Məhkəmə qərarları › İş №2(108)-125/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-125/2022

25.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-125/2022 25.10.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahibdən qaytarılması tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(080)-85/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilmə sini xahiş etmişdir. Ordubad Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(080)-85/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin Cavabdeh alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı 12 sentyabr 2022-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Ordubad Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(080)-85/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi mülk mərhum babası X1 miras qalmışdır. Həmin mirasda cavabdehin yaşamaması təsdiq olunsa da, m əhkəmə belə bir qənaətə gəlmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi Cavabdeh mülkiyyətinə alınmamış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda deyildir. Cavabdehin həmin ünvanda qeydiyyatda olmaması işin həqiqi halı deyildir. Belə ki, mübahisəndirilən mənzilin X6 adına qeydiyyata alınması barədə cavabdehin məhkəmə baxışı iclasında verdiyi izahat hüquqi sənədlərlə öz təsdiqini tapmamışdır. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən hallar, yəni mübahisləndirdiyi əmlaka hüquqların kimə aid olması məsələsi aydınlaşdırılmamış, təsərrüfat başına kitablardan arxiv sənədləri əldə olunmamış və məhkəmə tərəfindən bununla bağlı müraciət edilmə mişdir. Hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, qanuni və əsaslı qərar qəbul edəcəkdir. Sonda iddiaçı Ordubad Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(080)-85/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunlu izahat verərək apelyasiya şikayətinin təmin olunmasını və Ordubad Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(080)-85/2022 nömrəli qətnaməsini ləğv edərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh apellyasiya şikayətini qəbul et məyərək apellyasiya şikayətinin təmin olunmamasını, Ordubad Rayon Məhkəməsinin 06 iyul 2022ci il tarixli 2(080)-85/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kolle giya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahibdən qaytarılması tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(080)-85/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Ordubad Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(080)-85/2022 nömrəli qətnaməsi tamamilə ləğv olunmalı və iddia ərizəsi baxılmamış saxl anılmalıdır. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının ç əkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələr i). Apellyasiya şikayətinin tədqiqi zamanı iddia ərizəsinin məzmunundan və iş materiallarından aydın olmuşdur ki, iş üzrə İddiaçı iddia ərizəsi ilə Ordubad rayon Məhkəməsinə müraciət edərkən mərhum babası X2 mülkiyyətində olan onlara miras qalmış ünvan 2 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında babası X2 çox hörmətli və zəngin biri olduğunu, cavabdeh X7 babasının onun babası Hacıbayramın evində nökər olduğunu, babasının cavabdehin babasına ailəsi ilə birlikdə yaşaması üçün həyətində bir daxma verdiyini, sonradan isə cavabdehin babasının həmin evi öz adına keçirdiyini, bunu təsdiq edən hüquqi sənəd kimi 1895-ci ildə yazılmış “Qəbalə”də bu halların təsdiq olunduğunu, iddia etdiyi yaşayış evinin və torpaq sahəsinin mərhum babası X3 məxsus olduğunu göstərmiş və sonda məhz bu göstərilən əsasların nəzərə alınaraq mərhum babası X2 mülkiyyətində olan onlara miras qalmış ünvan 2 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin halları hərtərəfli və tam araşdırılmamış, qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bununla bağlı kollegiya öz müvqeyini aşağıdakı kimi əsaslandırır: Belə ki, məhkəmə müdafiəsi hüququ məhkəmə icraatının bütün növləri, o cümlədən də mülki məhkəmə icraatı çərçivəsind ə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin məzmunundan görünür ki, hüquq və azadlıqların, habelə qanuni maraqların müdafiəsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu qayda mülki prosessual qanunvericiliklə müəyyən edilən mülki məhkəmə icraatının qaydalarıdır. Qanunvericilik belə qaydaları müəyyən etməklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmini göstərir. Bunlar elə qaydalardır ki, məhkəmə müdafiəsi hüququnun onlardan kənarda realizə edilməsi mümkün deyildir və bu hüququn subyekti öz hüquq və azadlığının, eləcə də qanuni mənafelərinin həmin üsulla müdafiəsi istiqamətində fəaliyyət zamanı mütləq bu qaydaların tələblərinə əməl etməlidir. Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün pretenziya qaydasına riayət olunması iki halda məcburidir: 1) müəyyən kateqoriya işlər üçün qanunla nəzərdə tutulduqda; 2) tərəflər arasındakı müqavilə ilə nəzərdə tutulduqda. Hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarında müxtəlif kateqoriyadan olan mübahisələr üçün onların qabaqcadan məhkəmədənkənar həlli qaydasına (pretenziya qaydasına) əməl olunmaqla nizama salınması nəzərdə tutulur. Hazırki işdən də göründüyü kimi İddiaçı iddia tələbində ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış evinin və torpaq sahəsinin mərhum babası X 5 mülkiyyətində olduğunu iddia etsə də, həmin əmlaka dair mülkiyyət hüquqlarının babasının adına qeydiyyata alınmasına dair sənədi təqdim etməmiş, verilən sualları cavablandırarkən isə hüquqların qeydiyyata alınması üçün aidiyyəti orqana rəsmi qaydada müraciət etmədiyini bildirmişdir. Halbuki kollegiya qeyd edir ki, həmin kateqoriya işlər üzrə qanunvericilik məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həlli qaydasına (pretenziya qaydasına) əməl olunmasını nəzərdə tutmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən mübahisənin qabaqcadan məhkəmədənkənar həlli qaydasında (pretenziya qaydasına) nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunması hə min kateqoriyadan olan mübahisələr üçün qanunda nəzərdə tutulduğu hallarda məcburidir. Bu qaydaya riayət edilmədikdə iddia ərizəsi həmin Məcəllənin 152.1.6-cı maddəsinin tələbinə uyğun olaraq geri qaytarılır. Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddəsinin tələbinin pozulması faktı iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra aşkar edildikdə isə bu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0-259.0.1-ci maddələrinin tələbinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Belə ki, həmin maddənin tələbinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədənkənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş q aydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Lakin apellyasiya şikayəti ilə bağlı iş materialları tədqiq olunarkən müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş icraata qəbul olunarkən və məhkəmə baxışı zamanı yuxarıda sadalanan xüsusatlar nəzərə alınmamış, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla iddia ərizəsi icraata qəbul olunmuş və sonrakı mərhələdə isə işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul olunmuşdur. Halbuki yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından birinci instansiya məhkəməsi iddia ərizəsi məhkəməyə daxil olan zaman onun mümkünlüyü ilə bağlı məsələləri araşdırmalı, əgər iddia ərizəsi bu Məcəllənin tələblərinə əməl edilməklə verilmişdirsə onu icraata qəbul etməli (MPM 151.1), Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddəsinin tələbinin pozulması faktı iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra aşkar edildikdə isə həmin Məcəllənin 259.0259.0.1-ci maddələrinin tələbinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul etməli idi. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarının (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 14 nömrəli qərarı ilə) 1.1-ci bəndində qeyd olunur ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur.” Qərarın 1.2-ci bəndində qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üz rə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır.” Qərarın 2-ci bəndində qeyd olunur ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” Qərarın 4.1-ci bəndində qeyd olunur ki, “Qeyd etmək lazımdır ki, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur.” Beləliklə kollegiya işin apellyasiya qaydasında baxılması zamanı tədqiq olunmuş hallarına əsaslanmaqla belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahibdən qaytarılması tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(080)-85/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ordubad Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(080)-85/2022 nömrəli qətnaməsi tamamilə ləğv olunmalı, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kollegiya qeyd edir ki, Ordubad Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(080)-85/2022 nömrəli qətnaməsi ləğv olunaraq ərizə baxılmamış saxlanıldığından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması g östərilməlidir. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bunu nəzərə alan kollegiya hesab edir ki, ərizə baxılmamış saxlanıldığından İddiaçı tərəfindən “Kapital Bank”-ın Ordubad filialına xx.xx.2022-ci il tarixdə 1453 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5, 400, 402.2-ci maddələrini rəhbər tutaraq kollegiya qərarverdi: İddiaçı Cavabdeh qarşı ə mlakın qanunsuz sahibdən qaytarılması tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(080)-85/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 2(080)-85/2022 nömrəli qətnaməsi tamamilə ləğv olunsun. İddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmək hüququ izah olunsun. İddiaçı izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçı tərəfindən “Kapital Bank” -ın Ordubad filialına xx.xx.2022-ci il tarixdə 1453 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Bu qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar