Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-162/2024 05.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrlik edən və məruzəçi), X1 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh təşkilat "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Kərim oğlunun iştirakları ilə, İddiaçı cavabdeh təşkilat "xxxx" ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-12/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə bağlanmış 08 iyun 2020-ci il tarixli müqavilənin ləğv olunması barədə qərar q əbul olunmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-12/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən G.X.Səfərəliyeva) İddiaçı cavabdeh təşkilat "xxxx" ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddianın əsassız olduğundan rədd olunması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-12/2024 nömrəli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-12/2024 nömrəli qətnaməsini ləğv edərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qətnamə ilə razılaşmadığını, xx.xx.2020-ci i l tarixdə "xxxx" ASC-nin hesabında olan 1 ədəd Belarus MTZ-1221.2 markalı traktor və 1 ədəd SPA14.5 markalı kotanın saz və komplekt vəziyyətdə Y.E.Ələkbərovdan alınaraq ona təhvil verildiyini, xx.xx.2023-cü il tarixdə idarə etdiyi belarus MTZ 1221.2 markalı ** KA *** dövlət nişanlı tingəçilik üçün nəzərdə tutulmuş traktorun Y. Buzqov Bələdiyəsinə məxsus ərazidə şum edən zaman qarşısıalınmaz qüvvə nəticəsində traktorun sürüşüb aşdığını, yararsız vəziyyətə düşdüyünü, həmin vaxt özünün ağır bədən xəsarəti alaraq təcili olaraq Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyini, "xxxx" ASC-nin hesabına alınan kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin aşağıdakı şərtlərinin olduğunu: 1.1., Bu müqavilə əsasında "xxxx" ASC-nin 08 iyun 2020-cu il tarixli 1 57 saylı məktubuna və 106 saylı protokoluna əsasən dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə dəyəri 60000 manat olan 1 (bir) ədəd Belarus MTZ1221.2 markalı traktorun və dəyəri 5000 manat olan 1 (bir) ədəd SPA-14.5 markalı kotanın lizinq qaydasında 10 (on) il müddətinə lizinqə verilir., 1.2 Verilən texnikalar kənd təsərrüfatı məhsulu istehsalını artırmaq məqsədilə təyinatı üzrə istifadə edilir.,
2. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ. 2.1.1 LİZİNQƏ VERƏN: 2.1.1. Kənd təsərrüfatı texnikalarını lizinqə verərkən heç bir ipoteka tələb olunmur: 2.1.2. Bu müqavilədə göstərilən texnikaların tam komplekləşdirilmiş və saz vəziyyətdə texniki sənədlərlə birlikdə lizinqə verilməsini təmin edir; 2.1.3. «Lizinq alan» tərəfindən texnikanın təyinatı üzrə səmərəli i stifadə olunmasına və qorunub saxlanılmasına nəzarət edir; 2.1.4. Lizinqə verilən texnikanın müvafiq qeydiyyatdan keçirilməsinə, dövlət nişanı alınmasına və sığorta olunmasına nəzarət edir; 2.1.5. Lizinqə verilmiş texnikanın, istismar və saxlanma qaydalarına əməl olunmasını vaxtaşırı yoxlayıb və bu şərtlər pozularsa qanuna müvafiq qaydada tədbir görür; 2.1.6. Texnikalar lizinqə verilərkən texnikanın dəyərinin 20% - ni əvvəlcədən Naxçıvan Aqrolizinq ASC -nin hesabına ödənilməsini tələb edir 2.1.7. Texnikanın dəyərinin bu müqavilənin 4.1.1-ci bəndində göstərilən və müqavilənin tərkib hissəsi olan qrafik üzrə Aqrolizinq ASC-nin hesabına ödənilməsinə nəzarət edir; 2.1.8. «Lizinq alan» tərəfindən müqavilənin şərtləri pozulduqda, o cümlədən, qrafik üzrə icarə haqqı ödənilmədikdə, ona yazılı sur ətdə xəbərdarlıq etməklə bu müqavilənin ləğv edilməsi, texnikanın lizinq alandan geri alınması, lizinq alan tərəfindən texnikadan istifadə edilən müddət üçün ödənilməli olan lizinq haqqının və texnikaya dəyən zərərin ödənilməsi tələbi ilə müvafiq məhkəmə orqanlarına müraciət edir; 2.1.9. «Lizinq alan» vəfat etdikdə Lizinq müqaviləsinə əsasən «Lizinq alanm» bütün hüquqları birbaşa onun hüquqi varislərinə (o cümlədən bütün vərəsəlik hüququna malik olanlara) yönəldilir; 2.Lizinq alan: 2.1.2. Kənd təsərrüfatı texnikalarını lizinqə götürərkən heç bir ipoteka vermir: 2.1.3. Tərtib edilmiş təhvil - qəbul aktı əsasında texnikanı qəbul edir, onun Aqrolizinq təşkilatının nümayəndəsi tərəfindəA qeydiyyata alınmasını təmin edir; 2.1.4. Lizinq haqqından əlavə Respublika daxilində onun saxlanması, boşal tma, yüklənmə, daşınma və sairə çəkilən xərclərin müvatfiq qaydada ödənilməsini öhdəsinə götürür; 2.1.5. Texnikanın təyinatı üzrə səmərəli istifadəsinə, saz saxlanılmasına, öz təqsiri üzündən yaranan cərimələrin ödənilməsinə,müvafiq sürücülük vəsiqəsi və təcrübəsi olan mütəxəssis tərəfindən istismar edilməsinə cavabdehlik daşıyır; 2.1.6. Texnikanı istehsalçı müəssisənin təqdim etdiyi təlimata uyğun istismar edir; 2.1.7. Texnikanın dəyəri tam ödənilənədək digər fiziki - hüquqi şəxslərə icarəyə vermir; 2.1.8. Müqavilədə göstərilən ünvanını dəyişdikdə, texnikanın olduğu yer barədə «Lizinqə verənə » vaxtında məlumat verir; 2.1.9. Texnikanın icarə haqqı ödəniş qrafıkinə uyğun ödəniimədikdə, istifadə etdiyi müddət üçün icarə haqqı üzrə borclar ödənilənədək texnikanın istismarını lizinqə verən in tələbi ilə müvəqqəti dayandırılır; 2.1.10. Müqavilə qarşılıqlı razılaşma əsasında və ya məhkəmə qaydasında ləğv edildikdə texnikanı həmin gün «lizinqə verənin » göstərdiyi yerə çatdırır və bunun üçün bütün risk və xərcləri öz üzərinə götürür;
3. LİZİNQƏ VERİLƏN TEXNİKANİN İSTİSMARİ. 3.1.1. Aldığı texnikanın zəmanət müddətində zəmanətə düşməyən hissələrin və zəmanət müddətindən sonra təmirini, texniki xidməti ilə əlaqədar cari xərcləri, onun qorunub saxlanmasını və sair məsuliyyəti öz üzərinə götürür; 3.1.2. Texnikanın dəyəri tam ödənilməyərfədək lizinqə verənin razılığı olmadan həmin texnikanın üzərində heç bir konstruktiv dəyişiklik edə bilməz; 3.1.3. Lizinq müddətdə lizinq alanın təqsiri üzündən texnikada əmələ gəlmiş nasazlıqdan aradan qaldırır.
4. HESABLAŞMA QAYDALARİ. 4.1. LİZİNQAL AN: 4.1.1. Təqdim etdiyi və lizinqə verənlə razılaşdırılmış «Biznes plan»a uyğun icarə haqqını texnikanı icarəyə götürdüyü ildən 10 (on) il müddətində, «Aqrarkredit» Səhmdar Kredit Təşkilatının Naxçıvan filialında bu məqsəd üçün açılmış xüsusi hesaba nəğd və köçürmə yolu ilə müqavilənin tərkib hissəsi olan əlavə olunmuş ödəniş qrafıkinə uyğun ödəyir; o Müəyyən edilmiş qalıq dəyəri dəyəri 65000 manatdan avans olaraq 13000 manat İddiaçı tərəfindən və əlavə olaraq dövlət tərəfindən tətbiq olunmuş 40% (26000 AZN) güzəşt ödənilmişdir.. 3.Texnikanın dəyəri tam.ödənildikdən sonra onun lizinq alanın mülkiyyətinə verilməsi barədə lizinq verənə müraciət edir və 30 gün müddətində texnika üzərində lizinq alanın mülkiyyət hüququ müvafiq sənədlərlə rəsmiləşdirilir. 4.1.4. Lizinqə götürdüyü texnikanın də yər tam ödənilməyibsə, texnikanı yararsız hala saldıqda ona dəymiş zərər hesablanaraq dəyərini ödəyir.
3. MÜQAVİLƏNİN MÜDDƏTİ 3.1 Bu müqavilə 10 (on) il müddətinə bağlanır və müddət lizinq alanın texnikanı akt əsasında qəbul etdiyi tarixdən hesablanır;
4. MÜQAVİLƏNİN QÜVVƏDƏN DÜŞMƏSİ 4.1 Müqavilə aşağıdakı hallarda qüvvədən düşmüş hesab edilir; 4.1.1. Müqavilə müddətində bütün şərtlərə əməl olunmaqla onun müddəti qurtardıqda və ya bu müqavilənin 2.1.8. bəndində nəzərdə tutulan hallarda; 4.1.2.Qarşısıalınmaz qüvvə nəticəsində texnika məhv olduqda; 4.1.3. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda;
5. MÜBAHİSƏLİ MƏSƏLƏLƏRƏ BAXİLMASİ QAYDASİ 5.1 Tərəflər müqavilədən irəli gələn mübahisəli məsələləri qarşılıqlı razılaşma yolu ilə həll edirlər; 5.2 Mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll olunmadıqda mövcud qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həli edilir; 5.3 Müqavilədə nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikası Qanunları əsasında tənzimlənir; 5.4 Müqavilə eyni hüquqi qüvvəyə malik 4 nüsxədən ibarət tərtib edilməklə hərədə bir nüsxə olmaqla lizinq alanda, Aqrolizinq ASC-də, «Aqrarkredit» Səhmdar Kredit Təşkilatının Naxçıvan filialında qalır), müqavilənin ləğvi ilə bağlı cavabdehə göndərdikləri ərizəyə bir ay müddətində cavablandırma olmadığını, həmin təklifin cavabdeh tərəfindən 24 aprel 2023-cü il tarixdə alındığını, qeyd edilən halları nəzərə almadan əsassız iddianın təmin edilməməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq, tam, hərtərəfli araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab etdiyini bildir ərək, Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-12/2024 nömrəli qətnaməsinin ləğv edilərərk, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəllənin 423-cü, 424-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı İddiaçı verdiyi izahatında apellyasiya şikayətini müdafiə etdiyini, həmin texnikaya illik banka 3320 manat ödəməklə 10 il müddətinə lizinq müqaviləsi bağladığını, kənd təsərrüfatı ilə məşğul olub özünə yer əkdiyini, 2023-cü ilin mart ayında Yuxarı Buzqov kəndindəki yeri şumlamaq üçün ora getdiyini, həmin yerə gedərkən 2 nəfər olduqlarını, yerin dağlıq olduğunu, həm yağışın yağdığını həm də yerin boş olduğunu, həmin yerdəki boşluğun traktoru özünə tərəf çəkdiyini və özünün də traktorun içində hellənib getdiyini, keçirdiyi qəza nəticəsində texnikanın yararsız vəziyyətə düşdüyünü, özünün isə uzun müddət xəstəxanada yatdığını, ürəyinə stend qoyulduğunu, cavabdehə müqavlənin ləğv edilməsini təklif etdiyini, onun pulunu silmələrini, əgər silinmə ehtimalı yoxdursa ən azından həmin texnikanı təmin etmələrini xahiş etdiyini, hazırda isə həmin pulu ödəməyə imkanının çatmadığını, kotanın göydə deyil yerdə olduğunu və traktorun sürüşmənin baş verdiyindən hellənib aşdığını, müqavilədə qarşısı alınmaz qəza baş verdikdə müqavilənin müddətinin düşəcəyinin yazıldığını, bu hadisənin də qəza olduğunu, pulu ödəməyə razı olduğunu, sadəcə texnikanın təmir ed ilməli olduğunu, torpaq sürüşməsi nəticəsində bu hadisələrin baş verdiyini, həmin hadisə ilə bağlı heç bir sənədləşmə olmadığını, yağışlı olduğuna görə həmin yerə 3 gündən sonra baxış keçirildiyini, həmin əraziyə Yol polisi, Ekologiya nazirliyi və Sığorta şirkəti tərəfindən baxış keçirilməsini bilmədiyini, Kənd Təsərrüfatı nazirliyi, Ekologiya nazirliyi və "xxxx" ASC-dən gedib həmin yerə baxılıb akt tərtib olunduğunu, dediklərinə görə kotanın göydə olduğunu və aşdığını, lakin kotanın göydə olmadığını, torpağın boş traktorun isə ağır texnika olduğu üçün aşdığını, özünün torpaqda boşluq olduğunu hiss etmədiyini, traktorun bütün hissələrinin yararsız vəziyyətə düşdüyünü, bir motorun salamat qaldığını, ora getməmişdən 2-3 gün əvvəl orada yağıntı olduğunu, aşağı hissədə isə qar olduğunu, dəfələ rlə orada texnikanın aşdığını, onun həmin yerə özünü bir az da riskə ataraq getdiyini, çünki işsiz olduğuna görə həm də kreditlərini ödəyə bilmədiyinə görə pula ehtiyyacının olduğunu, hadisədən sonra dəfələrlə lizinq şirkəti ilə danışdığını və onların “get sənə bir həftə sonra xəbər verəcəyik” dediklərini, özünün 25 min manat ödədiyini, 40 min manat da dövlət büdcəsindən çıxıldığını, kotanla birlikdə 17.000 manat pulun ödənilməmiş qaldığını, ərazinin aşağı hissəsinin uçurum olduğunu, torpağın palçıq olduğunu, həmin traktorun ağır texnika olduğu üçün saxlaya bilmədiyini, sığortanın 1 illik olduğunu və müqavilədə sığortanın keçməsinə lizinqin nəzarət etməli olduğunun yazıldığını, ona bu barədə lizinq şirkətindən heç bir xəbərdarlıq edilmədiyini, əgər xəbərdarlıq edilsə idi bugünkü gündə onun gedib sığorta pulunu keçirəcəyini, texnikanın bərpa edilməsində ona köməklik etmələrini istədiyini, 3 uşağı olduğunu və işsiz ola-ola krediti ödəyə bilməyəcəyini, razılığa gələ bilmədiklərini, köhnə texnika tapılsa belə onun hissələrinin qiymətinin 7000-8000 manat olacağını, özünün bu məbləği tapa bilməyəcəyini, illik 1500 manat sadəcə ödəməyə imkanın olduğunu bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-12/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı iş üzrə cavabdeh təşkilat "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Kərim oğlu apellyasiya şikayətini qəbul etmədiyini, hazırda "xxxx" ASC adının dəyişdirilərək "xxxx" ASC olduğunu, 08 iyun 2020-ci ildə vətəndaşla "xxxx" ASC arasında lizinq müqaviləsi bağlandığını, həmin müqavilə əsasında iddiaçıya dəyəri 60.000 manat olan 1 ədəd Belarus MTZ 1221.2 markalı traktorun və dəyəri 5000 manat olan 1 ədəd SPA 14.5 markalı kotan verildiyini, lizinq qaydalarına uyğun olaraq həmin texnikanın dəyərinin 20 faizi ödənildikdən sonra 40 faizinin isə xüsusi akt formasında dövlət tərəfindən güzəşt olunduğunu, 40 faizi ilə bağlı isə sonrakı 9 il müddətinə müqavilə bağlandığını, yəni 1 il ilkin ödədiyi 20 faiz, qalan 40 faizin isə 9 il müddətində vətəndaşa lizinq qaydasında istifadəyə verildiyini, lizinq müqaviləsinə əsasən heç bir yubatma olmadan iddiaçının ödəmə qrafikinə uyğun olaraq 2 il ödəmələr apardığını, lakin 2023-cü ilin mart ayında Yuxarı Buzqov kəndində İddiaçı tərəfindən yağı ntılı bir şəraitdə əkinçilik şəraitinə uyğun olmayan bir ərazidə şum aparılarkən traktorun aşdığını, lizinq müqaviləsinin ildə 3 dəfə ödəniş edilmək şərti ilə bağlandığını, onların vətəndaşlara şərait yaratdıqlarını, məhsul yığımı olandan sonra noyabr-dekabr ayına qədər gözlədiklərini, mart ayında təsərrüfat işlərinin yeni başladığını, teknikanın ödənişinin ödənilməsi üçün vətəndaşa 6-7 ay kifayət qədər vaxt verildiyini, iddiaçının onlara qarşı qaldırdığı iddianın əsassız olduğunu, müqavilənin 2.2.5-ci bəndində texnikanın istehsalçı müəssisənin təqdim etdiyi təlimatına uyğun istismar edilməsinin qeyd edildiyini, yəni regionun yağıntılı, sürükşən, maili olmasına texnikanı işlədənin cavabdehlik daşıdığını, şəxsin işi gördüyü halda hadisənin baş vermə ehtimalını da görməli olduğunu, görmədikd ə bunun iddiaçının təqsiri üzündən baş vermiş sayıldığını, 12 aprel 2023-cü il tarixdə Ekologiya Nazirliyi və özlərinin nümayəndəsi tərəfindən xüsusi aktın tərtib olunduğunu, ərazinin sürüşkən olması, partlama, çatlama və digər qarşısı alınmaz fövqəladə halların olması üçün heç bir əsasın olmadığını, bu hadisənin vətəndaşın öz təqsiri ucbatından baş verdiyini, həmin müqavilənin 2.2-ci bəndinə əsasən texnikanın təyinatı üzrə səmərli istifadəsinə, saz saxlanmasına öz təqsiri üzündən yaranan cərimələrin ödənilməsinə, müvafiq sürücülük vəsiqəsi ilə təcrübəsi olmayan mütəxəssis tərəfindən istismar edilməsinə tərəfin özünün cavabdehlik daşıdığını, iddiaçının ərazinin sürüşkənliyini və maililiyini nəzərə almadan texnikaya zərər vurduğunu, özünün uzun müddət bu sahədə çalışan bir kənd təsərrüfatı işçisi olaraq hər hansı sürüşmə baş verirsə traktorun deyil ərazinin özünün sürüşməsindən söhbət getdiyini bildiyini, burada isə traktorun aşdığını, bu hadisənin fövqəladə bir hadisə kimi qeydə alınmadığını, müəssisənin əməkdaşı olaraq öz idarələrinin mənafeyini qoruduqlarını, onların iddiaçı ilə heç bir düşmənçilik münasibətlərinin olmadığını, birinci instansiyada məhkəmə gedişində şahidlərin ziddiyyətli ifadə verərək birinin kotanın yerdə olması və traktorun arxa tərəfə aşdığını, digər şahidin isə kotanın göydə olmasını, traktorun qabaq tərəfə aşdığını dediklərini, özünün əgər kotan göydə olarsa onun arxa tərəfə aşma ehtimalının daha yüksək olduğu rəyə qəldiyini, hətta ekologiya nazirliyinin torpaqda sürüşmə olarsa texnika aşandan sonra torpağın həmin texnikanın üstünü örtməli olduğu qən aətinə gəldiyini, burada isə belə bir hadisənin qeydə alınmadığını, iddiaçının özünün məsuliyyətsizliyi ucbatından traktorun sürüşdüyünü, iddiaçının zərər verdiyi texnikanın onun mülkiyyətində olmadığını, müqavilə bitdikdən sonra onun mülkiyyətinə keçəcəyini, iddiaçının 2021-2022-ci illərdə ödəniş etdiyini, 2024-cü ilin dekabr ayına kimi 3200 manat lizinqə pul ödəməli olduğunu, ilk dəfə iddiaçının 3200 manat ödəniş etdiyini, iddiaçı tərəfindən 2023, 2024, 2025-ci illərin hər bir ili üçün 3200 manat, son 4 ilin hər ili üçün 2000 manat ödədiyi məbləğin 2,7 faizlə cəmi 17.600 manat pulu 7 ilə ödəməli olduğunu, təşkilatın iddiaçıya verilməsi üçün başqa bir texnikanın olmadığını, iddiaçıya köhnə traktor tapıb onun hissələrini texnikanın üstünə quraşdırmasının təklif edildiyini, borc pulun yarıs ı ödənilsə müqavilənin tarixinin uzadılmasına imkan olacağını, iddiaçıya dövlətin texnikasını bərpa etmək üçün yalnız məhkəmədənkənar köhnə texnikanın araşdırıb tapılması ilə kömək edə biləcəklərini, iddiaçının da bunun müqabilində həmin texnikanı işlədərək onlara olan borcunu ödəyə biləcəyini bildirərək, apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli "xxxx" ASC-nin hesabına alınan Kənd Təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqaviləsinə əsasən "xxxx" ASC-nin 08 iyun 2020-cu il tarixli 1 57 saylı məktubuna və 106 saylı protokoluna əsasən dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə dəyəri 60000 manat olan 1 (bir) ədəd Belarus MTZ1221.2 markalı traktorun və dəyəri 5000 manat olan 1 (bir) ədəd SPA-14.5 markalı kotanın lizinq qaydasında 10 (on) il müddətinə İddiaçı lizinqə verilmişdir. xx.xx.2020-ci il tarixli təhvil aktı ilə ’’Naxçıvan Aqrolizinq” ASC-nin hesabında olan 1 ədəd Belarus MTZ-1221.2 markalı traktor və 1 ədəd SPA-14.5 markal kotan saz və komplekt vəziyyətdə Y.E.Ələkbərovdan alınaraq İddiaçı təhvil verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ’’Naxçıvan Aqrolizinq” ASC-nə ərizə ilə müraciət edərək Müqavilənin 6.1.2-ci maddəsinə əsasən müqavilə qüvvədən düşdüyündən müqavilənin ləğv olunmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(078)-995/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mə rkəzinə tapşırılmış və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8053 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş məlumatda qeyd olmuşdur ki, ekspertizanın aparıla bilməsi üçün göndərilmiş vəsatət təmin olunmadığından ekspertizanın aparılması mümkün olmamışdır. Mülki iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur və xx.xx.2023-cü tarixdə iş üzrə icraat təzələnmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(078)-12/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş dir. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8053 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş məlumatda qeyd olmuşdur ki, bioloji ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspertizanın aparılaraq rəy verməsi mümkün olmamışdır. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Babək rayon Y.Buzqov Bələdiyəsinə aid torpaq sahəsinə baxış keçirilmiş və akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, ərazidə heç bir torpaq sürüşməsi, torpaq çökməsi və torpaq aralanması baş verməmişdir. Şum aparılan ərazinin kənarı çaili sərt yamacı olduğuna görə traktor həmin sahənin kənarına həddən artıq yaxınlaşdığında n nəm torpaqda sürüşərək dərəyə yuvarlanmışdır. Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən 14 may 2024-cü il tarixdə məhkəmə tərəfindən veriliş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Babək rayon Y.Buzqov Bələdiyəsinə aid ərazidə torpaq sürüşməsi ilə bağlı Nazirlikdə heç bir müraciət qeydə alınmamışdır. Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 14 may 2024-cü il tarixdə məhkəmə tərəfindən verilm iş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, baxış zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən lizinqə götürdüyü Belarus MTZ-1221.2 markalı traktor ilə xx.xx.2023- cü il tarixdə Babək rayon Y.Buzqov Bələdiyəsinə aid ərazidə torpaq ərazisində texniki təhlükəsizlik qaydalar ını nəzərə almayaraq maili və nəm sahədə şum aparmaq istəyərkən traktorsürüşərək dərəyə yuvarlanmışdır. Nəticədə texnika yararsız vəziyyətə düşmüşdür. Hadisə torpaq sürüşməsi nəticəsində deyil, öz ehtiyatsızlığı səbəbindən baş vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mü bahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb onlara məcmu halında qiymət verərək aşağıdakıları qeyd edir. İddiaçı 23 iyun 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək "xxxx" ASC- ilə aralarında bağlanmış 08 iyun 2020-ci il tarixli müqavilənin ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-12/2024 nömrəli qətnaməsi ilə iddi anın əsassız olduğundan rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı apellyasiya şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-12/2024 nömrəli qətnaməsinin ləğv edilməsinə dair gətirdiyi dəlillərə məcmu halında qiymət verərək kollegiya aşağıdakıları bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir. İddiaçı idarə etdiyi Belarus MTZ 1221.2 markalı ** KA *** dövlət nişanlı tingəçilik üçün nəzərdə tutulmuş traktorun Y. Buzqov Bələdiyəsinə məxsus ərazidə şum edən zaman qarşısıalınmaz qüvvə nəticəsində traktorun sürüşüb aşmasını iddia etsə də, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 may 2024-cü il, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyini 14 may 2024-cü il və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin 14 may 2024-cü il tarixli məktubları ilə hadisənin torpaq sürüşməsi nəticəsində deyil, vətəndaşın öz ehtiyyatsızlığı səbəbindən baş verməsi tam sübuta yetirilmişdir. İddiaçı məhkəmə kollegiyasında vermiş olduğu izahatında, torpaq sürüşməsi nəticəsində bu hadisələrin olduğunu, həmin hadisə ilə bağlı heç bir sənədləşmə olmadığını, bildirsədə bunu təsdiq edən hər hansısa mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd olunan halları nəzərə almadan əsassız iddianın təmin edilməməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab etdiyini, məhkəmənin qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlməsıni bildirməsi ilə bağlı qeyd edir ki, apellyator tərəfindən birinci instansiya məhkəməsinin konkret olaraq işin hansı halların araşdırılmaması və düzgün hüquqi qiymət verilməməsi göstərilməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları və tərəflərin izahatları ilə müqayisəl i şəkildə müzakirə edərək onların əsassız olması qənaətinə gəlir və hesab edir ki, həmin dəlillər qətnamənin ləğv olunması üçün əsas sayıla bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən məhkəmə tərəfindən tərəflərin məhkəməyə təqdim etdiyi sübutlar tam və obyektiv araşdırılmış və həmin sübutlar əsasında qanuni və əsaslı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-cü maddəsinə əsasən apellyasi ya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun ola raq işə aid edilən bütün sübutlar hər tərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə düzgün nəticə verilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh təşkilat "xxxx" ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-12/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-12/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393 və 402.1, 403, 404.1.1, 405.0.1, 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdeh təşkilat "xxxx" ASC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-12/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(078)-12/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.