Məhkəmə qərarları › İş №2(108)-143/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-143/2023

30.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-143/2023 30.10.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə Babək Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(079)-319/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinin (sədrlik edən hakim G.M.İsmayıl) 09 avqust 2023-cü il tarixli, 2(079)-319/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlakın birgə nikah dövründə əldə edilmiş hesab edilməsi və pul tələbinə dair iddiasının rədd olunması, İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddiaç ının özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı 10 may 2023-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə 25 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində aldığı mənzilin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməsi və mənzilin dəyərinin yarısı olan 15825 manat pulun, X2 ödədiyi 50 manat pulun və dövlət rüsumu olan 99 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(079)-319/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respub likası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(079)-319/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş İddiaçı apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş üzrə dindirilmiş şahidlərin məhkəməyə verdikləri yalan ifa dələr əsasında məhkəmə iddia tələbini əsassız olaraq təmin etməmişdir. Belə ki, mübahisləndirdiyi evin alqı-satqısında cavabdehlə iddiaçının bilavasitə iştirakı ilə müqavilə bağlanmışdır. Bunu şahid olaraq oranın satış müdiri Hümbətov Əbülfəz bir daha təsdiq edə bilər. Onun Bakı şəhərinə getməsi səbəbindən şahid olaraq üzrlü səbəbdən məhkəməyə təqdim edə bilməmişdir. Həmin şəxsin məhkəməyə şahid olaraq dəvət olunub dindirilməsini xahiş edir. Bundan başqa pensiya kartı cavabdehdə olmuş və yeddi il ərzində həmin pullar onlar tərəfindən çəkilmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayır. İddianın təmin edilməməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə, məhkəmə baxışı iclasında ifadələrini obyektiv qiymətləndirməyərək ziyanına qərar qəbul etmişdir. İş üçün əhəmiyyəti olan hallar məhkəmə baxışında sübut edilməmişdir. Nəticə etibarı ilə hesab edir və inanır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Göstərilənlərə əsasən Babək Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(079)-319/2023 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında 1982-ci ildə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından k eçməklə evləndiklərini, birgə nikahlarından üç övladlarının doğulduğunu, Cavabdeh ilə ailə münasibətləri pozulduğundan Babək rayon Qeydiyyat Şöbəsinin 19 oktyabr 2022-ci il tarixli qərarı əsasında aralarında olan nikahın pozulduğunu, cavabdehlə birgə yaşadıqları dövrdə, yəni 25 yanvar 2021-ci il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativindən kredit xətti ilə Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində mənzil əldə etdiklərini, həmin mənzili "xxxx" Mənzil Tikinti Kooperativindən kreditlə əldə etdiklərini, mənzili ümumilikdə 81000 manata aldıqlarını, ilkin ödəniş kimi 18000 manat ödədiklərini, qalan borcu isə 36 aya hər ay üçün ***-**** manat olmaqla ödədiklərini, evin sənədləşdirilməsini isə sabiq arvadı Cavabdeh adına həyata keçirdiklərini, mənzilin alqı-satqısı üçün müqavilə o nun iştirakı ilə cavabdehlə bağlansa da, ilkin ödəniş kimi ödənilmiş 18000 manat vəsaitin özü tərəfindən ödənildiyini, mənzilin alqısatqı müqaviləsinin cavabdehlə bağlandığını bildiyini, çünki həmin vaxt özünün də orada olduğunu, ancaq həmin müqavilə əsasında alınmış mənzilin sonradan cavabdehin ərizəsi ilə qızının adına keçirilməsindən məlumatı olmadığını, həmin vaxt ailə daxili mübahisəyə görə ayrı yaşadıqlarını, cavabdehin 25 fevral 2023-cü il tarixdə həmin mənzili aralarında olan ailə münasibətləri pozulduğundan ayrı yaşadıqları dövrdə onun xəbəri və razılığı olmadan qızı Şahid2 adına formal olaraq sənədləşdirdiyini, həqiqətən də qızının və kürəkəninin Naxçıvan şəhərində 3-cü mikrorayon deyilən ərazidə bina evləri olduğunu, onların evlərini satıb torpaq alaraq ev tikdiklərindən məlumat ının olduğunu, çünki həmin evin qazıntı işlərini özünün həyata keçirdiyini, ancaq "xxxx" Mənzil Tikinti Kooperativindən mənzilin alınması üçün ilkin ödəniş kimi verilmiş pulu qızının və kürəkəninin vermədiyini, özünün Naxçıvanda Gəmiqaya şirkətində, “Xaloğlu” brolerdə işləməklə qazanc əldə etdiyini, həmçinin təsərrüfatla məşğul olduğunu, sonradan isə işləməklə bərabər yaşa görə pensiya da almağa başladığını, pensiya kartının 7 il müddətində cavabdeh tərəfdə olduğunu, qazandığı pulları isə saxlaması üçün qızı Mehribana verdiyini, evin alınması üçün ilkin ödəniş kimi verdiyi 18000 manat pulu vaxtilə saxlaması üçün qızına verdiyi puldan ödədiyini, ev almaq üçün pulu Naxçıvandan Bakı şəhərinə qızı Mehribanın oğlu Mehmanın kartına göndərdiyini, ancaq həmin pulun özünün olduğunu, lakin onu sübut edə bilmədiyini, evin birgə nikah dövründə əldə edilmiş əmlak olması ilə bağlı iddia qaldırdığı zaman "xxxx" Mənzil Tikinti Kooperativinə müraciət etdiyini və orada birgə nikah dövründə mənzilin alınması üçün kooperativə 31650 manat pul ödəmələrinin müəyyən olunduğunu və həmin pulun yarısını təşkil edən 15825 manatı cavabdeh tərəfdən tələb etdiyini, evin alqı-satqısı zamanı müqavilə bağladıqlarını və ödəniş apardıqları vaxt ödənişin müqavilədə qeyd edildiyini, bununla bağlı onlara sənəd vermədiklərini, pulu cavabdehin adına ödədiklərini, ödənişin onun qazancı əsasında aparılmasına dair əlində sübutunun olmadığını, ancaq ödənişin onun tərəfindən aparıldığını, həmin vaxt MTK-ın satış müdiri olmuş Əbülfəz Hümbətovun da bunu təsdiq edə biləcəyini, cavabdehlə aralarında olan mübahisədən sonra özünün Nehrəm qəsəbəsində olan evdə, cavabdehin isə Bakı şəhərində yaşadığını, cavabdehin onun qaldığı Nehrəm qəsəbəsində olan evdən pay istədiyindən özünün də "xxxx" Mənzil Tikinti Kooperativindən aldıqları mənzilin birgə nikah dövründə əldə edildiyini hesab etdiyi üçün məhkəmədə iddia qaldırdığını, lakin Babək Rayon Məhkəməsi mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsinə dair ərizəni mülki işə baxıldığı müddətdə dindirilmiş şahidlərin məhkəməyə verdikləri yalan ifadələr əsasında əsassız hesab edərək rədd etdiyini, Babək Rayon Məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılaraq, işin faktiki halları araşdırılmadan düzgün hüquqi qiymət verilmədiyini bildirərək Babək rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(079)-319/2023 nömrəli qətnaməsinin ləğv edilərə k, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında iddiaçı ilə aralarında olan nikah pozulmamışdan əvvəl birlikdə Bakı şəhərində yaşadıqlarını, qızı Mehribanın isə Seymur adlı şəxslə nikah bağlayaraq Naxçıvan şəhərində yaşadıqlarını, onların 3-cü mikrorayon deyilən ərazidə bina evləri olduğunu, bir müddət sonra bina evi balaca olduğundan onların Naxçıvan şəhəri, Hacıniyyət kəndində özlərinə 2.5 sot torpaq sahəsi aldıqlarını, evi tikəndən sonra onun təmiri üçün pul olmadığından bina evlərini satmaq məcburiyyətində qaldıqlarını, bina evini satdıqdan sonra həyət evinin təmirini aparıb həmin evdə yaşamağa başladıqlarını, bir müddət sonra qızının ona zəng vurub bina evlərini alan şəxsin pulun bir qi smini onlara ayda 1000 manat olaraq qaytaracağını, həmçinin əllərində bir miqdar pullarının olduğunu, həmin pulla Bakı şəhərində ev almaq istədiklərini, bu barədə ondan evlərin alqı-satqısı ilə maraqlanmağını istədiyini, onun isə qızına bu barədə öyrənib ona məlumat verəcəyini bildirdiyini, həmin vaxtı "xxxx" Mənzil Tikinti Kooperativinin Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış evləri tikib satdığını, mənzillərin tikintisini həyata keçirən kooperativin məsul şəxslərinin qudası Səmayənin qohumları olduğunu, Səmayə xanımla gedib evlərin satış şöbəsində işləyən Əbülfəz adlı şəxslə danışdıqlarını, qızı ilə danışıqlarına görə onlara maddi imkanları əsasında yaşayış sahəsinin ölçüləri az olan mənzil lazım olduğunu, Əbülfəz adlı şəxslə danışdıqları zamanı onların tikdiyi və hazırda satışda ol an evlərin ən balacasının bazar qiymətinin 54000 manat təşkil etdiyini öyrəndiklərini, ilkin ödəniş kimi 18000 manat ödədikdən sonra geridə qalan məbləği 36 ay müddətində, hər ay üçün 1000 manat olmaqla ödəməyin mümkün olduğunu, qızıgilin Bakı şəhərində ev almaq istəməsindən iddiaçının da məlumatı olduğunu, ancaq o, bir evin içində oğlunu və gəlinini danışdırdığı təqdirdə onu danışdırmadığını, qızı ilə danışıb evin alınması üçün kredit şərtlərini ona bildirdiyini, kürəkəninin isə pandemiya olduğundan evin alınması üçün Bakı şəhərinə gələ bilməyəcəklərindən evin onun adına alnmasını, sonradan isə qızının adına keçirilməsi, ilkin ödəniş kimi 18000 manatı isə oğlu Mehmanın əmək haqqı kartına göndərilməsi barədə razılaşdıqlarını, ancaq qızıgilin mənzilin alınması üçün ilkin ödəniş kimi ödənəcə k pulu terminal vasitəsi ilə oğlunun kartına hissə-hissə göndərdiklərini, müqavilənin bağlanması üçün də qudası Səmayə xanımla getdiklərini, orada “evi qızımgil almaq istəyirlər, nə vaxtsa müqaviləni mənim adımdan qızımın adına keçirib-keçirməyəcəyimi” soruşduğunu, orada bunun istənilən zaman mümkün olacağını bildirdiklərini, beləliklə 25 yanvar 2021-ci il tarixdə ”Bağçalı Evlər” Mənzil Tikinti Kooperativi ilə mənzilin alqı-satqısı müqaviləsini bağladığını, bir neçə ay evin alınması üçün ayda 1000 manat ödəniş apardığını, 2021-ci ilin sentyabr ayında dərs bölgüsü zamanı qızının və kürəkəninin dərs saatı azaldığından onların evin alınması üçün aylıq 1000 manat pulu ödəməkdə çətinlik çəkdiklərini, daha sonra o qudası Səmayə ilə ”Bağçalı Evlər” Mənzil Tikinti Kooperativinə gedib evin alqı-sat qısı üçün hər ay 800 manat ödəyə biləcəklərini bildirdiyini, mənzillərin satış şöbəsinin əməkdaşının isə onun təklifi ilə razılaşdığını, mənzili 2021-ci ilin yanvar ayında aldığını, 2022-ci ilin fevral ayında isə iddiaçının Naxçıvana qayıtdığını, həmin müddətdə qızının pulu oğlunun kartına göndərdiyini, ödənişi özünün etdiyini, iddiaçının isə bundan ümumiyyətlə məlumatının olmadığını, bir müddət sonra qızının qayınatasının qızıgilin onun adına mənzil aldığını bilib mübahisə yaratdığını, buna görə qızına “gəl evi sənin adına keçirim” dediyini, qızının isə işi ilə əlaqədar gələ bilməyəcəyini, evi qızının adına keçirməyi üçün etibarnamə göndərəcəyini bildirdiyini, bu barədə ”Bağçalı Evlər” Mənzil Tikinti Kooperativinin əməkdaşına müraciət etdiyini, onun da etibarnamə əsasında mənzili qızını n adına keçirə biləcəklərini bildirdiyini, beləliklə evi etibarnamə əsasında qızının adına keçirdiyini, bundan sonra evin aylıq ödənişini qızıgilin göndərdiyi vəsait əsasında gəlininin həyata keçirərək ödəniş cədvəlinin şəkilini çəkib qızına göndərdiyini, bu gün hamının telefonuna gələn şəkilləri, hər hansı bildirimləri bir müddət sonra sildiyini, qızının da telefonuna göndərilmiş qəbzləri bir müddət sonra sildiyini, nə vaxtsa atasının onun halal qazancı ilə əldə etdiyi əmlakı mübahisələndirərək pay tələb edəcəyini bilmədiyini, mənzilin alınması üçün ilkin ödəniş və aylıq ödənişlərin tamamilə qızının və kürəkəninin qazancı əsasında ödənildiyini, heç bir yerdə işləmədiyini, pensiya almadığını, gəlininin işləmədiyini, iddiaçının isə əvvəllər 220 manata kimi, hazırda isə 350 manata qədər pens iya aldığını, yəni maddi vəziyyətləri ilə əlaqədar pul düzəldib ev ala bilməyəcəklərini, əgər mümkün olsaydı qızına deyil, oğluna alacaqlarını, oğlunun özünə borc xərclə 83 m2 ev aldığını, iddiaçının borcu səbəbindən evini satıb atasının borcuna verdiyini, qalmış pulla isə özünə təzə tikilən binalardan ev götürdüyünü, hazırda isə kirayədə yaşadığını, Bakı şəhərinə xəstəliyi ilə əlaqədar 2019-cu ilin fevral ayında köçüb getdiklərini, oğlunun yanında yaşamağa başladıqlarını, əvvəl iddiaçının icarəyə dükan götürüb meyvə satmağa başladığını, meyvə satışından borca düşdüyündən Kapital Bankdan 4000 manat kredit götürüb borcunu ödədiyini, qalan məbləğlə isə Bakıda kafe açıb işlətdiyini, oranın işlədəndə də borca düşdüyünü, indi isə haqqı olmadan qızının və kürəkəninin halal qazancı nəticəsində əl də etdikləri mənzildən özünə pay istədiyini, evin alqı-satqısı üçün nə ilkin ödəniş ödədikləri zaman, nə də aylıq ödənişləri apardığı vaxt iddiaçının onunla kooperativə getmədiyini, bunu özünün həyata keçirdiyini, iddiaçının dediklərinin isə tamamilə yalan olduğunu, qızıgilin ”Bağçalı Evlər” Mənzil Tikinti Kooperativindən aldıqları evi qayınatası ilə mübahisə yaşadıqlarından kürəkəni əlavə problem olmasın deyə evi kooperativə geri qaytardıqlarını bildirərək Babək Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(079)-319/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Kollegiya tərəfindən 30 oktyabr 2023-cü il tarixdə apellyasiya şikayətinə baxılarkən İddiaçı ərizə verərək apellyasiya şikayətindən imtina еtdiyini bildirib apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası MPM-in 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası MPM-in 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Kоllegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar İddiaçı ərizəsini müzakirə edərək be lə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası MPM-in 52.5, 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayətindən imtina qanuni və əsaslı olduğundan qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-in 114.1.6-cı maddəsinə əsasən apellyasiya şikayəti verilərkən "xxxx" ASC Naxçıvan filialı vasitəsilə 23 avqust 2023-cü il tarixli, ********** nömrəli qəbzlə (Əməliyyat İD: 263827436, terminal nömrəsi: K0500011, büdcə səviyyə kodu: 142214) ödənilmiş 69 (altmış doqquz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı Cavabdeh qarşı əmlakın birgə nikah dövründə əldə edilmiş hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(079)-319/2023 nömrəli qətnaməsindən İddiaçı vеrdiyi apellyasiya şikayətindən imtinası qəbul еdilsin və apеllyasiya şikayətindən imtina еtmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam vеrilsin. "xxxx" ASC Naxçıvan filialı vasitəsilə 23 avqust 2023-cü il tarixli, ********** nömrəli qəbzlə (Əməliyyat İD: 263827436, terminal nömrəsi: K0500011, büdcə səviyyə kodu: 14 2214) ödənilmiş 69 (altmış doqquz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar