Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-164/2024 22.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X5 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2(079)-481/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 06 noyabr 2014cü ildə anadan olmuş X3 təminatı üçün cavabdehdən hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xa hiş etmişdir. Babək Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2(079)-481/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən Z.X.Əliyev) iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahından olan 06 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün “02” iyul 2024-cü il tarixdən hesablanmaqla, hər ay Cavabdeh 180 (bir yüz səksən) manat miqdarında alimentin tutularaq uşağın anası İddiaçı ödənilməsi, Cavabdeh 37 (otuz yeddi) manat, 11 (on bir) qəpik miqdarında rüsumun tutularaq dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra olunması, iddianın qalan hissədə əsaslı olmadığından rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki ko llegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2(079)-481/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində Cavabdeh ilə 05 sentyabr 2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurduqlarını, birgə nikahdan 06 noyabr 2014-cü il təvəllüdlü X3 dünyaya gəldiyini, uşağın qayğısına qalmağın, o cümlədən maddi cəhətdən təmin etməyin valideyn kimi cavabdehin vəzifəsi olduğunu, cavabdehin könüllü olaraq bu vəzifəsini yerinə yetirmədiyindən uşağının saxlanılması üçün ondan məhkəmə qaydasında alimentin tutulmasının zəruri hesab etdiyini, Naxçıvan MR Babək rayon Məhkəməsinin e-2(079)481/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbini n qismən təmin edilərək uşaq üçün alimentin həddən artıq az məbləğdə 180 manat məbləğində Cavabdeh tutulmasının qət edildiyini, aşağıdakı göstərilən hallara əsasən, Naxçıvan MR Babək Məhkəməsinin e-2(079)-481/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və yeni qətnamə qəbul edilməli olduğunu hesab etdiyini, belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat,əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edildiyini, odur ki, məhkəmənin uşaq üçün nəzərdə tutulmuş minimum yaşayış məbləğindən daha aşağı aliment məbləğinin tutulması barədə qətnamə qəbul etməsi ni tamamilə qanunsuz və əsassız saydığını, özünün azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonunda kirayədə yaşadığını, övladının orta məktəbdə təhsil aldığını və 2024-cü ilin sentyabr ayından etibarən 5-ci sinifə gedəcəyini, özünün heç bir yerdə işləmədiyini, uşağın məktəb ləvazimatlarına ehtiyacı olduğunu və digər zəruri ehtiyacları olduğunu, bu səbəbdən övladının saxlanılmasında böyük maddi çətinliklər çəkdiyini, məhkəmənin uşağa aid alimenti rayonlar üçün meyar hesab edərək 235 manat olan alimenti azaldaraq 180 manat təyin etdiyini, uşağın onun yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın onun himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, onun Bakı şəhərində yaşamasını birinci instansiya məhkəməsinin qətiyyən nəzərə almadığını və əsassız qətnamə qəbul etdiyini əsas kimi göstərərək və Babək Rayon Məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olduğunu bildirərək, Babək Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2(079)-481/2024 qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci və 217.3-cü maddələrinə və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2023-cü il tarixli Qanuna istinad etmişdir. Apellyasiya şikay ətinə qarşı etiraz daxil olmamışdır. İş üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak etsə də, İddiaçı və Cavabdeh işə baхılmanın vaхtı və yeri haqqında lazımi qaydada хəbərdar edilmələrinə baхmayaraq məhkəmə iclasına gəlməmişlər, və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən İddiaçı və Cavabdeh iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab edir. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında qızının Bakıda yaşadığını və hazırda Bakı şəhərində bir uşağın saxlanmasının bir qadın üçün çox çətin olduğunu, qızının uşağını həm məşğələyə, həm də rəssamlığa qoyduğu üçün xərcləri çatdıra bilmədiyini, uşağın da çox ərköyün bir uşaq olaraq böyüdüyünü, qızının kirayədə təkbaşına qızı ilə yaşadığını, iddiaçının özünün də həm texnikumda oxuduğunu, həmdə işlədiyini, özünün də maaş kartını qızına heç olmasa kirayə pulunu ödəsin deyə dəstək üçün göndərdiyini, hazırda uşağın 10 yaşı olduğunu, 3 ildir Yaqubun bir ata kimi uşağın heç nəyi ilə maraqlanmadığını, 9 aydır küsüb gedib atasıgilin evində yaşadığını, qızının, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi hissəsinin texniki səhvlik kimi qeyd olunub “qətnamənin ləğv edilməsi” əvəzinə dəyişdirilməli sözünün yazmalı olduğunu bildirərək, məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. İşin apellyasiya qaydasında məhkəmə baxışı iclası zamanı iş üzrə Cavabdeh nü mayəndəsi Nümayəndə2 apellyasiya şikayətində yazılanları qəbul etməyərək izahatında bir nənə olaraq övladının uşağı üçün hər şey etdiyini və onların həmişə uşağa lazım olan hər şeyi etməyə hazır olduqlarını, həmişə gəlinlərinə yaxşı olduqlarını, sadəcə yoldaşının əməliyyat olunduğu üçün oğlunun atasının borcuna kömək etdiyini, heç vaxt alimentin ödənilməsinə etiraz etmədiyini, 235 manat alimentin ödənilməsinə etirazının olmadığını bildirərək, məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsin ə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Azərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 690116 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilm iş surətindən görünür ki, 05 sentyabr 2013-cü il tarixdə X6 və Cavabdeh arasında Babək rayon Qeydiyyat şöbəsində nikah bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 178 nömrə ilə qeyd edilmişdir. 462144 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən, X3 iş üzrə tərəflər İddiaçı ilə Cavabdeh övladı olması təsdiq edilir. İddiaçı xx.xx.2024-cü ildə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə 06 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutularaq ona ödənilməsi tələbi ilə bağlı müraciət etdiyi müəyyən olunmuşdur. Babək Rayon Məhkəməsi tərəfindən 08 avqust 2024-cü il tarixli, e-2(079)-481/2024 nömrəli qətnamə qəbu l edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Həmin maddənin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla bi rgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara alim ent ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəla yiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tə rəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqan ları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. "Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyə t daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsi” nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məb ləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İşin müəyyən edilmiş hallarından görünür ki, X6 və Cavabdeh birgə nikahından olan 06 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün “02” iyul 2024-cü il tarixdən hesablanmaqla, hər ay Cavabdeh 180 (bir yüz səksən) manat miqdarında alimentin tutularaq uşağın anası X2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən hər ay 180 (bir yüz səksən) mana t məbləğində alimentin yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulub iddiaçıya ödənilməsini qət edərkən, maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüququ və vəzifəyə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını,onun Bakı şəhərində yaşamasını nəzərə almışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutl ara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş Babək Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2(079)-481/2024 saylı qətnaməsi kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır, lakin Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə baxış iclasında vermiş olduğu izahatında 235 manat məbləğində alimentin ödənilməsini qəbul etməsini və uşağın ana ilə yaşayacağı, onun gündəlik qayğısının çəkilməsinin ananın üzərinə düşməsini və yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin 235 manat olmasını nəzərə alaraq, Cavabdeh hər ay iddiaçıya sabit pul məbləğində 235 manat aliment ödəməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarl a əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bütün bunlara əsasən kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş alimentin miqdarına münasibətdə, apellyasiya şikayəti təmin edilməli, Babək Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2(079)-481/2024 saylı qətnaməsi dəyişdirilməklə Cavabdeh 06 noyabr 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilməlidir. Kollegiya, cavabdeh tərəfindən ödənilməli olan dövlət rüsumuna münasibətdə isə aşağıdakıları qeyd edir: Babək Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e- 2(079)-481/2024 saylı qətnaməsi ilə Cavabdeh 37 (otuz yeddi) manat 11 (on bir) qəpik məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Lakin kollegiyanın müvafiq qətnaməsi ilə Babək Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2(079)-481/2024 saylı qətnaməsi dəyişdirildiyi, Cavabdeh 06 noyabr 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edildiyindən Cavabdeh 43 (qırx üç) manat 71 (yetmiş bir) qəpik pul alınaraq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 124-cü maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərin in təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, icraatda olan iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki qətnaməsindən kassasiya şikayəti verilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bi lməz. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 402, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2(079)-481/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Babək Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2(079)-481/2024 nömrəli qətnaməsinin qət etdi hissəsinin Cavabdeh 06 noyabr 2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün “02” iyul 2024-cü il tarixdən hesablanmaqla, hər ay Cavabdeh sözündən sonra “180 manat miqdarında” sözləri göstərilən hissəsi dəyişdirilsin. Qətnamənin qət etdi hissəsinə “oğlundan” s özündən sonra “235 manat pul məbləğində” sözləri əlavə edilsin. Cavabdeh 43 (qırx üç) manat 71 (yetmiş bir) qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(108)-164/2024
Ali Məhkəmə Qətnamə — İş №2(108)-164/2024
22.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver