Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-13/2025 07.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)-1052/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Ca vabdeh2, Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə), Cavabdeh4 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə), Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə) iddiaçının xeyrinə kredit kart borcu banka ödənilməmiş borcu –1596.25 (bir min beş yüz doxsan altı manat iyirmi beş qəpik) manat əsas, 113.07 (bir yüz on üç manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1709.32 (bir min yeddi yüz doqquz manat otuz iki qəpik) manat, nağd kredit borcu üzrə banka ödənilməmiş 2213.77 (iki min iki yüz on üç manat yetmiş yeddi qəpik) manat əsas, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat faiz, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2243.53 (iki min iki yüz qırx üç manat əlli üç qəpik) manat olmaqla, ümumilikdə 3952.85 (üç min doqquz yüz əlli iki manat sə ksən beş qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 59.53 (əlli doqquz manat əlli üç qəpik) manat dövlət rüsumunun, habelə 0.80 (səksən qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)-1052/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 1596.25 (bir min beş yüz doxsan altı manat iyirmi beş qəpik) manat əsas borc, 113.07 (bir yüz on üç manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1709.32 (bir min yeddi yüz doqquz manat otuz iki qəpik) manat, xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən isə 2213.77 (iki min iki yüz on üç manat yetmi ş yeddi qəpik) manat əsas borc, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat faiz borcu, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2243.53 (iki min iki yüz qırx üç manat əlli üç qəpik) manat əsas borc olmaqla ümumilikdə iki müqavilə üzrə cəmi 3952.85 (üç min doqquz yüz əlli iki manat səksən beş qəpik) manat borcdan mirasın vərəsələr tərəfindən qəbul edilmiş 1/4 hissəsinə müvafiq olaraq Cavabdeh1 100.13 (bir yüz manat on üç qəpik) manat, Cavabdeh2 100.13 (bir yüz manat on üç qəpik) manat, Cavabdeh3 100.13 (bir yüz manat on üç qəpik) manat və Cavabdeh4 100.13 (bir yüz manat on üç qəpik) manat pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən idd ia qaldırılan zaman ödənilmiş 59.53 (əlli doqquz manat əlli üç qəpik) manat dövlət rüsumunun 6.03 (altı manat üç qəpik) manat hissəsi və 0.80 (səksən qəpik) manat bank xidmət haqqının 0.20 (iyirmi qəpik) manat hissəsinin cavabdehlər Cavabdeh1 və cavabdeh və eyni zamanda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(078)-1052/2024 nömrəli qətnaməsinin ləğv edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 (qanuni nümayənd əsi Cavabdeh2 vasitəsilə), Cavabdeh4 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə), Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit kart borcu üzrə Banka ödənilməmiş borcu–1596.25 (bir min beş yüz doxsan altı manat iyirmi beş qəpik) manat əsas borc, 113.07 (bir yüz on üç manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1709.32 (bir min yeddi yüz doqquz manat otuz iki qəpik) manat, nağd kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2213.77 (iki min iki yüz on üç manat yetmiş yeddi qəpik) manat əsas borc, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat faiz borcu, 14.88 (on dörd manat səksən səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi 2243.53 (iki min iki yüz qırx üç manat əlli üç qəpik) manat olmaqla, ümumilikdə 3952.85 (üç min doqquz yüz əlli iki manat sək sən beş qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 59.53 (əlli doqquz manat əlli üç qəpik) manat dövlət rüsumunun, habelə 0.80 (səksən qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 1600 (bir min altı yüz) manat məbləğində kredit kartı verilmişdir. Bundan əlavə "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, i llik 22 faiz dərəcəsi ilə hesablanmaqla 5400 (beş min dörd yüz) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən borcalan müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu Cavabdeh5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum Cavabdeh5 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ¼ hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən, Cavabdeh5 kredit kart borcu üzrə Banka ödənilməmiş borcu – 1596.25 (bir min beş yüz doxsan altı mana t iyirmi beş qəpik) manat əsas borc, 113.07 (bir yüz on üç manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1709.32 (bir min yeddi yüz doqquz manat otuz iki qəpik) manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, Cavabdeh5 nağd kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2213.77 (iki min iki yüz on üç manat yetmiş yeddi qəpik) manat əsas borc, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat faiz borcu, 14.88 (on dörd manat səksən səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi 2243.53 (iki min iki yüz qırx üç manat əlli üç qəpik) manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Cavabdeh5 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 3952.85 (üç min doqquz yüz əlli iki manat səksən beş qəpik) manat olduğundan, tərəflərindən 59.53 (əlli doqquz manat əlli üç qəpik) manat dövlət rüsumu və 0.80 (səksən qəpik) manat bank xidməti haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən pulun tutulması barədə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2( 078)-1052/2024 nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir. Hesab edirlər ki, qətnamə ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Belə ki, Cavabdeh5 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məq amadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsələr Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmla k hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 miras əmlakını yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmişdir. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehlərdən tam tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin, məhkəmə qeyd edilən halları, nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir. Apellyator sonda, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(078)1052/2024 nömrəli qətnaməsinin ləğv edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə), Cavabdeh4 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə), Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit kart borcu üzrə Banka ödənilməmiş borcu –1596.25 (bir min beş yüz doxsan altı manat iyirmi beş qəpik) manat əsas borc, 113.07 (bir yüz on üç manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1709.32 (bir min yeddi yüz doqquz manat otuz iki qəpik) manat, nağd kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2213.77 (iki min iki yüz on üç manat yetmiş yeddi qəpik) manat əsas borc, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat faiz borcu, 14.88 (on dörd manat səksən səkkiz qəpik) cərimə borcu olmaqla, cəmi 2243.53 (iki min iki yüz qırx üç manat əlli üç qəpik) manat olmaqla, ümumilikdə 3952.85 (üç min doqquz yüz əlli iki manat səksən beş qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 59.53 (əlli doqquz manat əlli üç qəpik) manat dövlət rüsu munun, habelə 0.80 (səksən qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558, 1153, 1306, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasın ın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 kollegiyanın ünvanına ərizə ilə müraciət edərək mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, cavabdeh tərəf isə məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edil miş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci və 372.6-cı maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldi kdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Bu Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəlləni n 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutul muş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən (iş materialı səh. 32) "xxxx" ASC ilə Cavabdeh5 arasında tam kart çərçivə müqaviləsinin bağlanmış olması, Bank tərəf indən borcalana 36 ay müddətinə 1600 (bir min altı yüz) manat məbləğində illik 24% dərəcəsi ilə kredit xəttinin açılması barədə razılıq əldə olunması aydın olur. İddia ərizəsinə əlavə olunmuş kredit müqaviləsindən (iş materialı səh. 33-39) məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardan ibarət olmuşdur: - Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Bank Müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, Müştərinin adına bank hesablarını açmağı, Müştəriyə Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15 000 (on beş min) manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 %-dək ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə Tam kart, eləcə də Hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış Kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. - Müqavilənin 6.2-ci bəndinə əsasən bu Müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq Borc alana təqdim edilmiş Kredit xətti üzrə güzəşt müddəti təyin edilir. Güzəşt müddəti dedikdə Borc alan tərəfindən təqvim ayı ərzində Kredit xətti üzrə istifadə etdiyi Kredit məbləği (Taksit əməliyyatları istisna olmaqla) İstifadə tarixindən (daxil olmaqla) asılı olaraq 30 (otuz) təqvim günündən 60 (altmış) təqvim gününədək müəyyən edilir və hamin müddət ər zində tam qaytarıldığı halda, faizlərin hesablanmadığı və Borc alan tərəfindən ödənilmədiyi dövr başa düşülür; - Müqavilənin 11.5, 11.5.1 və 11.5.2-ci bəndlərinə əsasən bank tərəfindən müqavilə müştəri hesablar üzrə azı 1 (bir) il ərzində əməliyyat aparmadığı təqdirdə və müştərini 30 (otuz) təqvim günü əvvəlcədən xəbərdar etməklə Bank tərəfindən müəyyən edilən bankdaxili nəzarət qaydalarına müvafiq olaraq hallarda birtərəfli qaydada ləğv edə bilər. İddia ərizəsinə əlavə olunan xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli tərəflərin imzaladığı müqavilədən (iş materialı səh. 44) "xxxx" ASC ilə Cavabdeh5 arasında kredit müqaviləsinin bağlanmış olması, Bank tərəfindən borcalana 48 ay müddətinə 5400 (beş min dörd yüz) manat məbləğində, kreditdən istifadəyə görə illik 22% faiz dərəcəsi ilə kredit verilməsi barədə razılıq əldə olunması aydın olur. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli məxaric orderindən (iş materialı səh. 23) 5346 (beş min üç yüz qırx altı) manat pulun Cavabdeh5 verilməsi və şəxsin öz imzası ilə sözügedən halı təsdiq etməsi aydın olur. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən (iş materialı səh. 42-43) Cavabdeh5 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2024-cü ilədək hər ay 170.20 (yüz yetmiş manat, iyirmi qəpik) manat, sonuncu ay isə yəni xx.xx.2024-cü il tarixdə 165.09 (yüz altmış beş manat, doqquz qəpik) manat ödəməli olması aydın olur. xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli tam kart çərçivə müqaviləsi üzrə 19 fevral 2022-ci il tarixinə olan maliyyə arayışında (səh. 22) Cav abdeh5 iddiaçı təşkilata əsas borc üzrə 1596.25 (bir min beş yüz doxsan altı manat iyirmi beş qəpik) manat, faiz borcu üzrə 113.07 (bir yüz on üç manat yeddi qəpik) manat, cəmi 1709.32 (bir min yeddi yüz doqquz manat otuz iki qəpik) manat məbləğində borcunun qaldığı qeyd olunur. xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan maliyyə arayışında (səh. 20-21) Cavabdeh5 kredit müqaviləsi üzrə 2213.77 (iki min iki yüz on üç manat yetmiş yeddi qəpik) manat əsas, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat faiz borcu, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla cəmi 2243.53 (iki min iki yüz qırx üç manat əlli üç qəpik) manat borcunun olduğu qeyd olunur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfi ndən verilmiş 24 may 2023-cü il tarixli, AZ-İ seriyalı, 943916 nömrəli ölüm haqqında şəhadətnamədən (iş materialı səh. 41) Cavabdeh5 Naxçıvan şəhərində hipertenziya səbəbi ilə 09 may 2023-cü il tarixdə vəfat etdiyi və bu barədə ölüm akt qeydləri kitabında 153 nömrə ilə qeyd edilməsi aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən (iş materialı səh. 17) xx.xx.2023-cü il tarixdə vəfat etmiş Cavabdeh5 vərəsələrinin Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Cavabdeh2, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Cavabdeh1, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Cavabdeh3, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Cav abdeh4 olduğu və onların hər birinin miras əmlakdan 1/4 irs almalı olduğu, şəhadətnamə verilən miras əmlakın isə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 571 nömrəli məktubuna əsasən ******************** hesab nömrəli kartında 400.50 (dörd yüz manat əlli qəpik) manat vəsaitdən ibarət olduğu müəyyən edilir. Beləliklə, mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 1600 (bir min altı yüz) manat məbləğində kredit kartı verilmiş, bundan əlavə "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********78 nö mrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 5400 (beş min dörd yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli məxaric orderinə əsasən 5346 (beş min üç yüz qırx altı) manat pulun Cavabdeh5 verilməsi və şəxsin öz imzası ilə sözügedən halı təsdiq etməsi aydın olur. Borclu Cavabdeh5 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, mərhum Cavabdeh5 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2023-cü il tarixdə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 ¼ hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə), Cavabdeh4 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə), Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə) iddiaçı "xxxx" ASCnin xeyrinə kredit kart borcu Banka ödənilməmiş borcu –1596.25 (bir min beş yüz doxsan altı manat iyirmi beş qəpik) manat əsas, 113.07 (bir yüz on üç manat yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 1709.32 (min yeddi yüz doqquz manat otuz iki qəpik) manat, nağd kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2213.77 (iki min iki yüz on üç manat yetmiş yeddi qəpik) manat əsas, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat faiz, 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2243.53 (iki min iki yüz qırx üç manat əlli üç qəpik) manat olmaqla, üm umilikdə 3952.85 (üç min doqquz yüz əlli iki manat səksən beş qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 59.53 (əlli doqquz manat əlli üç qəpik) manat dövlət rüsumunun, habelə 0.80 (səksən qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, e2(078)-1052/2024 nömrəli qətnaməsi yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. Mülki işin mübahisəli halları isə iddiaçının nümayəndəsinin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi “...Cavabdeh5 vərəsələri kimi Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müəyyən edildiyinə, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum o lmasının qarşısının alınmasına xidmət edən institutlardan birinin vərəsəlik institutu olduğuna, vərəsəlik hüququnun ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusu olduğuna, Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusunun daxil olduğuna, yəni mirası qəbul etmiş vərəsələrin universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olduqlarına, qanunvericiliyin tələblərinə əsasən vərəsələrin miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı payla rına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıdıqlarına, Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsələr Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verildiyinə, cavabdehlərin miras əmlakı, yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) də tam həcmdə qəbul etdiklərinə, nəticədə iddia ərizəsində göstərilən borc tələbinin cavabdehlərdən tam tutularaq iddiaçının xeyrinə ödənilməli olduğuna, lakin, məhkəmənin qeyd edilən halları nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etdiyinə” dair göstərdiyi dəlilləridir ki, kollegiya apellyatorun şikayətində göstərdiyi bu dəlillərlə razılaşm ayaraq iş üzrə müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizə xarakteri daşımaqla şikayətin təmin olunması üçün əsas təşkil edə bilməz. Belə ki, yuxarıda da qeyd olunduğu kimi "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 1600 (bir min altı yüz) manat məbləğində kredit kartı verilmiş, bundan əlavə "xxxx" ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 5400 (beş min dörd yü z) manat məbləğində kredit verilmiş, borcalan isə həmin kreditlərdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliklər tam yerinə yetirilməmiş və borclu Cavabdeh5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı olaraq kollegiya qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151- ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddinə gəldikdə isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlə rindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, icra edilməsi tələb edilən vəzifələr şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqavilələri üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilməmişdir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Lakin iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən (iş materialı səh. 17) xx.xx.2023-cü il tarixdə vəfat etmiş Cavabdeh5 vərəsələrinin Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Cavabdeh2, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Cavabdeh1, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Cavabdeh3, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan Cavabdeh4 olduğu və onların hər birinin miras əmlakdan 1/4 irs almalı olduğu, şəhadətnamə verilən miras əmlakın isə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 571 nömrəli məktubuna əsasən ******************** hesab nömrəli kartında 400.50 (dörd yüz manat əlli qəpik) manat vəsaitdən ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Qərardan da göründüyü kimi mirası qəbul etmiş vərəsələr yalnız onlara çatan miras payı həcmində miras qoyanın vərəsələri qarşısında məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əg ər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. HəminMəcəllənin 500.2-ci maddəsinə əsasən isə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Sözügedən halda isə borcluların birgə öhdəliyi qanundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinin tələbindən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər miras qoyanın kreditorları qarşısında qəbul etdikləri miras əmlak həddində birgə məsuliyyət daşımalıdır. Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həval ə edilmişdir. Belə ki, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Belə olan halda hazırki iş üzrə iddia ərizəsinə əlavə olunmuş miras açılması faktını, vərəsələrin dairəsini və miras kütləsini özündə əks etdirən vərəsəlik şəhadətnaməsi məhkəmə üçün iş üzrə miras kütləsinin həcmini və vərəsələrin mirası qəbulu faktını təsdiqləyən sənəddir. Məhkəmə araşdırması zamanı “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan da xx.xx.2023-cü il tarixdə vəfat etmiş Cavabdeh5 hər hansı digər miras əmlakın qalması müəyyən olunmamışdır. Belə olan halda cavabdehlərin borcalanın başqa miras aktivi olaraq qəbul etdiyi müəyyən edilmədiyindən, cavabdehlərin vəfat etmiş borclunun kredit müqaviləsi üzrə kreditoru qarşısında daşıdığı məsuliyyətinin həddi aldıqları mirasın həcmi ilə məhdudlaşır. İddiaçı tərəf isə apellyasiya şikayətində, iddia ərizəsində göstərilən borc tələbinin cavabdehlərdən tam tutularaq iddiaçının xeyrinə ödənilməli olmasını bildirs ə də, işin qeyd edilən halları və qətnamədə istinad edilən maddi hüquq normalarının tələbləri baxımından hazırki vəziyyətdə cavabdehlər də iddiaçı qarşısında qəbul edilməyən (əslində mövcud olmayan) mirasa görə ölmüş borclunun kreditoru qarşısında məsuliyyət daşımır. Bu səbəbdən kollegiya birinci instansiya məhkəməsinin mübahisənin hüquqi həlli ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Kollegiya birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilməsinə dair gəldiyi nəticə ilə bağlı isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsində göstərilmişdir ki, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Lakin birinci instansiya məhkəməsinin gəldiyi nəticədən görünür ki, iddia qismən təmin edilərkən hakim Mülki Prosessual Məcəllənin qeyd olunan bu tələbinə əməl etməmiş və cavabdehlərdən tutulacaq əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda göstərməmişdir. Eyni zamanda apellyasiya şikayətinə baxılarkən “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan o da məlum olmuşdur ki, cavabdehlərdən Cavabdeh3 və Cavabdeh4 xx.xx.2010-cu il tarixdə anadan olmaqla 18 yaşlarını tamam etməmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. -28.2-ci maddəs inə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. -28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. -30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. -30.2-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə: --30.2.1-ci maddəsinə əsasən öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin; --30.2.2-ci maddəsinə əsasən elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin. --30.2.4-cü maddəsinə əsasən xırda məişət əqdləri və bu Məcəllənin 29-2-ci maddəsində nəzərdə tutulan digər əqdlər bağlasın. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayanların kooperativ üzvü olmaq ixtiyarı da vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz ya şınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Beləliklə, yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərindən də göründüyü kimi, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların mülki hüquq fəaliyyət qabiliyyəti, qanunvericiliklə nəzərdə tutulmuş yuxarıda sadalanan hallar istisna olmaqla o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir və hazırki tələbə münasibətdə xx.xx.2010-cu il tarixdə anadan olmuş Cavabdeh3 və Cavabdeh4 18 yaşları tamam olmadıqlarından onların öz adlarından kreditor qarşısında müstəqil cavabdehlik daşımaq hüquqları yaranmamışdır. Lakin işin müəyyən olunmuş hallarından da görü ndüyü kimi, birinci instansiya məhkəməsi gəldiyi nəticədə istinad olunan normaların tələblərini nəzərə almamış və qət olunan məbləğin adıçəkilən cavabdehlərə də münasibətdə müstəqil qaydada tutulmasını müəyyən etmişdir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)1052/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024- cü il tarixli, e-2(078)-1052/2024 nömrəli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)-1052/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)-1052/2024 nömrəli qətnaməsi dəyişdirilsin. xx.xx.2020-ci il tarixli, BPM**********78 nömr əli tam kart çərçivə müqaviləsi üzrə 161.72 (bir yüz altmış bir manat yetmiş iki qəpik) manat əsas, 11.46 (on manat qırx altı qəpik) manat faiz, xx.xx.2020-ci il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsi üzrə 224.26 (iki yüz iyirmi dörd manat iyirmi altı qəpik) manat əsas, 1.53 (bir manat əlli üç qəpik) manat faiz və 1.53 (bir manat əlli üç qəpik ) manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 400.50 (dörd yüz manat əlli qəpik) manat məbləğində pul Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə), Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh2 vasitəsilə) müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə m
Məhkəmə qərarları › İş №2(108)-13/2025
Ali Məhkəmə Qətnamə — İş №2(108)-13/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver