaməsinin iddia ərizəsinə əlavə edilməməsi iddia ərizəsinin qaytarılması üçün əsas kimi müəyyənləşdirilməmişdir. Habelə bildiririk ki, işə əlavə edilmiş hüquq və səlahiyyətləri təsdiq edən etibarnaməyə əsasən, işi məhkəməyə vermiş Nümayəndə tam hüquqlu və səlahiyyətli nümayəndədir. İş yeri barədə elektron arayışın məhkəməyə təqdim edilməməsi işin geri qaytarılması üçün əsas ola bilməz. Həmin arayış məhkəmənin gedişi zamanı ilkin məhkəmə hazırlıq iclasında da məhkəmə tərəfindən tələb oluna bilərdi. Həmçinin məhkəmənin də qərardadda qeyd etdiyi kimi iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır və iddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. Göründüyü kimi, qanunvericiliklə də nümayəndənin iş yerini təsdiq edən arayışın iddia ərizəsinə əlavə edilməməsi onun geri qaytarılması üçün əsas ola bilməz. Hətta bildiririk ki, hazırki iddia ərizəsi elektron qaydada verildiyindən və belə səlahiyyət elektron imza ilə təsdiq olunduğundan nə nümyəndənin iş yerindən arayışının, nə də ki hüquqi şəxsin təsis sənədlərinin əlavə edilməməsi iddia ərizəsinin geri qaytarılmasının əsası kimi çıxış edə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən Babək Rayon Məhkəməsinin 06 iyun 2024-cüil tarixli e-2(079)-420/2024 nömrəli qərardadı ləğv edilərək iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə i clası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi verilən qərardaddan şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onda olan bütün izahat və sübutların bildirişdə göstərilən tarixədək təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı "xxxx" X8 Cəmiyyətinin nümayəndəsi tərəfindən sübut və ya izahatlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya daxil olmuş şikayətin dəlillərini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya h üquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmçinin həmin Məcəllənin 69.3-cü maddəsinin tələbinə görə təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəki ldə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. "Elektron Məhkəmə" informasiya sistemindən iddia ərizəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi qismində Nümayəndə imzalaması müəyyən edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən məhkəmə qeyd edir ki, elektron qaydada iddia ərizəsini Nümayəndə ona X5 tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli, BO-E- 4.6.2024-003 nömrəli etibarnamə əsasında imzalamışdı. Etibarnamədə isə sonuncu qeyd edilən şəxsin baş i craçı direktor olması qeyd edilsə də, X3 vəzifəsini təsdiq edən, yəni hüquqi şəxsin adından belə etibarnamə vermək səlahiyyətini təsdiq edən təsis sənədi, nizamnamə, hüquqi şəxsin qeydiyyatına dair çıxarış, xidməti vəzifəsini bildirən hər hansı digər sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Bu səbəb də Nümayəndə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adından iddia qaldırmaq səlahiyyətinin olmasını şübhə altında qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidmət i vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə işti rak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı,........ ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddia ərizəsini Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində qeyd edilən məlumatlar üzrə yoxlayan kollegiya bildirir ki, iddiaçı qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və iddia ərizəsində tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Yuxarıda qeyd edilənl ər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin forma və məzmun tələblərinə əməl etməməsini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzif əsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin şikayətdə göstərilmiş dəlillərini əsaslı hesab etmir. Kollegiya belə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kollegiya işin araşdırılmış hallarına əsasən belə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyət inin nümayəndəsi tərəfindən verilmiş şikayətdə göstərdiyi dəlillər Babək Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(079)-420/2024 nömrəli qərardadının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, Babək Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(079)-420/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Babək Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə 0 6 iyun 2024-cü il tarixli, e-2(079)-420/2024 nömrəli qərardadından iddiaçı təşkilatın nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Babək Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(079)-420/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-123/2024
Ali Məhkəmə Qərardad — İş №2(108)-123/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver