Məhkəmə qərarları › İş №2(108)-16/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-16/2023

09.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-16/2023 09.02.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh3, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mirasın onun tərəfindən faktiki olaraq qəbulu faktının tanınması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e-2(078)-978/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəl i sürməyən üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək mərhum anası X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mirasın onun tərəfindən faktiki olaraq qəbulu faktının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən G.X.Səfərəliyeva) 02 noyabr 2022-ci il tarixli, e-2(078)-978/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, mərhum X1 miras qalan ünvan 1 ünvanında yerləşən əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, İddiaçı tərəfindən 17 avqust 2022-ci il tarixdə 6384 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) mana t dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 alınıb iddiaçıya qaytarılması barədə qərar qəbul edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e-2(078)-978/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, hələ nənə, babasının sağlığında atası Rafiq onların yaşamağı üçün hazırda mübahisəli olan baba evinə bitişik ev tikmişdir. Həmin evdə də onlar ailəlikcə yaşayıblar. Sonradan ailə daxili problemlərə görə, onlar həmin evdən çıxmalı olublar. 2014-cü il tarixində əmisi Yasin atası ilə razılaşıb ki, həyətin aşağı hissəsini onlara versinlər. Əvəzində isə atası tərəfindən baba mülkinə bitişik şəkildə atası tərəfindən tikilmiş ev əmisi Yasinə verilsin. Beləliklə də o, və atası əmisinin razılığı ilə həyətin aşağı tərəfindən onlarla aralarındakı sərhədin müəyyən olunması üçün kubikdən divar tikiblər. Divar tikilib bitdikdən, sərhədləri müəyyən olunduqdan sonra həmin torpaq sahəsi üzərində tikinti işləri aparmağa başlayıblar. Həmin torpaq üzərində 5 metr eni, uzunu 10 metr olan otaq tikiblər. Qeyd edir ki, aralarındakı sərhədi müəyyən edən divarın və həyətdəki ot ağın tikintisi zamanı Yasin əmisi, oğlu Adıgözəl gəlib onlara köməklik göstəriblər. Aralarındakı divarın çəklişi evin tikilişində ustalarla bərabər iş yoldaşları Rəşad, Şamil, Elşən, qardaşları və yuxarıda qeyd etdiyi kimi əmisi Yasin və əmioğlusu Adıgözəl işləyiblər. Yəni baba, nənə torpağından atasının tikdiyi evə əvəz olaraq atasına ayrılan torpaq üzərində bütün vərəsələrin ümumi razılığı ilə atasının nəzarəti altında ev tikiblər və həyətlərinə girib çıxmaq üçün ayrıca dəmir qapıları da var idi. Həmin dəmir qapının açarı hər zaman atasında, onun ölümündən sonra isə cavabdehdə olub, bu gündə cavabdehdədir. Lakin əmisi Yasin Naxçıvan Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e-2(078)-978/2022 nömrəli qətnaməsi çıxdıqdan dərhal sonra özbaşına olaraq onun küçəyə çıxışı üçün nəzərdə t utulan dəmir qapısını qıraraq ora başqa qıfıl vurmuşdur. Əmisi bir böyük kimi, vəfat etmiş qardaşının ruhuna, adına və ona hörmətsizlik etməkdədir. Lakin əmisi Yasin unutmamalıdır ki, onun atası da anasından qalmış kimi sənədləşdirdiyi ata ocağında özü üçün ayrıca ev tikmişdir, yaşamışdır və mirası faktiki olaraq qəbul etmişdir. Hətta onlar ailəlikcə ordan köçsələr də həmin evin açarı daimi onlarda olmuşdur. Həmin ev əmisigilin yaşadığı evə bitşik olduğundan əmisi atası ilə razılaşmışdır ki, atası evi ona verir əvəzində torpağın aşağısından atasına torpaq verirlər və onlar orda evlərini tikirlər. Nəticə etibarı ilədə belə də oldu. Atası və o əmisinin dediyi yerdən hasarlarını çəkib torpaqları üzərində ev tikiblər. Hətta halhazırda atasının tikdiyi köhnə evlərində onlara məxsus 5-6 pəncərə, 1 qapı və maşınına aid ehtiyyat hissələri və sair əşyalar vardır. Bütün bunlar onu bir daha təsdiq edir ki, nənəsinin adına sənədləşmiş mirası əmisi Yasinlə bərabər atası Rafiq, onun vəfatından sonra isə vərəsəsi kimi cavabdeh qəbul etmişdir. Onun göstərdiklərini əmisi Yasin də məhkəməyə verdiyi ifadəsi ilə təsdiq etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e-2(078)-978/2022 nömrəli qətnaməsində əmisi Yasinin məhkəməyə verdiyi ifadəsi kimi göstərilmişdir ki, “Mərhum Rafiq qardaşı həmin həyətdə hasar çəkmişdir. Oda heç bir etiraz etməmişdir.” Dolayısı ilə əmisi Yasin öz dili ilə təsdiq edir ki, atası Rafiq də mirası faktiki olaraq qəbul etmişdir. Eyni zamanda qətnamədən aydın görsənir ki, cavababdeh qismində ifadə verən vərəsələr-Cavabdeh1, Cavabdeh3 göstərmişdirlər ki, mübahisəli əmlakda yalnız Yasin və Rafiq yaşamışdılar. Sadəcə olaraq bu məsələlərə məhkəmə tərəfindən aydınlıq gətirilməmişdir. Eyni zamanda şahid qismində dindirilmiş şəxslər təhrif olunmuş qaydada iddiaçının mənafeyini qoruyan şəkildə məhkəməyə ifadələr vermişdilər. Həmin şahidlər də yaxşı bilirdilər ki həmin həyətdə atası tərəfindən ayrıca ev tikilmiş, onlar orada yaşayıblar. Oradan çıxıb getsələr də həmin evin açarı atasında olmuşdur. Sonralar isə atası və onun tərəfindən həyət ikiyə ayrılaraq tərəflərindən tikilillər tiklmişdir. Bütün bunlar həmin şahidlərin gözü önündə olmuşdur. Lakin nədənsə şahidlər həmin hissələr barədə məhkəməyə danışmamışlar. Ümumiyyətlə onun məhkəmədə verdiyi ifadəsi də məqsədli şəkildə təhrif olunaraq hüquqları pozulmuşdur. Hesab edir ki, məhkəmə yuxarıda qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan və düzgün qiymətləndirmə aparmadan qətnamə qəbul etmişdir. Beləliklə də Naxçıvan Şəhər Məhkəməsi işə baxarkən bir sıra qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya şikayətininin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 14, 88, 1243, 1255-ci maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, Cavabdeh1 oğlu, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6, X9, X10, X12, X3 və X13 məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı 07 fevral 2023-cü il tarixli teleqramla koll egiyaya müraciət edərək hal-hazırda Bakı şəhərində yaşadığı üçün işi ilə əlaqədar məhkəmə prosesinə gəlməyəcəyini qeyd edib, onun iştirakı olmadan, işə baxıb, apellyasiya şikayətinin rədd olunmuası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd olunan şəxslərin iştirakı olmadan baxmışdır. Belə ki, həmin maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı zamanı cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 09 fevral 2023-cü il tarixli ərizəsini kollegiyaya təqdim edib İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cava bdeh3 qarşı mirasın onun tərəfindən faktiki olaraq qəbulu faktının tanınması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e-2(078)-978/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirərək ərizəsinin nəzərə alınaraq apellyasiya şikayəti üzrə icraata xitam verilməsini kollegiyadan xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayətindən imtina еtməsi ilə bağlı ərizəsinin nəzərə alınaraq apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 ape llyasiya şikayətindən imtina еtməsi ilə bağlı ərizəsinin nəzərə alınaraq apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdilər. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə, yəni cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sü rməyən üçüncü şəxs X8 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 114.1.6-cı maddəsinə uyğun olaraq, apellyasiya icraatına xitam verildiyindən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən ş əxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mirasın onun tərəfindən faktiki olaraq qəbulu f aktının tanınması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e-2(078)-978/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətindən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 imtinası qəbul edilsin və apellyasiya şikayətindən imtina etmiş cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 münasibətdə apellyasiya icraatına хitam verilsin. "xxxx" ASC-nin Naxçıvan filialında 30 noyabr 2022-ci il tarixdə, əməliyyat İD 113979289, terminal nömrəsi K0500015 olan, 23724 nömrəli qəbzlə ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdeh tərəfində m übahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar