Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-151/2021 16.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan "xxxx" X10 Cəmiyyətinin İdarə Heyətinin sədri X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan "xxxx" ATSC-nə qarşı əmək kitabçasında son hesablaşma aparılaraq ona verilməsi, istifadə edilməmiş məzuniyyət pulunun və boşdayanma halları üzrə əmək haqqının hesablanıb ona verilməsi və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin mülkiyyətinə verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(078)-07/2021 nömrəli qətnaməsindən c avabdeh Naxçıvan "xxxx" X10 Cəmiyyətinin İdarə Heyətinin sədri X7 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 07 fevral 2020-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək ona məxsus əmək kitabçasının son hesablaşma aparılaraq ona verilməsi, bütün iş illəri üçün əmək məzuniyyətinə pul əvəzinin və boş qaldığı günlər üçün əmək haqqının alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 11 mart 2020-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, iddia tələbinə “ona məxsus əmək kitabçasının son hesablaşma aparılaraq ona verilməsi, bütün iş illəri üçün əmək məzuniyyətinə pul əvəzinin və boş qaldığı günlər üçün əmək haqqının v ə 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin mülkiyyətinə verilməsi” tələb çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinə “iddiaçıya məxsus əmək kitabçasının son hesablaşma aparılaraq iddiaçıya verilməsi, bütün iş illəri üçün əmək məzuniyyətinə pul əvəzinin və boş qaldığı günlər üçün əmək haqqının və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin mülkiyyətinə verilməsi tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. Cavabdeh Naxçıvan "xxxx" X10 Cəmiyyətinin İdarə Heyətinin sədri X7 13 may 2020ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş Naxçıvan Şəhər Məhkəməsinin 15 may 2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin ge ri qaytarılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(078)-07/2021 nömrəli qətnaməsi ilə (sədrlik edən X2) İddiaçı cavabdeh Naxçıvan "xxxx" ATSC-nə qarşı əmək kitabçasında son hesablaşma aparılaraq ona verilməsi, istifadə edilməmiş məzuniyyət pulunun və boşdayanma halları üzrə əmək haqqının alınıb ona verilməsi və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin alınıb verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh təşkilat Naxçıvan "xxxx" X10 Cəmiyyətindən iddiaçının faktiki işlədiyi 2004-2015-ci il ərzində istifadə etmədiyi məzuniyyət əvəzi olaraq 1799.49 (bir min yeddi yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məh kəmənin qətnaməsindən narazı qalan iş üzrə cavabdeh Naxçıvan "xxxx" X10 Cəmiyyətinin İdarə Heyətinin sədri X7 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(078)-07/2021 nömrəli qətnaməsinin ləğv edilməsi xahiş etmişdir. Cavabdeh Naxçıvan "xxxx" X10 Cəmiyyətinin İdarə Heyətinin sədri X7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı qaldırdığı iddialar tamamilə yalnış və vaxtı ötürülmüş iddialardır. İş məhkəmə icraatına alina bilməz ona görə ki, iddiaçının tələbindən on beş il ötmüş, iddia tələbi bir ildir. Hakimə beş dəfə etiraz etmiş, etirazdan sonra hakimin prosesdə Naxçıvan Şəhər Məhkəməsinin Sədrinin göstərişinə əsasən bu proses dayandırılmalı olduğunu və o nun bu prosesi davam etdirə bilməyəcəyini elan etdiyini, sonrakı Məhkəmə prosesində yenidən hakim kimi bu prosesi davam etdirəcəyini elan etmiş və qarşılıqlı iddia ərizəsi dörd aydan sonra 15 may 2020-ci il tarixdə hazırladığı qərardadla birlikdə 24 avqust 2020-ci il tarixdə ona təqdim olunmuş, cəmiyyət işləmədiyindən bunu vaxtında təqdim edə bilmədikləri deyilmiş, halbuki əvvəlki məhkəmə proseslərində, ifadələrində, cəmiyyətin 2015-ci ilin mart ayının birindən fəaliyyətini dayandırdığını bildirdiyini, bu da onu sübut edir ki, beş məhkəmə prosesi keçirilməsinə baxmayaraq bu sənədlər ona təqdim edilməmiş, bu sənədi qəbul etməmiş, bir daha hakimə etiraz etmişdir. Dəvət edilmiş mütəxəssisə ancaq iddiaçının tələblərinin təqdim edildiyini, onun tələblərinin iddiaçının işlədiyi və işləmədiyi döv rlərdə cəmiyyətə ödəməli olduğu vəsait məsələsinə, həmçinin formal olaraq hesablanmış məzuniyyətin belə düz hesablanmadığına baxılmamışdır. İddiaçı cəmiyyətlə 2009-cu ilin aprel ayında müqavilə bağladığından onun formal məzuniyyətinin 2009-2014-cü illərinə aid olmaqla hesablanmalı olduğunu, o şərtlə ki, iddiaçı işlədiyi və işləmədiyi dövrlərdə cəmiyyətə ödəməli olduğu vəsaiti ödənilməlidir, bu vəsaitin hesablamalara görə 27200 manat olduğunu, dəqiq hesablanmış formal məzuniyyət pulu isə 970 manat 12 qəpik olduğundan iddiaçının cəmiyyətə 27200-970=26.230 borcu olduğunu, bu isə o deməkdir ki, cəmiyyətin iddiaçıya heç bir borcu yoxdur. Həmçinin məzuniyyət pulu 2009-2014-cü illər üzrə hesablandıqda 970.00 manat, 2005-2014-cü illər üzrə hesablandıqda isə 1300,58 manat təşkil etməlidir. Naxçıvan "xxxx" Tikıntı-quraşdırma X10 Cəmiyyətinin dövlət təşkilatı deyil, səhmdar cəmiyyət olduğunu, gördükləri tikinti-quraşdırma işlərinin mövsümü xarakter daşıdığını, bir sözlə tikinti-quraşdırma işləri olduqda onları yerinə yetirdiyini, olmadıqda işləri dayandırdıqlarını, bunun əvvəldən hər bir işçiyə əmək müqaviləsi bağlanarkən dəfələrlə izah olunduğunu, bunun bariz nümunəsi-sürücü-İddiaçı 15 il ərzində bir dəfə də olsun cəmiyyətə məzuniyyət pulu ilə əlaqədar müraciət etmədiyini, “ya idarə etdiyin maşını özəlləşdir, ya da təhvil ver” deyiləndən sonra beş il yarım cəmiyyətin rəhbərliyini aldatmış nəticədə əsassız iddialarla və qanunsuz olaraq Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, işlər mövsümü olduğundan, bu işlərə məzuniyyət verilmir. Cavabdeh apellyasiya şikayətində həmçinin Azərbayca n Respublikası Əmək Məcəlləsinin 47-ci, 140.3-cü və 296cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü, 261.1ci, 261.9-cu, 357.1-ci, 362-ci, 372.1-ci, 384.02 və 385-ci maddələrinə istinad etmişdir. Göstərilənlərə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(078)07/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclası zamanı iş üzrə Naxçıvan "xxxx" X10 Cəmiyyətinin İdarə Heyətinin sədri X7 apellyasiya şikayətini müdafiə edərək şikayətinə uyğun eyni məzmunlu izahat verərək, əlavə olaraq Naxçıvan Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(078)-07/2021 nömrəli qətnaməsinin iddianın “əmək kitabçasında son hesablaşma aparılaraq ona verilməsi, boşdayanma halları üzrə əmək haqqının hesablanıb ona verilməsi və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin mülkiyyətinə verilməsi” hissəsində rədd edilməsi ilə razı olduğunu bildirsə də, sonda Naxçıvan Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(078)-07/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı iş üzrə İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında apellyasiya şikayətinin təmin olunmaması, Naxçıvan Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(078)-07/2021 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə olunmuş 05 dekabr 2020-ci il tarixdə Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş 13/108 nömrəli arxiv arayışında 51 nömrəli Tikinti Trestinin 51 nömrəli X1 işləmiş İddiaçı 2005-2014-cü illərdə aylar üzrə aldığı əmək haqqı göstərilmişdir. Naxçıvan MR Dövlət Vergi Xidmətinin İddiaçı 13.01.2020-ci il tarixli ərizəsinə 15.01.2020-ci il tarixdə verilmiş **********054300 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan "xxxx" ATSC-nin (VÖEN: **********) hüquqi adında heç bir dəyişiklik edilməmiş və bu günədək ləğv olunmamışdır. Naxçıvan "xxxx" ATSC-nin 01 mart 2015-ci il tarixli əmrinin surətindən məlum olur ki, həmin əmrlə Naxçıvan "xxxx" ATSC-nin dövlət və fərdi sifarişləri olmadığından 2014-cü ilin axırından tikinti quraşdırma işləri dayandırılmış, öhdəsində nəqliyyat vasitələri olan maşınlar, krançılar, traktorçular və buldozerçilər istisna olmaq şərti ilə 2015-ci ilin mart ayından etibarən fəhlə və ustaların əmək müqaviləsinə xitam verilmiş, Cəmiyyətin qulluqçuları özlərinə iş yeri tapana qədər öz hesablarına məzuniyyətə buraxılmışlar. 20-200 0/S nömrəli Dövlət qeydiyyatı şəhadətnaməsinin surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən Naxçıvan "xxxx" ATSC 24 may 2000-ci il tarixdə ******* identifikasiya kodu ilə X10 Cəmiyyəti təşkilati-hüquqi forması əldə etmiş və əsas fəaliyyət növü-tikinti, təmir, quraşdırma və abadlıq işlərinin təşkili, əhaliyə tikinti xidmətinin göstərilməsi, inşaat tikinti materiallarının istehsalı və satışı xarici iqtisadi əlaqələrdir. İddiaçı 05.04.1997-ci il tarixli 6 nömrəli əmrlə 03.04.1997-ci il tarixdən Naxçıvan 1 saylı Tikinti Quraşdırma İdarəsinə sürücü təyin edilmişdir. (03.10.1999-cu il tarixli, 27 nömrəli əmrlə Naxçıvan MR Nazirlər Kabinetinin 22.09.1999-cu il tarixli 163 saylı qərarı əsasında 1 saylı Tikinti Quraşdırma İdarəsi ləğv edildiyindən köçürmə yolu ilə yaradılmış "xxxx" Tikinti Quraşdırma X10 Cəmiyyətinə keçirilmişdir. 01 aprel 2009-cu il tarixdə tərtib edilmiş əmək müqaviləsinin surətindən aydın olur ki, iş üzrə tərəflər həmin tarixdə müqavilə bağlamışlar. 15 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, 2005-2014-cü illərin məzuniyyət hesablanması aparılmış, İddiaçı bu illər ərzində məzuniyyət pulu 1799.49 manat təşkil edir. Kollegiya Naxçıvan Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(078)-07/2021 nömrəli qətnaməsinin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh Naxçıvan "xxxx" X10 Cəmiyyətinin İdarə Heyətinin s ədri X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir Belə ki, kollegiya cavabdeh Naxçıvan "xxxx" X10 Cəmiyyətinin İdarə Heyətinin sədri X4 apellyasiya şikayətindəki “İddiaçı qaldırdığı iddialar tamamilə yalnış və vaxtı ötürülmüş iddialar olduğuna, işin məhkəmə icraatına alina bilməz ona görə ki, iddiaçının tələbindən on beş il ötdüyünə, iddia tələbinin bir il olduğuna” dair dəlilinə münasibətdə qeyd edir ki, əmək məzuniyyət hüququnun pul ilə kompensasiya edilməsinə dair hüquq mülkiyyət hüququnun məzmununa daxil olan hüquq kimi qiymətləndirilir. Mülkiyyət hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil olunmadığından göstərilən dəlil əsaslı sayıla bilməz. Kollegiya cavabdeh Naxçıvan "xxxx" X10 Cəmiyyətinin İdarə Heyətinin sədri X 4 apellyasiya şikayətindəki “qarşılıqlı iddia ərizəsini dörd aydan sonra 15 may 2020-ci il tarixdə hazırladığı qərardadla birlikdə 24 avqust 2020-ci il tarixdə ona təqdim olunduğu, cəmiyyət işləmədiyindən bunu vaxtında təqdim edə bilmədikləri, halbuki əvvəlki məhkəmə proseslərində, ifadələrində, cəmiyyətin 2015-ci ilin mart ayının birindən fəaliyyətini dayandırdığını bildirdiyini, bu da onu sübut edir ki, beş məhkəmə prosesi keçirilməsinə baxmayaraq bu sənədlər ona təqdim edilməmiş, bu sənədi qəbul etmədiyinə” dair dəlilini araşdıraraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 24.08.2020-ci il tarixli, 21 nömrəli aktından aydın olur ki, cavabdeh təşkilata göndərilmiş “fəaliyyət göstərmir” qeydiyyatı ilə geri qayıtmış məktublar cavabdeh təşkilatın idarə heyət inin sədri X5 təqdim edilmiş, “qarşılıqlı iddia ərizəsinin geri qaytarılması” haqqında Naxçıvan Şəhər Məhkəməsinin 15.05.2020-ci il tarixli qərardadının cavabdeh tərəfindən 24.08.2020-ci il tarixdə alması nəzərə alınaraq həmin qərardaddan şikayət verilməsi üçün müddət gözlənilərək növbəti iclas təyin edilmiş, cavabdeh təşkilatın nümayəndəsi qərardaddan şikayət verməmiş, göründüyü kimi qərardadın surəti cavabdehə təqdim edilməsinə baxmayaraq o həmin qərardadı mübahisələndirməyərək özündə saxlamış keçirilən növbəti məhkəmə iclasında (09.09.2020-ci il tarixdə) ona təqdim edilmiş qərardadı geri qaytarmış, bu hal Naxçıvan Şəhər Məhkəməsinin 09.09.2020-ci il tarixli, 22 nömrəli aktı ilə rəsmiləşdirilmiş, bu səbəbdən göstərilən dəlil əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh təşkilata göndərilmiş məktublar cavabdeh təşkilat fəaliyyət göstərmədiyindən geri qayıtdığından həmin məhkəmə sənədlərinin rəsmi qaydada verilməsinin məhkəmədə həyata keçirilməsi qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən həmin Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya cavabdeh Naxçıvan "xxxx" X10 Cəmiyyətinin İdarə Heyətinin sədri X4 apellyasiya şikayətindəki “iddiaçı cəmiyyətlə 2009-cu ilin aprel ayında müqavilə bağladığından onun formal məzuniyyətinin 2009-2014-cü illərinə aid olmaqla hesablanmalı olduğunu, o şərtlə ki, iddiaçı işlədiyi və işləmədiyi dövrlərdə cəmiyyətə ödəməli olduğu vəsaiti ödənilməlidir, bu vəsaitin hesablamalara görə 27200 manat olduğunu, dəqiq hesablanmış formal məzuniyyət pulu isə 970 manat 12 qəpik olduğundan iddiaçının cəmiyyətə 27200-970=26.230 borcu olduğunu, bu isə o deməkdir ki, cəmiyyətin iddiaçıya heç bir borcu yoxdur. Həmçinin məzuniyyət pulu 2009-2014-cü illər üzrə hesablandıqda 970.00 manat, 2005-2014-cü illər üzrə hesablandıqda isə 1300,58 manat təşkil etməlidir. Naxçıvan "xxxx" Tikıntı- quraşdırma X10 Cəmiyyətinin dövlət təşkilatı deyil, səhmdar cəmiyyət olduğunu, gördükləri tikinti-quraşdırma işlərinin mövsümü xarakter daşıdığını, bir sözlə tikinti-quraşdırma işləri olduqda onla rı yerinə yetirir, olmadıqda işləri dayandırdıqlarını, bunun əvvəldən hər bir işçiyə əmək müqaviləsi bağlanarkən dəfələrlə izah olunduğunu, bunun bariz nümunəsi- sürücü İddiaçı 15 il ərzində bir dəfədə olsun cəmiyyətə məzuniyyət pulu ilə əlaqədar müraciət etmədiyini,“ya idarə etdiyin maşını özəlləşdir, ya da təhvil ver” deyiləndən sonra beş il yarım cəmiyyətin rəhbərliyini aldatdığını nəticədə əsassız iddialarla və qanunsuz olaraq Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, işlər mövsümü olduğundan, bu işlərə məzuniyyət verilmədiyinə” dair dəlillərinə məcmu halında qiymət verərək qeyd edir ki, göstərilən dəlillər əsassızdır və təmin oluna bilməz. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsindən aydın olur ki, həmin müqavilə müddətsiz bağlanmışdır. Sözügedən müqavilədə işin mövsum i xarakter daşıması ilə bağlı hər hansı qeyd yoxdur. Əlavə olaraq müddətli əmək müqaviləsində belə faktiki işlədiyi dövrə münasibətdə məzuniyyət hüququ əmək qanunvericiliyi tənzimlənmişdir. İşəgötürənin işçinin məzuniyyət hüququnu məhdudlaşdırması əmək qanunvericiliyi ilə qadağan edilmişdir. Bundan başqa iddiaçı tərəfindən müxtəlif təşkilatlara o cümlədən cavabdeh təşkilata hüquqlarının pozulması ilə bağlı müraciət etməsi iş materialları ilə öz təsdiqini tapır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının verilməsi, məzuniyyətin hesablanıb ödənilməsi, boşdayanma halına görə əmək haqqının hesablanıb verilməsi, istifadəsində olan nəqliyyat vasitəsinin mülkiyyətinə verilməsi tələbləri ilə əlaqədar mübahisənin məhkəməyəqədər həlli qaydası pretenziya qaydası nəzərdə tutulmamı şdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110.1-ci maddəsinə görə işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110.3-cü bəndinə görə işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132.1-ci maddəsinə görə əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edil məmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməmişdir. Kollegiya hesab edir ki, iddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh Naxçıvan "xxxx" X10 Cəmiyyətinin İdarə Heyətinin sədri X4 apellyasiya şikayətində İddiaçı 15 il ərzində bir dəfə də o lsun cəmiyyətə məzuniyyət pulu ilə əlaqədar müraciət etməməsi iddiaçıya istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməməsi üçün əsas ola bilməz. Kollegiya həmçinin cavabdeh Naxçıvan "xxxx" X10 Cəmiyyətinin İdarə Heyətinin sədri X4 apellyasiya şikayətindəki “dəvət edilmiş mütəxəssisə ancaq iddiaçının tələblərinin təqdim edildiyini onun tələblərinin iddiaçının işlədiyi və işləmədiyi dövrlərdə cəmiyyətə ödəməli olduğu vəsait məsələsinə, həmçinin formal olaraq hesablanmış məzuniyyətin belə düz hesablanmadığına” dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh təşkilatın nümayəndəsinin qarşılıqlı iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 15.05.2020-ci il tarixli qərardadı ilə geri qaytarıldığından mütəxəssis tərəfindən “iddiaçının işlədiyi və işləmədiyi dövrlərdə cəmiyyətə ödəməli olduğu vəsait” qiymətləndirilə bilməz. Kollegiya eyni zamanda qeyd edir ki, iş materiallarına əlavə edilmiş 15 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 05.02.2020-ci il tarixli arxiv arayışı əsas götürülərək 2005-2014-cü illərin məzuniyyət pulu hesablanaraq, İddiaçı bu illər ərzində məzuniyyət pulu 1799.49 manat təşkil etdiyi bildirilmişdir. Cavabdeh Naxçıvan "xxxx" X10 Cəmiyyətinin İdarə Heyətinin sədri X7 apellyasiya şikayətində qeyd etdiyi “istifadə edilməmiş məzuniyyət pulunun məbləğinin 2009-2014-cü illər üzrə hesablandıqda 970.00 manat, 2005-2014-cü illər üzrə hesablandıqda isə 1300,58 manat təşkil etməsi” nə dair hesablamalarının nəyə istinad edərək aparılmasını sübut edə bilməmişdir. Cavabdeh təşkilatın nüma yəndəsinin mütəxəssis rəyində hesablamaların düz olmaması apellyasiya şikayətində həmin məbləğin 2009-2014-cü illər üzrə hesablandıqda 970.00 manat, 2005-2014-cü illər üzrə hesablandıqda isə 1300,58 manat təşkil etməsini göstərməsi cavabdeh tərəfindən iddiaçıya məzuniyyət pulunun hesablanıb verilməli olmasına dəlalət edir. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən “istifadə edilməmiş məzuniyyət pulunun məbləği 2009-2014-cü illər üzrə hesablandıqda 970.00 manat, 2005-2014-cü illər üzrə hesablandıqda isə 1300,58 manat təşkil etməsi” nə dair hesablamaların nəyə istinad edilərək aparılması barədə heç bir sübut məhkəməyə təqdim edilməmiş, işə baxılması zamanı hər hansı bir halın araşdırılması ilə əlaqədar vəsatət verilməmişdir. Cavabdeh təşkilatın nümayəndəsi iddiaya qarşı etirazının əsasını sübut edə bilməmişdir. Ona görə də cavabdeh təşkilatın nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, o nların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 218.1-ci mаddəsinə əsаsən qətn аmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmuşdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna görə də cavabdeh Naxçıvan "xxxx" X10 Cəmiyyətinin İdarə Heyətinin sədri X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmə məli, Naxçıvan Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(078)-07/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384.0.1, 392, 393, 405.0.1, 406.1-ci maddələrini rəhbər tutub kollegiya qət e t d i: İddiaçı cavabdeh Naxçıvan "xxxx" ATSC-nə qarşı əmək kitabçasında son hesablaşma aparılaraq ona verilməsi, istifadə edilməmiş məzuniyyət pulunun və boşdayanma halları üzrə əmək haqqının hesablanıb ona verilməsi və 1987-ci ildən idarə etdiyi Kamaz 5511 markalı yük avtomobilinin mülkiyyətinə verilməsi tələbinə dair mülki iş üzrə cav abdeh Naxçıvan "xxxx" X10 Cəmiyyətinin İdarə Heyətinin sədri X4 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(078)-07/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-151/2021
Ali Məhkəmə Qətnamə — İş №2(108)-151/2021
16.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver