Məhkəmə qərarları › İş №2(108)-199/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-199/2024

22.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-199/2024 22.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evin naturada bölünməsi, payın dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)-1398/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2019cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli hüquqları n dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən payının naturada müəyyən edilərək ayrılması, payın naturada ayrılmasına yol verilmədiyi təqdirdə öz payının dəyərinin müəyyənləşdirilərək cavabdeh tərəfindən ona ödənilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)-1398/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı evin naturada bölünməsi, payın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı 21 oktyabr 2024-cü il tarixdə şi kayətlə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1398/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddiasına mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 2(078)-1398/2024 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək, şikayətin işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı şikayətində qeyd etmişdir ki, hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1398/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı əsassızdır. Belə ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmaqla qərardad qəbul olunmuşdur. Həmin qərardad əsassızdır və ləğv olunmalıdır. Məhkəmə qərardadında dövlət rüsumu məsəl əsinə toxunularaq qeyd olunur ki, iddiaçı tərəfindən cavabdehdən tələb etdiyi kompensasiya məbləğinə uyğun olaraq, yəni “qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə” dövlət rüsumu ödənilməlidir. Qeyd edir ki, dövlət rüsumunda kəsir meydana çıxacağı təqdirdə dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanıb rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alına bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 113-cü maddəsində qeyd olunur ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun k əsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 113-cü maddəsinin tələbləri tətbiq edilməmiş, bununla da, maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Bildirilir ki, məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi səhv təfsir edilmiş və iddia ər izəsi geri qaytarılmışdır. Belə ki, Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 134.32 kvadratmetr olan, torpaq sahəsi 0.0637 hektar olan fərdi yaşayış evi üzərində ümumi paylı mülkiyyət hüququ Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə aşağıdakı qaydada qeydiyyata alınmışdır:

1. Cavabdeh 3/4 hissə,

2. İddiaçı 1/4 hissə. Qeyd edir ki, Cavabdeh onun qardaşıdır. Hal-hazırda o, ümumi paylı mülkiyyətçi olar aq qeyd olunan fərdi yaşayış evindəki payının naturada ayrılmasını tələb edir, lakin, məhkəmədən kənar bu məsələni cavabdehlə razılaşaraq həll edə bilmir. Belə ki, cavabdeh payının naturada ayrılmasına razılıq vermir. Odur ki, o, öz payının naturada ayrılması, payın naturada ayrılmasına yol vermədiyi təqdirdə öz payının dəyərinin müəyyənləşdirilərək cavabdeh tərəfindən ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadında göstərilənlərə münasibətdə qeyd edir ki, iddia ərizəsində tələbi konkret olaraq göstərilmişdir. İddia ərizəsində anlaşılmayan heç bir tələb yoxdur. Payının dəyərinin müəyyənləşdirilərək ona ödənilməsi növbəti tələbidir. Birinci tələbi təmin ediləcəyi təqdirdə növbəti tələbə ehtiyac qalmayacaqdır. O, ümumiyyətlə evin dəyərinin nə qədər təşkil etdiyini bilmir ki, iddia ərizəsində payının dəyərini göstərə bilsin. Belə bir məbləğ göstərsəydi belə formallığa yol vermiş olacaqdı. Bundan əlavə onsuzda hakim onun istədiyi məbləğlə razılaşmayacaqdı və iş üzrə müvafiq ekspertiza təyin edib, müvafiq qiymətləndirmə rəyi alacaqdı. Ümumiyyətlə məhkəmə təcrübəsində bu tipli iddialar qeyd etdiyi qaydada qaldırılır. Bunun üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq oxşar qərarlarına baxmaq kifayət edirdi. Məhkəmənin yanaşması səhv yanaşmadır. Bir daha qeyd edir ki, o, iddia ərizəsi verərkən tələbini konkret göstərməklə, iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa əməl etmişdir. Göründüyü kimi, məhkəmədə işə baxılarkən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir Sonda apelly ator Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1398/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını ləğv edilərək, iddiasına mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmiş, şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 113 və 149-cu maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla iddiaçıya verilmiş şikayətlə bağlı izahat və etirazını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilmiş, iddiaçı tərəfindən kollegiyanın ünvanına “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixində ərizə və Azərbaycan Respublikasının Mülki Kollegiyasının xx.xx.20219-cu il tarixli, 2(102)-1149/2019 nömrəli qəra rı daxil olmuşdur. İddiaçı ərizəsində qeyd etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin hakimi xanım Gülsüm Əliyeva 2(078)-1398/2024 saylı xx.xx.2024-cü il tarixli qərardad ilə onun iddia ərizəsini geri qaytararaq bildirmişdir ki, o, iddia ərizəsində Naxçıvan şəhəri Bəhruz Kəngərli ev 23 ünvanında yerləşən əmlakımın naturada bölünməsi üçün ona məxsus olan əmlakın 4/1 hissəsinin kompensasiyasını təyin etməlidir. Halbuki, o, Naxçıvan Şəhər Məhkəməsində qəbulda olarkən xanım Gülsüm Əliyevaya bildirmişdir ki, o, qətiyyən sözügedən ünvana gedə bilmir, ünvana getdikdə isə baxmayaraq ki, həmin ünvanın 4/1 hissəsi ona məxsusudur cavabdehlər ondan polisə şikayət edərlər ki, guya onları narahat edir. Belə olan təqdirdə o, haradan bilər ki, həmin ünvan neçə otaqdan ibarətdir və ona düşən 4/1 payın hiss əsi nə qədərdir?! O, bu məsələni Gülsüm Əliyevanın qəbulunda olduğu müddətdə bildirməyə çalışsa da onu qətiyyən dinləməmiş və bununla da vətəndaş qəbulunun qaydalarını kobud şəkildə pozmuşdur. Hətta o, Gülsüm xanıma nümunə üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarını göstərməyə çalışsa da, ona qarşı hədsiz dərəcə aqressiv davranaraq qətnaməni üzərinə atmışdır. Bununla bağlı aidiyyatı qurumlara şikayət göndərsə də, hətta həmin şikayətlər Naxçıvan Ali Məhkəməsinə gəldikdən sonra aidiyyatı üzrə araşdırılması üçün Naxçıvan Şəhər Məhkəməsinə 27 sentyabr 2024-cü il tarixli, 3-1/2-M-375-23-150/2024 saylı məktub ilə göndərilsə də bu məktubuna Naxçıvan Şəhər Məhkəməsi vətəndaşların müraciətlərinə 15 iş günü ərzində cavab verilməsi haqqında Azərbaycan Respublikasının Nazi rlər kabinetinin qanununu kobud şəkildə pozaraq hələ də ona cavab verməməkdədir. Bu yazılandan belə məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsi və xüsusən də hakim Gülsüm Əliyeva ona qarşı süründürməçilik aparır. Kollegiyadan xahişi ondan ibarətdir ki, 2(078)1398/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Bu Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayə tin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)-1398/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, kollegiya iş üzrə İddiaçı verdiyi şikayətdə qeyd olunan dəlilləri işin müəyyən olunmuş halları ilə qarşılıqlı tədqiq edərək əsassız hesab edir və ilk növbədə onu qeyd edir ki, kollegiya tərəfindən verilmiş şikayətin dəlilləri ilə bağlı iş materialları araşdırılarkən məlum olmuşdur ki, İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşın maz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olan Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində payının naturada müəyyən edilərək ayrılması, payın naturada ayrılmasına yol verilmədiyi təqdirdə öz payının dəyərinin müəyyənləşdirilərək cavabdeh tərəfindən ona ödənilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı gəldiyi nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, idd iaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəsinə iraatı mümkündür. Bu Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Tədqiq olunmuş iş materiallarından aydın olmuşdur ki, iş üzrə iddiaçı hazırki tələblə birinc i instansiya məhkəməsinə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozmuş və buda son nəticədə haqlı olaraq iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul olunması ilə nəticələnmişdir. Belə ki, kollegiya iddiaçının diqqətinə çatdırır ki, iddia tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə iddiaçının cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləs inin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında müəyyən edilmişdir ki, “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılımasının mərhələli formada tənzimlənməsini nəzrdə tutur. İlk növbədə, əmlakın naturada bölünməinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı o lmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmalkın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. İddia ərizəsinin predmetindən də göründüyü kimi, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə müraciət olunarkən Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Qərarının tələblərinə əməl olunmamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutul muş qaydaların ardıcıllıqla tətbiq edilməsinin zəruriliyi ilə bağlı mövqeyi nəzərə alınmamışdır. Eyni zamanda yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinin tələbinə görə iddia ərizəsində iddianın qiyməti göstərilməlidir və istinad olunan maddələrdə bu qayda imperativ hal kimi nəzərdə tutulmuşdur. Lakin işin müəyyən olunmuş hallarından da göründüyü kimi, iş üzrə İddiaçı iddia ərizəsində ümumi paylı mülkiyyətdə olan Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən öz payının dəyərinin müəyyənləşdirilərək cavabdeh tərəfindən ona ödənilməsini tələb etdiyi halda ərizədə iddianın qiymətini konkret olaraq göstərməmişdir. Kollegiya iddiaçının diqqətinə çatdırmağı lazım bilir ki, iddia ərizəsinin MülkiP rosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması iddiaçının vəzifəsidir və iddiaçı tərəfindən bu sahədə müvafiq prosessual tələblərə riayət edilməməsi mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Bütün sadalananlarla bərabər qeyd olunmalıdır ki, Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda qeyd xüsusatları nəzərə alan kollegiya hesab edir ki, İddiaçı Cavabdeh qarşı evin naturada bölünməsi, payın dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)-1398/2024 nömrəli qərardadından İddiaçı tərəfindən v erilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)-1398/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l ı r: İddiaçı Cavabdeh qarşı evin naturada bölünməsi, payın dəyərinin ödənilməsi t ələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)1398/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Naxçıvan Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(078)-1398/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar