Məhkəmə qərarları › İş №2(108)-152/2021

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-152/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-152/2021 13.10.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 kv.metr qeyri-yaşayış sahəsinin 2006-cı ilin iyul ayında İddiaçı satılmasına dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 kv.metr qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-55/2021 nömrəli qətnaməsindən İddiaç ı və onun vəkili X11 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı və iddiaçının vəkili X11 Cavabdeh qarşı 11 sentyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh Naxçıvan şəhəri, H.Əliyev prospekti 11/1 ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsini ona satmasına dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Naxçıvan şəhəri, H.Əliyev prospekti 11/1 ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. 23 oktyabr 2020-ci il tarixdə İddiaçı və onun vəkili X11 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh Naxçıvan şəhəri, H.Əliyev prospekti 11/1 ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsini 2006-cı ilin iyul ayında ona satmasına dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Naxçıvan şəhəri, H.Əliyev prospekti 11/1 ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-55/2021 qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 kv.metr qeyri-yaşayış sahəsinin 2006-cı ilin iyul ayında İddiaçı satılmasına dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 kv.metr qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının əsa ssız olduğundan rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan İddiaçı və onun vəkili X11 06 iyul 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-55/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişlər. İddiaçı və onun vəkili X11 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, iddia tələbi üzrə məhkəmə araşdırması halları onu deməyə əsas verir ki, müvafiq alğı-satqının tanınması yazılı forma şərtini istisna edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsi 14 ildir ki, onun sahibliyində, istifadəsindədir. Cavabde h bu halı təkzib edərək həmin qeyri-yaşayış sahəsinin atasının istifadəsinə (kirayə vermək üçün) verdiyini, atası öldükdən sonra anası tərəfindən idarə edildiyini bildirsə də, bu halların təsdiqinə dair məhkəməyə heç bir sübut, dəlil təqdim edə bilməmişdir. Halbuki məhkəmə araşdırması zamanı şahid qismində ifadə vermiş Cavabdeh anası X12 2006-cı ildən həmin qeyri-yaşayış sahəsinin 16.500 ABŞ dollarına satıldığını, təbii ki, Vüqarın bundan xəbərinin olduğunu, həmin qeyri-yaşayış sahəsinin Vüqarın dediyi kimi nə özü, nə də Vüqarın atası tərəfindən kirayəyə verilmədiyini bildirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Cavabdeh həmin qeyri-yaşayış sahəsini onun adına-İddiaçı adına sənədləşməsinə dair müvafiq hərəkətlər etmişdir. Belə ki, həmin qeyriyaşayış sahəsinin on un adına keçirilməsinə arvadı X8 razı salmaq üçün onu və iş üzrə şahid qismində ifadə vermiş X6 Vüqarın evinə Sevda xanımla görüşə göndərmişdir. Həmçinin Cavabdeh 2019-cu ildə ona etibarnamə verdi və bildirdi ki, “yer sizindir gedin daşınmaz əmlakdan sənədləri alın, sonra adınıza keçirim, sizin yerin xərcini mən çəkməyəcəm ki....”. Xüsusilə bildirmək istəyir ki, Cavabdeh məhkəməyə qədər ona deyirdi ki, “bu məsələni verin məhkəməyə, mən də sizin tərəfinizdə duracağam”. Göründüyü kimi məhkəmə qətnaməsi işin müəyyən olunmuş faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsinin satılması Cavabdeh tərəfindən qəbul edilmişdir. Bu alğı-satqının İddiaçı adına rəsmiləşdirilməsi el əcə də müvafiq sənədlərin əldə olunması üçün ona 2019-cu ildə etibarnamə verilmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunan bu kimi hallarını qiymətləndirməmişdir. Bu mənada xüsusilə bildirmək istəyir ki, Cavabdeh 2019-cu ildə ona verdiyi etibarnamə ilə ediləcək hərəkətlərin mahiyyəti və bu hərəkətlərə görə müvafiq ödənişlərin nə üçün onun hesabına edildiyi hallarına münasibət bildirməmişdir. Yekun olaraq hörmətli məhkəmə kollegiyasından mübahisənin müəyyən olunmuş hallarının hərtərəfli araşdırılıb təhlil edilməsini xahiş edir. Apеllyаsiyа şikаyətinə qаrşı 17 avqust 2021-ci il tarixdə Cavabdeh və cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 etiraz larla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək şikayətin təmin olunmaması və Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-55/2021 nömrəli qətnaməsinin qüvvədə saxlanılması haqqında qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişlər. İddiaçı sonuncu məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin əvvəlki məhkəmə baxışı iclaslarında verdiyi izahatında Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-55/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı ərizə ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək ərizəsində müvafiq məhkəmə icraatında ona hüquqi yardım göstərən vəkil X11 ilə araları nda bağlanmış “hüquqi yardım müqaviləsi”nə 30.09.2021-ci il tarixdə xitam verildiyini qeyd edərək ərizəsinin nəzərə alınmasını kollegiyadan xahiş etmişdir. Cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclaslarında iştirak etməmiş iştirak etməməsinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh apellyasiya şikayətinin təmin edilməməklə Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-55/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mül ki iş üzrə iddiaçı və cavabdehin izahatlarını dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Həmin Məcəllənin 148.2-ci maddəsinə uyğun olaraq daşınmaz əml akın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) özü istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Kollegiya apellyasiya şikayətində qeyd olunan müvafiq alğı-satqının tanınmasının yazılı forma şərtini istisna etməsi, mübahisəli qeyri-yaşayış sahəsinin 14 ildir ki, onun sahibliyində, istifadəsində olması, Cavabdeh bu halı təkzib edərək həmin qeyri-yaşayış sahəsini atasının istifadəsinə (kirayə vermək üçün) verdiyini, atası öldükdən sonra anası tərəfindən idarə edildiyini bildirsə də, bu halların təsdiqinə dair məhkəməyə heç bir sübut, dəlil təqdim edə bilməməsi, halbuki məhkəmə araşdırması zamanı şahid qismində ifadə vermiş Cavabdeh anası X3 2006-cı ildən həmin qeyri-yaşayış sahəsinin 16.500 ABŞ dollara satıldığını, təbii ki, Vüqarın bundan xəbərinin olduğunu, həmin qeyri-yaşayış sahəsinin Vüqarın dediyi kimi nə özü, nə də Vüqarın atası tərəfindən kirayəyə verilmədiyini bildirməsi, bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Cavabdeh həmin qeyri-yaşayış sahəsini onun adına-İddiaçı adına sənədləşməsinə dair müvafiq hərəkətlər etməsi, belə ki, həmin qeyri-yaşayış sahəsinin onun adına keçirilməsinə arvadı X8 razı salmaq üçün onu və iş üzrə şahid qismində ifadə vermiş X6 Vüqarın evinə Sevda xanımla görüşə göndərməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 may 2012-ci il tarixli Qərarında da qeyd olunduğu kimi, qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid i fadələrinə istinad etmək hüququndan məhrum edir. Əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlər ini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli Qərarında eyni hüquqi mövqedən çıxış edərək vurğulamışdır ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən da şınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğısatqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab ed ə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. İddiaçı mərhum yoldaşı ilə Cavabdeh mərhum atası arasında alğı-satqı münasibətlərinin olmasını təsdiq edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər mübahisəli qeyri-yaşayış sahəsinin 16.500 ABŞ dollarına satıldığını bildirsələr də iddiaçının mərhum yoldaşı və cavabdehin mərhum atası arasında daşınmaz əmlakın alğı-satqı ilə bağlı hər hansı müqavilə bağlandığını təsdiq edə bilməmişlər. Daşınmaz əmlakla bağlı alğı-satqı müqavilələrinin yazılı şəkildə bağlanmaması, notarial qaydada təsdiq edilməməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması həmin müqaviləni etibarsız edir. Tərəf lər arasında şifahi formada daşınmaz əmlakla bağlı hansısa razılığa gəlinməsi müqavilə bağlanmasını ehtiva etmir. Mülki işin materiallarında mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh mərhum atasına məxsus olması və ona sərəncam hüququnun olması öz təsdiqini tapmır. Belə ki, Cavabdeh 1994-cü ildə həmin qeyri-yaşayış sahəsini satın aldığını, atasının istifadəsinə verdiyini bildirmişdir. Bu da cavabdehin mərhum atasının həmin qeyri-yaşayış sahəsinə sərəncam verə bilməsini istisna edir. Kollegiya apellyasiya şikayətində qeyd edilən, Cavabdeh həmin qeyri-yaşayış sahəsini onun adına-İddiaçı adına sənədləşməsinə dair müvafiq hərəkətlər etməsi, həmin qeyri-yaşayış sahəsinin onun adına keçirilməsinə arvadı X8 razı salmaq üçün onu və iş üzrə şahid qismində ifadə vermiş X6 Vüqarın evinə Sevda xan ımla görüşə göndərməsi, həmçinin Cavabdeh 2019-cu ildə ona etibarnamə verməsi və “yer sizindir gedin daşınmaz əmlakdan sənədləri alın, sonra adınıza keçirim, sizin yerin xərcini mən çəkməyəcəm ki....” deyə bildirməsi, Cavabdeh məhkəməyə qədər ona “bu məsələni verin məhkəməyə, mən də sizin tərəfinizdə duracağam” deməsi, göründüyü kimi məhkəmə qətnaməsinin işin müəyyən olunmuş faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaması, mübahisəli qeyri-yaşayış sahəsinin satılmasının Cavabdeh tərəfindən qəbul edilməsi, bu alğı-satqının İddiaçı adına rəsmiləşdirilməsi eləcə də müvafiq sənədlərin əldə olunması üçün ona 2019-cu ildə etibarnamə verilməsi, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunan bu kimi hallarını qiymətləndirməməsi, Cavabdeh 2019-cu ildə ona verdiyi etibarnamə ilə ediləcək hərəkətlərin mahiyyəti və bu hərəkətlərə görə müvafiq ödənişlərin nə üçün onun hesabına edildiyi hallarına münasibət bildirməməsi dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı qeyd olunan dəlillərlə bağlı məhkəməyə şahid ifadələrindən başqa sübut təqdim etməmişdir. Şahid ifadələri isə mübahisəli qeyri-yaşayış obyekti barəsində müvafiq qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinin olmasını təsdiq etmir. Şahid ifadələri ilə yalnız iddiaçının mərhum yoldaşının 16.500 ABŞ dollarını cavabdehin mərhum atasına verməsi onlar arasında qeyri-yaşayış obyektinin alğı-satqısı ilə bağlı razılıq olması təsdiq olunur. Birinci instansiya məhkəməsindəki izahatlarında iddiaçı və onun vəkili daşınm az əmlakın alğı-satqısı ilə bağlı yazılı müqavilə bağlamadıqlarını qeyd etmişlər. Həmçinin cavabdeh birinci instansiya məhkəməsindəki izahatında da qeyri-yaşayış sahəsinə kirayə müqaviləsi bağlaya bilməsi məqsədi ilə İddiaçı etibarnamə verdiyini bildirmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya etibarnamə verilməsi onun mülkiyyətində olan daşınmaz əmlakı iddiaçının mülkiyyətinə keçirməsi kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İş materiallarında olan 24.09.2019-cu il qeydiyyat tarixli, MH № ******* nömrəli “Çıxarış”ın surətindən məlum olur ki, mübahisəli qeyr i-yaşayış obyekti X4 mülkiyyətindədir. Həmin Məcəllənin 144.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Apellyasiya baxışı zamanı aparılmış araşdırmadan və iş materiallarından Naxçıvan şəhəri, H.Əliyev prospekti 11/1 ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinin cavabdehin atası mərhum X14 tərəfindən 2006-cı ildə iddiaçının mərhum əri X1 barədə müqavilənin mövcud olmaması mübahisəsiz şəkildə müəyyən olunmuşdır. İş materialları ilə müəyyən oluna n mübahisəsiz hallardan biri də odur ki, mübahisə obyekti olan qeyri-yaşayış sahəsi ümumiyyətlə mülkiyyət hüququ ilə cavabdehin mərhum atası X10 deyil, Cavabdeh məxsus olmuşdur və bu gün də onun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı və eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd,...həqiqi hes ab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Qərarında qeyd olunduğu kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılma sının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış” isə həmin qeydiyyatı əks etdirən sənəddir. Kollegiya, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nöqteyi-nəzərindən məsələyə yanaşaraq qeyd edir ki, faktiki olaraq qüvvədə olan, eyni zamanda həqiqiliyi və tamamlığı mübahisələndirilməyən qeydiy yata əsasən verilmiş çıxarışın qanuniliyi şübhə altına alına bilməz. Belə ki, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan və digər sənədlərindən görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti 11/1 ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 24.09.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə müvafiq çıxarış verilmişdir. Cavabdeh adına verilmiş hüquq müəyyənedici sənədlər (çıxarışlar, texniki pasport və s.) iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda cavabdehin mərhum atasına mübahisəli qeyri-yaşayış sahəsinin satın alınması məqsədilə 16500 dollar məbləğində pulun verilməsi dəlili ilə əlaqədar bildirilir ki, belə halların mövcudluğu ödənilmiş vəsaitin tələ b edilməsi hüququnun yaranmasına səbəb ola biləcək haldır və ayrıca iddia icraatında mübahisələndirilə bilər. Lakin hazırki mülki işin predmeti ilə əlaqəli olmadığından müzakirə olunaraq qiymətləndirilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırmış, iddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Beləliklə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Kollegiya son olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2012-ci il tarixli “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunları na uyğunluğunun yoxlanılmasına dair” Qərarında da təsbit olunduğu kimi Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum olunmasına səbəb ola bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün çıxarılmış qətnamədir. Hazırki işdə Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-55/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunma sı üçün əsaslar mövcud deyil. Apellyasiya şikayətinin dəlilləri də Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-55/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Kollegiya yekun olaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 kv.metr qeyri-yaşayış sahəsinin 2006-cı ilin iyul ayında İddiaçı satılmasına dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 kv.metr qeyri yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-55/2021 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-55/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392, 402-406-cı maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 kv.metr qeyri-yaşayış sahəsinin 2006-cı ilin iyul ayında İddiaçı satılmasına dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 kv.metr qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-55/2021 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(078)-55/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan R espublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar