Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-18/2023 10.07.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(079)-412/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə 18 avqust 2022-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə paylı mülkiy yətində olan, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 ha həyətyanı torpaq sahəsindən 14/15 hissədə olan payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin (sədrlik edən: G.M.İsmayıl) 02 dekabr 2022-ci il tarixli, 2(079)-412/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0,159 ha həyətyanı torpaq sahəsinin 14/15 hissəsinin naturada ayrılmasına dair iddia tələbi rədd edilmiş və İddiaçı tərəfindən iddia qaldırılan zaman 100 (bir yüz) manat miqdarında ödənilən dövlət rüsumu onun özünə aid edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı 30 dekabr 2022-ci tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, B abək Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(079)-412/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsində işin faktiki halları araşdırılmadığını və düzgün hüquqi qiymət verilmədiyini, mülkiyyətində olan torpaq sahəsinə daxil ola və mülkiyyət hüquqlarını həyata keçirə bilmədiyini, daşınmaz əmlakın naturada bölünməsinə dair iddia tələbinə bir dəfə məhkəmə tərəfindən baxılaraq ekspert rəyinə əsasən torpaq sahəsinin bölünməsinin mümkünsüzlüyü nəticəsinə gəlindiyini, bundan sonra payların nisbəti dəyişməklə əmlakın böyük hissəsinin onun mülkiyyətinə verildiyini, hazırda həmin torpaq sahəsinə yalnız dövlət orqanının nümayəndəsinin iştirak ı ilə daxil olduğunu, öz torpaq sahəsini ayırıb tədric etməklə istifadə etmək istədiyini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 274 nömrəli ekspert rəyinə istinadən tələbin rədd olunması halında maddi hüquq normalarının pozulduğunu, təkrarən ekspertiza təyin olunmalı olduğu halda bunun edilmədiyini göstərərək Babək Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(079)-412/2022 nömrəli qətnaməsinin ləğv edilərərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı kollegiyaya etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılarkən İddiaçı və onun vəkili Vəkil vəsatəti əsasında xx.xx.2023-ci il tarixli, 2(108)-18/2023 nömrəli qərardadla təkrar məhkəmə t ikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla ekspert rəyi məhkəməyə təqdim olunanadək apellyasiya şikayətinə baxılması üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli, 10/1463 saylı ekspert rəyi 22 iyun 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş və Kollegiyanın xx.xx.2023-cü il tarixli, 2(108)18/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti üzrə işin icraatı təzələnməklə işin baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, iddiaçının vəkilinin ərizəsi əsasında işin baxılması xx.xx.2023-cü il tarixədək təxirə salınmışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İ ddiaçı və onun vəkili Vəkil xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Apellyasiya şikayətinə baxılması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında birinci instansiya məhkəməsində işin faktiki hallarının araşdırılmadığını və düzgün hüquqi qiymət verilmədiyini, daşınmaz əmlakın naturada ayrılmasına dair iddia tələbinə bir dəfə məhkəmə tərəfindən baxılaraq ekspert rəyinə əsasən torpaq sahəsinin bölünməsinin mümkünsüzlüyü nəticəsinə gəlindiyini, bundan sonra payların nisbəti dəyişərək əmlakın böyük bir hissə sinin bağışlama əsasında onun mülkiyyətinə verildiyini, verilmiş ekspert rəyində paylı mülkiyyətdə olan 0,159 ha torpaq sahəsinin 14/15 hissəsinin tədric olunmuş qaydada ayrılaraq ona verilməsinin texniki cəhətdən məqsədəmüvafiq hesab olunmadığını, ekspert rəyi ilə razı olmadığını, onun ayrıca yolunun olduğunu, həyətin aşağısındakı yolun eninin təqribən 4-5 metr olduğunu, yəni rahatlıqla bölünüb yol verilə biləcəyini, cavabdehin tikməsini bildirdiyi tikililərin atasının tikdiyini, sənədinin də olduğunu, öz torpaq sahəsinə dövlət orqanının nümayəndəsinin iştirakı ilə daxil olduğunu göstərərək apellyasiya şikayətinin təmin olunmaqla iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında Babək Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(079)-412/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməməsini və Babək Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(079)-412/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiy a məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublika sı Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 21/37 nömrəli reyestr kitabının 7150 nömrəli vərəqində qeyd olunmuş xx.xx.2022-ci il tarixli çıxarışla müəyyən olunur ki, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin 14/15 hissəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı, 1/15 hissəsi isə Cavabdeh məxsusdur. İş materiallarından müəyyən olunur k i, mülki işin mübahisəli halının - torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədilə məhkəmə araşdırması gedişində iddiaçının vəsatəti əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən və paylı mülkiyyətdə olan 0,159 hektar torpaq sahəsinin 14/15 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı verilməsinin texniki cəhətdən mümkün olub-olmaması, əgər ümumi mülkiyyətin naturada bölgüsü mümkündürsə bunun hansı qaydada aparılmalı olması barədə ekspert qarşısında suallar qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 274 nömrəli ekspert rəyində göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 17 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Naxışnərgiz kəndində yerləşən və paylı mülkiyyətdə olan 0,159 hektar torpaq sahəsinin 14/15 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı verilməsi texniki cəhətdən məqsədəmüvafiq hesab olunmur. Mülki iş üzrə apellyasiya icraatı zamanı İddiaçı və onun vəkili Vəkil vəsatəti əsasında aparılmış təkrar məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli, 10/1463 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən həmin torpaq sahəsinin yaşayış məntəqələri təyinatlı torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində aparıla biləcək yaşayış və digər təyinatlı tikililərin qonşu torpaq sahələri və onlar üzərində inşa olunmuş tikililəri ilə ara məsafələrinin (qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq) saxlanılmasının zəruriliyini, eləcədə həyətyanı torpaq sahəsinin müxtəlif hissələrində hazırda fərdi yaşayış evi və müxtəlif təyinatlı köməkçi tikililərin inşa olunduğunu, həmin tikililərə və həyətyanı torpaq sahəsinə alternativ giriş-çıxışların olmamasını, eləcə də tədqiqat obyektinin digər texniki göstəricilərini nəzərə alaraq həmin torpaq sahəsinin bölünməsinin (ayrılmasının) texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Göründüyü kimi ekspertiza tədqi qatından aydın olur ki, Babək rayonu, Naxışnərgiz kəndində yerləşən paylı mülkiyyətdə olan 0.159 ha həyətyanı torpaq sahəsindən İddiaçı 14/15 hissədə olan payının naturada təcrid olunmuş şəkildə ayrılması texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinə əsasən qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya ekspertiza rəylərini digər sübutlarla müqayisəli şəkildə qiymətləndirərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və rəylər arasında ziddiyyət olmadığından ekspert rəyləri sübut kimi qəbul edilməlidir. “X3rşı” işi üzrə 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız e lmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü madəsinə əsasənm paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəala rının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olu nmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı m ülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Azərbayc an Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi, birinci instansiya məhkəməsində işin faktiki hallarının araşdırılmaması və ona düzgün hüquqi qiymət verilməməsi barədə dəlillərini əsassız hesab edir. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi müba hisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir, həmçinin işə kollegiyada baxılması zamanı qətnamənin ləğv edilməsinə səbəb ola biləcək yeni hallar da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Kollegiya keçirilmiş ekspertiza xərcinə münasibətdə qey d edir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid olmaqla işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarədir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, prossessual qanunvericiliyin tələbinə əsasən aparılmış məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ******* ***, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22. Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3-ə keçirilməlidir. Qeyd olunanlara əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Babək Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(079)-412/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2(079)-412/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 02 dekabr 2022 -ci il tarixli, 2(079)-412/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mülki iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22. Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3-ə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-18/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-18/2023
10.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver