Məhkəmə qərarları › İş №2(108)-148/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-148/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-148/2021 12.11.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “Kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(110)566/2018 nömrəli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC 21 avqust 2018-ci il tarixdə Cavabdeh qarşı “Kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək 17 iyun 2016-cı il tarixli, 2704 SBFFK saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 21778 manat məbləğində əsas borcun, 3416 manat məbləğində faiz borcunun, ümumilikdə 25194 (iyirmi beş min bir yüz doxsan dörd) manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun, kredit, sonrakı ipoteka müqavilələrinin, eləcə də mülkiyyət v ə yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 26 (iyirmi altı) manat rüsum məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* nömrəli, **********26-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (0.08 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra fərdi yaşayış evinin 1 (bir) ay ərzində boş aldılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(110)-566/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2016cı il tarixli, 2704 SBFFK saylı kredit müqaviləsinin ləğv edilməsi, 17 iyun 2016-cı il tarixli, 2704 SBFFK saylı kredit müqaviləsi üzrə 21778 manat məbləğində əsas borcun, 3416 manat məbləğində faiz, ümumilikdə 25194 (iyirmi beş min bir yüz doxsan dörd) manat məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın, daşınmaz əmlakın qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manatın və çıx arışların surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 26 (iyirmi altı) manat olmaqla, ümumilikdə 25281 (iyirmi beş min iki yüz səksən bir) manat məbləğində borc pulun Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrində ödənilməsi, borcun tutulması mümkün olmadığı təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, 120000 (bir yüz iyirmi min) manat məbləğində qiymətləndirilən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (0.08 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılmasından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsinə sərf edilməsi, tutma yönəldiyi təqdirdə həmin mənzilin cavabdeh, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tərəfindən bir ay ərzində boşaldılması qət edilmişd ir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan iş üzrə Cavabdeh və onun vəkili Vəkil apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək, Şərur Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(110)-566/2018 nömrəli qətnaməsinin qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normaları pozularaq qəbul edildiyindən ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar qətiyyən nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə ölkə qanunvericiliyinin və eləcə də beynəlxalq aktların tələbləri kobu d surətdə pozularaq ədalətsiz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, ”AtaBank” ASC ilə Cavabdeh arasında 17 iyun 2016-cı il tarixli N:2704SFFK nömrəli krediti müqaviləsi bağlamış, həmin müqavilə ilə cavabdeh "xxxx" ASCdən illik 18 faiz dərəcəsi ilə 26 000 (iyirmi altı min) AZN krediti 60 ay müddətinə götürmüşdür. Həmin krediti şəxsi istehlak məqsədi üçün götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh 60 ay müddətində kreditin əsas məbləği və illik hesablanmış 18 % faizləri razılaşdırılmış qaydada ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Hesablanmış aylıq məbləğ 660,23 manatdır. Əvvəllər onun maddi durumu yaxşı olduğuna görə ödənişlərini vaxtında ödəyə bilmiş, lakin sonra onun əmək haqqı azaldıldığına görə ödəmədə gecikmələr yaranmışdır. Ona görə də cavabdeh b anka müraciət edərək aralarında bağlanmış 17 iyun 2016-cı il tarixli kredit müqaviləsində dəyişiklik edilməsini xahiş etmişdir. Lakin bank ərizəyə heç bir cavab verməmişdir. Belə ki, 22 dekabr 2015-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 50 faiz qiymətdən düşməsi onun həmin müqavilə üzrə öhdəliklərinin icrasını qeyri-mümkün etmişdir. İstehlak malları bahalaşmış, manatın alıcılıq qabiliyyəti aşağı düşmüşdür. Bu dəyişiklik onun da maddi durumuna pis təsir göstərmişdir. Ona görə də ödəmədə gecikmələr olmuşdur, lakin bu qısa müddətli fasilələrlə olmuşdur. Sonralar durumu düzəldikdə banka ödəniş etməyə başlamışdır. Bir ildən çox aylıq ödənişini vaxtında ödəmişdir. Bu yaxınlarda ödənişindən nə qədər qaldığını öyrənmək üçün banka getmiş, lakin bankda ona 24 dekabr 2019-cu il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsinə dair qərar təqdim olunmuşdur. Həmin qərarla da ona məlum olmuşdur ki, Şərur Rayon Məhkəməsinin hakimi X2 tərəfindən verilmiş 2(110)-566/2018 saylı, 14 dekabr 2018-ci il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri, Xəzər rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh həmin qətnamədən xəbəri olmamış və qətnaməni almamışdır. İddiaçı ”AtaBank” ASC məhkəməyə müraciət edərkən cavabdehin ödəniş sənədlərini təqdim etməmişdir. İddiaçı bildirir ki, dəfələrlə şifahi və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh şəxs bu günə qədər banka olan borcunu ödəməkdən yayınmaqdadır. ”AtaBank” ASC bildirir ki, hazırda cavabdeh şəxsin 17.06.2016-cı il tarixli 2704 SBFFK nömrəli kredit müqaviləsi üzrə 21778 manat məbləği ndə əsas, 3416 manat məbləğində faiz olmaqla cəmi 25194 (iyirmi beş min yüz doxsan dörd) manat məbləğində icra edilməmiş borc öhdəliyi vardır. ”AtaBank” ASC tərəfindən verilmiş hesabdan çıxarışlara nəzər salınsa görülər ki, cavabdeh 25194 (iyirmi beş min yüz doxsan dörd) manat məbləğdən 16500 (on altı min beş yüz) manat ödəmiş, 8781 (səkkiz min yeddi yüz səksən bir) manat borcu qalmışdır. (hesabdan çıxarışlar ərizəyə əlavə olunur.) Göstərilən bu ödənişlər illər üzrədir. Şərur Rayon Məhkəməsi işə baxarkən çəkişmə prinsipinə əməl etməmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 9-cu maddasinə istinad edərək qeyd etmişdir ki, məhkəmə cavabdehi xəbərdar etmədən qərar qəbul etmişdir. Həmçinin Azərbaycan Respublikası MM-in 741-ci maddəsinə, Azərbaycan Respublikasının Konistutsiyasının İİİ fəs linə, 60-cı maddəsinin 1 hissəsinə istinad edilərək bildirilir ki, Şərur Rayon Məhkəməsi işə baxarkən Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi ilə müəyyən olunan ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuş, qanunvericiliyin tələblərinə məhəl qoymayaraq cavabdehlərin hüquq və mənafelərinə toxunan qətnamə çıxarmışdır. Eyni zamanda apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası MPM-in 14.2, 8, 88, 217.3, 384.0.2, 386-cı maddələrinə istinad edilmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apеllyаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə baxışı iclaslarında iştirak etməmiş, lakin iş üzrə Cavabdeh kollegiyaya teleqram ünvanlayaraq özü və vəkili Vəkil adından məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsinin xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edərək və iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq mübahisə üzrə аşаğıdаkıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respu blikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şi kayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iş üzrə cavabdeh və onun vəkili apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam həcmdə mübahisələndirdiklərindən məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Apellyasiya şikayəti ilə bağlı iş materialları kollegiya rətəfindən tədqiq olunarkən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" ASC-nin Azadlıq filialının direktoru ilə Cavabdeh arasında bağlanmış 17.06.2016-cı il tarixli 2704 SBFFK nömrəli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən şəxsi məqsədlər üçün cavabdehə müqavilə üzrə illik faiz dərəcəsi 18 faiz olmaqla, 60 ay müddətinə 26000 (iyirmi altı min) manat məbləğində kredit verilməsi, cavabdehin isə kreditdən təyinatına uyğun istifadə edib, krediti ona hesablanmış faizlərlə birgə müqavilədə nəzərdə tutulan müddətdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.4. bəndinə əsasən “Kredit verən” tərəfindən kreditin və faizlərin ödənilməsi “Kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, kreditdən həmin Müqaviləni n 1.2. bəndi ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı “Kredit verən” in ehtimalları yarandıqda həmin Müqavilənin 2.4.5. yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. İddiaçı təşkilat tərəfindən iddia ərizəsinə əlavə edilmiş 07.08.2018-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh iddiaçı bank qarşısında 17.06.2016-cı il tarixli, 2704 SBFFK nömrəli kredit müqaviləsi üzrə 21778 manat məbləğində əsas, 3416 manat məbləğində faiz olmaqla cəmi, 25194 (iyirmi beş min yüz doxsan dörd) manat məbləğində icra edilməmiş borc öhdəliyi vardır. Kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərinin icrasının təmini məqsədilə iddiaçı bankla Cavabdeh arasında 17.06.2016-ci il tarixdə ipoteka müqaviləsi imzalanmış və Cavabdeh məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi (0.08 ha torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilmişdir. Bağlanmış həmin ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən, bu müqavilənin 17.06.2016-cı il tarixli 2704 SBFFK nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədilə bağlandığı bildirilir. Həmçinin müqavilənin 5.1-ci bəndində deyilir ki, ipoteka ilə təmin edilmiş öhdəliklər icra edilmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün ipotekaya verilmiş əmlaka tələb yönəltmək hüququna malikdir. Kollegiya apellyasiya şikayətinin Cavabdeh “Şərur Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(110)-566/2018 nömrəli qətnaməsindən xəbəri olmaması və qətnaməni almaması, Şərur Rayon Məhkəməsinin işə baxarkən çəkişmə prinsipinə əməl etməməsi, məhkəmənin cavabdehi xəbərdar etmədən qərar qəbul etməsi” dəlilinə münasibətdə ilk növbədə onu qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbayca n Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Qərarına əsasən daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzifəsi kimi təsbit olunuşdur. İş materiallarından göründüyü kimi, iş üzrə cavabdeh Rzayev X3 MR ünvan 4 ünvanında rəsmi qeydiyyatdadır. Lakin iş materiallarından belə məlum olur ki, iş üzrə Cavabdeh faktiki olaraq həmin ünvanda uzun müddətdir yaşamasa da, qeydiyyat orqanlarına faktiki yaşadığı yer barədə heç bir məlumat verməmiş və bu cür məlumatın verilməməsi isə məhkəmə sənədlərinin vaxtında ona ça tdırılmasına maneə yaratmışdır. Halbuki, yuxarıda qeyd olunan Qanunun tələbi və Konstitusiya Məhkəməsinin mövqeyi baxımından da göründüyü kimi, daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın hüququ ilə yanaşı, həm də onun vəzifəsi kimi təsbit olunmuşdur. Bundan əlavə kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi Şərur Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(110)-566/2018 nömrəli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “Kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(110)-566/2018 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti Cavabdeh münasibətdə bərpa edilmiş və onun apellyasiya şikayəti baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Kollegiya apellyasiya şikayətində Cavabdeh qeyd etdiyi “...əvvəllər maddi durumunun yaxşı olduğuna görə ödənişlərini vaxtında ödəyə bilməsi, lakin sonra onun əmək haqqı azaldıldığına görə ödəmədə gecikmələr yaranması, ona görə də cavabdeh banka müraciət edərək aralarında bağlanmış 17 iyun 2016-cı il tarixli kredit müqaviləsində dəyişiklik edilməsini xahiş etməsi, lakin bankın ərizəyə heç bir cavab verməməsi, belə ki, 22 dekabr 2015-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 50 faiz qiymətdən düşməsi onun həmin müqavilə üzrə öhdəliklərinin icrasını qeyri-mümkün etməsi, istehlak mallarının bahalaşması, manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi, bu dəyişikliyin onun da maddi durumuna pis təsir göstərməsi, ona görə də ödəmədə gecikmələr olması, lakin bunun qısa müddətli fasilələrlə olmasına” dair fikirlərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən sadalanan bu kimi nüanslar mübahisənin şərh edilmiş ümumi hallarını özündə əks etdirən məlumatlardan ibarət olduğundan kollegiya bu hallara dəlil qismində qiymət verilməsini zəruri hesab etmir. Kollegiya apellyasiya şikayətinin Cavabdeh “...durumu düzəldikdə banka ödəniş etməyə başlaması, bir ildən çox aylıq ödənişini vaxtında ödəməsi, bu yaxınlarda ödənişindən nə qədər qaldığını öyrənmək üçün banka getməsi, lakin bankda ona 24 dekabr 2019-cu il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsinə dair qərarın ona təqdim olunması, iddiaçı ”At aBank” ASC məhkəməyə müraciət edərkən cavabdehin ödəniş sənədlərini təqdim etməməsi, ”AtaBank” ASC-nin hazırda cavabdeh şəxsin 17.06.2016-cı il tarixli 2704 SBFFK nömrəli kredit müqaviləsi üzrə 21778 manat məbləğində əsas, 3416 manat məbləğində faiz olmaqla, cəmi 25194 (iyirmi beş min yüz doxsan dörd) manat məbləğində icra edilməmiş borc öhdəliyinin olduğunu bildirdiyi, ”AtaBank” ASC tərəfindən verilmiş hesabdan çıxarışlara nəzər salınsa cavabdehin 25194 (iyirmi beş min yüz doxsan dörd) manat məbləğdən 16500 (on altı min beş yüz) manat ödədiyinin, 8781 (səkkiz min yeddi yüz səksən bir) manat borcunun isə qaldığının görüləcəyi (hesabdan çıxarışlar ərizəyə əlavə olunur), göstərilən bu ödənişlərin illər üzrə olması” barədə dəlillərini müzakirə edərək bu dəlillərlə bağlı aşağıdakıları qeyd etm əyi zəruri hesab edir: Belə ki, cavabdeh tərəfin qeyd etdiyi bu dəlilin araşdırılması zamanı iş materiallarından aydın olmuşdur ki, İddiaçı ASC Cavabdeh qarşı “Kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə 08 avqust 2018-ci il tarixdə Şərur Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən də məhs qətnamə qəbul olunarkən məhkəməyə müraciət olunduğu (maliyyə arayışının verildiyi) 07 avqust 2018-ci il tarixə müvafiq olaraq Cavabdeh əsas borcunun və faiz borcunun İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qərar qəbul edilmişdir. Lakin kollegiya Cavabdeh apellyasiya şikayətində mübahisələndirdiyi banka olan əsas borcunun və faiz borcunun məhkəməyə müraci ət olunduğu (maliyyə arayışının verildiyi) 07 avqust 2018-ci il tarixə məbləğini müəyyən etmək məqsədilə bu borcun hesablanması xüsusi bilik tələb etdiyindən 11 oktyabr 2021-ci il tarixdə 2(108)-148/2021 nömrəli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert rəyi kollegiyaya təqdim olunanadək apellyasiya icraatı üzrə icraat dayandırılmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 oktyabr 2021-ci il tarixli, 289 nömrəli ekspert rəyində isə təqdim olunmuş hesabdan çıxarış məlumatları və 17 iyun 2016-cı il tarixli, 2704 SBFFK nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı Aç ıq Səhmdar Cəmiyyətinə 07.08.2018-ci il tarixə ( maliyyə arayışının verilmə tarixi) kredit üzrə əsas borcunun 21956, 44 (iyirmi bir min doqquz yüz əlli altı) manat, faiz borcunun isə 2714,41 (iki min yeddi yüz on dörd) manat təşkil etdiyi qeyd olunmuşdur. Kollegiya tərəfindən ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Beləliklə kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutların qiymətləndirilməsi baxımından Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi bu rəyi mübahisənin hallarını özündə əks etdirən mötəbər sübut növü kimi qəbul etmişdir. Kollegiya həmin r əyi mötəbər sübut növü kimi qəbul edərkən ekspertiza keçirilərkən prosessual qaydalara əməl edilməsini, tədqiqat üçün təqdim olunmuş mülki iş materiallarının tam və hərtərəfli araşdırılmasını, rəydə gəlinmiş nəticənin ekspert qarşısında qoyulmuş suala uyğunluğunu və rəyin əsaslandırılmış olmasını da nəzərə almışdır. Kollegiya icraatda olan iş üzrə ekspert rəyi ilə əsas borcun iddiaçının tələb etdiyi məbləğdən artıq, faiz borcunun isə iddiaçının tələb etdiyi məbləğdən az olması ilə bağlı faktı müzakirə edərək qeyd edir ki, İddiaçı ASC Cavabdeh qarşı “Kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək 17 iyun 2016-cı il tarixli, 2704 SBFFK saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 21778 manat məbləğində əsas borcun, 3416 manat məbləğində faiz borcunun, ümumilikdə isə 25194 (iyirmi beş min bir yüz doxsan dörd) manat məbləğində kredit borcunun Cavabdeh tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Eyni zamanda həmin maddə ilə o da müəyyən olunur ki, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qanunvericiliyin sadalanan tələblərinə əsasən kollegiya iş üzrə hazırki vəziyyətdə iddia tələbindən kənara çıxmaq üçün müstəsnalığın mövcud olmaması nəticəsinə gəlməklə qeyd edir ki, əsas borca münasibətdə iddia ərizəsi ilə tələb edilmiş məbləğ, yəni 21778 (iyirmi bir min yeddi yüz yetmiş səkkiz) manat, faiz borcuna münasibətdə ekspert rəyi ilə müəyyən edilmiş məbləğ yəni, 2714, 41 (iki min yeddi yüz on dörd, qırx bir) manat əsas götürülməlidir. Qeyd edilənlərə əsasən iş materiallarının müqayisəli şəkildə tədqiqindən aydın olur ki, birinci instansiya məhkəməsi 12 noyabr 2018-ci il tarixli, 2(110)-566/2018 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “Kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki iş üzrə faiz borcunu 3416 (üç min dörd yüz on altı) manat müəyyən etməklə düzgün nəticəyə gəlməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş mater iallarından belə aydın olur ki, iddiaçı təşkilat tərəfindən müvafiq iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edildikdən sonra cavabdeh tərəfindən banka ödənişlər edilmişdir. Bununla da 07 avqust 2018-ci il tarixdən sonra cavabdeh tərəfindən banka edilmiş ödənişlər iddia predmeti üzrə tələb olunan məbləğə aid olmadığından, kollegiya tərəfindən qərar qəbul olunarkən həmin odənişlərin nəzərə alınması qanunvericiliyin tələbinə uyğun deyil. Beləliklə məhkəmə kollegiyası apellyasiya baxışı zamanı şikayətin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanılmış sübutlara mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tam qiymət verməmiş, məh kəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları hərtərəfli araşdırmamış, sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun dəyərləndirmə aparmadan qəbul etmişdir. Bununla da məhkəmə qismən əsassız qətnamə qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan cavabdeh tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna münasibətdə dəyişdirilməlidir. Şərur Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(110)-566/2018 nömrəli qətnaməsindən Cavabdeh və cavabdehin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ümumiyyətlə ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilsə də, kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması üçün əsasların mövcudluğu müəyyən olunmamışdır. Bütün bunlara əsasən kollegiya belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İddiaçı ASC-nin Cavabdeh qarşı “Kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia qismən təmin edilməli, Şərur Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(110)-566/2018 nömrəli qətnaməsi tələbin faiz borcuna dair hissədə dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 402, 403.1 və 404.1.1, 405.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “Kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(110)-566/2018 nömrəli qətnaməsindən Cavabdeh və cavabdehin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “Kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddiası qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(110)-566/2018 nömrəli qətnaməsi 17 iyun 2016-cı il tarixli, 2704 SBFFK saylı kredit müqaviləsi üzrə faiz borcuna münasibətdə dəyişdirilsin və Cavabdeh 2714, 41 (iki min yeddi yüz on dörd, qırx bir) manat məbləğində faiz, ümumilikdə isə 24492,41 (iyirmi dörd min dörd yüz doxsan iki, qırx bir) manat məbləğində borc alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məh kəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar