Məhkəmə qərarları › İş №2(108)-57/2022

Ali Məhkəmə Qətnamə — İş №2(108)-57/2022

02.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-57/2022 02.06.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və fərdi yaşayış evinin tamamilə boşaldılması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(110)-39/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasın da baxaraq müəyyən etdi: İddiaçı ASC 27 sentyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qeyd edilən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(110)-39/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Naxçıvan Muxtar Resp ublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 07.09.2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və onun yetkinlik yaşına çatmayan oğlu Cavabdeh6 məcburi qaydada çıxarılaraq həmin fərdi yaşayış evinin tamamilə boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavab deh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 yetkinlik yaşına çatmayan oğlu Cavabdeh6 istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iş üzrə Cavabdeh1 04 mart 2022-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(110)-39/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən kredit götürmüş, bu kreditin təminatı kimi ona məxsus olan Naxçıvan MR Şərur rayonu Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən,ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evini ipotek a ilə yüklü etmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2(087)-03/2014 nömrəli, 13 fevral 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh X2 İddiaçı ASC Şərur rayon filialına olan 202000.0 (iki yüz iki min) manat əsas və 21866.72 (iyirmi bir min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat faiz borcu, cəmi 223866.72 (iki yüz iyirmi üç min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat məbləğində kredit borcu, bu borcun tam ödənildiyi günədək hesablanacaq faizlər və 30 (otuz) manat dövlət rüsumunun cavabdeh X1 tutularaq “Kapital Bank" ASC Şərur rayon filialının xeyrinə ödənilməsi, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 03.03.2011-ci il tarixli, MH seriyalı, ******* nömrəli Hüquqların dövl ət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən “Kapital Bank" ASC-nin mülkiyyətində olan Naxçıvan MR Şərur rayonu Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evinə və açıq hərracda satılaraq kredit borcunun ödənilməsi, zəruri məbləğlər tutulduqdan sonra qalan məbləğin X3 verilməsi qət edilmişdir. X6 İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə birinci növbədə X1 borc məbləğinin alınıb İddiaçı ASC-nin Şərur rayon Filialına ödənilməsi qət olunmuşdur. Məhkəmə isə bunu nəzərə almadan, yəni qərarın birinci hissədə icra olunmalı olunub-olunması müzakirə edilmədən onların evdən çıxarılmasını qət etmişdir ki, bu da hüquqlarının pozulması ilə nəticələnmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-nin normalarına əsasən yaşayış sahəsinə hüququn itirilməsinin mənzilin boşaldılması ilə heç bir bağlılığı yoxdur. Məhkəmə azyaşlının evə hüququnun itirilməsini düzgün müəyyən etməmişdir, ona görə ki, azyaşlının yaşayış yeri onun valideynlərinin yaşadığı yer hesab olunur. Məhkəmənin qətnaməsində göstərilən nəticələr işin həqiqi halları ilə uzlaşmır. Belə ki, məhkəmə tərəfindən inzibati məhkəmənin qərarının əsl cavabdeh tərəfindən hansı səbəbdən icra olunubolunmaması aydınlaşdırılmamışdır. Nəticə etibarı ilə hesab edir və inanır ki, işə apellyasiya qaydasında baxıla rkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Mülki iş iddiaçı Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsi üzrə məhkəmə iclası təyin edilmiş və Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(108)-57/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və fərdi yaşayış evinin tamamilə boşaldılma sı tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(110)-39/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin Cavabdeh1 münasibətdə mümkün hesab edilməsi, digər cavabdehlərə-Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 münasibətdə isə mümkün hesab edilməməsi qərara alınmışdır. Cavabdeh1 məhkəmə baxışı iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şərur Rayon Məhkəməsinin 07 fevral 2022ci il tarixli, 2(110)-39/2022 nömrəli qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və Şərur Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(110)-39/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında digər cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə baxışı iclaslarında iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olm ayaraq yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə araşdırılmış materialları, apellyasiya şikayətinin təmin edilməklə, Şərur Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(110)-39/2022 nömrəli qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsinə dair qərar qəbul edilməsi barədə Cavabdeh1, apellyasiya şikayətinin təmin edilməməklə Şərur Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(110)-39/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə iddiaçı təşkilatın nümayəndəsinin izahatlarını dinləyib, apellyаsiya şikayətinin dəlillərini Cavabdeh1 münasibətdə müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarına riayət edilməsini birinci instans iya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində (Cavabdeh1 aid hissədə) apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, apellyasiya şikayətinin təmin olunmaması və Şərur Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(110)-39/2022 nömrəli qətnaməsinin Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Kollegiya apellyasiya şikayətində qeyd edilmiş X6 İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə birinci növbədə X1 borc məbləğinin alınıb İddiaçı ASC-nin Şərur rayon Filialına ödənilməsinin qət olunduğu, məhkəmənin isə bunu nəzərə alm adan, yəni qərarın birinci hissədə icra olunmalı olunub-olunmasını müzakirə etmədən onların evdən çıxarılmasını qət etməsinin hüquqlarının pozulması ilə nəticələndiyi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinin məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etdiyi, məhkəmənin qətnaməsində göstərilən nəticələrin işin həqiqi halları ilə uzlaşmadığı, məhkəmə tərəfindən inzibati məhkəmənin qərarının əsl cavabdeh tərəfindən hansı səbəbdən icra olunub-olunmamasının aydınlaşdırılmaması dəlillərini müzakirə edərək əsassız hesab edir. Belə ki, əvvəla X6 İnzibati-İqtisadi Məhkəməsinin qərarının birinci hissədə icra olunmalı olunub-olunmamasının müzakirə edilməsi hazırki iddianın araşdırma predmetinə aid deyil. Digər tərəfdən iş material larından məlum olur ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2(087)-03/2014 saylı mülki iş üzrə 13 fevral 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh X2 İddiaçı ASC Şərur rayon filialına olan 202000.0 (iki yüz iki min) manat əsas və 21866.72 (iyirmi bir min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat faiz borcu, cəmi 223866.72 (iki yüz iyirmi üç min səkkiz yüz altmış altı manat yetmiş iki qəpik) manat məbləğində kredit borcu, bu borcun tam ödənildiyi günədək hesablanacaq faizlər və 30.0 (otuz) manat dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı ASC Şərur rayon filialının xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş... 03.03.2011-ci il tarixli, MH seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus ola n Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan 0.1083 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyri-yaşayış, 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və açıq hərracda satılaraq kredit borcunun ödənilməsi, zəruri məbləğlər tutulduqdan sonra qalan məbləğin Cavabdeh1 verilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar 18 may 2018-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzində hərrac keçirilmişdir. İş materiallarına əlavə olunmuş 18 may 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin və “Banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac ko missiyasının hərrac yekunları barədə protokol”un surətindən görünür ki, Naxçıvan MR Şərur rayon Siyaqut kəndində 0.1083 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 71.80 kv.m yaşayış, 21.60 kv.m qeyri-yaşayış, 41.04 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 18551 (on səkkiz min beş yüz əlli bir) manata İddiaçı ASC-nin Şərur filialı tərəfindən alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 07.09.2018-ci il tarixli, MH № ******* seriyalı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Naxçıvan MR Şərur rayon Siyaqut kəndində mülkiyyətində olan 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin Şərur filialının adına qeydiyyatdadır. İş üzrə hallarla da təsdiq olunur ki, Cavabdeh1 həmin yaşayış evini satılmasından keçən təxminən 4 il müddətində boşaltmamışdır. İş materiallarına əlavə olunmuş Şərur rayon Siyaqut kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 75/7 nömrəli, 22.07.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC-yə məxsus Naxçıvan MR Şərur rayon Siyaqut kəndində olan fərdi yaşayış evində qeydiyyatda olan şəxslər aşağıdakılardır:

1. Cavabdeh1 15.07.1960

2. Cavabdeh2 xx.xx.1963

3. Cavabdeh3 14.02.1988

4. Cavabdeh4 xx.xx.1994

5. Cavabdeh5 xx.xx.1994

6. Cavabdeh6 09.07.2018 Kollegiya qeyd edir ki, işin araşdırılmış hallarından da göründüyü kimi Naxçıvan MR Şərur rayon Siyaqut kənd ində olan 0.1083 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.84 kv.m olan fərdi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka ilə yüklü edildiyindən və ipoteka qoyulmuş ev satılaraq İddiaçı ASC-nin Şərur filialının adına qeydiyyatda olmaqla mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus olduğundan birinci instansiya məhkəməsi də qanuni və əsaslı olaraq adiyyəti qanunvericilik aktı normalarına əsasən, Cavabdeh1 həmin mənzildə istifadə hüquqlarının saxlanılması, həmin yaşayış evini boşaltmaması və yaşayış evindən çıxmamasının iddiaçının mülkiyyətçi kimi istifadə, sahiblik və sərəncam vermə hüquqlarını məhdudlaşdırdığından, onun həmin mənzilə dair hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, eyni zamanda bu halın mülkiyyətçinin mənzil üzərində mülkiy yət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməli olduğundan, mülkiyyətçinin (iş üzrə iddiaçının) Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələrinə əsasən Cavabdeh1 mübahisə predmeti olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılaraq həmin fərdi yaşayış evinin tamamilə boşaldılaraq təhvil verilməsini və mübahisə predmeti olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlı olması nəticəsinə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin Azərbaycan Respublikası MM-nin normalarına əsasən yaşayış sahəsinə hüququn itirilməsinin mənzilin boşaldılması ilə heç bir bağlılığı olmadığı dəlili ilə əlaqədar qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərd ə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Buradan belə nəticə hasil olur ki, mülkiyyətçi, mülkiyyətində olan yaşayış evini (mənzili) artıq həmin yaşayış evinə hüquqları mövcud olmayan şəxsin boşaltmasını tələb edə bilər. Kollegiya yuxarıda qeyd olunan nəticələrə gələrkən aşağıda göstərilənləri nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərə findən müdafiə olunur; - 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əml ak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. Bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kolleg iyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxsləri n müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Kollegiya həmçinin qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; - 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir; - 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı a uksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; - 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur; - 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir; - 59.3-cü maddəsinə əsasən yaşayış evi ipoteka mü qaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ipoteka qoyulmuş ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə görə şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Kollegiya apellyasiya şikayətinin məhkəmənin azyaşlının evə hüququnun itirilməsini düzgün müəyyən etmədiyi, ona görə ki, azyaşlının yaşayış yerinin onun valideynlərinin yaşadığı yer hesab olunduğu barədə dəlili ilə əlaqədar qeyd edir ki, hazırki iş üzrə Şərur Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(110)-39/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti, iş materiallarında Cavabdeh1 digər cavabdehlərin səlahiyyətli nümayəndəsi olmasını, həmçinin yetkinlik yaşına çatmayan (azyaşlı) Cavabdeh6 isə qanuni nümayəndəsi olmasını təsdiq edən hər hansı sübut mövcud olmadığına görə, digər cavabdehlərə münasibətdə mümkün hesab edilməmişdir. Ona görə də iş üzrə cavabdeh, yetkinlik yaşına çatmayan Cavabdeh6 maraqlarına aid olan həmin dəlilə hüquqi qiymət verilə bilməz. Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uy ğun olsun. Beləliklə kollegiya iş materiallarını işin həqiqi halları ilə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 münasibətdə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir, həmçinin mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin həmin cavabdehə münasibətdə dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 qarşı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgü n nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 oğluna münasibətdə ləğvi üçün əsas təşkil etmədiyindən, həmçinin apellyasiya icraatı zamanı da qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli və Şərur Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(110)-39/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti vermiş şəxs, Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 392, 402, 403, 404, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(110)-39/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti vermiş şəxs, Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar