Məhkəmə qərarları › İş №2(108)-136/2025

Ali Məhkəmə Qətnamə — İş №2(108)-136/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-136/2025 22.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə (Açar söz: kredit borcu, vərəsənin öhdəliyi, sübutetmə yükü) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(078)-275/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şik ayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları

1. Naxçıvan şəhər Nikah Evi tərəfindən 21 may 2024- cü il tarixdə verilmiş AZ-İİ 673403 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X12 29 aprel 2024-cü il tarixdə vəfat etmişdir.

2. BPM**********04 nömrəli, 24 noyabr 2023-cü il tarixli İstehlak Kredit Müqaviləsinin surətindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı ilə cavabdeh X12 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin müqaviləyə əsasən, X7 illik 22.9 faizlə 48 ay müddətinə 7700 (yeddi min yeddi yüz) manat məbləğində kredit verilmişdir.

3. X6 banka 7200.81 (yeddi min iki yüz manat səksən bir qəpik) manat əsas borc və X6 vəfat etdiyi tarixə qədər hesablanmış 22.88 (iyirmi iki manat səksən səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 7223.69 (yeddi min iki yüz iyirmi üç manat altmış doqquz qəpik) manat məbləğində kredit borcu vardır.

4. BPM**********04 nömrəli, 24 noyabr 2023-cü il tarixli İstehlak Kredit Müqaviləsinin surətindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı ilə cavabdeh X12 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Həmin müqaviləyə əsasən 3300 manat məbləğində kredit xətti açılmışdır.

5. X6 banka 3185.95 (üç min yüz səksən beş manat doxsan beş qəpik) manat əsas borc və 63.41 (altmış üç manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 3249.36 (üç min iki yüz qırx doqquz manat otuz altı qəpik) manat məbləğində kredit borcu vardır İİ. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə BPM**********04 nömrəli, xx.xx.2023- cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 7200.81 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 22.88 manat faiz borcu olmaqla, cəmi 7223.69 manat məbləğində, BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 3185.95 manat əsas borc, 63.41 manat faiz borcu olmaqla, cəmi 3249.36 manat məbləğində kredit borclarının, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 121.42 manat dövlət rüsumunun və ba nk xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı ilə X12 arasında bağlanmış BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən X7 illik 22.9 faizlə 48 ay müddətinə 7700 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, iddiaçı "xxxx" ASCnin Naxçıvan filialı ilə X12 arasında BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli tam kart müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 7-ci bəndinə əsasən borcalana 3300 manat məbləğində kredit xətti açılmış və o, qeyd edilən kredit xəttindən istifadə etmişdir. X12 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və ölüm faktı Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən qeydə alınaraq, xx.xx. 2024-cü il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqavilələri üzrə borc qaldığından tərəflərindən sorğu verilmiş və Naxçıvan Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisindən əldə edilən xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi Naxçıvan şəhəri, Ş.İ.Xətai küçəsi, ev 17 ünvanında qeydiyyatda olan Cavabdehdur və o, miras əmlakından tam hissədə pay almışdır. Maliyyə arayışlarından da göründüyü kimi, xx.xx.2024-cü il tarixə borcalanın banka BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 7200.81 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 22.88 manat faiz borcu olmaqla, cəmi 7223.69 manat məb ləğində kredit borcu, BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 3185.95 manat əsas borc, 63.41 manat faiz borcu olmaqla, cəmi 3249.36 manat məbləğində kredit borcu qaldığından, vərəsə olan cavabdehə öhdəliyin yerinə yetirilməsi haqqında tərəflərindən xx.xx.2024-cü il tarixdə bildirişlər (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilmiş, cavabdeh qeydiyyatda olduğu ünvanda bildirişi imza etməklə, şəxsən qəbul etmişdir. Həmçinin, Notariat Ofisindən əldə edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, cavabdeh Tağıyev X20 şəhəri, Ş.İ.Xətai küçəsi, ev 17 ünvanında qeydiyyatdadır. Beləliklə, borcalanın müqavilələr üzrə kredit borcu mirası qəbul etmiş vərəsə tərəfi ndən ödənilmədiyi üçün borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 10473.05 manat olduğundan, tərəflərindən 121.42 manat dövlət rüsumu və bank xidmət haqqı ödənilmişdir. İddiaçı təşkilat sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Naxçıvan Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(078)-275/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh 261.18 (iki yüz altmış bir manat on səkkiz qəpik) manat pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia tələbi qalmış hissədə rədd olunması, iddiaçı "xxxx" ASC tərəfindən 06 dekabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 121.42 (yüz iyirmi bir manat qırx iki qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının iddianın təmin edilmiş hissəsinə münasib olmaqla, ümumilikdə 121.82 (yüz iyirmi bir manat səksən iki qəpik) manat dövlət rüsumunun 3 (üç) manat hissəsinin Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İİİ. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:

9. Naxçıvan şəhər Nikah Evi tərəfindən 21 may 2024-cü il tarixdə verilmiş AZ-İİ 673403 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X12 29 aprel 2024-cü il tarixdə vəfat etmişdir.

10. BPM**********04 nömrəli, 24 noyabr 2023-cü il tarixli İstehlak Kredit Müqaviləsinin surətindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı ilə cavabde h X12 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Həmin müqaviləyə əsasən, X7 illik 22.9 faizlə 48 ay müddətinə 7700 (yeddi min yeddi yüz) manat məbləğində kredit verilmişdir.

11. İş materiallarına əlavə olunmuş maliyyə arayışının surətinə əsasən, X6 banka 7200.81 (yeddi min iki yüz manat səksən bir qəpik) manat əsas borc və X6 vəfat etdiyi tarixə qədər hesablanmış 22.88 (iyirmi iki manat səksən səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 7223.69 (yeddi min iki yüz iyirmi üç manat altmış doqquz qəpik) manat məbləğində kredit borcu vardır.

12. İş materiallarına əlavə olunmuş BPM**********04 nömrəli, 24 noyabr 2023-cü il tarixli İstehlak Kredit müqaviləsinə 1 nömrəli əlavə edilmişdir.

13. İş materiallarına əlavə olunmuş BPM**********04 nömrəli, 24 noyabr 2023-cü il tarixli İstehlak Kredit Müqaviləsinin surətindən aydın olur ki, həqiqətən iddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı ilə cavabdeh X12 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Həmin müqaviləyə əsasən, 3300 manat məbləğində kredit xətti açılmışdır.

14. İş materiallarına əlavə olunmuş maliyyə arayışının surətinə əsasən, X6 banka 3185.95 (üç min yüz səksən beş manat doxsan beş qəpik) manat əsas borc və 63.41 (altmış üç manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 3249.36 (üç min iki yüz qırx doqquz manat otuz altı qəpik) manat məbləğində kredit borcu vardır.

15. İş materiallarına əlavə olunmuş “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətinə əsasən, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi Naxçıvan şəhəri, Ş.İ.Xətai küçəsi, ev 17 ünvanında qeydiyyatda olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

16. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin 118 nömrəli, 12 may 2025-ci il tarixli məktubuna əsasən, mərhum X12 ilə bağlı Naxçıvan şəhər 3 saylı Notariat Ofisində vərəsəlik işi açılmamışdır.

17. İş materiallarına əlavə olunmuş 09 oktyabr 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinə əsasən, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi Naxçıvan şəhəri, Ş.İ.Xətai küçəsi, ev 17 ünvanında qeydiyyatda olan Cavabdehdur və o, miras əmlakından tam hissədə pay almışdır. xx.xx.2024-cü il tarixdə vəfat etmi ş X3 haqq-hesab məbləği 522.35 (beş yüz iyirmi iki manat otuz beş qəpik) manat, dəfn üçün müavinətin məbləğ 1760.73 (bir min yüz altmış manat yetmiş üç qəpik) manat, cəmi məbləğ 2283.08 (iki min iki yüz səksən manat səkkiz qəpik) manat pul vəsaitindən ibarətdir.

18. İş materiallarına əlavə olunmuş 27 may 2024-cü il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, X17 və X18 xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 irs qalmış mirasın onlara çatası hissəsindən imtina etdiklərini bildirmişlər.

19. İş materiallarına əlavə olunmuş 23 may 2024-cü il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, Nümayəndə3, X9 və X13 xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 onlara çatan miras paylarını qəbul etmədiklərini, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqlarını bildirmişlər.

20. İş materiallarına əlavə olunmuş 27 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən, cinayət işinin başlanması rədd edilmiş, mərhumə X7 məxsus “Samsung Galaxy A51” markalı mobil telefon mərhumənin əri Cavabdeh qaytarılmışdır.

21. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh ilə X14 arasında 22 noyabr 1991-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Tağıyeva” soyadı verilmişdir.

22. İş materiallarına əlavə olunmuş Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən 13 may 2024-cü il tarixdə verilmiş 4375 inventar nömrəli fərdi yaşayış evinin pasportunun surətinə əsasən, Naxçıvan şəhəri, Ş.İ.Xətai küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır.

23. Cavabdeh banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 28 noyabr 2024-cü il tarixdə bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqavilələrinin şərtləri yerinə yetirilməmişdir. İV. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

24. Məhkəmə belə nəticəyə gəlmişdir ki, ailə qanunvericiliyi ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək fəaliyyəti nəticəsində əldə etdikləri gəlirləri də daxil edir. Buna görə də X3 haqq-hesab məbləği olan 522.35 (beş yüz iyirmi iki manat otuz beş qəpik) pulu n yarısı 261.18 (iki yüz altmış bir manat on səkkiz qəpik) manat Cavabdeh mülkiyyəti hesab edilməklə qalan 261.18 (iki yüz altmış bir manat on səkkiz qəpik) manat miras kütləsinə daxil edilməlidir və həmin miras əmlakı cavabdeh qəbul etdiyindən ona münasibətdə də borcu ödəmək məsuliyyəti yaranmış hesab edilməli və bank qarşısında cavabdehliyi həmin hissədə müəyyən edilməlidir.

25. Bununla yanaşı məhkəmə Cavabdeh miras qoyanın borclarının miras kütləsindən çox olduğunu sübut etməsi nəticəsinə gəlmiş və qeyd etmişdir ki, bunun üçün mötəbər sübut cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardır.

26. Həmin qərarla müəyyən edilmişdir ki, 21 mart 1972-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq anası, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsən ət Məktəbində və Şərur rayon X34 Musiqi Məktəbində xor müəlliməsi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış X12 əvvəllər də iki dəfə müxtəlif şəxslərə borclanmış, ailə üzvlərinin dəstəyi ilə həmin borclar ödəndikdən sonra o, aldığı geyimə, qızıl-zinət əşyalarına və ev əşyalarına görə Azərbaycan Beynəlxalq Bankına 10.440 (on min dörd yüz qırx) manat, Naxçıvan Şəhərində Lombard fəaliyyəti ilə məşğul olan X15 400 (dörd yüz) manat və X10 3940 (üç min doqquz yüz qırx) manat, “Güvənli" kredit təşkilatının Naxçıvan şəhərində yerləşən Zəfər filialına 340.96 (üç yüz qırx manat 96 qəpik) manat, geyim satışı ilə məşğul olan Cahan İsgəndərovaya 7000 (yeddi min) manat, Təhminə Tağıyevaya 2075 (iki min yetmiş beş) manat və Sünbül Abbasovaya 3050 (üç min əlli ) manat, qızıl satış ı ilə məşğul olan Aişən Hacıyevaya 2325 (iki min üç yüz iyirmi beş) manat və Sahibə İsmayılxanlıya 1110 (bir min yüz on) manat, xırdavat satışı ilə məşğul olan Əsgər Zamanova 121 (bir yüz iyirmi bir) manat olmaqla ümumilikdə yaranmış 30801.96 manat (otuz min səkkiz yüz bir manat 96 qəpik) borcu barədə ailə üzvlərinə məlumat verməkdən çəkinmiş, 21 aprel 2024-cü il tarixdə əri Kamal Tağtyev arvadı X8 pu! istədiyini öyrəndiyindən yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı sitlə ilə sifət nafiyyəsindən vurmuş mərhumə üzü üstə stulun üstünə yıxılmış və bundan sonra Cavabdeh küsərək evdən çıxmış və 29 aprel 2024- cü İl tarixədək öz anası Həlimə Tağıyevagildə yaşamış, həmin müddət ərzində Samirə Tağtyeva dəfələrlə oğullarına və gəlininə Cavabdehlə danışmalarını, ondan qayıdıb öz evinə g əlməsini istəmələrini bildirmiş, lakin Cavabdeh baş verənləri qəbul edə bilmədiyindən evə qayıtmamış, mərhumədə kəskin daxili narahatçılıq, kefsizlik, özünə qapanmaq, fikirlilik, ümidsizlik, yaşamaq istəməmək kimi bəzi psixogen-depressiv reaksiya əlamətlərin formalaşmağa başlamış və X19 reaksiya" xəstəliyi fonunda, anlaqlı vəziyyətdə, müxtəlif şəxslərə və banka borcunun olması, borclarını qaytara bilməməsi, ailəsinin bu borclardan xəbərdar olması, borclar üçün yoldaşı və övladları ilə mübahisə etməsi, ərinin yaşadıqları evi tərk edərək getməsi və X12 əri Cavabdehın evə qayıtmasını istəsə də Kamal Tağsyevin evə qayıtmaması, baş verən hadisələrə görə ailədə S.Tağıyevaya olan inamın itməsi və ailəsinin yanında nüfuzdan düşdüyünü düşünməsi ilə bağlı fmstrasiya halında 24 aprel 2024-cü il tarix də sol qolunun bilək və dirsəyin iç nahiyyəsini kəsərək intihara cəhd etmiş, 29 aprel 2024-cü il tarixdə isə Naxçıvan şəhərində yerləşən Əcəmi seyrəngahında çoxlu sayda “Siofor” 1000 dərman həbləri qəbul etmiş, təcili tibbi yardım avtomobili ilə Naxçıvan Muxtar Respublikası xəstəxanasına aparılmış və gecə saatlarında xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir.

27. Məhkəmə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda araşdırılmış halları cavabdehin izahatı ilə əlaqəli şəkildə tədqiq edib hesab etmişdir ki, cavabdehin izahatı bu halda digər sübutla təsdiq edildiyindən sübut qismində qiymətləndirilməlidir. Cavabdehin izahatı ilə miras qoyandan qalan borcların bir il müddətində onun tərəfindən ödənilməsi, intiharla bağlı məsələ araşdırılarkən izahatı alınmış şəxslərin izaha tları ilə uyğunluq təşkil etməkdədir. Bu halda isə istər miras qoyandan qalan bir cüt qızıl sırğanın lombarddan dəyərini ödəyib cavabdehin götürməsi, istərsə də müvafiq prokurorluq orqanında intihar hadisəsi araşdırıldıqdan sonra mərhumdan qalan bir ədəd mobil telefonun cavabdehə qaytarılmasının qarşılığında, eləcə də 400 manat dəyərini ödəməklə miras qoyandan qalan bir cüt sırğa qızıl-zinət əşyaası qarşılığında, yəni miras aktivinin qarşılığında miras passivini yəni miras qoyanın borclarını ödəməsi (qərarla bir şəxsə 4000 manat borc ödəməsi və hələ də borcları az-az ödəməsi barədə izahatı) artıq həmin əmlaklara münasibətdə deyil, sadəcə vərəsəlik şəhadətnaməsi ilə miras olaraq göstərilən son haqq hesabın miras kütləsi hesablanan hissəsinə münasibətdə bank qarşısında cavabdehliyinin müəy yən edilməsini qanuni və əsaslı hesab edir. V. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

28. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit müqavilələri üzrə borc qaldığından tərəflərindən sorğu verilmiş və Naxçıvan regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisindən əldə edilən xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi Naxçıvan şəhəri, Ş.İ.Xətai küçəsi, ev 17 ünvanında qeydiyyatda olan Cavabdehdur və o miras əmlakından tam hissədə pay almışdır. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırki icraat zamanı isə birinci instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Sözügedən qərarda məhkəmə kollegiyası göstərmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normas ını pozmuş olmuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Cavabdeh Tağıyev X20 regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılmış, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi Naxçıvan şəhəri, Ş.İ.Xətai küçəsi, ev 17 ünvanında qeydiyyatda olan Cavabdehdur və o, miras əmlakından tam hissədə pay almışdır. Şəhadətnaməyə əsasən miras əmlak X3 haqq-hesabı və dəfn üçün müavinət məbləği vəsaitindən ibarətdir. Lakin notarius tərəfindən miras əmlakları siyahı ya almamışdır. Ona görə də vərəsəlik haqqında şəhadətnamədə qeyd edilən miras əmlakdan başqa cavabdeh başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdeh X12 tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə notariusu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edərək miras əmlakın tam araşdırılmasını təmin etməmişdir. Birinci instansiya məhkəməsi öz mülahizəsinə əsasən iddianı qismən təmin etmişdir. Qətnamə əsassızdır, belə ki, məhkəmə tərəfindən miras qoyanın borcunun mirasdan çox olması tam və ətraflı araşdırmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir. Belə ki, MM-nin 1307-ci maddəsinin tələbinə əsasən vərəsə tərəfindən miras qoyanın borclarının mirasdan çox olduğunu vərə sə sübut edilməli olduğundan və bununla bağlı məhkəməyə yetərli sübut təqdim edilmədiyindən iddia tam təmin edilməlidir. Apellyator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558, 1153, 1306, 1307-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 57.1, 77.1, 88, 106.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-900/2024 saylı, xx.xx.2024 tarixli hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına (üç ulduzlu qərar), Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən Cavabdeh şikayəti qəbul etmədiyini və Naxçıvan Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(078)275/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

31. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışı iclaslarında iştirak etməmiş, lakin 05 sentyabr və 19 sentyabr 2025-ci il tarixlərdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasit əsilə iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə1 kollegiyaya ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməsi barədə yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Vİ. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Maddə

442. Öh dəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

39. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoya nın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

40. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.

41. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

42. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

43. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

44. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. b) Azərbaycan Respublikası Ailə Məcəlləsi

45. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

46. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. c) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələr inin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2023-cü il tarixli qərarı

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. d) “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2019-cu il 18 mart tarixli qərarı

48. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. e) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifəl ərini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

53. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Vİİ. Apellyasiya baxışının hədləri

55. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3 72-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. B u hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Vİ. Məhkəmə kollegiyasının mövqeyi

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiym ət verərək, apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

59. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi).

60. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir.

61. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hü ququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər.

62. Kollegiya ilk olaraq qeyd edir ki, iş materiallarının tədqiqi zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı ilə X12 arasında bağlanmış BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən X7 illik 22.9 faizlə 48 ay müddətinə 7700 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, iddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı ilə X12 arasında BPM**********0 4 nömrəli, xx.xx.2023-cü il tarixli tam kart müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 7-ci bəndinə əsasən borcalana 3300 manat məbləğində kredit xətti açılmış və o, qeyd edilən kredit xəttindən istifadə etmişdir. Müvafiq maliyyə arayışlarına əsasən xx.xx.2024-cü il tarixə borcalanın banka BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 7200.81 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 22.88 manat faiz borcu olmaqla, cəmi 7223.69 manat məbləğində kredit borcu, BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 3185.95 manat əsas borc, 63.41 manat faiz borcu olmaqla, cəmi 3249.36 manat məbləğində kredit borcu qalmışdır. İddiaçı təşkilat tərəfindən so rğu verilərək vəfat etmiş şəxs X6 vərəsəsi Naxçıvan şəhəri, Ş.İ.Xətai küçəsi, ev 17 ünvanında qeydiyyatda olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi müəyyən edilmiş, borcun könüllü ödənilməsi barədə ona bildiriş göndərilmiş, lakin borcun ödənilməsi təmin edilmədiyindən məhkəmədə iddia qaldırılması zərurəti yaranmışdır. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə BPM**********04 nömrəli, xx.xx.2023- cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 7200.81 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 22.88 manat faiz borcu olmaqla, cəmi 7223.69 manat məbləğində, BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağ d kredit) üzrə 3185.95 manat əsas borc, 63.41 manat faiz borcu olmaqla, cəmi 3249.36 manat məbləğində kredit borclarının, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 121.42 manat dövlət rüsumunun və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(078)-275/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh 261.18 (iki yüz altmış bir manat on səkkiz qəpik) manat pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia tələbi qalmış hissədə rədd olunması, iddiaçı "xxxx" ASC tərəfindən 06 dekabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 121.42 (yüz iyirmi bir manat qırx iki qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının iddi anın təmin edilmiş hissəsinə münasib olmaqla, ümumilikdə 121.82 (yüz iyirmi bir manat səksən iki qəpik) manat dövlət rüsumunun 3 (üç) manat hissəsinin Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir.

63. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ailə qanunvericiliyi ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək fəaliyyəti nəticəsində əldə etdikləri gəlirləri də daxil edir. Buna görə də X3 haqq-hesab məbləği olan 522.35 (beş yüz iyirmi iki manat otuz beş qəpik) pulun yarısı 261.18 (iki yüz altmış bir manat on səkkiz qəpik) manat Cavabdeh mülkiyyəti hesab edilməklə qalan 261.18 (iki yüz altmış bir manat on səkkiz qəpik) manat miras kütləsinə daxil edilməlidir və həmin miras əmlakı cavabdeh qəbul etdiyindən ona münasibətdə də borcu ödəmək məsuliyyəti ya ranmış hesab edilməli və bank qarşısında cavabdehliyi həmin hissədə müəyyən edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətində qeyd etdiyi hallar Naxçıvan Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(078)-275/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

64. Belə ki, apellyasiya şikayətinə baxılması ilə bağlı tədqiq olunan iş materiallarından aydın olmuşdur ki, Cavabdeh ilə X14 arasında 22 noyabr 1991-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Tağıyeva” soyadı verilmişdir. Naxçıvan şəhər Nikah Evi tərəfindən 21 may 2024-cü il tarixdə verilmiş AZ-İİ 673403 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olmuşdur ki, X12 29 aprel 2024-cü il tarixdə vəfat etm işdir. X2 vərəsələri X17, X18, Nümayəndə3, X9 və X13 xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 onlara çatan miras paylarını qəbul etmədiklərini, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqlarını bildirmişlər. İş materiallarına əlavə olunmuş 09 oktyabr 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinə əsasən, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi Naxçıvan şəhəri, Ş.İ.Xətai küçəsi, ev 17 ünvanında qeydiyyatda olan Cavabdehdur və o, miras əmlakından tam hissədə pay almışdır.

65. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə X6 adına daşınmaz əmlakın olub-olmaması barədə məlumatların məhkəməyə göndərilməsinin təmin edilməsi xahiş olunmuş, eləcə də Azərbaycan Respublikasının Daxili İşl ər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinə X6 adına hər hansı nəqliyyat vasitəsinin olub-olmaması barədə məlumat verilməsi barədə məhkəmə tərəfindən sorğu verilmişdir. Verilmiş sorğulara uyğun müvafiq cavablarda X6 adına daşınmaz əmlakın və nəqliyyat vasitəsinin qeydə alınmadığı göstərilmiş, lakin Cavabdeh adına 23 may 2024-cü il tarixdə ünvan 2 ünvanında 1103 m2 torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 199,53 m2 olan fərdi yaşayış evinin qeydə alındığı göstərilmişdir.

66. Cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahatında və suallara cavabında hazırda yaşadığı və mülkiyyətində olan ünvan 3 ünvanı ünvan 4ənzilin əvvəldən onun adına olduğunu, belə ki, mənzili 2007-ci ildə alqı-satqı əsasında aldığını, lakin 1991-ci ildə atası tə rəfindən ona verilmiş mənzili sataraq həmin vəsait hesabına bu mənzili aldığını, bu səbəbdən həmin mənzilin birgə mülkiyyət hesab edilmədiyini, evin əvvəlki ünvanının dəyişdirilərək ünvan 607-ci ildə alınmış ev olduğunu, avtomobilinin ümumiyyətlə olmadığını, həyat yoldaşının isə adına heç bir əmlak olmadığını bildirmişdir.

67. Apellyasiya baxışı zamanı cavabdehin qeyd etdiyi bu halın aydınlaşdırılması ilə bağlı sübutları kollegiyaya təqdim etməsi təklif olunmuş, cavabdeh tərəfindən təqdim edilmiş Naxçıvan Şəhər Xalq Deputatları Məclisinin İcraiyyə Komitəsinin 05 dekabr 1991-ci il tarixli 594 nömrəli qərarından məlum olmuşdur ki, Naxçıvan şəhəri Çənlibel Məhəlləsi 27/33-də yaşayan sahəsi 29,5 m2 olan 2 otaqlı mənzildə 3 nəfər ailə tərkibi ilə yaşayan Nümayəndə3 Ələkbər oğlu və M.Ə.Rəsulzadə küçəsi bina 91/18 27,5 m2 2 otaqlı mənzildə 2 nəfər ailə tərkibi ilə yaşayan Cavabdeh ərizələri nəzərə alınaraq yaşayış sahələri dəyişdirilmişdir.

68. Cavabdehin təqdim etdiyi Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin 10 iyun 1992-ci il tarixli, 376 nömrəli qərarından arxiv çıxarışında qeyd olunmuşdur ki, Çənlibel 27/33 ünvanında yaşayan Cavabdeh ərizəsi nəzərə alınsın və yaşadığı mənzil onun şəxsi mülkiyyətinə pulsuz verilsin.

69. Cavabdehin təqdim etdiyi 25 iyul 2007-ci il tarixli, 259850 nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 7 ünvanında yerləşən mənzil Cavabdeh tərəfindən 21430 (iyirmi bir min dörd yüz otuz) manat qarşılığında X1. 09 oktyabr 2007-ci il tarixli, 259877 nömrəli alqı-satqı müqaviləsinə əsasən isə Naxçıvan şəhəri, Xətai küçəsi ev 21 ünvanında yerləşən mənzil X16 tərəfindən 22256 (iyirmi iki min iki yüz əlli altı) manat qarşılığında Cavabdeh satılmışdır.

70. Naçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 02 noyabr 2007-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Naxçıvan şəhəri Xətai küçəsində yerləşən 1103 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 46 kv.m yaşayış,14 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində 8 nömrəli reyestr kitabının 1399 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmışdır.

71. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri” Publik hüquqi şəxsi tərəfindən verilmiş 19 sentyabr 2025-ci il tarixli 87 nömrəli arayışda qeyd olunmuşdur ki, onun mülkiyyətində olan Naxçıvan şəhəri, X35 küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinin əvvəlki ünvanı Naxçıvan şəhəri, X36 küçəsi, ev 21 olmuşdur. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən 13 may 2024-cü il tarixdə verilmiş 4375 inventar nömrəli fərdi yaşayış evinin pasportunun surətindən, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri” Publik hüquqi şəxsi tərəfindən verilmiş 19 sentyabr 2025-ci il tarixli 87 nömrəli arayışdan və Cavabdeh izahatından məlum olur ki, ünvan 10 ünvanı dəyişdirilərək hazırda ünvan 11şdır.

72. Göründüyü kimi, Cavabdeh və X12 birgə nikahda olduqları müddətdə, yəni 2007ci ildə Naxçıvan şəhəri, Xətai küçəsində mülkiyyətdə olan 1103 kv.m torpaq sahəsi və üzərində yerləşən 46 kv.m yaşayış,14 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evini (hazırda Naxçıvan şəhəri, Ş.İ.Xətai küçəsi, ev 17) əldə etmişlər.

73. Birinci instansiya məhkəməsində işə baxılarkən Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən təqdim olunmuş məktubdan isə (iş səh.119) həmin torpaq sahəsində yerləşən yaşayış evinin hazırda 199.53 kv.m olduğu aydın olmuşdur.

74. Yuxarıda da qeyd olunduğu kimi, iş üzrə Cavabdeh 2007-ci ildə alqı-satqı əsasında əldə etdiyi ünvan 12 ü nvanında yerləşən fərdi yaşayış evini 1991-ci ildə atası tərəfindən ona verilmiş mənzili sataraq həmin vəsait hesabına əldə etdiyini bildirsə də, bu faktı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən kollegiyaya təqdim olunmuş yuxarıda adıçəkilən sənədlər isə cavabdehin adına olan daşınmaz əmlakın 1991-ci ildə atası tərəfindən ona verilmiş mənzilin satışından əldə olunan vəsait hesabına alındığını deməyə əsas vermir. Belə olan halda isə kollegiya hesab edir ki, Naxçıvan şəhəri, Xətai küçəsində mülkiyyətdə olan 1103 kv.m torpaq sahəsi və üzərində yerləşən 199.53 kv.m yaşayış sahəsindən ibarət 17 nömrəli fərdi yaşayış evinin (əvvəlki Naxçıvan şəhəri, Ş.İ.Xətai küçəsi, ev 21) X5 miras qalmış ½ hissədə payını Cavabdeh qəbul etmişdir. Çünki yuxarıda da qey d olunduğu kimi, X2 birinci dərəcə olan digər vərəsələri mirasdan pay hüquqlarından imtina ilə bağlı notariat orqanına ərizələr təqdim etmişlər və Cavabdeh miras əmlakdan tam pay hüququ əldə etmiş, buna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır (iş səh 98).

75. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Lakin mülki işin tədqiq olunmuş hallarından da gör ündüyü kimi, cavabdeh tərəfindən miras qoyanın borclarının mirasdan çox olması barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir.

76. Mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə qərarında (22 aprel 2024-cü il tarixli, 2(102)-900/2024 nömrəli) ifadə olunmuş hüquqi mövqeyə görə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

77. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

78. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız həmin Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutla rın bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar qətnamənin ləğv edilməsi üçün əsasdır.

79. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

80. Bu nunla belə, ilkin olaraq sübutetmə yükü tələb edənin (iddiaçının) üzərinə qoyulsa da, maddi hüquq normalarında işin hansı hallarının sübut edilməsi vəzifəsi konkret tərəfin üzərinə qoyula bilər. Qeyd edildiyi kimi, mirasın notarius tərəfindən siyahıya alındığı hal istisna olmaqla, vərəsə qəbul etdiyi mirasın miras qoyanın borclarından çox olmadığını sübut etmək yükünü daşıyır. Yəni hazırki mübahisə üzrə sübutetmə yükünü Mülki qanunvericilik cavabdehin (vərəsənin) üzərinə qoymuşdur.

81. Beləliklə, məhkəmə kollegiyası mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları ilə bağlı səhv nəticəyə gəlmiş, mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.

82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1 və 385.1.2-ci maddələrinin tələbinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

83. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməs inin 13 iyun 2025-ci il tarixli, 2(078)275/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(078)275/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia tələbi təmin edilməlidir.

84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

85. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq belə hesab edir ki, iddia tələbi təmin olunduğundan iddiaçı " xxxx" ASC tərəfindən X24 vasitəsilə 06 dekabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 121.42 (bir yüz iyirmi bir manat qırx iki qəpik) manat dövlət rüsumu və apellyasiya şikayəti verilərkən X24 vasitəsilə 14 iyul 2025-ci il tarixdə, ********** nömrəli nömrəli mədaxil qəbzi ilə ödənilmiş 60.71 (altmış manat yetmiş bir qəpik) manat olmaqla, ümumilikdə 182.13 (bir yüz səksən iki manat on üç qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə qaytarılmalıdır.

86. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.2, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(078)-275 /2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 7200.81 manat əsas borc və 22.88 manat faiz borcu olmaqla, cəmi 7223.69 manat məbləğində, BPM**********04 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 3185.95 manat əsas borc, 63.41 manat faiz borcu olmaqla, cəmi 3249.36 manat məbləğində ümumilikdə, 10473,05 (on min dörd yüz yetmiş üç manat beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddiaçı "xxxx" ASC tərəfindən X24 vasitəsilə 06 dekabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 121.42 (bir yüz iyirmi bir manat qırx iki qəpik) manat dövlət rüsumu və apellyasiya şikayəti verilərkən X24 vasitəsilə 14 iyul 2025-ci il tarixdə, ********** nömrəli nömrəli mədaxil qəbzi ilə ödənilmiş 60.71 (altmış manat yetmiş bir qəpik) manat olmaqla, ümumilikdə 182.13 (bir yüz səksən iki manat on üç qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar