Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-5/2023 18.01.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Suleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(079)-190/2022 nömrəli qətnaməsindən İddiaçı (vəkili və nümayəndəsi Vəkil vasitəsi ilə) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 16 iyun 2016-cı il tarixdə Abşeron Rayon Məhkəməsinə alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək xx.x x.2015-ci il tarixdə onunla Cavabdeh1 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İcraat gedişində cavabdeh tərəfindən İddiaçı və ailə üzvlərinin Abşeron rayonu Masazır kəndində, X9 ev 24 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi və istifadə hüquqlarına xitam verilməsi tələbinə dair qarşılıqlı iddia verilmişdir. Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(012)-4955/2016 nömrəli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı Abşeron rayonu Masazır kəndində, X9 ev 24 ünvanında yerləşən evdən istifadə hüququ itirilmiş hesab edilməklə mənzildən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-02/2022 nömrəli, xx.xx.2022- ci il tarixli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsinin verdiyi vəsatət təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(012)4955/2016 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş baxılmaq üçün ərazi aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin 2(079)-190/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 İddiaçı qarşı istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Babək Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(079)-190/2022 nömrəli qətnaməsi ilə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı (vəkili və nü mayəndəsi Vəkil vasitəsi ilə) apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə razılaşmayan İddiaçı (vəkili və nümayəndəsi Vəkil vasitəsi ilə) 30 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Babək Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(079)-190/2022 nömrəli qətnaməsinin ləğv olunmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Babək Rayon Məhkəməsinin (sədrlik edən X6) xx.xx.2022-ci il tarixli, 2(079)-190/2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Hesab edir ki, Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-190/2022 saylı qətnaməsi əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmənin qət etdiyi qətnamə qeyri-obyektiv olmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmə qərarında göstərilmiş nəticə işin faktiki hallarına uyğun deyildir, işə baxılarkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyindən irəli gələn maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı 16 iyun 2016-cı il tarixdə Abşeron Rayon Məhkəməsinə alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək xx.xx.201 5-ci il tarixdə onunla Cavabdeh1 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində, X9 ev 24 ünvanında yerləşən ümumi sahəsi 267,8 kv.m, yaşayış sahəsi 108,5 kv.m, yardımçı sahəsi 159,3 kv.m olan 5 otaqlı fərdi yaşayış evini alıcı Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə alqı-satqı etmişdir. İddiaçı yuxarıda göstərilən ünvandakı mülkiyyətində olan fərdi yaşayış evini dostu Cavabdeh1 ilə görünüş üçün alqı-satqı etmişdir. Çünki İddiaçı ondan 120000 manat borc pul almış, həmin borcun təminatı olaraq onunla müvəqqəti görünüş üçün alqı-satqı etmişdir. O, 120000 manatı qaytaranda Cavabdeh1lə aralarında bağladıqları müqavilən i ləğv etməli idilər. Cavabdeh1 şahidlərin iştirakı ilə yazılı şəkildə bu haqda iltizam yazaraq İddiaçı vermişdir. Lakin öhdəlik götürdüyü mart ayı tamam olmamış Cavabdeh1 adına çıxarış alıb iddiaçını evdən çıxarmaq istəyirdi. İcraat gedişində cavabdeh tərəfindən İddiaçı və ailə üzvlərinin Abşeron rayonu Masazır kəndində, X9 ev 24 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi və istifadə hüquqlarına xitam verilməsi tələbinə dair qarşılıqlı iddia verilmişdir. Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(012)-4955/2016 nömrəli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı Abşeron rayonu Masazır kəndində, X9 ev 24 ünvanında yerləşən evdən istifadə hüququ itirilmiş hesab edilməklə mənzildən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məh kəməsinin mülki Kollegiyasının 2(105)-02/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsinin verdiyi vəsatət təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(012)-4955/2016 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş baxılmaq üçün ərazi aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş üzrə məhkəmə araşdırması gedişində məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 İddiaçı qarşı istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cəlilabad rayonu, Bəcrəvan kənd sakini Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında 23 sen tyabr 2015-ci ildə Abşeron rayonu Masazır kəndi, X9 ev 24 ünvanında yerləşən 5 otaqlı yaşayış evini Cavabdeh1 ilə formal alqı-satqı müqaviləsi bağlayaraq 120000 manata Cavabdeh1 satdığını, Cavabdeh1 daha əvvəl tanımadığını, onu alqı-satqı olunduğu gün notariusda görüb-tanıdığını, evini satmaq kimi bir niyyətinin heç vaxt olmadığını, bununla bağlı heç bir yerdə elan vermədiyini, alıcı axtarmadığını, alqı-satqının arxasında dostu Cavabdeh2 kömək etmək niyyətinin dayandığını, belə ki, Cavabdeh2 Qurtuluşda yaşayan vaxtdan uzun illərdir qonşu kimi tanıdığını, daha sonra yaxın dost olduqlarını, 2015-ci ilin sentyabrında Elnurun ona Dubaydan mal vurduğunu, əgər pulunu göndərməsə beh kimi verdiyi bütün pulun batacağını bildirdiyini, həmin vaxt Elnurun Qurtuluşda yerləşən iki evinin çıxarışı olmadı ğından girov qoya bilmədiyini, evlərin sənədləşdirilməklə alqısatqısının isə 8000 manatdan çox xərc tələb edəcəyini, ondan kömək istədiyini, evinin çıxarışı olduğundan sata biləcəyi barədə söhbət etdiklərini, evini satıb pulunu Cavabdeh2 verəcəyi, 19 gün sonra evin sənədinin yenidən özünə qaytarılacağı barədə razılığa gəldiklərini, bundan sonra Elnurun dostu Zahidlə danışıb alıcı tapmasını xahiş etdiyini, Zahidin də Fikrət adlı şəxsin əvvəllər qardaşı kimi qələmə verilmiş Ramini alıcı kimi tapdığını, daha sonra Fikrətlə Raminin soyadının fərqli olduğunu feysbuk vasitəsilə öyrəndiyini, 23 sentyabr 2015-ci ildə əmlakını girov qoymaq istədiklərini, lakin bunun mümkün olmadığını, Asan xidmətdə alqı-satqı müqaviləsini imzaladıqlarını, Zahidin də həmin vaxt orada olduğunu, Elnurun isə gəlmədiy ini, aldığı 120000 manat pulu Zahidə verdiyini, daha sonra Zahidlə birlikdə pulu aparıb Elnura birlikdə verdiklərini, razılaşdıqları müddət keçdikdən sonra Elnurdan xəbər çıxmadığından məhkəmədə müqavilənin ləğvi ilə bağlı iddia qaldırdığını, əslində əsl niyyətinin müqavilənin etibarsızlığına nail olmaq olduğunu, ona pul deyil, evinin lazım olduğunu, həmin vaxt nümayəndənin savadsızlığı ucbatından iddianın səhv qaldırıldığını, evinin torpaqla birlikdə 400000 manat dəyərində olduğunu, həmin qiymətə satılmasının da əqdin görünüş üçün bağlandığını təsdiq etdiyini, Cavabdeh2 barəsində açılmış cinayət işi üzrə Fikrətin şahid kimi dindirildiyini, onun verdiyi ifadədə bütün bunları təsdiq etdiyini, lakin onun ifadəsini məhkəməyə təqdim edə bilmədiyini, bununla bağlı əsas sübutunun Cavabdeh2 izaha tı olduğunu, Raminin aldığı evin harada yerləşməsindən belə xəbərsiz olduğunu, hazırda ailəsi ilə birlikdə öz evində yaşadığını, ailə üzvlərindən heç birinin bu mübahisədən xəbərinin olmadığını, müqaviləni görünüş üçün bağladığından ailə üzvlərinə bu barədə heç bir məlumat vermədiyini, qazi atası olduğunu, bütün bunlar nəzərə alınmaqla müqavilənin etibarsız sayılması, evinin özünə geri qaytarılması üçün qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. Cəlilabad rayonu, Bəcrəvan kənd sakini Cavabdeh2 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizəsində bildirmişdir ki, “2015-ci ildə mən Cavabdeh2 Qurbanov Fikrətdən 120000 manat pul almışam, həmin borcun müqabilində İddiaçı mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən yaşayış evini girov qoymuşam, lak in bunu girov müqaviləsi ilə deyil, alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmişəm, belə ki, İddiaçı ilə Cavabdeh1 arasında formal qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin belə bir əqd icra olunmamışdır. Ona görə də müqavilə formal olmuşdur. Mən pulu vaxtında qaytara bilmədiyimə görə mübahisə yaranmışdır. İddiaçı heç kimdən pul almamış və evini satmamışdır. Həmin alqı-satqı müqaviləsi formaldır və ləğv olunmalıdır”. Bununla bağlı qeyd edir ki, Cavabdeh2 əvvəlki məhkəmə proseslərinin keçirilməsi zamanı axtarışda olmuş, buna görə də onun ifadəsini almaq mümkün olmadığını, lakin birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 ifadəsi sübut kimi qiymətləndirilməmiş və nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi belə müəyyən etmişdir ki, yekun məhkəmə qərarlarının preyudisial əhəmi yyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir. İddiaçı cavabdehlər Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontoruna və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunmamış, qətnamə apellyasiya və kasasiya qaydas ında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5751/2021 saylı qətnaməsi ilə qanuni qüvvəyə minmişdir. Preyudisiallığın subyektiv həddini müzakirə edən məhkəmə hesab etmişdir ki, əvvəl baxılmış və yeni baxılan işdəki şəxslərin dairəsi eynidir. Belə ki, birinci baxılan işdə İddiaçı, Cavabdeh2 cavabdeh, Cavabdeh1 isə üçüncü şəxs qismində çıxış etmişlər. Hazırki iş üzrə də İddiaçı, Cavabdeh2 və Cavabdeh1 cavabdeh qismində iştirak edirlər. Preyudisiallığın obyektiv həddini müzakirə edən məhkəmə hesab etmişdir ki, qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri də eynilik təşkil edir. Belə ki, hər nə qədər iddia tələbi müqavilənin ləğvi şəklində qoyulsa da məhkəmə iddianın ə saslarına, tərəflərin bununla bağlı mövqeyinə və işin hallarına qiymət verərək iddiaçının əslində əqdin etibarsızlığını tələb etdiyi qənaətinə gəlmiş və bundan irəli gələn hüquqi nəticələri tətbiq etməyi düzgün hesab etmişdir. Beləliklə mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisial əhəmiyyətini nəzərə alan məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticələrlə razılaşmaq olmaz. Belə ki, birinci baxılan işdə Sumqayıt Asan Xidmət Notariat Kontoru cavabdeh qismində çıxış etdiyi halda, hazırki iş üzrə Cavabdeh2dur. Ona görə də, həmin nəticə qanuni, əsaslı və obyektiv hesab edilə bilməz. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi h aqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Göstərilənlərə əsasən hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tam təmin edilməlidir. Cavabdeh şikayətinin hüquqi əsası kimi maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərində Azərbaycan Respublikası MM-nin 148.2, 157.1, 337.1, 337.2, 347.1, 347.2, 347.2.2, 421.1, 422.1-ci maddələrinə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 175.1, 217.4, 385.1.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qa rşı etiraz daxil olmamışdır. Mülki iş üzrə apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Asan Xidmət Məkəzinin Notariat Ofisi cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. İşin baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər, İddiaçı vəkili və nümayəndəsi Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Sumqayıt Regional Asan Xidmət Məkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə müvafiq olaraq onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmi n Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Mülki işin materiallarından görünür ki, Babək Rayon Məhkəməsində 20 may 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında qərara alınmışdır ki, iddianın əsasları, iddiaçının bununla bağlı mövqeyi və işin halları, iddiaçının xx.xx.2016-cı il t arixdə müqavilənin ləğvi barədə iddia qaldırsa da əsl niyyətinin əqdin etibarsızlığının nəticələrinin tətbiqi olduğu nəzərə alınmaqla mülki işə “İddiaçı ilə Cavabdeh1 arasında 23 sentyabr 2015-ci ildə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” şəklində baxılsın və mülki iş üzrə icraat dəyişdirilmiş iddia elementləri nəzərə alınmaqla davam etdirilsin (məhkəmə hazırlıq iclasının protokolu-səh.105). Eləcə də qeyd olunan 20 may 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, sədrlik edən tərəfindən iddiaçıya iddianın predmet və ya əsasının dəyişdirilməsi təklif edilmiş, iddiaçı iddianın predmet və ya əsasını dəyişmək niyyətinin olmadığını, işin halları nəzərə alınmaqla bu barədə müvafiq qərar qəbul olunmasını məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilir ki, MPM-in 53-cü maddəsində iddiaçının məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğu əks olunsa da, bu hüquq Məcəllənin 149.1-ci maddəsi nəzərə alınmadan tətbiq edilə bilməz. Həmin normaya müvafiq olaraq iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilməlidir. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi, iddia tələbinin həcmi nin artırılması və ya azaldılması öz mahiyyətinə görə iddia ərizəsinə bərabər tutulduğundan, tərəfin həmin məsələləri yalnız yazılı şəkildə təqdim etdiyi hallarda onlar etibarlı hesab edilə, məhkəmə tərəfindən qəbul edilə və nəzərə alına bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi prosessual pozuntulara yol verməklə, hər hansı yazılı müraciət olmadan, öz mülahizəsi əsasında iddianı dəyişdirərək iddia tələbindən kənara çıxmış, verilmiş iddia tələbinə baxmamışdır. Yəni iddia tələbi mübahisələndirilən müqavilənin ləğvi ilə bağlı olduğu halda, müqavilənin etibarsızlığına dair iddia tələbinə baxılaraq qətnamə qəbul edilmişdir. Qeyd edilən prosessual pozuntu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil edir. Belə ki, Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, müvafiq dəlillər əsassızdır və təmin oluna bilməz. Belə ki, iddiaçının Cavabdeh1 daha əvvəl tanımaması, onu alqı-satqı olunduğu gün notariusda görüb-tanıması, evini satmaq kimi bir niyyətinin heç vaxt olmaması, bununla bağlı heç bir yerdə elan verməməsi, alıcı axtarmaması, alqı-satqının arxasında dostu Cavabdeh2 kömək etmək niyyətinin dayanması və Cavabdeh2 ərizəsinin və ifadəsinin nəzərə alınmaması, eləcə də əslində əsl niyyətinin müqavilənin etibarsızlığına nail olmaq olması, ona pul deyil, evinin lazım olması, həmin vaxt nümayəndənin savadsızlığı ucbatından iddianın səhv qaldırılması ilə bağlı dəlillər və apellyasiya şikayətində göstərilən digər dəlillər mülahizə xarakterlidir və mübahisələndirilən müqavilənin forma və məzmunu ilə ziddiyyət təşkil edir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1230/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5751/2021 saylı, xx.xx. 2021-ci il tarixli qətnaməsindən aydın olur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)73/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontoruna və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair iddia təmin edilməmişdir. Alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir; Mülki iş materiallarında olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında çıxarışdan belə məlum olur ki, Abşeron rayonu, Masazır kəndi, X9, ev 24 ünvanında yerləşən ümumi sahəsi 267.8 kv/m, yaşayış sahəsi 108.5 kv.m, yardımçı sahəsi 159.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, İddiaçı özünə məxsus Abşeron rayonu, Masazır kəndi, X9, ev 24 ünvanında yerləşən ümumi sahəsi 267.8 kv/m, yaşayış sahəsi 108.5 kv.m, yardımçı sahəsi 159.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin yüklülüyün olub-olmaması barədə məlumatın əldə edilməsini Sumqayıt Asan Xidmət mərkəzi Notariat Kontorundan xahiş etmişdir. İş materiallarında olan İddiaçı və Cavabdeh1 xx.xx.2015-ci il tarixli ərizələrindən görünür ki, onlar mübahisəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiqi üçün alıcı tərəfindən 120000 manat vəsaitin notariusun depozit hesabına keçirilməsini xahiş etmişlər. Mülki iş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsindən belə məlum olur ki, satıcı İddiaçı ilə alı cı Cavabdeh1 arasında 23 sentyabr 2015-ci ildə bağlanmış alqı-satqı müqaviləsi ilə tərəflər aşağdakılar barədə razılığa gəlmişlər: - Satıcı Abşeron rayonu, Masazır kəndi, X9, ev 24 ünvanında yerləşən ümumi sahəsi 267.8 kv/m, yaşayış sahəsi 108.5 kv.m, yardımçı sahəsi 159.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni (267.8kv./m, 5 otaq) “Alıcı”nın mülkiyyətinə verir. - Abşeron rayonu, Masazır kəndi, X9, ev 24 ünvanında yerləşən ümumi sahəsi 01 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni (01 ha) “Alıcı”nın mülkiyyətinə verir. - Satılan daşınmaz əmlak ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə İddiaçı verilmiş **********17- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 267.8kv./m, 5 otaq və 0.1 ha torpaq sahəsi satıcıya məxsus olmuşdur. - Satılan daşınmaz əmlaklar real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2015-ci il tarixli arayışlara əsasən ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, e vi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki,iş materiallarından aydın olur ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında 23 sentyabr 2015-ci ildə bağlanmış alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qarşılıqlı öhdəliklər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci və 646-cı maddələrinə, eləcə də alqı-satqı ilə bağlı həmin Məcəllədə nəzərdə tutulmuş ümumi müddəalara uyğundur. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin əsasları Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 421-ci maddəsində göstərilmiş və aşağıdakı məzmundadır; Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları -421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edild ikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Eləcə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində, müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydası və nəticələri isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü və 424-cü maddələrində göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı iddia tələbinin əsasları qanunvericiliyin qeyd edilən normalarında nəzərdə tutulmuş əsalarla təsdiqini tapmır və sübut olunmur. İddia ərizəsində göstərilən 120 000 manatı qaytaranda Cavabdeh1lə aralarında bağladıqları müqaviləni ləğv etməli ol duqları barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müqavilədə onun ləğv edilməsi ilə bağlı razılaşma göstərilməmişdir. Eləcə də iddia ərizəsində istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci və 157.4-cü maddələrinin əsasları müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Republikasın Mülki Məcəlləsininn 422-ci maddəsinin şərh edilməsinə dair” 7 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, "Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.” "Qərar”da müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələrinin Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimləndiyi vurğulanır ki, məhkəmə kollegiyası həmin normalar üzrə iddia tələbini əsassız hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cavabdeh kimi cəlb edilmiş X3 münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 mübahisələndirilən müqavilənin tərəfi olmadığından həmin müqavilənin ləğvi tələbinin cavabdeh olaraq Cavabdeh2 yönəldilməsinin və təmin edi lməsinin əsasları yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci mad dəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təq dim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Babək Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(079)-190/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməl i, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi rədd edilməlidir. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402.1, 403 - cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(07 9)190/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(079)-190/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.