Məhkəmə qərarları › İş №2(108)-151/2025

Ali Məhkəmə Qətnamə — İş №2(108)-151/2025

28.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-151/2025 28.10.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən istifadəyə dair maneənin aradan qaldırılması tələbi (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi ), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X10 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(078)94/2025 nömrəli qətnaməsindən Cavabdeh t ərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı

1. İddiaçı vəkili-nümayəndəsi Vəkil vasitəsi ilə "11" oktyabr 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldıraraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.9 kvadrat metr olan fərdi yaşayış evinə Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (mülki iş İ cild, iş vərəqə 01-03).

2. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Gülnar Səfərəliyeva) 15 iyul 2025-ci il tarixli, 2(078)-94/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanı nda yerləşən ümumi sahəsi 68.9 kvadrat metr olan fərdi yaşayış evinə Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması qət edilmişdi (mülki iş İ cild, iş vərəqə 208-217). b) Məhkəmə aktından verilən apellyasiya şikayəti

3. Naxçıvan Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(078)-94/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh 22 avqust 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etsə də, işə baxan birinci instansiya məhkəməsi 25 avqust 2025-ci il tarixli, 2(078)-94/2025 nömrəli qərardadla apellyasiya şikayətinin geri qaytarılmasını qərara almışdır (mülki iş İİ cild, iş vərəqə 01-05, 27-29.)

4. Daha sonra Cavabdeh 01 sentyabr 2025-ci il tarixdə yenidən apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Resp ublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(078)-94/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (mülki iş İİ cild, iş vərəqə 32-37). c) Apellyasiya şikayətinin əsaslandırılması

5. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Naxçıvan MR İnzibati Məhkəməsində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən Cavabdeh və mərhum qardaşı X3 Naxçıvan şəhəri, Bulqan kənd ərazisində yerləşən daşınmaz əmlakı barəsində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzr ə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın onlara aid olan hissəsində ləğv olunması, JN-520A, JN-521A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab olunması və 1990cı ilin sentyabr ayında onun mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü dəqiqləşdirilməklə yaşayış və qeyri-yaşayış binalarının texniki pasportunun əsasında çıxarışın verilməsi tələbinə dair iddia qaldırmış, məhkəmənin 27 noyabr 2020-ci il tarixli, 21(122)-37/2020 nömrəli qərarı ilə iddiası təmin edilmiş, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən Cavabdeh və mərhum qardaşı X3 Naxçıvan şəhəri, Bulqan kənd ərazisində yerləşən daşınmaz əmlak barəsində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti t ərəfindən aparılmış qeydiyyatın onlara aid olan hissəsində ləğv olunması, JN-520A, JN-521A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab olunması və 1990-cı ilin sentyabr ayında onun mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü dəqiqləşdirilməklə yaşayış və qeyri-yaşayış binalarının texniki pasportunun əsasında çıxarışın verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması bildirilmişdir. 6. 02 oktyabr 2017-ci il tarixdə qardaşı X3 vərəsəsi X16 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdi. Yuxarıda qeyd edilən 27 noyabr 2020-ci il tarixli, 2-1(122)-37/2020 nömrəli qərarda bildirilib ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr etibarsız hesab edilsin. Yəni artıq həmin şəhadətnamə öz qüvvəsini itirmişdir. İddiaçı də qeyd edir ki, o həmin şəhadətnaməyə əsasən bağışlanma müqaviləsi bağlayıb, həmin evi mülkiyyətinə qəbul edib. Artıq şəhadətnamə etibarsız hesab olunduğuna görə eyni zamanda 11 oktyabr 2017-ci ilə məxsus olan bağışlanma müqaviləsi də öz qüvvəsini itirmişdir. Yəni məhkəmənin qərarına əsasən ona aid olan torpaq sahəsi 1990-cı ildəki hissəyə qaytarılmışdır və qardaşı X6 aid olan hissənin İddiaçı bağışlanması ilə bağlı olan şəhadətnamənin etibarsız hesab edilməsi ilə artıq həmin bağışlanma müqaviləsi də qüvvəsini itirdiyindən əsassızdır.

7. Naxçıvan Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(078)-94/2025 nömrəli qətnaməsində qeyd olunmuşdu ki, 07 noyabr 2024-cü il tarixli arayışa əsasən X3 ailə üzvləri sırasında vərəsələri kimi X20 (vəfat edib), X11 (vəfat edib), X21 (vəfat edib), X12 (vəfat edib), X9, X4r. Halbuki, Naxçıvan şəhəri, Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 07 noyabr 2024-cü il tarixli arayışına əsasən vərəsələr sırasında onun da adı qeyd edilmişdir. Ancaq bu qətnamədə qeyd olunmamışdı.

8. Həmçinin qətnamədə göstərilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh yeni təmir-tikinti işləri aparmışdır. Ancaq qardaşının vəfatından sonra orada heç bir təmir-tikinti işi aparılmamışdı.

9. Ev ünvanının “26” olmağına baxmayaraq qətnamədə “ev 24” olaraq qeyd edilmişdi. Eyni zamanda qətnamədə İddiaçı aid olan hissənin ümumi sahəsi 68.9 kvadrat metr olaraq qeyd edilmiş, ancaq 11 oktyabr 2017-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinə əsasən ümumi sahəsi 92.9 kvadrat metrdir. Bu da onu göstərir ki, qeyd edilən ölçülər bir-biri ilə uyğun gəlmir. Həmçinin məhkəmədə bildirilmişdir ki, yaşayış otağına qapı boşluğu açılmışdı, ancaq həmin qapı uzun illərdir, qardaşı sağ ikən orada idi.

10. Şikayət edən apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı, Mülki Məcəllənin 337, 1159, Torpaq Məcəlləsinin 58-ci maddələrinə, prosessual əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9-cu maddəsinə istinad etmişdi. İİ. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Apellyasiya şikayətinə baxılmasında iştirak və işdə iştirak edən şəxsin verdiyi izahat.

12. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclası nda iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatında bildirmişdi ki, icra nümayəndəliyi tərəfindən verilmiş arayışda vərəsə kimi adı qeyd olunsa da qətnamədə bununla bağlı heç bir şey qeyd edilməyib. Mübahisə predmeti olan mülkün bir evdən ibarət olmasına baxmayaraq sənədlərdə evin ünvanı iki fərqli ünvanı, yəni ev 24 və ev 26 kimi qeyd edilmişdi. Həmin ev təkdir və bir həyətdə yerləşir. Buna baxmayaraq Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsində bir dam örtüyünün altında iki evin olması öz əksini tapmışdır, bununla razı deyil. Müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən ona verilmiş çıxarışda evin ünvanı ev 26 kimi qeyd olunsa da, özü ev 24 ünvanında yaşayır. Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsi ədalətsiz qərardır. Evlə bağlı iki ç ıxarış olsa da, əslində ev təkdir. Qardaşı Nadir vəfat edən zaman onun əsas vərəsəsi özü olduğundan, iddiaçının adına verilmiş çıxarış qeyri-qanunidir.

13. Cavabdeh ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, qardaşı Nadirin həyat yoldaşı məhkəmə qərarı qəbul edilmədən öncə vəfat etdiyi üçün vərəsəlik işinin yenidən açılmalı olduğunu düşünür. Mübahisə predmeti olan ev ilə bağlı reyestrdə qeydə alınmış hüquqların etibarsızlığı haqqında heç bir müraciəti yoxdur. Onun adına verilmiş çıxarışda ünvan düzgün qeyd edilməyib. Çıxarışda olan qeydiyyata düzəlişlə bağlı müraciət etməyib. Naxçıvan MR İnzibati Məhkəməsinin qərarı tam olaraq icra olunmuşdu, qardaşı mülkiyyətçi olmuş və onun da vərəsəsi özü olduğundan evin özünün olduğunu düşünür. Qardaşı vəfat edən zaman onun həyat yoldaşı sağ idi.

14. Apellyasiya şikayətinə baxılması ilə bağlı təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi.

15. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376-cı maddəsinin tələbinə əsaslanmaqla apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İV. İşin halları:

16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: 17. – Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(07 8)-430/2022 nömrəli qətnaməsindən, həmçinin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(122)-37/2020 nömrəli qərarından (mülki iş İ cild, iş vərəqə 50-60, 6267): 18. -- Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin verdiyi arayışa əsasən Bulqan kəndinin 1969-1971 və 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabında mərhum X5 (cavabdehin atası, iddiaçının anasının qayınatası) adına 0.20 hektar torpaq sahəsinin olması; 19. -- Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin verdiyi arayışa əsasən Bulqan kəndinin 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabında X3 adına 0.10 hektar torpaq sahəsinin olması; 20. -- Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin verdiyi arayışa əsasən Bulqan kəndinin 1991-1995-ci illərə aid təsərrüfatb aşına kitabında Cavabdeh adına 0.10 hektar torpaq sahəsinin olması; 21. --JN seriyalı, 520A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli qərarı ilə Cavabdeh mülkiyyətinə 0.10 hektar həyətyanı torpaq sahəsinin verilməsi; 22. -- JN seriyalı, 521A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli qərarı ilə X3 mülkiyyətinə 0.14 hektar həyətyanı torpaq sahəsinin verilməsi; 23. - Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(078)-430/2022 nömrəli qətnaməsindən X1 09 fevral 2017-ci ildə ölməsi; 24. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seri yalı, ******* nömrəli, 22 avqust 2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan ünvan 1 ünvanında yerləşən, sahəsi 0.1164 hektar olan torpaq sahəsinin üzərində olan 92.9 kvadrat metr sahəli fərdi yaşayış evinin X3 xüsusi mülkiyyətində olması (mülki iş İ cild, iş vərəqə 68); 25. - Naxçıvan şəhəri, 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 02 oktyabr 2017-ci il tarixli, 2V-96 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən mərhum X2 miras qalmış və ünvan 1 ünvanında yerləşən, 0.1164 hektar torpaq sahəsinin üzərində olan 92.9 kvadrat metr ölçüdə fərdi yaşayış evinin X20 tərəfindən qəbul edilməsi (mülki iş İ cild, iş vərəqə 71); 26. - X20 ilə İddiaçı arasında Naxçıvan şəhəri, 2 saylı dövlət notariat konto runda bağlanmış 11 oktyabr 2017-ci il tarixli, 4Ə-170 qeydiyyat nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən ünvan 1 ünvanında yerləşən, sahəsi 0.1164 hektar olan torpaq sahəsinin və onun üzərində olan 92.9 kvadrat metr sahəli fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 03 oktyabr 2017-ci il tarixli çıxarışa əsasən X13 mülkiyyətində olması və sonuncunun həmin daşınmaz əmlakı İddiaçı bağışlaması (mülki iş İ cild, iş vərəqə 69); 27. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 31 oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan ünvan 1 ünvanında yerləşən, sahəsi 0.0913 hektar olan torpaq sahəsinin və onun üzərində olan 6 8.9 kvadrat metr sahəli fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması (mülki iş İ cild, iş vərəqə 10, 80); 28. - Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 21(122)-37/2020 nömrəli qərardadından Cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı olan iddia tələbi üzrə İddiaçı üçüncü şəxs qismində işə cəlb olunması (mülki iş İ cild, iş vərəqə 48); 29. - Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(122)-37/2020 nömrəli qərarından Cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən onun və mərhum qardaşı X3 Naxçıvan şəhə ri, Bulqan kənd ərazisində yerləşən daşınmaz əmlak barəsində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın onlara aid hissəsində ləğv olunması, JN-520A, JN-521A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab olunması və 1990-cı ilin sentyabr ayında onun mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilməklə yaşayış və qeyri-yaşayış binalarının texniki pasportunun əsasında çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia qaldırması və onun tələbinin təmin edilməsi (mülki iş İ cild, iş vərəqə 62-67); 30. - Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(122)-37/2020 nömrəli qərarının icra vəziyyəti ilə bağlı Naxçıvan Muxtar Respub likası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin həmin məhkəməyə ünvanladığı 05 fevral 2021-ci il tarixli, 04/75 nömrəli məktubundan 1990-cı ilin sentyabr ayında Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüləri dəqiqləşdirilməklə yaşayış və qeyri-yaşayış binalarının texniki pasportu əsasında onun adına çıxarış verilməsi, 05 noyabr 2022-ci il tarixli, 04/637 nömrəli məktubunda isə İddiaçı nümayəndəsinin 27 sentyabr 2022-ci il tarixli, ********** nömrəli ərizəsi əsasında daşınmaz əmlakın reyestrində müvafiq qeyd aparılması (mülki iş İ cild, iş vərəqə 74-75); 31. -Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər Məhkəməsinə ünvanladığı 10 dekabr 2024-cü il tarixli, 04/1329 nömrəl i məktubundan Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(122)-37/2020 nömrəli qərarının icrasının X6 münasibətdə təmin olunması, ünvan 1 ünvanında 913,85 kvadrat metr torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 68,9 kvadrat metr olan fərdi yaşayış evi ilə birlikdə 21 oktyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması (mülki iş İ cild, iş vərəqə 97); 32. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 29 yanvar 2021-ci il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan ünvan 4 ünvanında 0.1015 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 72.29 kvadrat metr olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18/42 nömrəli reyestr kitabının 8214 nömrəli vərəqində qeydiyyata alınması (mülki iş İ cild, iş vərəqə 30 və 76); 33. - Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(078)-430/2022 nömrəli qətnaməsindən Cavabdeh Naxçıvan şəhər ikinci Dövlət Notariat Ofisinə, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və İddiaçı qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, bağışlanma müqaviləsinin etibarsız hesab olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının (çıxarışın) ləğvi tələbinə dair iddia qaldırması və əsassız olduğundan onun iddia tələbinin rədd edilməsi (mülki iş İ cild, iş vərəqə 50-60); 34. - Naxçıvan Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(078)-430/2022 nömrəli qərardadından Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(078)-430/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı həmin məhkəməyə müraciət etməsi, lakin onun ərizəsinin təmin edilməməsi (mülki iş İ cild, iş vərəqə 43-44); 35. - Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(078)-430/2022 nömrəli qərardadından Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(078)-430/2022 nömrəli qərardadından şikayət verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə müraciət etməsi və həmin ərizənin də təmin edilməməsi (mülki iş İ cild, iş vərəqə 45-46); 36. -Naxçıvan Şəhər Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 2(078)-94/2025 nömrəli qərardadı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə tərtib edilmiş ekspert rəyində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin daşınmaz əmlakın texniki inventarlaşdırılması, qiymətləndirmə və ünvan reyestrinin təşkili sektorunun mühəndis-inventarlaşdırıcısı U.İsayevin şəxsi imzası ilə təsdiq edilmiş mütəxəssis rəyinin göstəricilərinə əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,9 kvadrat metr olan fərdi yaşayış evinin və Cavabdeh mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin giriş-çıxış hissələrinin ayrı olmasının müəyyən edilməsinin, İ ddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 68,9 kvadrat metr olan fərdi yaşayış evinə Cavabdeh tərəfindən maneə törədilməsinin mümkün olmasının qeyd edilməsi, yəni baxış zamanı Cavabdeh İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68,9 kvadrat metr olan fərdi yaşayış evindən istifadə etməsinin müşahidə olunmasının qeyd edilməsi (mülki iş İ cild, iş vərəqə 135-138); 37. -mülki işə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmə tərəfindən mübahisə predmetinin yerində müayinə edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş 19 iyun 2025-ci il tarixli rəydə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yenidən ölçülməsi zamanı TİB -in sentyabr 1990-cı il tarixli, 100 inventar nömrəli texniki pasportunda göstərilən tikiliyə 3.36 kvadrat metr ölçüdə dəhliz, 4.76 kvadrat metr ölçüdə sanitar qovşaq, 20.12 kvadrat metr ölçüdə açıq eyvanın əlavə olunmasının, fərdi yaşayış evinin ümumi sahəsinin 68.9 kvadrat metr göstərilməsinə baxmayaraq, faktiki olaraq artırılan tikintilərlə birlikdə 69.46 kvadrat metr təşkil etməsinin, fərdi yaşayış evinə hal-hazırda giriş qonşusu Cavabdeh Məhəmməd oğluna məxsus otaqdan dəhlizə giriş, həmçinin mülkiyyətçiyə aid olan açıq eyvandan şüşəbəndə giriş vasitəsilə mövcud olmasının, həyətyanı torpaq sahəsinin başlanğıcında 2.80 metr enində darvaza, yardımçı tikililərdən sonra 1.30 metr enində və həyətin axırında tövlənin yanında 1 metr enində yola tərəf giriş-çıxış qapılarının mövcud olmasının, darvaza olan hissədən fərdi yaşayış evinə daxil olmaq üçün dəhliz və otaqda yerləşən pəncərələrdən biri və ya bir neçəsinin qapı ilə əvəz olunmalı olmasının, darvazadan başqa digər qapılardan hazırda fərdi yaşayış evinə giriş-çıxış mövcud olmasının və baxış zamanı fərdi yaşayış evinə giriş üçün maneənin olmamasının aşkarlanmasının qeyd edilməsi aydın olur (mülki iş İ cild, iş vərəqə 178). V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri

38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci madd ələr).

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğ v edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(078)-94/2025 nömrəli qətnaməsini yalnız Cavabdeh mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının cavabdeh tərəfindən mübahisələndirilən hissəsi təşkil edir.

41. Cavabdeh verdiyi apellyasiya şikayətindən aydın olur ki, o, sözügedən qətnaməni tam mübahisələndirir.

42. Cavabdehin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır. Vİ. Tətbiq edilən maddi və prosessual hüquq normaları.

43. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

44. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri).

45. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 47. - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır; 48. -140-cı maddəsi ilə müəyyən edilir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi v ə tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 49. -152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 50. -157.2-ci maddəsindən görünür ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 51. -352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi d axil edilmədən də bağlana bilərdi; 52. -1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 53. -1146-cı maddəsindən görsənir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 54. -1159.1, 1159.1.1 və 1159.1.2-ci maddələrinin mahiyyətindən müəyyən edilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbə vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbə vərəsələrə isə ölənin bacıları və qardaşları daxildir və onlar bərabər pay hüquqlu vərəsələr sayılırlar; 55. -1160-cı maddəsinin tələbinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

56. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 57. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; 58. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 59. -9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 60. -76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir; 61. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 62. - 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedi şində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 63. -82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 64. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 65. -392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı: 67. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Vİİ. Apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və onun həllinə dair mövqeyi apellyasiya şikayətini

68. Mülki i şin müəyyən edilmiş hallarından aydın olur ki, mübahisə predmeti olan fərdi yaşayış evi yerləşən daşınmaz əmlak-torpaq sahəsi torpaq islahatları aparılmazdan öncə cavabdehin atası, eyni zamanda iddiaçının anasının qayınatası X5 istifadəsində olmaqla, ümumi sahəsi 0.20 hektar təşkil edib. Torpaq islahatı aparılan vaxt isə Cavabdeh istifadəsində 0.10 və onun qardaşı, mərhum X3 istifadəsində 0.10 hektar torpaq sahəsi olmasına baxmayaraq, islahatın nəticələrini özündə əks etdirən və hüquq müəyyənedici sənəd sayılan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü 0.10 hektar, onun qardaşı mərhum X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü isə 0.14 hektar göstərilmişdi ki, bu ümumilikdə 0.24 hektar edir. Əslində isə sonuncunun s ahibliyində olan torpaq sahəsinin faktiki olaraq ölçüsü 1164 kvadrat metr təşkil etmişdi. Həm özünə, həm də qardaşı X6 verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə qeyd edilən ölçülərlə razılaşmayan Cavabdeh həmin hüquq müəyyənedici sənədlərin etibarsız sayılması ilə bağlı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 27 noyabr 2020-ci il tarixli, 2-1(122)-37/2020 nömrəli qərarı ilə onun iddiası təmin edilərək, hər iki şəxsə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr etibarsız hesab edilmiş və 1990-cı ilin sentyabr ayında Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilməsi və ona verilmiş texniki pasport əsasında çıxarışın verilməsi öhdəliyi aidiyyəti inzibati orqanın üzərinə qoyulmuşdu.

69. Cavabdeh isə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr etibarsız sayıldığından onların öz qüvvəsini itirməsi və bu səbəbdən də ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı adına keçməsi ilə bağlı aparılmış hüquqi hərəkətlərin qanuni olmadığını bildirmişdi. Kollegiya onun nəzərinə çatdırır ki, onun mübahisələndirdiyi həm öz adına olan JN seriyalı, 520 A nömrəli, həm də qardaşı X3 adına verilmiş JN seriyalı, 521 A nömrəli şəhadətnamələrin hər ikisi etibarsız sayılmışdı. Əgər etibarsız sayılmış sənəd üzrə o, aparılmış torpaq islahatı nəticəsində əldə etməli olduğu torpaq sahəsinə sonradan öz mülkiyyət hüququnu bərpa edə bilirsə, bu hüquq onun qardaşı və onun vərəsələrinə münasibətdə də istisna edilə bilməz.

70. Digər tərəfdən isə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməs inin 27 noyabr 2020-ci il tarixli, 2-1(122)-37/2020 nömrəli qərarından aydın olur ki, məhkəmə bu sənədləri etibarsız hesab etdikdən sonra inzibati orqanın üzərinə daşınmaz əmlakın dövlət reyestrində 1990-cı ilin sentyabr ayında mövcud olan hüquqi vəziyyətə uyğun sənədlərin verilməsi öhdəliyini qoymuşdu.

71. Yuxarıda qeyd edilən işin müəyyən edilmiş hallarından aydın olur ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(122)-37/2020 nömrəli qərarının icrası ilə bağlı olaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə göstərilən səhvliklər aradan qaldırılmışdı. Belə ki, ilkin olaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 22 avqust 2017-ci il tarix li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ünvan 1 ünvanında yerləşən, sahəsi 0.1164 hektar olan torpaq sahəsinin üzərində olan 92.9 kvadrat metr sahəli fərdi yaşayış evinin X3 xüsusi mülkiyyətində olması qeyd edilsə də, həmin orqan tərəfindən verilmiş 31 oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan ünvan 1 ünvanında yerləşən, torpaq sahəsinin 0.0913 hektar, onun üzərində olan fərdi yaşayış evinin 68.9 kvadrat metr olması öz əksini tapmışdı. İddiaçı hazırda məhz bu ölçülü daşınmaz əmlaka olan hüququna cavabdeh tərəfindən olan müdaxiləni mübahisələndirir.

72. Qardaşına məxsus daşınmaz əmlakı əldə etməkdə israrlı olan Cavabdeh Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(122)-37/2020 nömrəli qərarının çıxarılmasından sonra Naxçıvan Şəhər Məhkəməsinə yuxarıda qeyd edilən iddia tələbi ilə müraciət etsə də, onun tələbi təmin edilməmişdi. O, verdiyi apellyasiya şikayətində özünün qardaşının vərəsəsi olduğunu və ondan qalan mirası özünün qəbul etməsini bildirdiyindən, kollegiya cavabdehin nəzərinə çatdırır ki, mərhum X2 miras qalmış əmlakı qəbul etməsində ilkin olaraq üstünlük, onun birinci növbə vərəsələrinə aiddir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

73. Birinci növbə vərəsə olmadığı və ya onların mirasdan imtina etdiyi, habelə mirası qəbul etmədiyi hallarda ikinci növbə vərəsələrin dairəsinə aid olan şəxslər vərəsəliy ə çağırıla bilər. Yəni hazırkı mübahisə üzrə mərhum X3 arvadı X20 mirası qəbul etdiyi halda, Cavabdeh xeyrinə miras qoyan tərəfindən vəsiyyətnamə tərtib edilməyibsə, onun qardaş və ya bacılarının Nadirin vərəsəsi olmasından söhbət gedə bilməz.

74. Cavabdehin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 noyabr 2020ci il tarixli, 2-1(122)-37/2020 nömrəli qərarın qəbul edilməsi zamanı qardaşının arvadı X13 ölməsi və buna görə də özünün onun yeganə vərəsəsi olmasına dair dəlili ilə bağlı kollegiya bildirir ki, qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin dairəsini və anını Mülki Məcəllənin 1134.1-ci maddəsi, miras qoyanın öldüyü vaxtla və həmin vaxt sağ olan vərəsələrə məhdudlaşdırır. Bu səbəbdən də X7 09 fevral 2017-ci ildə ölən zaman onun sağ olan arvadı vərəsəliyə çağrəlmışdı.

75. Cavabdeh apellyasiya şikayətinə baxılması zamanı verdiyi izahatında "icra nümayəndəliyi tərəfindən verilmiş arayışda özünün vərəsə kimi adının qeyd edilməsi, lakin işə baxan birinci instansiya məhkəməsinin bunu nəzərə almaması"na dair dəlilinə hüquqi münasibət bildirən kollegiya aşağıdakıları bildirir. 76. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında isə formalaşdırmış mövqeyə əsasən vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyət dir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar.

77. Qeyd olunan mübahisələrin həll edilməsi səlahiyyəti notariat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənar olmaqla hüquqi mübahisələrin həlli yeri kimi məhkəmələrə aiddir. Əks yanaşma qanunvericiliyin mövcud sistemi ilə uzlaşmamaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin yaranmasına gətirib çıxara bilər.

78. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli fərmanı ilə təsdiq edilmi ş “Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnamənin 5.1.4, 5.1.6 və 5.1.9-cu bəndlərinindən isə görünür ki, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək; ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq; ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə səlahiyyətləridir.

79. Qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsaslanan kollegiya bildirir ki, qanun üzrə və rəsələrin dairəsi yerli icra hakimiyyəti orqanlarının arayışı ilə deyil, mülki qanunvericiliklə müəyyən edilir.

80. Cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilin - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız sayıldığından bundan qabaq X13 adına olan qanun üzrə vərəsəlik şəhadətnaməsinin və bağışlama müqaviləsinin etibarsızlığı məsələsinin hüquqi həllinə gəldikdə isə kollegiya qeyd edir ki, yuxarıda göstərilən şəhadətnamələr etibarsız sayılsa da, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində baxılan mübahisənin mahiyyətini, həmçinin predmetini X3 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka hüququnun olmaması təşkil etməyib. Həmin mübahisə üzrə qəbul edilmiş məhkəmə aktının mahiyyəti onu deməyə imkan verir ki, bu mübahisə qeyd edilən ünvanda olan daşınma z əmlakın ölçülərinin düzgün olmamasına yönəldiyindən və yekunda, həm Cavabdeh, həm də X3 daşınmaz əmlaklar üzərində hüquqları müəyyən edildiyindən, habelə X3 mülkiyyətinə daşınmaz əmlakın artıq verilmiş hissəsi üzrə cavabdehin hüquqları bərpa olunduğundan, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız sayılması faktı yuxarıda qeyd edilən şəhadətnamə və bağışlama müqaviləsi üzrə yalnız daşınmaz əmlakın artıq hissəsinə, yəni sonradan cavabdehin mülkiyyətinə qaytarılmış hissəsinə münasibətdə şamil edilə bilər. Yəni həmin sənədlərin bir hissəsinin etibarsızlığı bütünlüklə onların etibarsızlığına səbəb olmur.

81. İş materiallarından aydın olur ki, hazırkı vəziyyətdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzrə aparılmış qeyd iyyat Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2-1(122)37/2020 nömrəli qərarı ilə ziddiyyət təşkil etmir.

82. Ali Qanunun yuxarıda göstərilən normalarından görünür ki, konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, həmin hüququn effektiv vasitələrlə təmin olunmasına dövlət zəmanəti verir. 83. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyy ətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

84. Bundan başqa Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli qərarında göstərilir ki, vətəndaş cəmiyyətinin mühüm institutu ola n mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biri olduğuna görə Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. 85. "Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı müraciətinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2025-ci il tarixli qərardadına istinadən kollegiya bildirir ki, əsas və fundamental insan hüquqlarından biri kimi mülki yyət hüququ əşya hüquqları kateqoriyasına aid olmaqla məzmununu üç səlahiyyət (sahib olmaq, istifadə etmək, sərəncam vermək) təşkil edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Vurğulanmalıdır ki, mülkiyyət hüququnu digər əşya haqlarından fərqləndirən başlıca xüsusiyyət hər üç səlahiyyətin bir şəxsdə (mülkiyyətçidə) cəmləşməsində, o cümlədən əşyanın hüquqi müqəddəratını müəyyən etmək (əşyaya sərəncam vermək) səlahiyyətinin məhz mülkiyyət hüququ ilə təmin olunmasındadır.

86. Mülki hüquq nəzəriyyəsinə əsasən sahiblik anlayışı müəyyən bir əşya üzərində real və faktiki olaraq iqtidara, hakimiyyətə malik ol ma halını ifadə edir və əşyaya bu şəkildə qanuni sahiblik müəyyən bir hüquqi əsas sayəsində (mülki-hüquqi əqd, məhkəmə qərarı) yarana bilir.

87. Əşyadan istifadə əşyanı təyinatına uyğun istismar etməni, ondan yararlanmanı, gəlir əldə etməni ifadə edir. Məsələn, mülkiyyətçinin öz mənzilində yaşaması, ona məxsus bağ sahəsində ağac əkməsi və ya avtomobilini sürməsi və s. kimi hallarda həmin şəxs mülkiyyətçi müvafiq əşyalardan istifadə etmiş olur. İstifadə hüququnun məzmunu müəyyən edilərkən o da nəzərə alınmalıdır ki, Mülki Məcəllədə bir çox hallarda müxtəlif normalarda nəzərdə tutulmuş “istifadə” sözü, haqqın özünü deyil, haqqın həyata keçirilmə formasını bildirir.

88. Mülkiyyət hüququnun özəyini təşkil edən sərəncam hüququnun həyata keçirilməsi əşyanın hüquqi və ya fiziki olaraq aqibətinin müəyyən edilməsi ilə nəticələnməklə onun mənsubluğunun dəyişdirilməsi, üzərində məhdud əşya hüquqlarının yaradılması yolu ilə yüklü hala gətirilməsi, mövcudluğuna son qoyulması kimi hərəkətlərdə təzahür edir. Vurğulanmalıdır ki, əşya üzərində birbaşa sərəncam haqqını (səlahiyyətini) təmin edən hüquq məhz mülkiyyət hüququdur. 89. ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı xüsusi mülkiyyətində olması öz təsdiqini tapdığından kollegiya qeyd edir ki, iddiaçı özünə məxsus mübahisə predmeti olan daşınmaz əmlaka cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması ilə bağlı tələbi irəli sürməklə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş hüquqi addım atmışdı.

90. Mülkiyyət hüququnun müdafiəsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi ilə tənzimlənir ki, həmin normanın mahiyyətinə görə, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri olan əşya-hüquqi müdafiə üsulu 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər. Bu iddialardan biri Mülki Məcəllənin 157.2-ci maddəsinə görə vindikasiya, yəni mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək iddiasıdır.

91. Bu göstərilənlər onu deməyə imkan verir ki, İddiaçı Cavabdeh qarşı mənzildən istifadəyə dair maneənin aradan qaldırılması tələbi əsaslıdır.

92. Kollegiya bildirir ki, istər İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, istərsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ mütləq hüquq deyil, o məhdudlaşdırıla bilən hüquqdur. Bu məhd udiyyət isə qanuni və əsaslı olmalıdır.

93. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində öz əksini tapmış prezumpsiyaya əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

94. Bu norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində öz əksini tapıb.

95. Bu prezumpsiyaya görə əksi sübut edilməyincə dövlət orqanının aktı qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlaka dair dövlət reyestrində nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamlığına dəlalət edir. Daşınmaz əmlakın reyestrinin qeyri-dəqiq olması isə daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və ya reyestr məzmununu təşkil edən ünsürlərdən hər hansı biri nin orada əks olunmamasını nəzərdə tutur. Bunun qeyri-dəqiq olmasını sübutetmə yükü isə iddia edən tərəfin üzərinə düşür. 96. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 dekabr 2024-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş əmlak hüquqlarının, o cümlədən mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də əmlak hüququ sahiblərinin mənafelərinin qorunması baxımından vacibdir. Bu qeydiyyat nəticəsində şəxsin qanunla müəyyən edilmiş qaydada və əsas larla əldə etdiyi müvafiq daşınmaz əmlaka dair hüquqlarının tanınması bu hüquqların pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair hüquqları (mülkiyyət və s.) təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.

97. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək kollegiya belə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdi. Bu səbəbdən də kollegiya Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(078)-94/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini ona münasibətdə əsassız hesab edir.

98. Azərbaycan Respublikası M ülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, b u Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

99. Bundan başqa Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

100. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

101. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 102. - Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(078)-94/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli; 103. - Naxçıvan Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(078)-94/2025 nömrəli qətnaməsi Cavabdeh tərəfindən mübahisələndirilən (tam mübahisələndirmə) hissədə dəyişdirilmədən saxlanılmalı; 104. - məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.

105. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

106. Kollegiya yuxarıda qeyd olunanları, “Məhk əmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Vİİİ. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə qətetdi: Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(078)-94/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti əsassız olduğundan təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(078)-94/2025 nömrəli qətnaməsi Cavabdeh tərəfindən mübahisələndirilən (tam mübahisələndirmə) hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o i şdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar