Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-124/2025 13.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehə qarşı Naxçıvan şəhəri İ.Səfərli adına 1 saylı tam orta məktəbin 03 oktyabr 2024-cü il tarixli, 153 saylı əmrinin ləğv olunması, onun əvvəlki fiziki tərbiyə fənni üzrə müəllim vəzifəsinə bərpa edilməsi, eləcə də azadılmış dərs saatlarının bərpa olunması, dərs saatlarının azalması nəticəsində ona dəyən 10000 (on min) manat maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar söz: əmrin ləğv olunması, işə bərpa, maddi ziyan) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və X1 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdeh təşkilat Cavabdeh direkto ru Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdehə qarşı Naxçıvan şəhəri İ.Səfərli adına 1 saylı tam orta məktəbin 03 oktyabr 2024-cü il tarixli, 153 saylı əmrinin ləğv olunması, onun əvvəlki fiziki tərbiyə fənni üzrə müəllim vəzifəsinə bərpa edilməsi, eləcə də azadılmış dərs saatlarının bərpa olunması, dərs saatlarının azalması nəticəsində ona dəyən 10000 (on min) manat maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(078)-209/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İddiaçı Cavabdeh fiziki tərbiyə müəllimi vəzifəsinə təyin olunmuş, əmək müqaviləsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçı fiziki tərbiyə və idman müəllimi vəzifəsində işə başlamışdır.
2. Cavabdeh 03 oktyabr 2024-cü il tarixli 153 nömrəli əmri ilə, Cavabdeh fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 03 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilmişdir. İİ. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər İ.Səfərli adına 1 nömrəli tam orta məktəbin 3 oktyabr 2024-cü il tarixli, 153 saylı onun fiziki tərbiyə fənni üzrə müəllim vəzifəsindən azad edilməsi haqqında olan əmrinin ləğv olunması və əvvəlki işinə bərpa edilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 121 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması, dərs saatlarının azadılması nəticəsində ona dəyən 1000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4. 19 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı vəkili və nümayəndəsi X14 iddia tələbini dəqiqləşdirərək texniki səhvliyin nəzərə alınmaqla dərs saatlarının azadılması nəticəsində 10000 (on min) manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini və bu barədə ərizəsinin nəzərə alınmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən işə həmin həddə baxılması qərara alınmışdır.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh fiziki tərbiyə fənnini tədris etmişdir. 2020-ci ilin sentyabr ayında fiziki tərbiyə fənni üzrə dərsin 28 saatını tədris etmişdir. 2020-ci ilin aprel ayının 20-22-də məktəbin hərbi rəhbəri Coşqun Əliyev işdən qanunsuz olaraq çıxarıldığına görə məhkəmədə işə bərpa olunması ilə bağlı iddia qaldırmış və işinə həmin ilin may ayında bərpa olunmuşdur. Qanunsuz işdən çıxarılmaqla bağlı məhkəmədə mülki mübahisə olduğu halda qeyd olunan məktəbin direktoru qanunsuz olaraq vakant yer çıxarmış və işə yeni müəllim götürülmüşdür. Sonra isə məhkəmə qərarı ilə Coşqun Əliyev öz işinə bərpa olunmuşdur. Nəticədə məktəbin direktorunun fiziki tərbiyə fənni üzrə qanunsuz vakant yer çıxarması səbəbindən onun tədris etdiyi dərs saatı 28 saatdan 20 saata düşmüş və nəticədə 8 saat azalmışdır. Bunun da nəticəsində ona maddi ziyan dəymişdir. Məktəb rəhbərliyinə və Naxçıvan Şəhər Təhsil Şöbəsinə dəfələrlə kəsilən 8 saat dərsinin qaytarılması ilə bağlı mü raciət etsə də, heç bir nəticəsi olmamışdır. Sonradan məhkəməyə müraciətdən əvvəl işin mediasiyada həlli üçün tərəfindən mediasiyaya müraciət edilmiş, mediasiya prosesində olarkən Cavabdeh nümayəndəsi adından Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri X18 xx.xx.2023-cü il tarixdə Naxçıvan Mediasiya təşkilatında keçirilən mediasiya prosesində iştirak edərək yuxarıda qeyd etdiyi buraxdıqları səhvi Barışıq Sazişi ilə düzəltməyi öhdələrinə götürmüşdür. Həqiqətən də həmin Barışıq Sazişi ilə qanunsuz olaraq vakansiya çıxarılmaları nəticəsində əlindən alınmış dərs saatları (8 saat) yenidən özünə qaytarılmışdır. Bu halın özü onu göstərir ki, onun dərs saatları məktəbin rəhbərliyi tərəfindən qanunsuz olaraq əlindən alınmışdır. Əks halda qanuni olaraq dərs saatları azaldılmış olsaydı, Cavabdeh nümayən dəsi olaraq X18 dərs saatlarının bərpa olunması ilə bağlı üzərinə öhdəlik götürməzdi. Hal-hazırda da bu ilin yeni tədris ilində (2024-2025) Cavabdeh rəhbərliyi tərəfindən dərs saatları fiziki tərbiyə fənni üzrə qanunsuz olaraq çıxardıqları vakansiya səbəbindən azalaraq 20 saata salınmışdır. Səbəb olaraq da qeyd olunan Barışıq Sazişinin qüvvədən düşdüyünü göstərilmişdir. Hansı ki, Barışıq Sazişində şərtlərin qüvvədən düşməsi ilə bağlı heç bir müddəa yoxdur. Buradan da görünür ki, Cavabdeh direktoru onunla 2022-ci ildən davam etdirdiyi qərəzli hərəkətlərindən əl çəkməmiş, onu maddi çətinliklərlə sıxışdıraraq məktəbdən uzaqlaşdırmaq üçün məktəbdə tədris etdiyi fiziki tərbiyə fənni üzrə qanunsuz olaraq çıxardığı vakansiyanı qanuniləşdirmək istəmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsini əsaslandırmışdır ki, guya o kobud pozuntu törətmişdir. Bu səbəbdən də 3 oktyabr 2024-cü il tarixli 153 saylı əmrlə qanunsuz olaraq işdən çıxarmışlar. Əslində bu belə deyil. Həqiqəti danışdığına görə məktəb direktoru Nümayəndə3 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir bəhanə ilə onu işdən çıxarmışdır. Səbəb olaraq göstərmişdir ki, işə 20 gün gəlməmisən. Onun da işə getməmə səbəbi isə məktəb direktoru Nümayəndə3 səlahiyyət həddini aşaraq onu 18 sentyabr 2024-cü il tarixdə öz otağına qatıb döyərək xəsarət yetirmişdir və üzündə cırmaq izləri olduğuna görə ictimaiyyətə görə evdən çıxa bilmirdi. Bu fakt video görüntüdə öz əksini tapmışdır. Eləcə də, bununla bağlı halı pisləşdiyinə görə həmin gün Babək rayon X30 şöbəsi də gəlib ona tib bi yardım göstərmişdir. Həmçinin bununla bağlı müvafiq instansiya orqanlarına müraciət etmişdir. X10 müraciət etmiş, cavabdehə təklif göndərmişdir. Lakin qarşı tərəf mübahisəni həll etmək üçün danışıqlara gəlməmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2024-cü il tarixində işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş intizam pozuntularından hər hansı biri tətbiq edilmədən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” maddəsi il ə əmək funksiyasına xitam verilmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2024-cü il tarixində Cavabdeh rəhbərliyi qanunsuz hərəkətləri ilə onu Əmək Məcəlləsinin 70-ci maddənin “ç" bəndi ilə xitam vermişdir. Qanunsuzdur ona görə ki, Naxçıvan MR Həmkarlar İttifaqının qərarı olmalıdır. Yəni məktəb rəhbərliyi təqdimat verməlidir, Naxçıvan MR Həmkarlar İttifaqı isə razılaşıb qərar verməlidir. İşlədiyi müddətdə heç bir intizam pozuntusu etməmiş və intizam məsuliyyətinə cəlb olunmamışdır. Ona bu günə kimi rəsmi xəbərdarıq da olunmayıb. Onun işdən çıxarılması tam qanunsuz və qanunu pozmaqla hərəkətlər aparılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh rəhbərliyinin 153 saylı, onun fiziki tərbiyə fənni üzrə müəllim vəzifəsindən azad edilməsi haqqında olan əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa olunması, dərs saatlarının azadılması nəticəsində ona dəyən 10000 manat maddi ziyanın hesablanaraq ödənilməsini istəyir.
6. Cavabdeh təşkilat Cavabdeh tərəfindən 02, 04, 05, 06, 09, 10, 11, 12, 13, 16, 17, 18, 20, 23, 24, 25, 26, 27, 30 sentyabr 2024-cü il tarixlərdə, eləcə də 01, 02, 03 oktyabr 2024-cü il tarixlərdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 1,2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15,17,18,19,20,22,24,26,29 nömrəli aktlar tərtib olunmuş, müəllim dəfələrlə yazılı və şifahi müraciətlər olunsa da, işə çıxmamışdır. İddiaçı Azərbaycan Respublikası Əmək Respublikası Məcəlləsinin 10-cu maddəsinin "a" və "b" bəndlərinin, "Ümumi təhsil haqqında Azərbaycan Qanunu"nun 23.3.5 və 23.3.8-ci maddələrinin, "Təhsilverənlərin etik davranış Qaydaları"nın 2.3.1-ci və 2.3.2-ci, 3.5, 4.3-cü və 4.4-cü bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı özünün əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və məktəbin qanuni mənafeyinə ciddi xələl gətirmiş, qeyd olunan bu hallara əsaslananaraq işçinin əmək müqaviləsinə xitam verilmişdir.
7. Cavabdeh təşkilat Cavabdeh məhkəməyə ərizə təqdim etmiş, həmin ərizədə göstərilmişdir ki, İddiaçı 03 oktyabr 2024-cü il tarixdə 153 nömrəli əmrlə işdən azad olunmuşdur. İşdən azad olunduqdan 12 gün sonra yəni, 15 oktyabr 2024-cü il tarixdə İddiaçı mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və 15 noyabr 2024-cü il tarixdə mediasiya arayışı əldə etmişdir. Mediasiya arayışını 15 noyabr 2024-cü il tarixində əldə etməyinə baxmayaraq iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçının məhkəməyə müraciət etmək üçün sonuncu tarix 03 dekabr 2024-cü il tarixidir. Bununla da iddiaçı qanunla müəyyən olunmuş bir aylıq iddia müddətinə riayət etmədən iddia irəli surmüşdür. Bu hal iddia müddətinin keçməsi deməkdir. İddiaçı 03 dekabr 2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etməməklə məhkəməyə müraciət etmək hüququndan müddət bitmədən istifadə etməmiş, iddia vermək üçün nəzərdə tutulan iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən qaldırılmış iddia tələbinə iddia müddətinin keçməsini nəzərə alaraq iddia müddətini tətbiq etməklə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
8. Naxçıvan Şəhər Məhkəməs inin 29 may 2025-ci il tarixli, 2(078)-209/2025 nömrəli qətnaməsi ilə iddianın əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İİİ. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:
9. İş materiallarında olan 14 sentyabr 2007-ci il tarixli 683 nömrəli əmrdən çıxarışa əsasən, İddiaçı Cavabdeh fiziki tərbiyə müəllimi vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış və o, idman müəllimi vəzifəsində işə başlamışdır. 10. 02, 04, 05, 06, 09, 10, 11, 12, 13, 16, 17, 18, 20, 23, 24, 25, 26, 27, 30 sentyabr 2024-cü il tarixlərdə, eləcə də 01, 02, 03 oktyabr 2024-cü il tarixlərdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə müvafiq nömrəli aktlar tərtib edilmişdir.
11. Cavabdeh 355 nömrəli, 20 noyabr 2024-cü il tarixli arayışına əsasən, 30 sentyabr 2024-cü il tarixdə məktəbdə növbədənkənar pedaqoji şura keçirilmişdir. Həmin pedaqoji şurada İddiaçı iştirak etməsi barədə məktub ünvanlanmışdır. Həmin tarixdə növbədənkənar pedaqoji şurada İddiaçı Nurəddin qızının heç bir əsaslı səbəb göstərmədən işə gəlməməsi məsələsi müzakirə edilmiş, məlum olmuşdur ki, İddiaçı 02,04,05,06,09,10,11,12,13,16 17,18,19,20,23,24,25,26,27,30 sentyabr tarixlərində işə çıxmamış və barəsində müvafiq nömrəli aktlar tərtib olunmuşdur. Bu məsələ barədə çıxışlar dinlənilmiş və qəbul edilmiş, həmin qərarda İddiaçı xəbərdarlıq verilmiş, intizam məsuliyyətinə cəlb olunmamışdır. 12. 30 sentyabr 2024-cü il tarixli növbədənkənar pedaqoji şuradan çıxarışa əsasən, İddiaçı xəbərdarlıq edilməsi bildirilmişdir. 13. 03 oktyabr 2024-cü il tarixli xidməti yazıya əsasən, İddiaçı üzrlü səbəb olmadan işə gəlməmiş, onunla əlaqə saxlamaq mümkün olmamış, 03 oktyabr 2024-cü il tarixli, 01 saylı protokola əsasən, İddiaçı qanunun tələblərinə və Cavabdeh nizamnaməsinə əməl etməmişdir.
14. Naxçıvan MR X7 25 aprel 2025-ci il tarixli 37 nömrəli məktubuna əsasən, muxtar respublikanın ümumi təhsil məktəblərində ilk həmkarlar ittifaqı komitələri mövcuddur. Bu komitələr Naxçıvan şəhər Təhsil şöbəsinin Həmkarlar İttifaqı Komitəsinin nəzdində birləşərək fəaliyyət göstərirlər və komitə müstəqil surətdə qərar qəbul edir. İlk həmkarlar ittifaqı komitələrində kollegial orqan kimi komitələr fəaliyyət göstərir. Komitələr üzvlərin sayından asılı olaraq formalaşır. 1 N-li Naxçıvan şəhər tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin də se çilmiş 5 komitə üzvü var. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə işdən azad olunarkən Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə uyğun olaraq işəgötürən həmkarlar təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Həmkarlar ittifaqı təşkilatı ən geci 10 gün müddətinə özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim edir. Müəssisənin həmkarlar ittifaqı təşkilatının müvafiq kollegial orqanının iclası (yığıncağı) o vaxt səlahiyyətli hesab edilir ki, onun tərkibinə seçilmiş üzvlərinin iclasda yetərsay normaları təmin edilmiş olsun.
15. Cavabdeh Həmkarlar İttifaqına ünvanlanmış 10 nömrəli, 01 ok tyabr 2024-cü il tarixli təqdimatına əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur.
16. Cavabdeh 03 oktyabr 2024-cü il tarixli 153 nömrəli əmrindən çıxarışda qeyd olunmuşdur ki, Cavabdeh fiziki tərbiyə müəllimi İddiaçı müəllimlərin etik davranış qaydalarını kobud şəkildə pozaraq 18 sentyabr 2024-cü il tarixdə məktəbdə tədris prosesinin gedişatına mane olacaq hərəkətlər nümayiş etdirmiş, eyni zamanda İddiaçı 02,04,05,06,09,10,11,12,13,16,17,18,19,20,23,24,25,26,27,30 sentyabr və 01,02 və 03 oktyabr tarixlərdə işə çıxmamış və barəsində 1,2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15,17,18,19,20,22,24,26,29 nömrəli aktlar tərtib olunmuşdur. Müəllim dəfələrlə yazılı və şifahi müraciət lər olunsa da, işə çıxmamışdır. Fiziki tərbiyə müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Respublikası Məcəlləsinin 10-cu maddəsinin "a" və "b" bəndlərinin, "Ümumi təhsil haqqında Azərbaycan Qanunu"nun 23.3.5 və 23.3.8-ci maddələrinin, "Təhsilverənlərin etik davranış Qaydaları"nın 2.3.1-ci və 2.3.2-ci, 3.5, 4.3-cü və 4.4-cü bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı özünün əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və məktəbin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Cavabdeh fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 03 oktyabr 2024-cü il tarixdən ləğv edilsin, İddiaçı ilə son haqqhesabın aparılması təmin edilsin.
17. İ.Səfərli adına Cavabdeh İddiaçı ünvanlanmış 03 oktyabr 2024-cü il tarixli, 13 nömrəli məktubda qeyd edilmişdir ki, “Siz məktəbdə nizam-intizam qaydalarına əməl etməmiş, 4 sentyabr 2024-cü il tarixdən 03 oktyabr 2024- cü il tarixədək heç bir əsas gətirmədən işdə olmamısınız. 2023- cü ilin sentyabr ayından 2024-cü ilin iyun ayına qədər 30 saat dərs yükü və dərsdənkənar məşğələ ilə 2024-2025-ci tədris ilində isə 26 saat dərs yükü və sinif rəhbərliyi ilə təmin olunmusunuz. 2023-2024-cü tədris ilində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə yaranan fiziki tərbiyə müəlliminə olan ehtiyac nəzərə alınaraq Cavabdeh fiziki tərbiyə müəllimi Surə Məmmədovanın 15 sentyabr 2023-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək müddətli əmək müqaviləsi ilə qeyd olunan ixtisas üzrə dərs tədris etməsinə icazə verilmişdir. Müqavilənin müddəti bitdikdən sonra Surə Məmmədova Cavabdeh, əsas iş yerinə qayıtmışdır. Bütün bunları nəzərə alaraq 03 oktyabr 2024-cü il tarixdən sizinlə bağlanmış əmək müqaviləniz ləğv edilmişdir”. 18. “Naxçıvan MR X30 Xidməti” phş-nin 155 nömrəli, 22 noyabr 2024-cü il tarixli məktubuna əsasən, xidmətin Babək rayonu üzrə X30 xidmətinə 18 sentyabr 2024-cü il tarixdə saat 10:56 radələrində ünvan 3 ünvanında yaşayan İddiaçı tərəfindən ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə çağırış verilmiş, briqada ünvana gedərək İddiaçı sefalgiya diaqnozu qoyaraq ona 2.0 qr analqin, 1.0 qr dimedrol vena daxili vurulmuşdur. Çağırışa gedən briqada: paramedik X8, kiçik tibb işçisi X23, sürücü X9 ibarətdir.
19. İdd iaçı müraciəti əsasında Naxçıvan Şəhər Prokurorluğu tərəfindən 05 oktyabr 2024-cü il tarixli qərarla Nümayəndə3 barəsində cinayət işinin başlanması rədd edilmişdir.
20. Cavabdeh təşkilat Cavabdeh birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. Həmin ərizədə göstərilmişdir ki, İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə Naxçıvan şəhəri, İ Səfərli adına 1 saylı tam orta məktəbin 03 oktyabr 2024-cü il tarixli 153 saylı əmrin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa olunması, azaldılmış dərs saatlarının bərpa olunması və dərs saatlarının azaldılması nəticəsində ona dəymiş 10000 manat maddi ziyanın ödənilməsi tələbi ilə bağlı iddia qaldırmışdır. Qeyd olunmuşdur ki, İddiaçı 03 oktyabr 2024-cü il tarixdə 153 nömrəli əmrlə işdən azad olunmuşdur. İşdən azad olunduqdan 12 gün sonra yəni, 15 oktyabr 20 24-cü il tarixdə İddiaçı mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və 15 noyabr 2024-cü il tarixdə mediasiya arayışı əldə etmişdir. Mediasiya arayışını 15 noyabr 2024-cü il tarixində əldə etməyinə baxmayaraq iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçının məhkəməyə müraciət etmək üçün sonuncu tarix 03 dekabr 2024-cü il tarixidir. Bununla da iddiaçı qanunla müəyyən olunmuş bir aylıq iddia müddətinə riayət etmədən iddia irəli surmüşdür. Bu hal iddia müddətinin keçməsi deməkdir. İddiaçı 03 dekabr 2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etməməklə məhkəməyə müraciət etmək hüququndan müddət bitmədən istifadə etməmiş, iddia vermək üçün nəzərdə tutulan iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən qaldırılmış iddia tələbinə iddia müddətinin keçməsini nəzərə alaraq iddia müddətini tətbiq etməklə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. İV. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
21. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi iki hissədən ibarətdir, əmrin ləğv edilməsi, işə bərpa və dərs saatlarının azaldılması nəticəsində vurulmuş ziyanın ödənilməsi. İşə baxılan zaman müəyyən edilmişdir ki, hər iki tələb müstəqil tələbdir və ikinci tələb birinci tələbdən asılı deyildir. Belə ki, dərs saatlarının azaldılması nəticəsində vurulmuş ziyanın ödənilməsini iddiaçı barışıq sazişinin şərtlərinin pozulmasının nəticəsi kimi məktəbdə 2020-ci ildən sonra azaldılmış dərs saatlarına uyğun vurulmuş ziyanı tələb etmişdir. Məhkəmə ilk olaraq tələbin ilkin hissəsi -iddiaçının işdən azad edilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmr əsaslandırılmışdır.
22. Belə ki, iş materiallarında olan aktlardan, həmin aktlardan əlavə tərəflərin izahatlarından, şahid ifadələrindən, təqdim edilmiş davamiyyət jurnalından çıxarışlardan aydın olur ki, İddiaçı müəllim olaraq vəzifəsini 2024-cü ilin sentyabr ayında lazımi qaydada icra etməmiş, davamlı və mütəmadi olaraq dərsə gəlməmiş, məktəbdə öhdəliyində olan dərsin tədrisinin həyata keçirilməsində iştirak etməmiş, vəzifəsini icra etməmişdir. İddiaçı həmin müddətdə məktəbdə olmamasını sentyabr ayının 18-nə qədər bir neçə gün məktəbə gəlməsi istisna olmaqla qalan günlərdə müxtəlif orqanlara müraciətləri əsasında çağırışlarla əlaqədar həmin orqanlarda olması, sentyabr ayının 18-dən sonra isə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən işə gəlməməsi, onun xəbər etdiyi vaxt işə gəlməsini bildirməsinə əsasən dərsdə iştirak etməməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının bildirdiyi bu arqumentlər onun dərsi icra etmək vəzifəsini istisna edən üzürlü hal deyildir. İddiaçı çağırılan dövlət orqanlarına dərs vaxtından sonra da gedə bilərdi ki, bu halda məktəbdə dərsin tədrisi həyata keçirilə, eləcə də iddiaçı həmin müraciətləri üçün hüquqlarından istifadə edə bilərdi. İddiaçının sentyabr ayının 18-nə qədər qeyd etdiyi əsasla məktəbə gəlməməsi heç bir halda üzürlü əsas hesab edilə bilməz. Digər tərəfdən isə iddiaçı sentyabr ayının 18-dən sonra Naxçıvan Şəhər T əhsil Şöbəsinin müdirinin sözü əsasında işə çıxmadığını bildirməsi həmin şəxsin şahid ifadəsi ilə təkzib edilməklə yanaşı təsdiq edildiyi halda belə bir müəllim olaraq dərsi icra etmək vəzifəsini üzürlü səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Çünki iddiaçı ilə əmək müqaviləsi bağlayan, onu işə götürmək səlahiyyətinə malik olan, onun nizamintizam qaydalarına riayət etməsinə nəzarət etməli olan, ona intizam tənbehləri tətbiq etməli olan və sonda onu işdən azad etməli olan orqan Naxçıvan şəhər Təhsil Şöbəsi və ya həmin şöbəsinin müdiri olmamışdır. İddiaçı ilə əmək münasibətlərində olan orqan Cavabdeh olmuş, bu hal iş materiallarında olan məktəbin nizamnaməsi ilə təsdiqini tapmaqdadır. İddiaçı isə həmin müddətlərdə dərsin tədrisində iştirak etməməsinin üzürlü səbəbləri barədə Cav abdeh məlumat verməmiş, bununla yanaşı həmin üzürlü hallarını təsdiq edən sübutlarını məhkəməyə də təqdim edə bilməmişdir. İş materiallarında iddiaçının 30 sentyabr 2024-cü il tarixli məktəb direktoruna yazılmış məlumatı təqdim edilmişdir. Həmin məlumatda hansı vaxtlarda harada olması barədə iddiaçı məlumat vermiş, növbədənkənar pedaqoji şuradan məlumatlı olduğunu bildirən qeydlər etmiş, sonra ərizə verdiyini qeyd etmişdir. Həmin müddətlərdə iddiaçının dərsin tədrisində iştirak etməməsi işin mübahisəsiz halıdır və bu halın üzürlü olmasına dair mötəbər sübut mövcud deyil. İş materiallarında işəgötürən cavabdeh təşkilatın direktoru tərəfindən dəfələrlə iddiaçıya işə gəlməməsinin səbəbləri barədə teleqram vurulmuş, lakin iddiaçı həmin teleqramların qarşılığında verdiyi məlumat üzürlü deyildir.
23. Bundan əlavə iddiaçı onun işdən azad edilməsi barədə həmkarlar iclasının keçirilmədiyini, ümumiyyətlə həmin həmkarlar iclasının qanuni təşkil edilmədiyini, iclasın keçirilməsinə səlahiyyəti olmadığını, qanunvericiliyə uyğun yaradılmadığını bildirmişdir. Məhkəmə iddiaçı tərəfin bu arqumentini iş materiallarında olan sənədlərlə hərtərəfli şəkildə yoxlayıb hesab etmişdir ki, həmin arqumentlər də əsassızdır. Ona görə ki, iş materiallarına Naxçıvan Muxtar Respublikası X7 Nizamnaməsi və Təhsil işçiləri həmkarlar ittifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin Əsasnaməsi əlavə edilmişdir. Sözügedən Əsasnamənin 7.1-ci maddəsinə görə Həmkarlar İttifaqının əsası ilk təşkilatlardır. İlk həmkarlar ittifaqı təşkilatı bir müəssisədə, təşkilatda işləyən və ya tədris müəssisələrində təhsil alan ən a zı 7 nəfərdən ibarət təşkil edilir. 7.4-cü bəndə görə həmkarlar ittifaqı komitəsi əmək mübahisələrinə baxır və ona əsasən qərar qəbul edir. İş materiallarında olan Cavabdeh nizamnaməsinin 1.17-ci bəndinə görə məktəb mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir. Həmin nizamnamənin 5.4.10-cu bəndinə görə məktəb fəaliyyətinin tənzimlənməsinə istiqamətlənmiş müvafiq əmrlər vermək səlahiyyəti məktəbin direktoruna verilmişdir. İddiaçı ilə əmək müqaviləsi Cavabdeh direktoru X15 ilə bağlanmış, əmək müqaviləsində işəgötürən həmin şəxs olmuşdur.
24. İstər cavabdeh təşkilatın nizamnaməsi ilə məktəb direktorunun səlahiyyətlərinin nəzərdə tutan normalardan, istər əmək qanunvericiliyinin normalarından, istərsə də iş materiallarında olan əmr, əmək müqaviləsi, əmək müqaviləsi bildirişindən də göründüyü kimi iddiaçının işəgötürəni Cavabdehin direktorudur, işəgötürən olaraq iddiaçını intizam tənbehi olaraq əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək də onun səlahiyyəti çərivəsindədir. Buna görə də iddiaçının işdən azad edilməsi əmrinin cavabdeh təşkilatın direktoru tərəfindən verilməsi yuxarıda qeyd edilən həmin hallara istinadən əsaslı və qanunidir.
25. Bundan əlavə məhkəmə iddiaçının işdən azad edilməsi barədə 16 sentyabr 2024-cü il tarixdə ərizə verməsinə baxmayaraq onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinin qanunsuz olmasına dair bildirdiyi hallarla əlaqədar qeyd edilmişdir ki, İddiaçı Naxçıvan şəhər Təhsil Şöbəsinə və Cavabdeh ünvanlanladığı 16 sentyabr 2024 -cü il tarixli ərizə işçinin işdən azad edilməsi barədə ərizə kimi qiymətləndirilə bilməz. Belə ki, ərizə işəgötürənlə yanaşı digər təşkilata Naxçıvan şəhər Təhsil Şöbəsinə də ünvanlanmışdır. Əlavə olaraq ərizə sadəcə sonuncu cümlədə işdən azad edilmə qeydi kimi yazılmışdır. Məzmunu şikayət xarakterlidir. Ərizədə əlavə olaraq başqa müəllimin işinə xitam verilməli olması qeyd edilir və bunun əsasını nəzərdə tutan əmək qanunvericiyinin maddəsi göstərilir. Hətta iddiaçı həmin ərizəni işdən azad edilmə kimi özü qiymətləndirmişdirsə bir təqvim ayı müddətində işə gəlməyə davam etməli idi və bu əmək qanunvericiliyinin tələbidir. İddiaçının işdən azad edilmə kimi özünün qiymətləndirdiyi bu ərizə işəgötürəni xəbərdar etmək vəzifəsi daşımaqla birdəfəlik işə çıxmamaq və son haqq-hesab aparılmasını tə ləb etmək hüququ işçiyə vermirdi. Bununla yanaşı məktəb tərəfindən dəfələrlə iddiaçıya işə çıxmaması barədə teleqram göndərildiyi halda iddiaçı işəgötürəni göndərdiyi ərizəyə işdən azad edilmə ərizəsi kimi hüquqi qiymət verilməsini tələb etməmişdir. Həmin ərizə məktəb tərəfindən düzgün olaraq işçinin əmək qanunvericiliyinə uyğun olaraq işdən azad edilməsi barədə müraciəti kimi qiymətləndirilməmişdir.
26. Birinci instansiya məhkəməsi həmçinin iddiaçı tərəfin növbədənkənar pedaqoji şuranın keçirilməsinin qanuni olmaması, orada iddiaçıya xəbərdarlıq edilməməsi və ona təqdim edilməməsi barədə bildirdiyi halları əsassız hesab etmişdir. Belə ki, məktəb direktoru tərəfindən pedaqoji şuranın qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməklə yanaşı, pedaqoji şuranın qərarlarına dair kita b təqdim edilmiş və baxış keçirilmişdir. Nöbədənkənar pedaqoji şuranın iclasının keçirilməsi barədə cavabdeh təşklatın direktoru elanlar lövhəsinə məlumat vurulduğunu qeyd etmiş, iddiaçıya hətta teleqram göndərilmişdir. İddiaçı teleqramla növbədənkənar pedaqoji şuranın iclasına dəvət edilmişdir. İddiaçı işə çıxmadığı üçün pedaqoji şuranın iclasının məlumat lövhəsində yerləşdirilib-yerləşdirilməməsindən məlumatlı olmamışdır. Lakin məhkəməyə göndərdiyi məktubda pedaqoji şuranın iclasından məlumatlı olduğu aydın olur. Bu isə həmin məlumatın elanlar lövhəsində yerləşdirilməməsi kimi qiymətləndirilə bilməz. Növbədənkənar pedaqoji şüarının qərarı ilə iddiaçıya xəbərdarlıq edilmiş və intizam məsuliyyətinə cəlb edilməsi qeyd edilmişdir. Əmək qanunvericiliyinə görə isə xəbərdarlıq intizam məsuliyyə ti hesab edilmir. Əmək qanunvericiliyində qeyd olunan digər intizam məsuliyyətlərindən hər hansı biri iddiaçıya tətbiq edilməmiş və bu pedaqoji şuranın qərarı ilə müəyyən edilmişdir. Növbədənkənar pedaqoji şuranın iclasının keçirilməsi, həmin iclasda gündəlikdə duran hansı məsələlərin müzakirə edilməsi şahid ifadələri ilə təsdiqini tapmaqdadır.
27. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı məsələyə də qiymət verərək, hesab etmişdir ki, hazırki vəziyyətdə iddiaçının əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hüququnun pozulduğunu aşkar etdiyi gün 04 oktyabr 2024-cü il tarix kimi nəzərə alınmalıdır. Belə ki, təqdim edilən sənədlərdən aydın olur ki, işəgötürən tərəfindən işçininiddiaçının işdən azad edilməsinə dair 03 oktyabr 2024-cü il tarixdə əmr verilmişdir. İddiaçı bununla ba ğlı 04 oktyabr 2024-cü il tarixdə məlumat əldə etmiş, 15 oktyabr 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət edərək əmri mübahisələndirmişdir. İddiaçı cavabdeh təşkilata qarşı əmrin mübahisələndirilməsinə dair iddia ərizəsi 09 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsinin sonunda tərtib edilmə tarixi 09 dekabr 2024-cü il tarix olaraq qeyd edilmişdir. 15 oktyabr 2024-cü il tarixdə İddiaçı mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və 15 noyabr 2024-cü il tarixdə mediasiya arayışı əldə etmişdir. Mediasiya arayışını 15 noyabr 2024-cü il tarixində əldə etməyinə baxmayaraq iddiaçı 09 dekabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qanunun ona verdiyi bir aylıq müddəti keçirmişdir. İddiaçı məhkəmə iclaslarında müddə t məsələsinə münasibət bildirərkən ümumiyyətlə müddəti ötürmədiyini qeyd etmiş, müddəti ötürdüyünü bildirməmiş və onun bərpa edilməsi barədə ərizə ilə müraciət etməmişdir. İddiaçı müddəti ötürmədiyini onunla əsaslandırmışdır ki, 09 dekabr tarixindən əvvəl bir dəfə məhkəməyə müraciət etmiş, 02 dekabr 2024-cü il tarixində qərardadla iddia ərizəsi geri qaytarılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)1739/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh rəhbərliyinə qarşı 153 saylı əmrin ləğv edilməsi, işə bərpa, 30 saat dərs saatının bərpası, işləmədiyi 3 ay ərzində 3180 (üç min yüz səksən) manat əmək haqqının ödənilməsi, keçirdiyi mənəvi sarsıntılara görə 10000 (on min) manat mənəvi zərərin ödənilməsi, qanunsuz vakansiyanın ləğv olunması, dərs sa atının qanunsuz olaraq kəsildiyi 2 il ərzində ona dəymiş maddi ziyanın, yəni qanunsuz olaraq azalmış 8 saatın pulunun hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması müəyyən edilmişdir. Məhkəmə geri qaytarılmanın əsasını “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər tələbi olaraq qeyd etmişdir. Daha sonra iddiaçı 09 dekabr 2024-cü il tarixdə yenidən məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində isə artıq iddiaçı qanunla müəyyən edilmiş bir aylıq müddəti keçirmişdir. İddiaçı müddətin keçməsinin üzürlü hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə hesab etmişdir ki, bu halda iddiaçıya bununla bağlı hər hansı izah verilməsinin, işə baxılmasının mülki mühakimə icraatı qaydasında çəkişmə prinsipinə riayət edilməsinə əsaslanaraq prosessual cəhətdən düzgün olmaması nəzərə alınmalı və müddətin üzrlü və ya üzrsüz buraxılması məsələsi buna dair iddiaçı tərəfindən ərizə təqdim edilmədiyindən hər hansı qiymətləndirmə aparılmamalıdır. Belə ki, iddiaçı peşəkar vəkillə məhkəmə iclaslarında təmsil edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi həmin hissədə əsassız olmaqla yanaşı, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni 04 oktyabr 2024-cü il tarixdən sonra qanunla ona verilən bir aylıq müddətdə işdən azad edilməsinə dair əmri mübahisələndirmədiyindən işə bərpa tələbi üzrə iddia müddətini də ötürmü şdür.
28. İddiaçının qanunsuz vakansiya elan edilməsi və əlavə müəllimin əmri verilərək onun dərs saatlarının azaldığını bildirməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı sözügedən vakansiyanı qanunla müəyyən edilmiş qaydada mübahisələndirməmiş, bununla bağlı hər hansı məhkəmə aktı təqdim etməmişdir. Təqdim etdiyi barışıq sazişi isə etibarsız əqd olduğundan buna münasibətdə hər hansı hüquqi qiymətləndirmə aparılması mümkün olmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmə iddia tələbinin həmin hissəsinin də əsassız olduğundan rədd edilməsi nəticəsinə gəlmişdir.
29. Məhkəmə öz mövqeyini Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008- ci il tarixli Qərarı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 9, 68, 70, 80-cı maddələri ilə əsaslandırmışdır. V. A pellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
30. İddiaçı apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(078)-209/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, qətnamənin təsviri hissəsində rəsmi ərizələrinə cavab göndərildiyi qeyd olunsa da, cavabdeh tərəfindən heç vaxt ona hər-hansı məktub, bildiriş rəsmi qaydada göndərilməmişdir. Əgər göndəriblərsə sübut etsinlər. O, məktəb direktoru Nümayəndə3 qanunsuz əməlləri barədə tənqidi fikirlər söylədiyinə görə onunla qərəzli münasibətə başlamışdır. Onun dərs saatlarını birdən-birə 30 saatdan 6 saata endirilmişdir. O vəzifə səlahiyyətlərindən sui istifadə edərək otağının zamokun dəyişmişdir ki, onunla münaqişə yaratsın. O görmüşdür ki, bu dərs saatları onu qane etmir, işdən azad olunması ilə bağlı məktəb rəhbəri Nümayəndə3, Təhsil şöbəsinin müdiri T.Mustafayevaya və Təhsil Nazirliyinə işdən azad olunması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinin 1-ci bəndinin tələblərinə əsasən qanuni olaraq rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Bu günədək ərizələrinə rəsmi olaraq cavab verilməmişdir. Məktəb direktoru isə qərəzli olaraq onun ərizəsini nəzərə almayıb onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Məktəb direktoru otağına daxil olub səlahiyyət həddini aşaraq onu döymüş, üzünü cırmaqlamış, o isə ictima iyyət arasına çıxa bilmədiyi üçün işə çıxa bilməmişdir. Məktəb direktoru isə işə gəlməməyini üzrlü saymamış, o dərsdə olmayan müddətləri qərəzli olaraq saxta aktlarla rəsmiləşdirmişdir. Məktəb rəhbərinin onu döyməsi, üz-gözünü çırmaqlaması barədə məhkəməyə video görüntünü mötəbər sübut olaraq təqdim etmişdir. Təhsil şöbəsinin müdiri Təhminə Mustafayeva ifadəsində onun üzündə, qollarında cırmaq izlərinin olmasını təsdiq etmiş, bu məhkəmə qətnaməsində də sübut olaraq öz əksini tapmışdır. Məktəb direktoru Nümayəndə3 qərəzli olaraq öz təşkilatçılığı ilə təqdimat verib onu həmkarların müzakirəsinə çıxarmış və onun xəbəri olmadan, heç bir rəsmi xəbərdarlıq, bildiriş göndərilmədən barəsində mənfi qərar qəbul edərək onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işd ən azad etmişdir. Həmkarlar İttifaqı onu müzakirə edən zaman iştirakını təmin etmədən, onun iştirakı olmadan, rəsmi bildiriş göndərilmədən işdən azad olunması ilə bağlı məktəb direktoru A.Məmmədovun təşkilatçılığı, iştirakı və sifarişi ilə barəsində mənfi qərar qəbul etmişdir. Təəssüflər olsun ki, yaradılmış həmkarlar ittifaqı bununla bağlı ona rəsmi bildiriş göndərməmişdir. Özlərini müdafiə etmək üçün bəhanə etmişdirlər ki, guya telefonuna mesaj göndərilmiş o, qəbul etmişdir. Hamısı yalandır, belə ki, birinci mesaj rəsmi bildiriş deyil, əgər göndəriblərsə niyə faktlar ilə sübut edə bilməmişdirlər?. Axı qanuna əsasən həmkarlar ittifaqının funksiyası işçinin pozulmuş hüquqları müdafiə etməkdir və onlar qərar qəbul edərkən müstəqildilər, heç kim onların işinə müdaxilə etməməlidir. Təəssüflər olsun ki, məktəb direktoru bu yığıncağın təşkilatçısı olmuş, özü iştirak və çıxış etmişdir. Görünür ki, yığıncağın qərarı qərəzli, qanunsuz saxta və sifarişlidir. İşə baxan hakim Gülnar Səfərəliyeva isə məktəb direktorunu bu gür qanunsuzluqları görə-görə yenə onu müdafiə edərək onun qanunsuz əməllərin ört-basdır etmişdir. Həmkərlar ittifaqı qərar qəbul edərkən onun üzvü 7 olmalıdır ki, 4-ü iştirak etsin. Təəssüflər olsun ki, üzvü cəmi beş olmuşdur. Qətnamədə qeyd edilmişdir ki, o, 03 oktyabr 2024-cü il tarixdə 153 nömrəli əmrlə işdən azad olunmuş, işdən azad olunduqdan 12 gün sonra-yəni 15 oktyabr 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş və 15 noyabr 2024-cü il tarixdə mediasiya arayışı əldə etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.Güya iddia müddətini n sonunçu tarixi 03 dekabr tarixdir. Bununla da qanunda müəyyən olunmuş bir ay iddia müddətinə riayət etmədən iddia irəli sürülmüşdür. İşə baxan hakim qətnaməsində qanunun tətbiqin düzgün əsaslandırmamışdır. Ona görə ki, mediasiya arayışın alandan sonra iki dəfə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İkisində də guya iddia tələbi düzgün qoyulmaması bəhanəsi ilə geri qaytarılmışdır. Qərardadları isə proses zamanı təqdim etmişdir, işə əlavə olunmuşdur. Mediasiya haqqında qanunun müddəalarında qeyd olunanlar baxmayaraq işə baxan hakim sözügedən qanunu tələblərin pozaraq qətnaməsində müddətə düzgün hüquqi qiymət verməmişdir. Əgər müddət pozuntusu olmuşdursa hazırlıq iclasında işə mümkünsüzlüyü barədə qərardad qəbul olunmalı və işə baxılmamalı idi. Bundan başqa işə baxa n hakim qətnaməsində heç bir qanun əsaslandırmayaraq, əsaslandırmışdır ki, həmkarlar ittifaqının möhürünün olmaması, məktəb direktorunun özünün təsdiqlənməsi ilk həmkarlar ittifaqı yarandığına görə məktəb direktorunun öz möhürü ilə təsdiqləyib. Bu tamamilə qanunsuz və əsassızdır. Axı məktəb direktoru işə götürəndir, təqdimat verəndir, maraqlı şəxsdir. Buna təhsil şöbəsinin möhürü vurulsaydı yenə yeri olardı. İlk həmkarlar ittifaqı deyə onun hüquqları pozulmalıdırmı?. Həmkarların iclası keçirilən zaman iştirak edən üzvlərin məhkəmədə şahid qismində dindirilib ifadələri alınmış, şahidlərin ifadələri biri-biri ilə düz gəlməmişdir. Belə ki, şahid qismində dindirilən X2 və X16 məhkəmədə ifadəsində bildirmişdirlər ki, məktəb direktoru Nümayəndə3 Həmkarların iclasını keçirilməsini özü təşkil etmi ş, özü çıxış etmiş, elan etmişdir. Səfurə müəllimənin iştirak etdiyini bildirmişlər. Bu qətnamənin 79 səhifələrində öz əksini tapmışdır. Digər şahidlər X11, X5 isə ifadələrində inkar etmişdirlər ki, məktəb direktorunun Həmkarlar ittifaqının iclasında iştirak etmədiyini bildirirlər. Bu isə qətnamənin 9-11 səhifələrində öz əksini tapmışdır. İfadələr arasında ziddiyyəti görən işə baxan hakim isə bu ziddiyyəti görə-görə nə səbəbə, nə marağa görə onları üzləşdirmə aparmamışdır. Bundan başqa məhkəməyə gəlmiş şahidlər məhkəmə iclası zalında xüsusi ayrılmış otağa çıxarılırlar. Sədrlik edən dindirilmiş şahidlərin dindirilməmiş şahidlərlə əlaqə saxlamaması üçün tədbir görür. Hakim isə şahidlərin hamısını bir otaqda saxlamış, o, irad bildirdikdən sonra isə, onları ayırmışdır. Bu prosessual pozuntu vi deo görüntüdə də öz əksini tapmışdır. Gülnar Səfərəliyeva şahidləri dindirməzdən öncə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət izah etmiş, amma şahidlərin bəzilərinə ifadə verdikdən sonra iltizam almışdır. Bu da prosessual pozuntudur. İşə baxılan zaman məktəb direktoru Nümayəndə3 qanunsuz əməlləri barədə yəni səlahiyyətindən sui istifadə edərək qanunsuz olaraq onun dərs saatlarını 30 saatdan 6 saata endirməsi, otağının zamoxun dəyişərək onunla münaqişə yaratması, məktəbdə səs-küy salaraq ictimai qaydanı pozması, səlahiyyət həddini aşaraq onun üzərinə hücum etməsi, xadimələr əlindən ala bilməməsi, dövlət əmlakını mənimsəmə ilə bağlı rəsmi vəsatət versə də, eləcə də digər məsələlərlə bağlı vəsatətlər, etirazlar versə də təmin edilməmişdir. Bundan başqa müəyyən sənədlərdə onun imzası o lmaq əvəzinə onun adına olan sənədlərdə saxta olaraq başqasının imzası olması ilə bağlı məhkəməyə vəsatət versə də, ekspertiza təyin edilib yoxlamamışdır. Məsələn müəllim andında olan imza onun imzası deyil. Azərbaycan Respublikası MPM-nin 204.2-ci maddəsinə əsasən məhkəmə sübutun saxtalığın yoxlamaq üçün ekspertiza təyin edə bilər, habelə tərəflərə başqa sübutlar etməyi təklif edə bilər. Lakin işə baxan hakim Gülnar Səfərəliyeva isə nə marağa, nə səbəbə bilmir qanunun tələblərin pozaraq ekspertiza təyin edib keçirməyib mülki prosessual qanunun tələblərin pozmuşdur. Bundan başqa məhkəmədə hazırlıq iclası başlanan andan həmkarlar ittifaqının Nizamnaməsini onlar və işə baxan hakim Gülnar Səfərəliyeva cavabdeh məktəb direktoru Nümayəndə3 tələb olunsa da, məhkəmə baxışı qurtaran gün, 7 aydan s onra nəhayət ki, bir saxtasını tapıb gətirib təqdim etmişdirlər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətlə oxşar məzmunda ifadə vermiş, çıxışında Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(078)-209/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə iddiaçının nümayəndəsi Bayramov X6 Şəhər Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(078)209/2025 nömrəli qətnaməsinin ləğv olunmasını, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan x ahiş etmişdir.
35. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh təşkilat Cavabdeh direktoru Nümayəndə3 Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(078)-209/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir.
36. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Vİ. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Əmək Məcəlləsi
37. ƏM-in 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
38. ƏM-in 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur.
39. ƏM-in 10-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını v icdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri sırasına aid edilmişdir.
40. ƏM-in 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallar da əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
41. ƏM-in 71-ci maddəsinin 2 və 3-cü bəndlərində göstərilir ki, bu Məcəllənin 70ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, iş götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşə götürən bu Məcəllənin 70-ci maddəs i ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
42. ƏM-nin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını p ozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
43. ƏM-in 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
44. ƏM-nin 76.1-ci maddəsinə görə İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
45. ƏM-in 80-ci maddəsinin 1-ci bəndi nə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
46. ƏM-in 80-ci maddəsinin 2-ci bəndinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
47. Maddə
287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
48. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
49. Maddə 294.4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəm əyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
50. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
51. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
52. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
53. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. b) Azərbaycan Respublikası Mülki Məcəlləsi
54. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnu pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanı r.
55. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
56. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
62. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
63. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. d) “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarı 64. “...Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir”.
65. Qərarda həmçinin qeyd olunmuşdur ki, “...bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hiss əsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən-iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Müraciət edənin qənaətinə görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində fərdi əmək mübahisələrinə baxan orqan dedikdə, yalnız fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanlar başa düşülür. Lakin Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həlli qaydalarını tənzimləyən və həmin Məcəllənin qırx beşinci fəslində yerləşən normalarının təhlilindən müəyyən olunur ki, qanunverici bütün hallarda fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqa nla məhkəmələri bir-birindən fərqləndirmişdir. e) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı
66. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. f) “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
67. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
68. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. g) İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarı
69. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Vİİ. Apellyasiya baxışının hədləri
70. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
71. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda bir inci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
72. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
73. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Belə olan halda mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır. Vİİİ. Məhkəmə kollegiyasının mövqeyi
74. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və haqlı olaraq iddianı rədd etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
75. Məhkəmə kollegiyası işin tədqiq olunmuş hallarına, habelə apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, İddiaçı Cav abdehdə fiziki tərbiyə müəllimi vəzifəsinə təyin olunmuş, əmək müqaviləsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçı fiziki tərbiyə və idman müəllimi vəzifəsində işə başlamışdır. Cavabdeh 03 oktyabr 2024-cü il tarixli 153 nömrəli əmri ilə, İddiaçı qanunun tələblərinə və Cavabdeh nizamnaməsinə əməl etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsi 03 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilmişdir.
76. Hazırda iddiaçı şikayətin dəlillərində əsassız və qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyini, həmkarlar ittifaqının onu müzakirə edən zaman onun iştirakını təmin etmədən, onun iştirakı olmadan, ona rəsmi bildiriş göndərilmədən işdən azad olunması ilə bağlı məktəb direktoru Nümayəndə3 təşkilatçılığı, iştirakı və sifarişi ilə onun barəsində mənfi qərar qəbul edildiyini, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinə düzgün hüquqi qiymət verilmədiyini, onun müddəti buraxmadığını, bundan başqa müəyyən sənədlərdə onun imzası olmaq əvəzinə onun adına olan sənədlərdə saxta olaraq başqasının imzası olması ilə bağlı məhkəməyə vəsatət versə də ekspertiza təyin edilmədiyini iddia edir və bu barədə əmrin ləğv edilməsini və tutduğu vəzifəyə bərpa olunmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini, həmçinin dəymiş ziyanı tələb edir.
77. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsasını nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zərur i hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına da xil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır.
78. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir.
2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı.
3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.
79. Əmək vəzifələrinin kobud pozulması isə o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərində mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar isə ayrıca olaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanmışdır.
80. Hazırki mülki iş üzrə iddiaçının işdən çıxarılmasının əsası kimi İddiaçı müəllimlərin etik d avranış qaydalarını kobud şəkildə pozaraq 18 sentyabr 2024-cü il tarixdə məktəbdə tədris prosesinin gedişatına mane olacaq hərəkətlər nümayiş etdirməsi, həmçinin heç bir əsaslı səbəb göstərmədən 1 aya yaxın müddətdə işə gəlməməsi çıxış edir.
81. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının “qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi” ilə bağlı dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, iş materiallarında olan aktlardan, həmin aktlardan əlavə iddiaçının istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyasında verdiyi izahatlardan, cavabdeh təşkilatın direktorunun izahatından, təqdim edilmiş davamiyyət jurnalından çıxarışlardan aydın olur ki, İddiaçı müəllim olaraq vəzifəsini 2024-cü ilin sentyabr ayında və daha sonra oktyabr ayının ilk üç günündə icra etməmiş, davamlı və mütəmadi olaraq dərsə gəlməmiş, məktəbdə öhdəliyində olan dərsin tədrisinin həyata keçirilməsində iştirak etməmiş, beləliklə əmək müqaviləsi üzrə vəzifələrini icra etməmişdir. İddiaçı həmin müddətdə məktəbdə olmamasını sentyabr ayının 18-nə qədər bir neçə gün məktəbə gəlməsi istisna olmaqla qalan günlərdə müxtəlif orqanlara müraciətləri əsasında çağırışlarla əlaqədar həmin orqanlarda olması, sentyabr ayının 18-dən sonra isə Naxçıvan şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən işə gəlməməsi, onun xəbər etdiyi vaxt işə gəlməsini bildirməsinə əsasən dərslərdə iştirak etməməsi ilə əsaslandırsa da, kollegiya qeyd edir ki, iddiaçının bildirdiyi bu arqumentlər onun dərsi icra etmək vəzifəsini istisna e dən üzürlü hal kimi qiymətləndirilə bilməz. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı 02,04,05,06,09,10,11,12,13,16 17,18,19,20,23,24,25,26,27,30 sentyabr 01,02 və 03 oktyabr tarixlərində olmaqla ümumilikdə 23 iş (dərs) günü işə çıxmadığı və barəsində müvafiq nömrəli aktlar tərtib olunduğu müəyyən olunmuşdur ki, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozaraq üzürlü səbəb olmadan bir aya yaxın bir müddətdə işə çıxmadığı aydın olmuşdur. Onun bu müddət ərzində işə çıxmaması işin mübahisəsiz halıdır, çünki özü bunu etiraf edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulduğu halların dairəsi müəyyən olunmuşdur ki, onlardan biri də özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmad an bütün iş günü işçinin işə gəlməməsidir.
82. Əmək müqaviləsinə xitam verilməsi barədə iddianın hüquqi əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.
83. İşin kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünü r ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman iddiaçının bütün iş günü (günləri) işə gəlməməsi əsas götürülmüşdür. Eyni zamanda həmin normada bu normanın tətbiqini istisna edən şərtlərin-yəni iddiaçının özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi hallarının olmadığı müəyyən edilmişdir. İddiaçı sonradan da bu şərtlərin mövcud olmasına dair hər hansı sübut təqdim etməmişdir.
84. Apellyatorun “...məktəb direktorunun otağına daxil olub səlahiyyət həddini aşaraq onu döyməsi, üzünü cırmaqlaması, onun isə ictimaiyyət arasına çıxa bilmədiyi üçün işə çıxa bilməməsinə, məktəb direktorunun iş ə gəlməməyini üzrlü saymayıb, onun dərsdə olmayan müddətləri qərəzli olaraq saxta aktlarla rəsmiləşdirdiyinə, təhsil şöbəsinin müdiri Təhminə Mustafayevanın ifadəsində onun üzündə, qollarında cırmaq izlərinin olmasını təsdiq etdiyinə” dair göstərdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarını araşdıran zaman məlum olmuşdur ki, İddiaçı müraciəti əsasında Naxçıvan Şəhər Prokurorluğunda qeyd edilən fakt üzrə müvafiq araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan İddiaçı verdiyi şikayət məhkəmə nəzarəti qaydasında birinci instansiya məhkəməsində qərarın qanuni və əsaslılığı yoxlanılaraq təmin edilməmiş, eləcə də apellyasiya instansiya məhkəməsində birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanı laraq İddiaçı şikayəti təmin edilməmişdir (iş mat. İ cild səh.182-196, İİ cild, səh.41-53). Bununla yanaşı birinci instansiya məhkəməsinə təqdim edilən bir ədəd videogörüntü ilə bağlı hazırda həmin məhkəmənin icraatında İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair baxılan cinayət işinə baxıldığı və sözügedən videgörüntülərin həmin cinayət işinin materiallarına əlavə edilən sübut kimi tədqiq edildiyi aydın olmuşdur.
85. İddiaçının “Həmkarlar İttifaqının onu müzakirə edən zaman iştirakını təmin etmədən, onun iştirakı olmadan, ona rəsmi bildiriş göndərilmədən işdən azad olunması ilə bağlı məktəb direktoru Nümayəndə3 təşkilatçılığı, iştirakı və sifarişi ilə onun barəsində mənfi qərar qəbul edildiyinə, yaradılmış həmkarlar ittifaqının bununla bağlı ona rəsmi bildiriş göndərmədiyinə, bəlkə onun başına bir hadisə gəldiyinə, özlərini müdafiə etmək üçün telefonuna mesaj göndərildiyinə, onun qəbul etmədiyini bəhanə etdiklərinə, məktəb direktorunun bu yığıncağın təşkilatçısı olub özünün iştirak və çıxış etdiyinə, yığıncağın qərarının qərəzli, qanunsuz, saxta və sifarişli olduğuna” dair göstərdiyi dəlillərinə gəlincə kollegiya bu dəlillərlə bağlı qeyd edir ki, iş materiallarına Naxçıvan Muxtar Respublikası X7 Nizamnaməsi və Təhsil işçiləri həmkarlar ittifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin Əsasnaməsi (iş mat. İİ cild, səh 112-133) əlavə edilmiş, iddiaçının Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi barədə işəgötürənin-Cavabdeh direktorunun həmin məktəbdə fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinə təqdi matla müraciət etmək, eləcə də sözügedən həmkarlar ittifaqı komitəsinin qeyd edilən təqdimata baxmaq və bunun üçün iclas keçirmək, qərar qəbul etmək səlahiyyəti olduğu aydın olmuşdur. Sözügedən Əsasnamənin 7.1-ci maddəsinə görə Həmkarlar İttifaqının əsası ilk təşkilatlardır. İlk həmkarlar ittifaqı təşkilatı bir müəssisədə, təşkilatda işləyən və ya tədris müəssisələrində təhsil alan ən azı 7 nəfərdən ibarət təşkil edilir. 7.8.4-cü bəndə görə həmkarlar ittifaqı komitəsi əmək mübahisələrinə baxır və ona əsasən qərar qəbul edir. Naxçıvan MR X7 25 aprel 2025-ci il tarixli 37 nömrəli məktubundan da aydın olur ki, muxtar respublikanın ümumi təhsil məktəblərində ilk həmkarlar ittifaqı komitələri mövcuddur. Bu komitələr Naxçıvan şəhər Təhsil şöbəsinin Həmkarlar İttifaqı Komitəsinin nəzdində birləşə rək fəaliyyət göstərirlər və komitə müstəqil surətdə qərar qəbul edir. İlk həmkarlar ittifaqı komitələrində kollegial orqan kimi komitələr fəaliyyət göstərir. Komitələr üzvlərin sayından asılı olaraq formalaşır. 1 N-li Naxçıvan şəhər tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin də seçilmiş 5 komitə üzvü var. Müəssisənin həmkarlar ittifaqı təşkilatının müvafiq kollegial orqanının iclası (yığıncağı) o vaxt səlahiyyətli hesab edilir ki, onun tərkibinə seçilmiş üzvlərinin iclasda yetərsay normaları təmin edilmiş olsun. İş materiallarında olan (iş mat. İ cild səh.130-142) Cavabdeh nizamnaməsinin 1.17-ci bəndinə görə məktəb mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir. Həmin nizamnamənin 5.4.10-cu bəndinə görə məktəb fəaliyyətini n tənzimlənməsinə istiqamətlənmiş müvafiq əmrlər vermək səlahiyyəti məktəbin direktoruna verilmişdir. İddiaçı məktəb direktoru tərəfindən göndərilmiş məktubda həmkarlar ittifaqının şura iclasının 03 oktyabr 2024-cü il tarixdə saat 14:00-da keçiriləcəyi qeyd edilmişdir ki, iclasın keçirilmə yeri və vaxtı barədə xəbərdar olmuşdur. Birinci instansiya məhkəməsi də haqlı olaraq öz qətnaməsində iddiaçının diqqətinə çatdırmışdır ki, göndərilmiş məktubun məktəb direktoru tərəfindən göndərilməsi qanunvericiliyə uyğun olmamış, çünki işçinin həmkarlar iclasına dəvət etmək səlahiyyəti həmkarlar komitəsinə aid olmuşdur. Lakin həmin işçinin 03 oktyabr 2024-cü il tarixdə həmkarlar komitəsinin iclasının keçirilməsi barədə məlumatının olması da istisna edilməmişdir. Çünki iddiaçı ona göndərilən məktubu a laraq onun həmkarların iclasına dəvət edilməsi barədə məlumatı olmuşdur. Bundan başqa iddiaçı keçirilən həmin iclasın vaxtı və yeri barədə telefonuna mesaj göndərildiyini izahatlarında və dəllillərində özü də etiraf etmişdir. Məktəbin həmkarlar ittifaqının qanuni əsasslar olmadan fəaliyyət göstərməsinə gəlincə, yuxarıda istinad olunan hüquqi sənədlərdən də göründüyü kimi, muxtar respublikanın ümumi təhsil məktəblərində ilk həmkarlar ittifaqı komitələri mövcuddur. Bu komitələr Naxçıvan şəhər Təhsil şöbəsinin Həmkarlar İttifaqı Komitəsinin nəzdində birləşərək fəaliyyət göstərirlər və komitə müstəqil surətdə qərar qəbul edir. Belə olan halda isə iddiaçının yuxarıda qeyd etdiyi bu dəlilləri əsaslı sayıla bilməz.
86. Kollegiya iddiaçının apellyasiya şikayətində qeyd eydiyi “Dərs saatlarının onu qane etmədiyi üçün işdən azad olunması ilə bağlı məktəb rəhbəri Nümayəndə3, Təhsil şöbəsinin müdiri T.Mustafayevaya və Təhsil Nazirliyinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinin tələblərinə əsasən qanuni olaraq rəsmi qaydada ərizə ilə müraciət etdiyinə, bu günədək ərizələrinə rəsmi olaraq cavab verilmədiyinə” dair dəlillərinə münasibətdə birinci instansiyası məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq diqqətə çatdırır ki, ərizənin məzmununa nəzər salan zaman təqdim edilən ərizənin işçinin işdən azad edilməsi barədə ərizə kimi qiymətləndirilə bilməyəcəyi, ərizənin işəgötürənlə yanaşı digər təşkilata-Naxçıvan Şəhər Təhsil Şöbəsinə və Təhsil Nazirinə ünvanlandığı, əlavə olaraq ərizənin sadəcə sonuncu cümləsində işdən azad edilmə qeydi kimi yazıldığı, məzmununu n isə şikayət xarakterli olduğu, ərizədə əlavə olaraq başqa müəllimin işinə xitam verilməli olmasının qeyd edildiyi və bunun əsasını nəzərdə tutan əmək qanunvericiyinin maddəsi göstərildiyi məlum olmuşdur. İddiaçının işdən azad edilmə kimi özünün qiymətləndirdiyi bu ərizə işəgötürəni xəbərdar etmək vəzifəsi daşımaqla birdəfəlik işə çıxmamaq və son haqq-hesab aparılmasını tələb etmək hüququ işçiyə vermirdi. Bununla yanaşı məktəb tərəfindən dəfələrlə iddiaçıya işə çıxmaması barədə teleqram göndərildiyi halda iddiaçı işəgötürəni göndərdiyi ərizəyə işdən azad edilmə ərizəsi kimi hüquqi qiymət verilməsini tələb etməmişdir. Həmin ərizə məktəb tərəfindən düzgün olaraq işçinin əmək qanunvericiliyinə uyğun olaraq işdən azad edilməsi barədə müraciəti kimi qiymətləndirilməmişdir.
87. Apellyatorun şik ayətdə qeyd etdiyi “...qətnamədə onun 03 oktyabr 2024-cü il tarixdə 153 nömrəli əmrlə işdən azad olunduğuna, işdən azad olunduqdan 12 gün sonrayəni 15 oktyabr 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etdiyinə və 15 noyabr 2024-cü il tarixdə mediasiya arayışı əldə etdiyinə, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyinə, güya iddia müddətinin sonuncu tarixinin 03 dekabr tarixi olduğuna, bununla da qanunda müəyyən olunmuş bir ay iddia müddətinə riayət etmədən iddia irəli sürdüyünün vurğulandığına, işə baxan hakimin qətnamədə qanunun tətbiqinin düzgün əsaslandırmadığına, ona görə ki mediasiya arayışını alandan sonra iki dəfə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyinə, ikisində də guya iddia tələbinin düzgün qoyulmaması bəhanəsi ilə geriyə qaytardıqlarına, qə rardadları isə proses zamanı təqdim etdiyinə və işə əlavə olunduğuna, mediasiya haqqında qanunun müddəalarında qeyd olunanlar baxmayaraq işə baxan hakimin sözügedən qanunun tələblərini pozaraq qətnaməsində müddətə düzgün hüquqi qiymət vermədiyinə, əgər müddət pozuntusu olmuşdursa hazırlıq iclasında işə mümkünsüzlük barədə qərardad qəbul olunmalı olduğuna və işə baxılmamalı olduğuna” dair göstərdiyi dəlillərə münasibətdə kollegiya apellyatorun diqqətinə çatdırır ki, əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunur ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə o lması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırması) əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə isə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam s übutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həlli zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulubpozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulubpozulmadığı qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir.
88. Kollegiya hesab edir ki, hazırki vəziyyətdə iddiaçının əmək qanunveric iliyi ilə müəyyənləşdirilmiş qaydada hüququnun pozulduğunu aşkar etdiyi gün 04 oktyabr 2024-cü il tarix kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, işəgötürən tərəfindən işçinin-iddiaçının işdən azad edilməsinə dair 03 oktyabr 2024-cü il tarixdə əmr verilmişdir. İddiaçı bununla bağlı 04 oktyabr 2024-cü il tarixdə məlumat əldə etmiş, 15 oktyabr 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət edərək əmri mübahisələndirmişdir. İddiaçı cavabdeh təşkilata qarşı əmrin mübahisələndirilməsinə dair iddia ərizəsi 09 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsinin sonunda tərtib edilmə tarixi 09 dekabr 2024-cü il tarix olaraq qeyd edilmişdir. 15 oktyabr 2024-cü il tarixdə İddiaçı mübahisə ilə bağlı mediasiya təşkilatına mür aciət etmiş və 15 noyabr 2024-cü il tarixdə mediasiya arayışı əldə etmişdir. Mediasiya arayışını 15 noyabr 2024-cü il tarixində əldə etməyinə baxmayaraq iddiaçı 09 dekabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı qanunun ona verdiyi bir aylıq müddəti keçirmişdir.
89. İddiaçı istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyasında, həmçinin apellyasiya şikayətinin dəlillərində müddət məsələsinə münasibət bildirərkən iddiaçı ümumiyyətlə müddəti ötürmədiyini qeyd etmiş və onun bərpa edilməsi barədə ərizə ilə müraciət etməmişdir. İddiaçı müddəti ötürmədiyini onunla əsaslandırır ki, 09 dekabr tarixindən əvvəl bir dəfə məhkəməyə müraciət etmiş, 02 dekabr 2024-cü il tarixində qərardadla iddia ərizəsi geri qaytarılmışdır. Birinci inst ansiya məhkəməsi də mübahisələndirilən qətnaməsində müddət məsələsinə düzgün yanaşma etmiş, iddia tələbi həmin hissədə əsassız olmaqla yanaşı, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni 04 oktyabr 2024-cü il tarixdən sonra qanunla ona verilən bir aylıq müddətdə işdən azad edilməsinə dair əmri mübahisələndirmədiyindən işə bərpa tələbi üzrə iddia müddətini də ötürdüyü qənaətinə gəlmişdir.
90. Kollegiya iddiaçının diqqətinə çatdırır ki, Mülki Məcəllənin 380.1-ci maddəsində məhz müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsinin iddia müddətinin axımını kəsdiyi qeyd olunur. Müəyyənləşdirilmiş iddia dedikdə isə iddia ərizəsinin MPM-də müəyyən edilmiş məzmunda və formada, lazımı sənədlər əlavə edilməklə ərazi və məhkəmə aidiyyəti qaydaları pozulmadan işə baxmaq səlahiyyəti ola n məhkəməyə təqdim edilmiş iddia nəzərdə tutulur. Hazırkı halda Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1739/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (iş mat. İİ cild, səh.138-141) İddiaçı Cavabdeh rəhbərliyinə qarşı 153 saylı əmrin ləğv edilməsi, işə bərpa, 30 saat dərs saatının bərpası, işləmədiyi 3 ay ərzində 3180 (üç min yüz səksən) manat əmək haqqının ödənilməsi, keçirdiyi mənəvi sarsıntılara görə 10000 (on min) manat mənəvi zərərin ödənilməsi, qanunsuz vakansiyanın ləğv olunması, dərs saatının qanunsuz olaraq kəsildiyi 2 il ərzində ona dəymiş maddi ziyanın, yəni qanunsuz olaraq azalmış 8 saatın pulunun hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması müəyyən edilmişdir. Məhkəmə geri qaytarılmanın əsasını “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər tələbi olaraq qeyd etmişdir.
91. İddiaçının Naxçıvan Şəhər Məhkəməsinə təqdim etdiyi iddia müəyyənləşdirilmiş qaydada təqdim edilmiş iddia hesab edilmədiyindən iddia müddətinin axımının kəsilməsi üçün qanuni əsasların mövcudluğu müəyyən edilmir.
92. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin ilk hissəsinə-yəni iddiaçının işdən azad edilməsi barədə əmrin ləğvi və işinə bərpa olunma tələbinə hərtərəfli hüquqi qiymət verilməklə tələbinin əsassız olması, eyni zamanda bununla yanaşı işə bərpa ilə bağlı iddia tələbi üzrə qanunla müəyy ən edilmiş müddətin ötürüldüyü qənaətinə gəlməklə düzgün qərar qəbul etmişdir.
93. Kollegiya iddia tələbinin digər hissəsinə, yəni azadılmış dərs saatlarının bərpa olunması, dərs saatlarının azalması nəticəsində iddiaçıya dəyən 10000 (on min) manat maddi ziyanın ödənilməsinə dair hissədə də gəlinən nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, tədqiq olunan iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı Naxçıvan şəhər Təhsil şöbəsinə və Cavabdeh 27 mart 2023-cü il tarixdə ərizə ünvanlayaraq qeyd etmişdir ki, “2019-cu ildə ünvan 8rbiyə fənni üzrə çıxarılan qanunsuz vakansiyanı ləğv edib, mənim 28 (iyirmi səkkiz) saat dərsimi bərpa edib, mənə dəyən maddi ziyanı qarşılayasınız.”
94. Naxçıvan şəhər Təhsil Şöbəsinin İddiaçı ünvanlanmış 31 mart 2023-cü il tarixli, 4/147 nömrəli məktubd a qeyd edilmişdir ki, “Cavabdeh 4 fiziki tərbiyə müəllimi var. Məktəbdə fiziki tərbiyə fənni üzrə 58 saat dərs mövcuddur (İ-İV siniflərdə 16 saat, V-Xİ siniflərdə 42 saat). 58 saat dərs yükünün 20 saatını İddiaçı, 12 saatını Əliyev Coşqun (hərbi rəhbər), 12 saatını Məmmədova Surə, 14 saatını isə Abbasova İlhamə tədris edir. Fiziki tərbiyə, eləcə də tədris planındakı digər fənlərlə bağlı dərs bölgüsünə 2023-2024-cü tədris ilində baxılacaq. Ərizənizdə bir digər məsələ isə 2019-cu ildə fiziki tərbiyə fənni üzrə çıxarılan vakant yerlə bağlı iddianızdır. Məktəbin direktoru Nümayəndə3 verdiyi məlumata görə 2019-cu ildə məktəbdə fiziki tərbiyə dərsini 4 nəfər müəllim tədris edib. Həmin dövrdə məktəb üzrə 54 saat fiziki tərbiyə dərsi mövcud olub (İddiaçı 24 saat, Əliyev Coşqun 12 saat, Abbasova İl hamə 12 saat, Bağırova Səbinə 6 saat). 2020-ci ilin may ayında məktəbin hərbi rəhbəri Əliyev Coşqun işdən azad edilib, həmin ilin avqustunda işə bərpa edilib. Məktəbin sabiq direktoru X15 məktəbin hərbi rəhbəri Əliyev Coşqunun məhkəmə qərarı ilə avqust ayında işə bərpa edilməsini bilmədiyinə görə 2020-2021-ci tədris ili üçün fiziki tərbiyə fənni üzrə vakant çıxarılıb.
95. Tərəflərin izahatı əsasında məlum olur ki, iddiaçı tərəfindən həmin tələblə ilkin mediasiya təşkilatına müraciət olunmuşdur. Mülki işin materiallarına əlavə edilmiş 19 may 2023-cü il tarixli, Q-634 nömrəli barışıq sazişinə əsasən müəyyən olunur ki, İddiaçı ilə Naxçıvan şəhər Təhsil Şöbəsinin müdiri X19 arasında həmin saziş bağlanmışdır. Bu sazişə əsasən Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Əliyev Baba Əİəfsər oğlu 2023- cü ilin iyun ayı ərzində və ya 2023-2024-cü tədris ilinin əvvəlində İ.Səfərli adına Naxçıvan şəhər 1 saylı tam orta məktəbin fiziki tərbiyə fənni üzrə müəllimi İddiaçı 2020-ci ildə məktəbin rəhbərliyinin fiziki tərbiyə fənni üzrə vakansiya çıxarması nəticəsində azalmış 8 saat dərs yükünün bərpa olunmasını öhdəsinə götürür:-İ.Səfərli adına Naxçıvan şəhər 1 saylı tam orta məktəbin fiziki tərbiyə fənni üzrə müəllimi İddiaçı göstərilən müddətdə 2020ci ildə məktəb rəhbərliyinin fiziki tərbiyə fənni üzrə vakansiya çıxarması nəticəsində azalmış 8 saat dərs yükünün bərpa olunacağı təqdirdə məlum vakansiyanın ləğv olunması və 2020-ci ilin sentyabr ayından bu günə kimi ona dəymiş maddi ziyanın qaytarılması iddiasından imtina edəcəyini bildirir.
96. Tədqiq olunmuş mülki iş materialları ilə müəyyən edilmişdir ki, Naxçıvan şəhər İ.Səfərli adına 1 nömrəli tam orta məktəbində müəllimlərin dərs yükü ilə təmin edilməsi bilavasitə məktəb rəhbərliyinin səlahiyyətindədir və bu iddiaçının hər il dərs yükü ilə təmin edilməsinə dair cavabdeh təşkilatın direktoru tərəfindən təqdim edilən əmrlərlə təsdiq edilir. Cavabdeh təşkilatın direktoru tərəfindən 16 sentyabr 2024-cü il tarixdə təsdiq edilmiş 2024-2025-ci il üçün məktəbin tarifləşmə cədvəli təqdim edilmişdir. Həmin cədvəllə məktəbdə işləyən bütün müəllimlərin dərs yükü qeyd edilmişdir. Bundan əlavə 14 sentyabr 2020-ci il tarixli, 83 nömrəli əmrdən çıxarışla İddiaçı 22 saat dərs bölgüsü, 14 sentyabr 2021-ci il tarixli, 249 nömrəli əmrdən çıxarışla İddiaçı 22 saat dərs bölgüsü, 14 sentyabr 2022-ci il tarixli, 166 nömrəli əmrdən çıxarışla İddia çı 20 saat dərs bölgüsü, 14 sentyabr 2023-cü il tarixli, 132 nömrəli əmrdən çıxarışla İddiaçı 30 saat dərs bölgüsü, 13 sentyabr 2024-cü il tarixli, 127 nömrəli əmrdən çıxarışla İddiaçı 26 saat dərs bölgüsü ilə təmin edilməsi aydın olur. Həmin əmrlərin verilməsi əsas tədris planı qeyd olunmuşdur. Təqdim edilən əmrlərdən də göründüyü kimi iddiaçının dərs yükü ilə təmin etmək Naxçıvan şəhər Təhsil Şöbəsinin səlahiyyətində olmamışdır və bu halda barışıq sazişinin tərəfi olması qanunauyğun olmamışdır. Sözügedən barışıq sazişi iddiaçı ilə onu dərs yükü ilə təmin etmək cavabdehliyi daşıyan Naxçıvan şəhər İ.Səfərli adına tam orta məktəb rəhbərliyi ilə bağlanmadığından (hansı ki, yuxarıda qeyd edilən məktəbin nizamnaməsi ilə bu səlahiyyət məktəb rəhbərinə məxsusdur) həmin saziş ümumilikdə etibarsız dır və hər hansı hüquqi nəticə yaratmır. Barışıq sazişinə istinad edilmədən iddiaçının azaldılmış dərs saatlarının nəticəsində ona vurulmuş ziyanı tələb etməsinin isə hər hansı hüquqi əsası müəyyən edilmir. Belə ki, iddiaçıya dərs bölgüsü tədris planına uyğun olaraq verilmişdir. Bütün bu yuxarıda qeyd olunanlar birinci instansiya məhkəməsində işə baxılarkən hərtərəfli araşdırılmış və gəlinən nəticə düzgün əsaslandırılmışdır. Belə olan halda isə kollegiya iddia tələbinin həmin hissəsinin də əsassız olduğundan rədd edilməsi nəticəsinə gəlinməsini qanuni və əsaslı hesb edir.
97. Apellyasiya şikayətində qeyd edilən digər dəlillərə məcmu şəkildə qiymət verən kollegiya həmin dəlillərin formal mülahizələrə əsaslanmaqla, təfərrüat xarakterli olduqları qənaətinə gəlir və qeyd edir ki, dəlillər iddi a ərizəsində iddia olunan işin halları ilə eynilik təşkil edir və mübahisənin həmin hallarına birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir.
98. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, eyni zamanda qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün m ülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz.
99. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehə qarşı Naxçıvan şəhəri İ.Səfərli adına 1 saylı tam orta məktəbin 03 oktyabr 2024-cü il tarixli 153 saylı əmrin ləğv olunması, onun əvvəlki fiziki tərbiyə fənni üzrə müəllim vəzifəsinə bərpa edilməsi, eləcə də azadılmış dərs saatlarının bərpa olunması, dərs saatlarının azalması nəticəsində ona dəyən 10000 (on min) manat maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(078)-209/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(078)209/202 5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
100. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
101. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2025-ci il tarixli, 2(078)-209/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiya