Məhkəmə qərarları › İş №2(108)-39/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-39/2025

11.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-39/2025 11.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən - məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, X2 Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının qismən etibarsız hesab olunması, miras əmlakın miras qoyanın adına qaytarılması, miras əmlakda payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(078)-1493/2024 nömrəli qərardadından verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı X5 “10” oktyabr 2024-cü ildə Cavabdeh qarşı iddia ərizəsi il ə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum atasından miras qalmış və qardaşı Cavabdeh adına verilmiş daşınmaz əmlakın çıxarışının qismən etibarsız hesab olunması, miras əmlakın atası X3 adına qaytarılması, miras əmlakda payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-4). Naxçıvan Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(078)-1493/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır (iş vərəqə 45-47). Birinci instansiya məhkəməsi bu nəticəyə gəlməsini Cavabdeh ünvan 1 ünvanında rəsmi qeydiyyatda olması və iddia ərizəsini cavabdehin faktiki olaraq qeydiyyatda olduğu yer üzrə məhkəməyə verilməməsi ilə əsaslandırmışdı. İddiaçı X1 Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(078)-1493/2024 nömrəli qərardadından 29 oktyabr 2024-cü ildə şikayət vermiş, həmin müraciət Məhkəmənin 01 noyabr 2024-cü il tarixli, 2(078)-1493/2024 nömrəli qərardadı ilə geri qaytarılmışdı (iş vərəqə 53-61). Birinci instansiya məhkəməsi şikayətin geri qaytarılmasını prosessual sənəddə məhkəmə aktının hansı hissədə mübahisələndirilməsinin, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və halların, habelə onları təsdiq edən sübutların göstərilməməsi, həmçinin iddiaçı X5 tərəfindən şikayətin məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilməsinə baxmayaraq, həmin sənədin “pdf” formatda skan edilərək elektron kabinet vasitəsilə göndərilməsi, qanunvericilikdə elektron kabinet vasitəsilə şikayət verilərkən nəzərdə tutulmuş tələblərə əməl edilməməsi ilə əsaslandırmışdı. İddiaçı X5 19 noyabr 2024-cü il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 2(078)-1493/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qərardaddan şikayət verməsi üçün buraxılmış müddətin bərpa edilməsi, Naxçıvan Şəhər Məhkəmənin 01 noyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi və 2(078)-1493/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi ilə əlaqədar verdiyi şikayət ərizəsinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 64-67). Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(078)-1493/2024 nömrəli qərardadı ilə Məhkəmənin 14 oktyabr 2024-cü il tarixli, 2(078)-1493/2024 nömrəli qərardadından iddiaçı X2 şikayət vermək üçün buraxılmış prosessu al müddətin bərpa olunması barədə ərizəsinin təmin edilməsi qərara alınmışdır (iş vərəqə 92-95). İddiaçı X5 19 noyabr 2024-cü il tarixdə məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etməklə yanaşı şikayətlə də müraciət etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1493/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddiasının icraata qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 64-67 ). O, şikayətini əsaslandıraraq qeyd etmişdi ki, iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi qardaşı Cavabdeh qeydiyyatda dayandığı ünvan ünvan 2rizəsində qeyd etdiyi mübahisə predmeti olan daşınmaz əmlak - 906.65 kvadrat metr torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 92.01 kvadrat metr olan 3 otaqlı, fərdi yaşayış evi Naxçıvan şəhəri, Xətai məhəllə si, döngə 2/12 ünvanında yerləşir. Azərbaycan Respublikası MülkiProsessual Məcəllənin 39.1-ci maddəsində birbaşa təsbit olunmuşdur ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Özü iddia ərizəsi ilə vərəsə kimi ona da pay çatmalı olan daşınmaz əmlaka hüquqlarının tanınması, sözügedən daşınmaz əmlakın tamamına qeyri-qanuni sahiblik etmiş qardaşının sahibliyindən götürülməsi üçün müraciət etmişdir. O, şikayətinin digər bir əsası kimi qeyd etmişdi ki, hazırda heç bir yerdə işləmir və əmək pensiyası ilə dolanışığını idarə e dir. İddianın cavabdehin olduğu yer üzrə verilməsi, yəni paytaxtın müvafiq rayon məhkəməsinə müraciət edilməsi nəticəsində o, iddiaçı qismində məhkəmə iclasında mütləq surətdə iştirak etməli olacaqdır. Lakin yuxarıda qeyd etdiyi kimi onun gediş-gəliş, qalma və s. xərcləri qarşılayacaq maddi imkanı olmadığından, 3-cü qrup əlil olduğu üçün uzaq məsafəyə səyahət etməkdə çətinlik çəkdiyindən, habelə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəmədə onlayn qaydada iştirak etmək üçün texnologiyadan heç bir anlayışı olmadığından onun iddiasını cavabdehin qeydiyyatda olduğu Bakı, Xəzər, Buzovna qəsəbəsi, 18 oktyabr küçəsi, döngə 3, mənzil 7 ünvanı üzrə verməsi mümkün deyil. Mülki iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(078)-1493/2024 nömrəli qərardadından aydın olur ki, iddiaçının şikayəti təmin edilməmiş, onun müraciəti işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır (iş vərəqə 112-116). Şikayət mülki işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına 23 yanvar 2025-ci il tarixdə daxil olmuşdur. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası ilk olaraq işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasın da baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür. Şikayətin hüquqi həllinə gəldikdə isə kollegiya mülki iş materiallarını verilmiş şikayətlə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən edir ki, şikayətin predmetini Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsi ilə müəyyən edilən “işə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ” təşkil edir. Sözü gedən normada hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun olması öz əksini tapmışdı. Kollegiya bildirir ki, şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan xüsusi təminatlardan biri aidiyyət institutudur. Aidiyyət qaydalarına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. Ali Qanunun normasından aydın olur ki, işin baxılması üçün aidiyyət müvafiq sahəvi qanunvericiliklə tənzimlənir. Hazırda baxılan mübahisə mülki məhkəmə icraatı ilə bağlı olduğundan kollegiya qeyd edir ki, həmin icraat üzr ə aidiyyət qaydaları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin İİ fəsli ilə tənzimlənir. Məhkəmə kollegiyası bildirir ki, hər bir kəs özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Şəxs öz hüquqlarının və mənafeyinin müdafiəsi üçün birinci instansiya məhkəməsinə iddia əri zəsi və ya müvafiq icraat növü üzrə ərizə ilə müraciət edən zaman o, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl etməlidir ki, bu tələblərdən biri də müraciətin aidiyyəti üzrə qanunla müəyyən edilmiş məhkəməyə verilməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır; - 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; - 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; - 45.1-ci maddəsinin mahiyyətinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; -81-ci maddəsi ilə müəyyən edilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan görünür ki, qanunvericilik ərazi aidiyyəti məsələsini tənzimləyərkən başlıca norma kimi iddianın ərizənin baxılması üçün cavabdehin yaşayış yeri üzrə məhkəməyə verilməsi qaydasını müəyyən etmişdir. Yaşayış yerinin müəyyən edilməsi isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir ki, həmin Qanun un 3-cü maddəsinin birinci hissəsinin birinci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Deməli şəxsin yaşayış yeri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbi baxımından digər sənədlərlə müəyyən edilə bilməz. "Elektron məhkəmə" informasiya sistemindən cavabdehə aid və hazırda aktiv olan şəxsiyyət məlumatları barədə axtarışın nəticələrindən Cavabdeh yaşayış yerinin ünvan 5 ünvanı olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36-cı maddəsində göstərilən hallarda ərazi üzrə məhkəmə aidiyyətini seçmək hüququ iddiaçıya aid olsa da, həmçinin həmin Məcəllənin 39-cu maddəsində müstəsna aidiyyətin əsasları müəyyən edilsə də, mül ki iş materiallarını həmin prosessual normalarla əlaqəli şəkildə tədqiq etdikdə sözü gedən əsasların mövcud olmaması aydın olur. Belə ki, iddiaçı şikayətini mübahisə predmeti olan daşınmaz əmlakın Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 2/12 ünvanında yerləşdiyini, özünün tələbinin vərəsə kimi ona pay çatmalı olan daşınmaz əmlaka hüquqlarının tanınması, sözügedən daşınmaz əmlakın tamamına qeyri-qanuni sahiblik etmiş qardaşının sahibliyindən götürülməsi ilə əsaslandırmışdı. İddiaçının şikayətinin qeyd edilən əsasına hüquqi qiymət verilməsi ilə bağlı kollegiya bildirir ki, mülki hüquq nəzəriyyəsinə əsasən mülkiyyət hüququnun müdafiəsi müxtəlif iddia növləri ilə həyata keçirilə bilər. Bu iddia növləri içərisində ən başlıcası əşya hüquqi iddialardır ki, bu iddia növü konkret vəzifələrlə bağlı deyildir, məqsəd ya mülkiyyətçinin əşya üzərində sahiblik, ondan istifadə və barəsində sərəncamını bərpa etmək, ya da bu səlahiyyətlərin mülkiyyətçi tərəfindən həyata keçirilməsində maneələri və ya şübhələri yox etməkdir. Müvafiq olaraq əşya-hüquqi iddialara, başqasının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb edilməsi, pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da öz hüquqlarının bərpa edilməsi və mülkiyyət hüququnun etiraf edilməsi və ya tanınması haqqında tələblər aiddir. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı digər iddia növü öhdəlik-hüquq xarakterli iddialardır. Onlara mülkiyyətçiyə dəymiş zərərin ödənilməsi, əsassız olaraq əldə edilmiş əmlakın alınması iddiaları və s. aiddir. Bu tələblər mülkiyyət hüququndan deyil, digər hüquq institutlarınd an və bu institutlara uyğun olan subyektiv hüquqlardan irəli gəlir. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı başqa bir iddia növü nə əşya-hüququ, nə də öhdəlik-hüquq xarakterli iddia deyil, bu iddialar mülki hüququn müxtəlif institutlarından irəli gəlir ki, bura xəbərsiz itkin düşmüş şəxsin əmlakının mühafizəsi, qanunun tələblərinə uyğun olmayan bağlanmış əqdlərdə tərəflərin mənafelərinin müdafiəsi ilə bağlı tələbləri və s. aid etmək olar. Sözü gedən hüququn müdafiəsi ilə bağlı başqa bir iddia növü qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququna xitam verilməsi zamanı mülkiyyətçinin mənafelərinin müdafiəsinə yönələn iddia tələbləridir ki, buna da misal kimi mülkiyyətin dövlət ehtiyacı üçün alınması ilə bağlı tələbləri aid etmək olar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsində qeyd edilən müstəsna aidiyyət əsasları isə mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddia növlərindən yalnız əşya hüquqi tələblər üzrə tətbiq edilir. Mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı əşya-hüquqi iddialar isə yuxarıda və Mülki-Prosessual Məcəllənin 39.1-ci maddəsində qeyd edilən üç növ iddia növü ilə həyata keçilir ki, bunlara əşyaya mülkiyyət hüquqlarının tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi (vindikasiya iddiası), mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında (neqator iddia) iddialar aiddir. İddiaçı tələbinin Naxçıvan şəhəri, Xətai məhəlləsində yerləşən daşınmaz əmlak üzrə vərəsə kimi daşınmaz əmlaka hüquqlarının tanınm ası, sözügedən daşınmaz əmlakın tamamına qeyri-qanuni sahiblik edən qardaşının sahibliyindən götürülməsi ilə bağlı olduğunu qeyd etsə də, onun müraciətinin mahiyyətindən tələbinin vərəsəliklə bağlı iddia olması və həmin tələbinin təmin olunması halında daşınmaz əmlakla bağlı dövlət reyestrində aparılmış sənədləşmələrin mübahisələndirilməsi ilə əlaqədar olması aydın olur ki, həmin tələblər də Mülki-Prosessual Məcəllənin 39-cu maddəsinin təsirinə düşmür. Bu səbəbdən də kollegiya iddiaçının şikayətinin qeyd etdiyi hüquqi mövqeyini əsaslı hesab etmir. İddiaçının şikayətində qeyd etdiyi digər dəlillər – iddianın cavabdehin olduğu yer üzrə verilməsi, paytaxtın müvafiq rayon məhkəməsinə müraciət edilməsi nəticəsində onun iddiaçı qismində məhkəmə iclasında mütləq surətdə iştirak etməli olması, l akin yuxarıda qeyd etdiyi kimi onun gediş-gəliş, qalma və s. xərcləri qarşılayacaq maddi imkanı olmadığından, 3-cü qrup əlil olduğu üçün uzaq məsafəyə səyahət etməkdə çətinlik çəkməsi, habelə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəmədə onlayn qaydada iştirak etmək üçün texnologiyadan heç bir anlayışı olmaması, onun iddiasını cavabdehin qeydiyyatda olduğu Bakı, Xəzər, Buzovna qəsəbəsi, 18 oktyabr küçəsi, döngə 3, mənzil 7 ünvanı üzrə verməyin mümkün olması ilə bağlı qeyd edir ki, həmin faktlar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin İİ fəsli ilə müəyyən edilmiş ərazi aidiyyətinin dəyişdirilməsi üçün əsaslı sayıla bilməz. Bu isə onu deməyə əsas verir ki, Naxçıvan Şəhər Məhkəməsinin mübahisələndirilən qərardadında X2 Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarı şının qismən etibarsız hesab olunması, miras əmlakın miras qoyanın adına qaytarılması, miras əmlakda payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması ilə əlaqədar birinci instansiya məhkəməsinin qeyd etdiyi ərazi aidiyyəti ilə bağlı əsaslar qanunidir. Mülki prosessual qanunvericiliyə görə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - iddiaçı X5 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(078)-1493/2024 nömrəli qərardadından verilmiş şikayə t təmin edilməməli; - Naxçıvan Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(078)-1493/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyə ti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Kollegiya yuxarıda qeyd ol unanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: İddiaçı X5 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(078)-1493/2024 nömrəli qərardadından verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(078)-1493/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev. Vera Kuimova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar