Məhkəmə qərarları › İş №2(108)-140/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-140/2025

21.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-140/2025 21.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, X4, Cavabdeh11, Cavabdeh5, X11, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı ünvan 1 ünvanında yerləşən əmlak birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla ½ hissə iddiaçının mərhum babası X8, ½ hissə isə mərhum nənəsi X2 mülkiyyət hüququnun müəyyən olunması, iddiaçının mərhum babası X8 vəfatından sonra ondan qalan miras əmlakda mərhum nənəsi X5 və atası X13 tərəfindən qəbul faktının tanınmaqla paylarının müəyyən olunması, iddiaçının nənəsi X2 vəfatınd an sonra ondan qalan mirasın atası X13 tərəfindən sağlığında qəbul edilməsi faktının tanımaqla payının müəyyən olunması, iddiaçının mərhum atası X9 vəfatından sonra isə ondan qalan miras əmlakın iddiaçı tərəfindən qəbul edilməklə payının müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(079)-279/2025 nömrəli qətnaməsindən Cavabdeh11 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, X4, Cavabdeh11, Cavabdeh5, X11, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası X8 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın atası X13 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, miras əmlakda p ayının bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən əmlak birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla ½ hissə mərhum babası X8, ½ hissə isə mərhum nənəsi X2 mülkiyyət hüququnun müəyyən olunması, mərhum babası X8 vəfatından sonra ondan qalan miras əmlakda mərhum nənəsi X5 və atası X13 tərəfindən qəbul faktının tanınmaqla paylarının müəyyən olunması, nənəsi X2 vəfatından sonra ondan qalan mirasın atası X13 tərəfindən sağlığında qəbul edilməsi faktının tanımaqla payının müəyyən olunması, mərhum atası X9 vəfatından sonra isə ondan qalan miras əmlakın onun tərəfimdən qəbul edilməklə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, X4, Cavabdeh11, Cavabdeh5 və X11, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı miras əmlakda payın müəyyən edilməsinin qəbul edilməsi tələbinə dair mülki iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunmaqla, mülki işə “ünvan 1 ünvanında yerləşən əmlak birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla ½ hissə iddiaçının mərhum babası X8, ½ hissə isə mərhum nənəsi X2 mülkiyyət hüququnun müəyyən olunması, iddiaçının mərhum babası X8 vəfatından sonra ondan qalan miras əmlakda mərhum nənəsi X5 və atası X13 tərəfindən qəbul faktının tanınmaqla paylarının m üəyyən olunması, iddiaçının nənəsi X2 vəfatından sonra ondan qalan mirasın atası X13 tərəfindən sağlığında qəbul edilməsi faktının tanımaqla payının müəyyən olunması, iddiaçının mərhum atası X9 vəfatından sonra isə ondan qalan miras əmlakın iddiaçı tərəfindən qəbul edilməklə payının müəyyən olunması" tələbi çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(079)-279/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən əmlakın birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla ½ hissədə mərhum X8, ½ hissədə isə mərhum X2 mülkiyyət hüququnun müəyyən olunması, mərhum X6 miras qalan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsində mərhum X5, mərhum X13, cavabdehlər Cavabdeh11, Cavabdeh3 qızı və X3 hər birinin 1/10 hissə pay hüququnun müəyyən edilməsi, mərhum Allahverdiyeva (Bağırova) Sarabəyim Bağır qızından miras qalan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın 6/10 hissənin mərhum X1 qəbul edilməsi faktı müəyyən edilməklə həmin əmlakda tam hissədə pay hüququnun müəyyən edilməsi, mərhum X7 miras qalan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 7/10 hissəsinin İddiaçı, Cavabdeh5 və Cavabdeh7 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və hər birinin payı 7/30 hissədə pay hüququnun müəyyən edilməsi, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 dekabr 2024-cü il tarixdə 22465 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, X10, Cavabdeh11, Cavabdeh5, X14, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qay dada tutularaq İddiaçı qaytarılması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh11 apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(078)-279/2025 nömrəli qətnaməsinin ləğv olunması və miras əmlaklardan onun payının düzgün müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiy a şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəlləsinin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357 (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360 (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa dü şülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, hazırkı iş üzrə verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət edilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Əlavə ilə tələb olunmuşdur ki, şikayət cədvəl formasında tərtib edilməklə apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardı cıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli, şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid o lmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Göründüyü kimi, apellyasiya şikayəti Cavabdeh11 tərəfindən elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə göstərilən forma və məzmuna uyğun deyil, yəni, şikayəti tərtib olunarkən mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. Belə ki, Cavabdeh11 şikayətdə sadəcə maddi və prosessual hüquq normalarını sadalamış, maddi və prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqedə, yəni dəlillər hissəsində hansı halları qəbul etməyərək mübahisələndirdiyini göstərməmiş, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını qeyd etməmiş, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmiş, həmçinin məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərməmiş və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna dair izah verməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyət i olan hansı halların sübut edilməməsini göstərməmiş və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli olduğu halda bunları etməmiş, şikayət 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun cədvəl formasında tərtib edilməmiş, apellyasiya şikayətinin forma və məzmununa dair qanunvericiliyin yuxarıda göstərilən tələblərini pozaraq sadəcə həmin maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddia tələbinin ptedmeti bir neçə hissədən ibarətdir və birinci instansiya məhkəməsi tərəfindən tələblərə münasibətdə əsaslandırma aparılmaqla haz ırkı nəticəyə gəlinmişdir. Lakin apellyasiya şikayətinin tələb hissəsindən görünür ki, Cavabdeh11 apellyasiya şikayəti verərkən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-279/2025 nömrəli qətnaməsinin ləğv olunması və miras əmlaklardan onun payının düzgün müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qətnaməni tələbin hansı hissəsinə münasibətdə mübahisələndirdiyini göstərməmiş, qəbul ediləcək qərara münasibətdə kollegiyadan xahişin konkret olaraq nədən ibarət olmasını bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1 və 361.1.4-cü maddələrinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual qanunvericiliyin tə ləbinə əsasən apellyasiya şikayəti verən şəxs şikayətində özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan tələblərinə riayət edilmədiyindən, Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(079)-279/2025 nömrəli qətnaməsindən Cavabdeh11 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin cavabdehə geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan normanın tələbinə əməl etməmiş, apellyasiya şikayətini qaytarmadan baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402.2, 402.2.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(079)-279/2025 nömrəli qətnaməsindən Cavabdeh11 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şika yət cavabdehə geri qaytarılması üçün mülki işlə birlikdə Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar