Məhkəmə qərarları › İş №2(108)-192/2024

Ali Məhkəmə Qərardad — İş №2(108)-192/2024

14.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-192/2024 14.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X1 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2(078)-1439/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2(078)-1439/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracdan satılaraq satış pulunun mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması, İddiaçı tərəfindən X3 vasitəsilə 28 sentyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 21 oktyabr 2024-cü il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək 04 oktyabr 2024-cü il tarixli, e-2(078)-1439/2024 nömrəli qərardadın ləğv edilməsini, iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli e-2(078)-1439/2024 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməmiş və Azərbaycan Respublikası MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş qaydada işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətində özünün Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş ½ hissəsi onun mülkiyyətində olan mənzilin açıq hərrac vasitəsi ilə satılıb əldə edilmiş məbləğin veri lməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdiyini, lakin Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1439/2024, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın icraata qəbul edilməsindən imtina olunduğunu, məhkəmənin iddiaçı tərəfindən hazırki mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilmədiyi üçün iddianı icraata qəbul etməkdən imtina etdiyini, qərardadın xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirildiyini, məhkəmə tərəfindən qəbul edilmiş qərardadın əsassız olduğunu, özünün Cavabdeh mənzilin satılıb pulun yarı hissəsinin ona ödənilməsini yaxud həmin mənzilin hal-hazırki bazar dəyərinin ona düşən hissəsini ödəməsi barədə pretenziya ilə bağlı müraciət etdiyini, lakin cavabdehin bununla bağlı heç bir tədbir görmədiyini, özünün həmin sənədləri elektron kabinet vasitəsi ilə məhkəmənin sisteminə yerləşdirdiyini, cavabdeh ilə pretenziya vasitəsi ilə razılığa gəlinsəydi hal-hazırda məhkəməyə iddia verməyəcəyini məhkəmənin nəzərinə çatdırmaq istədiyini, iddianın geri qaytarılması ilə hüquqlarının pozulduğunu, birgə nikahdan olmuş övladının onunla birlikdə yaşadığını və yaşayacaqları başqa mənzilin olmadığını bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli e-2(078)-1439/2024 nömrəli qərardadının ləğv edilərək iddianın icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəm ə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi verilən qərardaddan şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara ver ilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kollegiya daxil olmuş şikayətin dəlillərini işin materialları ilə birlikdə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il qərarında qeyd olunur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələ li formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Qeyd olunanlardan da göründüyü kimi iddiaçı əmlakın naturada bölgüsü və payın dəyərinin ona ödənilməsi barədə tələb irəli sürmədən birbaşa əmlakın açıq hərracdan satılması barədə tələb irəli sürə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 152.1 və 152.1.6-cı maddələrinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı apellyasiya şikayətində Cavabdeh mənzilin satılıb pulun yarı hissəsinin ona ödənilməsini yaxud həmin mənzilin hal-hazırda bazar dəyərinin ona düşən hissəsini ödəməsi barədə pretenziya ilə bağlı müraciət etdiyini, lakin cavabdehin bununla bağlı heç bir tədbir görmədiyini qeyd etsədə, bu halı təsdiq edən hər hansısa mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, İddiaçı apellyasiya şikayətində istinad etdiyi dəlillər Naxçıvan Şəhər Məhkəməsinin qəbul etdiyi q ərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılaraq satış pulunun mülkiyyətçilər arasında bölünməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması barədə Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-1439 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 263, 264, 395, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı verdiyi şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2(078)-1439/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar