Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-164/2021 06.09.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxrəddin Rüstəm oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh təşkilat Naxçıvan Dövlət Universitetinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki iş üzrə işə sədrlik edən X2nun özü-özünə etdiyi etiraza açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh təşkilat Naxçıvan Dövlət Universitetinə qarşı işə bərpa və əmək haqqı tələbi barədə iddia ərizəsi ilə 06 avqust 2021-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək onun işdən qanunsuz azad olunmağı barədə olan Naxçıvan Dövlət Universitetinin 01 iyul 2021-ci il tarixli, 537 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 01 sentyabr 2021-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsində keçirilmiş məhkəmə baxışı iclasında X2 işə onun sədrliyi ilə baxılmasına özü-özünə etiraz etmişdir. X2 etirazını onunla əsaslandırmışdır ki, İddiaçı işdən çıxarılması ilə bağlı Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Elşən Məmmədov tərəfindən rəy verilmişdir. Elşən Məmmədov onun qardaşı olduğuna görə hesab edir ki, hazırki iddia tələbinə onun sədrliyi ilə baxılması yolverilməzdir. Məhkəmə etirazın dəlillərini iş materialları ilə əlaqəli olaraq yoxlayıb etirazın dəlillərini onun təmin edilməsi üçün əsas hesab ed ir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsinə əsasən hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Kollegiya iş materiallarına əsaslanaraq mülki işin müvafiq hakimin sədrliyi ilə baxılmasının məqsədəmüvafiq olmadığı qənaətinə gəlir. Belə ki, iş üzrə materiallardan da məlum olduğu kimi cavabdeh təşkilatın Həmkar İttifaqı Komitəsinin sədri Elşən Məmmədovun rəyi əsasında İddiaçı işdən çıxarılmışdır. X6 Şəhər Məhkəməsində işə baxan X2nun qardaşı olması mülki iş üzrə tərəflərdə hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və q ərəzsizliyinə dair haqlı şübhələr doğura bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 3 nömrəli Qərarının 3.2-ci bəndinə uyğun olaraq əsaslar olduqda hakimin öz-özünə etiraz etməsi onun vəzifəsidir. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim öz-özünə etiraz etməyə borcludur. Yuxarıda qeyd olunanlara əsasən hakimin özü-özünə etdiyi etirazın dəlilləri əsaslı sayılmaqla təmin edilməli, mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23.1-ci maddəsinə uyğun olaraq başqa tərkibdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21-23-cü maddələrini rəhbər tutub kollegiya q ə r a r v e r d i: İddiaçı cavabdeh təşkilat Naxçıvan Dövlət Universitetinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki iş üzrə işə sədrlik edən X2nun özü-özünə etdiyi etiraz təmin edilsin. İddiaçı cavabdeh təşkilat Naxçıvan Dövlət Universitetinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki iş başqa tərkibdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-164/2021
Ali Məhkəmə Qərardad — İş №2(108)-164/2021
06.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver