Məhkəmə qərarları › İş №2(108)-46/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-46/2022

05.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-46/2022 05.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(089)-180/2021 nömrəli qətnaməsindən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 29 iyul 2021-ci il tarixdə pul məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edər ək Cavabdeh 3000 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 28 sentyabr 2021-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3000 manat pulun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 200 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə baxışı iclasında ərizə nəzərdən keçirilərək iddia tələbinin dəyişdirilməsi barədə ərizənin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53cü maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilməsi qərara alınmışdır. Culfa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(089)-180/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı 23 noyabr 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(089)-180/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(089)-180/2021 nömrəli qərardadı ilə Culfa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(089)-180/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa olunmuş və apellyasiya şikayəti baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kolle giyasına göndərilmişdir. İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmənin cavabdehin öhdəliyinə 20-ədəd qoyunu razılaşmaya əsasən verməsi, iddiaçının qoyunların razılaşdıqları çəkiyə uyğun gəlmədiyini sübut edə bilməməsi ilə bağlı əsaslandırması ilə əlaqədar qeyd edir ki, qoyunların sayı mübahisə predmeti olmamışdır, məhkəmənin qətnamədə yer verdiyi bu izahat iddianın əsassızlığının dəlili kimi qəbul edilə bilməz. Qoyunların razlaşmaya əsasən dəyərinə uyğun gəlməsinə və onun qoyunları almaqdan imtina etmədiyinə dair qətnamədə yer verilən əsaslandırmayla razılaşa bilmir. Məhkəmədə şahid qismində ifadə vermiş X2 qoyunların gecə vaxtı saat 01:00 radələrində Təmkin tərəfindən gətirildiyini və onun qoyunların arıq olması barədə Təmki nə irad bildirdiyini ifadəsində göstərmişdir ki, bu ifadə qətnamədə əks edilmişdir. Qoyunların cavabdehlə razılaşdıqları qiymətə-çəkiyə uğun gəlmədiyinə dair məhkəməyə təqdim edilmiş bu sübut növü-şahid ifadəsi nəzərə alınmamışdır, qiymətləndirilməmişdir. Cavabdeh ona verdiyi 20 ədəd quzuya Culfa Rayon Baytarlıq İdarəsi tərəfindən baxış keçirilmiş və 31.08.2021-ci il tarixli, 62 nömrəli arayış tərtib edilmişdir ki, bu arayış onun tərəfindən sübut kimi məhkəməyə təqdim edilmişdir. Həmin arayışda quzuların 13-ədədinin diri çəkisinin 13-17 kq arasında olduğu, 7 baş quzunun isə 23-26 kq arasında olduğu qeyd olunur. Məhkəmə qətnaməsində iş üzrə əhəmiyyətli hesab ediləcək bu sübut növündən bəhs edilməmişdir. Bu 13 ədəd quzuların 07-09 kq əti olar ki, bunların da bazar qiyməti 70.00-100.00 manat ar asında dəyişər. Halbuki, Cavabdeh razılaşmaya əsasən ona verəcəyi qoyunların qiyməti 155.00 (bir yüz əlli beş) manat olmalı idi. Göründüyü kimi Cavabdeh 13 ədəd quzunun pula nisbətdə qiymətində orta hesabla onu 800.00-1000.00 manat məbləğində aldatmışdır. O, bu quzuları ilk dəfə qəbul etmək üçün Saltaq kəndinə getdiyi gün görüb və qəbul etməkdən imtina etmişdir. İş üzrə mübahisənin hərtərəfli araşdırılması və ədalətli həlli baxımından Culfa rayon Saltaq kənd sakinləri Yəhya və Məhərrəmin şahid qismində məhkəməyə çağrılaraq ifadələrinin alınması üçün məhkəməyə vəsatət vermiş, lakin həmin şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İddia tələbini isbatlayacaq sübutları məhkəməyə təqdim etsə də, bu sübutlar nəzərə alınmamış və düzgün qiymətləndirilməmişdir. Apellyasiy a şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasındakı izahatında İddiaçı apellyasiya şikayətini müdafiə edərək Culfa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(089)-180/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Sonuncu məhkəmə baxışı iclasında iştirak etməsə də 18.03.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasındakı izahatında iddiaçının vəkili və nümayəndəsi Vəkil Culfa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(089)-180/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasındakı izahatında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şi kayətinin təmin edilməməklə Culfa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(089)-180/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda i sə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı və Cavabdeh hər birinin təqribi 14-15 kq ətləri olan 20 ədəd quzunun hər birinin 155 manatdan alınması barədə razılığa gəlmişlər. Mülki işin iddiaçı tərəfindən mübahisələndirilən halı ondan ibarətdir ki, cavabdeh tərəfindən 13 quzunun puluna nisbətdə cavabdeh onu cəmi ***-**** manat məbləğində aldatmışdır. Kollegiya apellyasiya şikayətində qeyd olunan dəlillərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 579.1-ci maddəsinə uyğun olaraq əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. Həmin Məcəllənin 580.3-cü maddəsinə əsasən alğı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəl məyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. İddiaçı birinci instansiya məhkəməsində 28 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasındakı izahatında heyvanlara baxdığını, seçdiyi, rənglədiyi heyvanların olmadığını, quzuların onun seçdikləri olmadığını gördükdən sonra cavabdehlə telefonda danışıb pulunu istədiyini, cavabdehin pulu xərclədiyini bildirdiyini, heyvanları özü ilə bərabər gətirmədiyini, təxminən 2021-ci ilin iyul ayının əvvəllərində gecə saatlarında cavabdeh 20 baş heyvanı onun yaşadığı evin həyətinə gətirdiyini, cavabdehin zorla heyvanları maşından onun həyətinə töküb getdiyini qeyd etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində 28 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasındakı izahatında şahid X2 quzulara baxıb İddiaçı quzuların arıq olduğunu və işinə yaramayacağını bildirdiyini qeyd etmişdir. Həmçinin iş materiallarında olan Culfa rayon Baytarlıq İdarəsinin 31.08.2021-ci il tarixli, 62 nömrəli arayışına əsasən İddiaçı 20 baş quzusunda baytarlıq idarəsi tərəfindən müayinə aparıldığı, müayinə zamanı 13 baş quzunun diri çəkisinin orta hesabla 13-17 kq arasında olduqları, 7 baş quzunun isə 23-26 kq arasında olduqları, 3 baş quzuda isə xroniki Bronxo pnevmoniya diaqnozu qoyulduğu müəyyən edilmişdir. Bu da iddiaçının apellyasiya şikayətində qeyd etdiyi 13 baş quzunun 7-9 kq əti olması dəlilini bir daha təsdiq edir. Eyni zamanda apellyasiya baxışının gedişində İddiaçı mübahisə obyekti ol an heyvanların 2400 manata satıldığı, lakin buna baxmayaraq birinin öldüyünü, həmçinin ötən müddət ərzində yemə, xəstə quzuların müalicəsinə çəkdiyi xərclər nəzərə alınarsa 1000 manatdan artıq zərər etdiyini bildirmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, 13 baş quzunun çəkisinin İddiaçı və Cavabdeh arasında şifahi formada bağlanmış müqavilənin tələbinə cavab vermədiyindən iddiaçı tərəfindən cavabdehə ödənilmiş məbləğin 600 manatlıq hissəsi iddiaçıya geri qaytarılmalıdır. İddiaçının ötən müddət ərzində yemə, xəstə quzuların müalicəsinə çəkdiyi xərclərə münasibətdə isə qeyd edilməlidir ki, bu hal iddianın predmetinə daxil deyil və apellyasiya qaydasında müzakirə olunaraq qiymət verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya son olaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin qismən təmin edilməsi və Culfa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(089)-180/2021 nömrəli qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hal lar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(089)-180/2021 nömrəli qətnaməsindən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Culfa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(089)-180/2021 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilərək Cavabdeh 600 manat, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq vəkilin göstərdiyi yardıma görə ödənilmiş puldan 40 manat tutularaq İddiaçı ödənilməli, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 6 manatlıq hissəsi cavabdehdən tutularaq İddiaçı ödənilməli v ə iddia qalan hissədə rədd edilməlidir. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox Qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli Qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli Qərarı, “X3rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli Qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan....az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 392 və 393-cü maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(089)-180/2021 nömrəli qətnaməsindən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş ap ellyasiya şikayəti qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(089)-180/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin və Cavabdeh 600 manat, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq vəkilin göstərdiyi yardıma görə ödənilmiş puldan 40 manatın tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 6 manatlıq hissəsi cavabdehdən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar