Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-39/2023 02.05.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər X3, Cavabdeh2, iddiaçının vəkili Vəkil1 Heydər oğlunun və Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, torpaq üzərində tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldıraraq küçəyə çıxışına şərait yaradılması tələbinə dair mülki iş üzrə Na xçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(078)-6/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, torpaq üzərində tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldıraraq küçəyə çıxışına şərait yaradılması barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(078)-6/2023 nömrəli qətnaməsi ilə id dia tələbi rədd edilmişdir. Məhkəmənin həmin qətnaməsindən narazı qalan İddiaçı 07 fevral 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qardaşı Zalxanın vəfatından bir müddət öncə ona məxsus olan həyətyanı torpaq sahəsində onun razılığı olmadan tikililər tikməyə başlamışdır. Həmin andan həmin tikililərin qanunsuz olduğunu, ona məxsus torpaq üzərində aparılmasını onlara deyərək dərhal sökülməsini qardaşına və onun ailəsinə bildirmişdir. Buna baxmayaraq onlar tikintini dayandırmayaraq inşaya davam ediblər. Qardaşının vəfatından sonra isə onun oğlu Vüqar və ailəsi onu eşitməyərək qanunsuz hərəkətlərini davam etdirərək ona məxsus torpaq sahəsi üzərində ti kililər tikməyə davam etmişdirlər. Mülkiyyətində olan torpaq sahəsinə cavabdehlərin qanunsuz müdaxiləsinə son qoyulması üçün dəfələrlə polisə, icra nümayəndəliyinə, daşınmaz əmlaka müraciət etsə də, nəticə etibarı ilə dövlət qurumları ona bildiriblər ki, “qarşı tərəf bizi dinləmir, sizin mübahisənizə məhkəmə baxmalıdır”. X6 və onun ailə üzvlərinin ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmələri nəticəsində onun Azərbaycan Respublikasının milli qanunvericiliyi və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulur. Cavabdeh və onun ailəsi tərəfindən son illər ərzində inşa edilmiş tikili qanuni olaraq ona məxsus olan torpaq sahəsi üzərində inşa olunmuş və həmin tikili onun özünə aid torpaq sahəsindən istifadə edərək küçəyə çıxışına imkan vermir. Haz ırda yaşadığı evdən öz torpaq sahəsindən keçməklə küçəyə çıxışı mümkün deyildir. Küçədən evinə nəinki özünün gediş-gəlişi, hətta heç bir əşyanın gətirilməsi, habelə avtomobilin gəlməsi qeyri-mümkündür. Onun yola (küçəyə) çıxmağı yalnız qonşuluğunda yaşayan bacısıgilin həyətindən keçməklə dar bir cığırla mümkündür. Mülkiyyətindən ana yolla birbaşa çıxışı olan yolun mövcud olmasına baxmayaraq qardaşı və onun ailəsinin mülkiyyətində olan torpağı qanunsuz zəbt etməklə üzərində qanunsuz tikili qurması nəticəsində öz mülkiyyətindən istifadə edərək küçəyə çıxmaq imkanına son qoyulmuşdur. Bu gün qanunsuz şəkildə zəbt edilərək tikilmiş tikilini qarşı tərəf söksə onun dədə-babadan qoyulan dəmir qapı vasitəsi ilə yola çıxışı təmin olunardı. Apellyator qeyd edir ki, hələ hakim G.Səfərəliyeva tərəfində n qəbul edilən xx.xx.2021-ci il tarixli, 2(078)-209/2021 nömrəli qətnamədə göstərilir ki, həmin dövr cavabdehin vərəsəsi-həyat yoldaşı Cavabdeh2 izahatında qeyd edir ki, mübahisəli torpaq sahəsini o, onlara pul ilə satmamış, qardaşı oğluna pay vermişdir. Həmçinin torpağa görə aralarında mübahisə olmuşdur. Təxminən eyni izahatı sonuncu məhkəmə prosesində deməyinə baxmayaraq məhkəmə əsassız olaraq torpaq sahəsinin əvəzində ona pul vəsaiti ödənilməsi barədə söhbətlərinin olmasını göstərmişdir. Onların arasına pul söhbəti yalnız məhkəmə mübahisəsi başlandıqdan sonra və məhkəmə dövrü hakimin barışıq üçün pul versin torpağı onlara ver təklifindən sonra olmuşdur. Ondan öncəki dövrlərdə aralarında pul ilə bağlı heç bir danışıq olmamışdır. Öncəki dövrlərdə o, cavabdehlərdən yalnız torpağının özünə qaytarılmasını tələb etmişdir. Lakin onlar ona heç vaxt məhəl qoymamış, hətta qardaşı oğlu Vüqar ona hədə-qorxu gələrək torpağı istəsən gəlib evini yandıracam hədəsi ilə onu hədələmişdir. Mübahisə ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində 19 may 2022-ci il tarixində, xanım Gülsüm Əliyevanın sədrliyi ilə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh X8 verdiyi qısa izahatında göstərmişdir ki, “həyat yoldaşı Zalxan 10 il olar ki, Əzizxanla (yəni onunla) danışmırdı, küsülü idilər, ölüm ayağında olan qardaşı ilə küsülü idi, həmçinin digər Cavabdeh2 elə həminki məhkəmə prosesində verdiyi izahatında göstərir ki, həyat yoldaşı Vüqar 7 il olar əmisi Əzizxanla (yəni onunla) küsülü idi, münasibətləri yox idi. Nədənsə bütün bunlara hakimlər məhkəmə prosesində diqqət yetirməmiş, sübutlara yox, sadəcə cava bdehlərin xeyri üçün səslənən “sadəcə fikirlərə” söykənmişdirlər. 19 mart 2022-ci il tarixli məhkəmə prosesində cavabdehlərin verdiyi izahatlar əslində mübahisənin mahiyyətini açır. O, nə üçün qardaşı və qardaş oğlu ilə küsülü olmuşdu? Qardaşı və qardaşı oğlu ona məxsus torpaq sahəsini zəbt etdikləri üçün onlarla aralarında mübahisə düşmüşdür. Bütün bu mübahisənin kökündə qardaşı və oğlunun ona aid torpağı zəbt etməsi olmuşdur. Bu isə onu göstərir ki, o, heç vaxt cavabdehlərə könüllü olaraq torpaq verməmiş, onlar isə onu eşitməyərək zorlarına salıb onun halallığını, razılığını almadan ona aid torpaq üzərində tikililər tikmişdirlər. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Q. Məmmədov) 18 yanvar 2023-cü il tarixli, 2(078)-6/2023 nömrəli qətnaməsində işin faktiki hallarına hüquqi qiym ət verib nəticəyə gəlib göstərilir ki, “mübahisəli tikili inşa edilərkən iddiaçı buna razılıq vermiş və buna heç bir şəkildə etiraz etməmişdir. Bu fakt iş üzrə tərəflərin izahatı ilə öz təsdiqini tapır”. Məhkəmə araşdırmasını aparan hakim tərəflərin vermədiyi izahatları öz istədiyi kimi göstərərək, öz mülahizəsini sübut kimi qiymətləndirmişdir. Məhkəmə onun vermədiyi izahatlara, demədiyi sözlərə necə əsaslanıb onun əleyhinə sübut yığıb qiymətləndirir anlaşılan deyildir. Hakim qətnamədə yenə göstərir ki, “cavabdehlərin izahatından məlum olur ki, 2009-cu ildə iddiaçının razılığı əsasında, bu tikili tikilmiş və cavabdehlər orada yaşamışdır”. Sual yaranır o, nə vaxt, nə üçün və nə səbəbə məhkəmədə belə izahat verməli idi. 3 ildir iddia qaldırıb zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması i lə bağlı mücadilə verdiyi halda nə üçün şəhər məhkəməsinə bu cür izahat verməli idi. Həmçinin məhkəmə qəbul etdiyi qətnamədə “onun mübahisəli tikililərin 2019-cu ildə inşa edilməsini başlanmasını, bunun qarşısını almaq üçün müraciətlər etməyini bildirsə də, bu faktın təsdiqi ilə bağlı sübutları məhkəməyə təqdim etmədiyini” göstərmişdir. Onun yaxud cavabdehlərin sadəcə olaraq dedikləri və ya demədiklərini məhkəmə onların xeyri üçün yazmaq istəyəndə nədənsə sübut lazım olmamışdır. Cavabdehlər deyirsə deməli artıq sübutdur. Budur məhkəməmizin mövqeyi. Onun sübutu məhkəmənin əlinin altında olub, lakin nədənsə məhkəmə həmin sübutlara istinad etmək fikrində olmamışdır. İş materiallarından görünür ki,
1. Mübahisəli torpaq sahəsi Daşınmaz əmlak xidmətində qeydiyyatdan keçmiş texniki pasport əsas ında ona məxsusdur.
2. Naxçıvan dövlət notariat kontorunun 31 yanvar 1975-ci il tarixli, 5/1327 nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən onun adına keçirilərək, əmlak barəsində şəhadətnamə saxlanılmışdır.
3. Eyni zamanda iş materialında mütəxəssis və ekspertiza rəyləri də mövcuddur. Həmin rəylər də sübut edir ki, tələbi əsaslıdır, cavabdehlər qanunsuz olaraq ona məxsus torpağı zəbt etmişdirlər və bu hal onun mülkiyyətindən maneəsiz istifadə hüququna xitam vermişdir.
4. Həmçinin həmin əmlakın onun mülkiyyəti olmasını cavabdehlər də heç bir məhkəmə prosesində inkar etməmişdirlər. Bütün məhkəmə dövrü cavabdehlər məhkəmə proseslərində dəfələrlə izahat verərək bildirmişdirlər ki, mübahisəli torpaq sahəsi iddiaçınındır, yəni onundur. Bir sözlə cavabdehlərin özləri də etiraf edirlər tikdikləri ti kililər qanunsuzdur və ona məxsus torpaq sahəsi üzərində özbaşına tikilmişdir. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən bu qədər mötəbər sübutlara sübut kimi qiymət verilməməsinin səbəbi ona qaranlıqdır. Hesab edir ki, cavabdehlərə qarşı qaldırdığı tələblə bağlı yetərincə sübut və dəlillər iş materialında mövcuddur. Lakin məhkəmə tərəfkeşliyini edərək heç bir hüquqi əsası olmayan cavabdehin mənafeyini qorumaq xarakteri daşıyan qətnamə qəbul etmişdir. İddiaçı tərəf apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 46.3, 139.1, 139.3, 146.1, 152.1, 157.2, 157.4, 180.1, 180.2, 180.3, 180.4, 394-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1, 67.3, 67.4- cü maddələrinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli, 2 N°-li qərarına istinad etmişdir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-ci il tarixli, 2(078)6/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-ci il tarixli, 2(078)-6/2023 nömrə li qətnaməsinin ləğv edilməsi və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı İddiaçı vəkili Həsənov X7 Şəhər Məhkəməsinin 18 yanvar 2023-ci il tarixli, 2(078)-6/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə cavabdeh X8 apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-ci il tarixli, 2(078)-6/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-ci il tarixli, 2(078)-6/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı iş üzrə Cavabdeh2 vəkili Bağırov X1 Şəhər Məhkəməsinin 18 yanvar 2023-ci il tarixli, 2(078)-6/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh3 məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh3 iştirakı olmadan işə baxılması nı mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə ape lyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək mübahisənin hüquqi h əlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə çıxarılmışdır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edi lməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğvinə əsas kimi “...qardaşı Zalxanın vəfatından bir müddət öncə ona məxsus olan həyətyanı torpaq sahəsində onun razılığı olmadan tikililər tikməyə başladığını, həmin andan həmin tikililərin qanunsuz olduğunu, ona məxsus torpaq üzərində aparılmasını onlara deyərək dərhal sökülməsini qardaşına və onun ailəsinə bildirdiyini, buna baxmayaraq onların tikintini dayandırmayaraq inşaya davam etdiklərini, qardaşının vəfatından sonra isə onun oğlu Vüqar və ailəsinin onu eşitməyərək qanunsuz hərəkətlərini davam etdirərək ona məxsus torpaq sahəsi üzərində tikililər tikməyə davam etdiklərini, onların o nun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulması üçün dəfələrlə polisə, icra nümayəndəliyinə, daşınmaz əmlaka müraciət etdiyini, nəticə etibarı ilə dövlət qurumlarının ona, “qarşı tərəf bizi dinləmir, sizin mübahisənizə məhkəmə baxmalıdır” deyə bildirdiklərini, X6 və onun ailə üzvlərinin ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmələri nəticəsində onun Azərbaycan Respublikasının milli qanunvericiliyi və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulduğunu, cavabdeh və onun ailəsi tərəfindən son illər ərzində inşa edilmiş tikilinin qanuni olaraq ona məxsus olan torpaq sahəsi üzərində inşa olunduğunu və həmin tikilinin onun özünə aid torpaq sahəsindən istifadə edərək küçəyə çıxışına imkan vermədiyini, hazırda yaşadığı evdən öz torpaq sahəsindən keçməklə küçəyə çıxışın mümkün olmadığını, küçədən evinə nəinki, özünün gediş-gəlişi, hətta heç bir əşyanın gətirilməsinin, habelə avtomobilin gəlməsinin qeyri-mümkün olduğunu, onun yola (küçəyə) çıxmağının yalnız qonşuluğunda yaşayan bacısıgilin həyətindən keçməklə dar bir cığırla mümkün olduğunu, mülkiyyətindən ana yolla birbaşa çıxışı olan yolun mövcud olmasına baxmayaraq qardaşı və onun ailəsinin mülkiyyətində olan torpağı qanunsuz zəbt etməklə üzərində qanunsuz tikili qurması nəticəsində öz mülkiyyətindən istifadə edərək küçəyə çıxmaq imkanına son qoyulduğunu, bu gün qanunsuz şəkildə zəbt edilərək tikilmiş tikilini-qarşı tərəf söksə onun dədə-babadan qoyulan dəmir qapı vasitəsi ilə yola çıxışının təmin olunacağını” göstərmiş və məhz bu qeyd olunan əsaslara görə Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(078)-6/2023 nömrəli qətnaməsinin ləğv edilməklə, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya apellyatorun şikayətində qeyd etdiyi bu dəlilləri işin araşdırılmış halları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, şikayətdə göstərilən bu dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvinə əsas sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin -16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. -135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaql a müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2, 157.4, 157.6 və 156.7-ci maddələrinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə v asitəsilə tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. -180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşın a tikinti sayılır. -180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. -560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqda n sui-istifadə əsaslarından biridir. -562.1-ci maddəsinə əsasən əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1092.2-ci maddəsiə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtə rəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Belə ki, iş üzrə İddiaçı mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsi üzərində özünün mülkiyyət hüququna istinad edərək, cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ünvan 1 ünvanında yerləşən onun mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, torpaq üzərində tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılmaqla torpaq sahə sindən istifadə və sahibliyə olan maneələrin aradan qaldıraraq küçəyə çıxışına şərait yaradılması tələb edir. İş üzrə cavabdeh tərəf isə iddiaçı tərəfindən mübahisələndirilən tikililərin yerləşdiyi torpaq sahəsinin 2010-cu ildə iddiaçı tərəfindən könüllü olaraq ayrılaraq onlara verildiyini, maddi imkanları pis olduğu üçün elə həmin ildən başlayaraq iddiaçının öz razılığı əsasında orada tikililər inşa etdiklərini və 2018-ci ildə həmin tikililəri tamamilə başa çatdıraraq orada yaşadıqlarını, bu illər ərzində tikililərə onlar tərəfindən çoxlu məbləğdə pul xərcləndiyini bildirmişdirlər. Kollegiya hesab edir ki, hazırki halda tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilər ək iddia həll edilməlidir. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir. Qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən on dan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Baxılan işdə mübahisəli tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, həmin tikintililərin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır. Birinci instansiya məhkəməsi mübahisəli tikililərin inşa edilərkən iddiaçının buna razılıq verdiyini və buna heç bir şəkildə etiraz etmədiyini, 2009-cu ildə iddiaçının razılığı əsasında, tərəflərin münasibətlərinin yaxşı olduğu vaxtda, iddiaçının özü tərəfindən torpaq sahəsinin sərhəddi müəyyən olunmaqla əvəzsiz olaraq ayrılıb onlara verildiyindən cavabdehlərin mübahisəli tikililəri inşa edib, uzun illərdir ora da yaşadıqları qənaətinə gələrək iddia tələbini rədd etmişdir. Kollegiya qeyd edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əlehinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan tikililəri torpaq mülkiyyətçisinin razılığı əsasında i nşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onun köçərək həmin binada yaşamasına şərait yaratması, uzun zaman kəsiyində orada tikiilərin aparılmasına səssiz qalması və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə a lınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş tikililərin sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, tikililər sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin tə min olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur. O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir. Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, v icdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Kollegiya onu da vurğulayır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davr anışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmi ş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinə əlavə olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 2496 inventar nömrəli Pasportun təsdiqlənmiş surətinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı adına qeydiyyata alınması, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 19 aprel 2022-ci il tarixli, 04/234 nömrəli məktubuna və 08 iyul 2022-ci il tarixli mütəxəssis rəyinə əlavəyə əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsində inşa olunan mübahisəli tikilinin yerləşdiyi 53 m2 torpaq sahəsi və mübahisəli tikilidən dəmir qapıya qədər yol kimi istifadə olunan 168 m2 torpaq sahəsinin 83 m2 hissəsinin 2496 inventar nömrəli texniki pasporta əsasən İddiaçı məxsus olması, həmin tikililərdən hazırda cavabdehlərin istifadə etməsi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2022-ci il tarixli, 224 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh2 istifadəsində olan 53 m2 yaşayış evinin yerləşdiyi mübahisəli sahənin İddiaçı aid 1962-ci ildə tərtib olunmuş texniki pasportda göstərilən, lakin faktiki vəziyyətlə uyğun olmayan torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi, həmin torpaq sahəsi və torpaq sahəsi üzərində olan tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, Naxçıvan Şəh ər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, AZ-İ 749515 nömrəli və xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ 801450 nömrəli ölüm haqqında şəhadətnamələrin surətinə əsasən X5 xx.xx.2020-ci il tarixdə kəskin hemoragik qastrit səbəbindən, Quliyev Vüqar Zalxan oğlunun isə xx.xx.2021-ci il tarixdə kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığı səbəbindən vəfat etməsi, Naxçıvan Şəhər Nikah Evi tərəfindən xx.xx.2023cü tarixdə verilmiş AZ-İ 259109 nömrəli çıxarışa əsasən Quliyev Vüqar Zalxan oğlu ilə X9 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanması, Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli, 568 nömrəli arayışa əsasən isə X3 və Quliyev Vüqar Zalxan oğlunun mərhum X5 vərəsə ləri olmaları mülki işin mübahisəsiz hallarıdır. Yuxarıda qeyd olunan xüsusatları iş üzrə cavabdehlər Cavabdeh2 və X8 da istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı verdikləri izahatlarında etiraf edərək hazırda mübahisələndirilən torpaq sahəsinin həqiqətən də iş üzrə İddiaçı məxsus torpaq sahəsi üzərində tikildiyini bildiklərini və bu faktlara heç bir etirazlarının olmadığını qeyd etmişdirlər. Lakin kollegiya apellyasiya şikayətinə baxılması zamanı mülki işin mübahisəli halı kimi, hazırkı işin düzgün və ədalətli həlli üçün mübahisəli tikililər inşa edilərkən iddiaçının buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi ilə bağlı halların araşdırılmasını zəruri hesab etmişdir. Beləliklə iş materiallarından və tərəflərin izahatından belə məlum olmuşdur ki, iş üzrə İddiaçı tərəfindən hazırda sökülməsini tələb etdiyi tikililərin yerləşdiyi mübahisəli torpaq sahəsi məhs onun öz razılığı əsasında 12 ildən artıq bir müddət əvvəl qardaşı oğlu mərhum Vüqar Quliyevə yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə verilmiş və təxminən 2012-ci ildən etibarən mübahisəli sahədə tikililər aparılmağa başlanmışdır. Qeyd olunan bu fakt məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə İddiaçı istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zama nı hazırki mübahisələndirilən tikililərin ona məxsus torpaq sahəsi üzərində tikilməsinə 2019-cu ildə başlanıldığını, bundan sonra tikililərin dayandırılması üçün əvvəl qardaşı Zalxan və onun oğlu Vüqara xəbərdarlıq etdiyini, lakin onların bu xəbərdarlıqlara məhəl qoymayaraq işi davam etdirdiklərini gördükdən sonra tikililərin dayandırılması üçün bir sıra dövlət qurumlarına müraciət etdiyini bildirsə də, bu halları təsdiq edəcək hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq işə apellyasiya qaydasında baxılan zaman verilən sualları cavablandırarkən İddiaçı qardaşı Zalxanla təxminən 2014-cü ildən etibarən küsülü olduğunu, qardaşı ilə küsməsinə səbəb onun bu tikililəri aparması üçün bünövrə qazması olduğunu bildirmiş, daha sonra Cavabdeh2 tərəfindən verilən sualla rı cavablandırarkən hazırki tikililərdən olan salonun dam örtüyünü örtmək üçün onun tərəfindən cavabdehlərə könüllü olaraq dəmir lövhələr və klyonka verildiyini etiraf etmişdir ki, bu hallar da onu deməyə əsas verir ki, iş üzrə İddiaçı həmin mübahisəli törpaq sahəsini özü könüllü olaraq uzun illər öncə qardaşı oğlu mərhum Vüqar Quliyevə vermiş və hazırki tikililərin aparılmasına razılığını ifadə etmişdir. Apellyasiya baxışı zamanı izahat verən iş üzrə Cavabdeh2 həmin evə gəlin gəldikdən sonra mübahisəli torpaq sahəsini 2010-cu ildə mərhum həyat yoldaşı Vüqarın əmisi Əzizxanın könüllü olaraq onlara verdiyini, hətta bunun üçün əvvəlcədən aralarında məftil setqa ilə mövcud olan sərhəddi özünə tərəf geriyə çəkərək onlara verdiyi hissəni ayırdığını, mərhum qayınatası Zalxanın sağlığında elə həm in ildən etibarən Əzizxanın verdiyi torpaq sahəsində hissə-hissə tikililər tikməyə başladıqlarını, maddi imkanları ilə bağlı bir hissəsində yaşamaqla ümumilikdə tikililəri 2018-ci ildə tamamilə başa çatdırdıqlarını, tikililərin aparılmasına Əzizxanın özü tərəfindən bir neçə dəfə materialla kömək belə olunduğunu, keçən bu uzun illər ərzində aralarında heç bir narazılıqlarının olmadığını, Əzizxanın qaynatası Zalxanla küsülü olmasına baxmayaraq, Vüqarı çox istədiyini, yalnız qaynatası Zalxanın 2020-ci ildə vəfatından sonra iddiaçının birdən-birə bu məsələ ilə bağlı onları məhkəməyə verdiyini və mübahisə yaratdığını, bunun səbəbinin isə bu torpaq sahəsinə görə onlardan həmin il 25000 manat istəməsi, onların isə bu pulu ödəməyə heç bir halda imkanlarının olmadığını ona bildirmələri olduğunu bil dirmişdir. İş üzrə Cavabdeh2 izahatında qeyd etdiyi iddiaçının könüllü olaraq 2010-cu ildə mübahisəli torpaq sahəsini onlara, yəni mərhum həyat yoldaşı Vüqara verməsinə dair faktlar eyni tərəflər arasında hazırki mübahisə ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində 2(078)-209/2021 nömrəli mülki iş üzrə iddia tələbinin predmetində və işə baxılarkən (iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)209/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsi) həmin iş üzrə iddiaçı olmuş İddiaçı verdiyi izahatda da öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş həmin mübahisə üzrə çıxarılmış qətnamənin təsviri hissəsində verilmiş iddia tələbinin predmetindən (İddiaçı cavabdeh Quliyev Vüqar Zalxan oğluna qarşı 2021-ci ildə iddia qaldıraraq onun mülkiyyətində olan torpa q sahəsində qanunsuz olaraq, yəni zəbt edib orada apardığı tikintinin məcburi olaraq sökülüb aparılması və 12 il ərzində torpaq sahəsi zəbt edildiyindən hər ili 1000 manat olmaq şərtilə vurulmuş zərərin ödənilməsi tələbi) və proses zamanı İddiaçı verdiyi izahatdan görünür ki, həmin işə baxılarkən İddiaçı izahatında ünvan 1-də yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyətçisi olduğunu, onun torpaq sahəsinin 1200 kv.m olduğunu, daha sonra onun da razılığı ilə qardaşı Zalxana 600 kv.metr torpaq sahəsi verildiyini, həmin torpaq sahəsində Zalxanın evi olduğunu, ayrıca bir otaq da köhnədən qaldığını, qardaşı Zalxan oğlu Vüqarı evləndirdikdən bir müddət sonra evdən çıxarıb həmin tək otağı verdiyini, onun da qardaşı oğluna rəhmi gəldiyi və ona özünə şərait yaratsın deyə 3 sot torpaq sah əsi verdiyini, daha sonra qardaşı Zalxanla münaqişələri olduğundan torpaq sahəsinin çox hissəsini geri aldığını, setka ilə sərhəd müəyyən etdiyini, qalan torpağın da Vüqarda qaldığını, tikintinin aparılmasına qardaşı Zalxan başlasa da Vüqarın tikintini davam etdirib başa çatdırdığını, Vüqar vəfat etdiyini və onun ailəsinin həmin evdə yaşadığını, neçə illərdir ki, torpağını zəbt edib, ona ziyan vurduqlarını, həmin torpaq sahəsini başqasına satmış olsaydı ən azından gəlir əldə edəcəyini, ona görə də ilini 1000 manatdan hesablamaqla 12 il ərzində qanunsuz torpaq sahəsini tutduqlarına görə ona vurulmuş ziyanın ödənilməsi bildirmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2022-ci il tarixli, 2(108)-39/2022 nömrəli qərardadının surətindən g öründüyü kimi Naxçıvan Şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(078)-209/2021 nömrəli qətnaməsi prosessua pozuntular səbəbindən tamamilə ləğv edilərək iş üzrə icraata xitam verilmiş, lakin buna baxmayaraq kollegiya hesab edir ki, faktlar nöqteyi-nəzərindən həmin işə baxılarkən İddiaçı qaldırdığı iddia üzrə tələbin predmeti və məhkəmə iclası zamanı verdiyi izahat işin həqiqi hallarını özündə əks etdirən məlumatlardan ibarət olduğundan sübut növü digər sübutlarla yanaşı qiymətləndirilərək qəbul olunmalıdır. Beləliklə, iş üzrə müəyyən olunan bu xüsusatlardan da İddiaçı mübahisəli torpaq sahəsini hələ 12 il bundan əvvəl mərhum qardaşı oğlu Vüqara könüllü olaraq verdiyi öz təsdiqini tapır. Bundan başqa məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının öz iradəsi əsasında verdiy i torpaq sahəsinin əvəzində sonradan, yəni 2020-ci ildə ona müəyyən qədər pul vəsaiti ödənilməsi barədə cavabdehlərə təklifi olmuş, cavabdeh tərəf maddi imkanlarının olmadığını iddiaçıya bildirdiyindən bu fakt reallaşmamışdır. Belə olan halda isə iddiaçı yuxarıda qeyd olunan tələblə məhkəməyə müraciət etmişdir. Bu hal iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarda da öz əksini tapmışdır. Belə ki, iddiaçı izahatında cavabdehlərin tikililərinin sökülməsini istəmədikləri halda zəbt etdikləri torpağın əvəzində torpaq vermələrini və ya qonşuluqda 25000 manata satılan torpaq sahəsinin olduğunu alıb vermələrini və ya ümumiyyətlə həmin məbləği ona vermələrini istədiyini qeyd etmişdir. Beləliklə mülki işin yuxarıda qeyd olunan tədqiq olunmuş hallarından məlum olur ki, hazırda mübahisələndirilə n tikililərin altında yerləşən torpaq sahəsi 12 ildən artıq bir müddət əvvəl iş üzrə İddiaçı öz razılığı və iradəsi əsasında mərhum qardaşı oğlu Vüqar Quliyevə və onun ailəsinə yaşayış şəraitini yaxşılaşdırmaq və əlavə tikililər aparmaq məqsədilə ona verilmiş, bu illər ərzində həmin hissədə aparılan tikililərə onun tərəfindən hər hansı bir etiraz olunmamış, əksinə bəzi hallarda cavabdehlərə tikililərin ərsəyə gəlməsi üçün müəyyən materiallar verilməklə açıq şəkildə razılıq ifadə olunmuşdur. Kollegiya bu nəticəyə gələrkən tərəflərin arasında qohumluq münasibətinin olmasını, əvvəllər aralarında xoş münasibətlərinin mövcudluğunu da nəzərə almışdır. Beləliklə kollegiya yuxarıda qeyd etdiyi mövqeyə uyğun bir daha qeyd edir ki, iddiaçının tələbində və şikayətində istinad etdiyi kimi, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri gözardı edilə bilməz. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş tikililərin sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, tikililər sökülmədən şəxs oradan çıxarılacağı halda isə torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Qeyd olunmalıdır ki, qanunvericiliyə əsasən yalnız mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Lakin nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meya rlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan tikilinin torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin (şəxslərin) hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi eyni zamanda dürüstlük qaydasına da uyğun gəlmir. İş üzrə İddiaçı verdiyi apellyasiya şikayətində Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi göstərdiyi “...məhkəmə araşdırmasını aparan hakimin tərəflərin vermədiyi izahatları öz istədiyi kimi göstərərək, öz mülahizəsini sübut kimi qiymətləndirməsi, məhkəmənin onun vermədiyi izahatlara, demədiyi söz lərə necə əsaslanıb onun əleyhinə sübut yığıb qiymətləndirdiyinin anlaşılan olmadığı, qətnamədə yenə “cavabdehlərin izahatından məlum olur ki, 2009-cu ildə iddiaçının razılığı əsasında, bu tikili tikilmiş və cavabdehlər orada yaşamışdır” kimi göstərilməsi, Sual yaranır o, nə vaxt, nə üçün və nə səbəbə məhkəmədə belə izahat verməli olduğunun sual yaratdığı, 3 ildir iddia qaldırıb zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması ilə bağlı mücadilə verdiyi halda nə üçün şəhər məhkəməsinə bu cür izahat verməli olması” ilə bağlı dəlillərini də müzakirə edib, həmin dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 272.7-ci maddəsinə əsasən protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır. H əmin Məcəllənin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Tədqiq olunan iş materiallarından məlum olur ki, iş üzrə iddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən keçirilən məhkəmə iclas protokollarına dair hər hansı qeyd verməmişdir. Belə olan halda isə şikayətdə göstərilən bu hallar əsaslı sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutl arı qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraat ı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, torpaq üzərində tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsindən istifa də və sahibliyə olan maneələrin aradan qaldıraraq küçəyə çıxışına şərait yaradılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(078)-6/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(078)-6/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabd eh3 qarşı ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsinin boşaldılması, torpaq üzərində tikilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldıraraq küçəyə çıxışına şərait yaradılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(078)-6/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(078)-6/2023 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vas itəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.